Qazaxıstan: Ölkənin qüdrəti xalqın düşüncəsindədir
Dünya
Oxunub: 1119
19 Oct 2018 | 11:38
Qazaxıstan: 
 Ölkənin qüdrəti xalqın düşüncəsindədir
Qazaxıstanın liman şəhəri olan Aktauda təyyarədən düşəndən sonra əvvəlki paytaxt “Alma-ataya hələ 3 saatdan çox təyyarə yolu var” düşüncəsi ilk baxışdaca bu ölkənin əzəmətini göstərir. Sözsüz bir ölkə üçün ərazinin bu qədər böyüklüyü ciddi üstünlükdür. Elə bu faktor regionda bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlətlər içərisində Qazaxıstanın strateji potensialına əhəmiyyətli təsir göstərən sistem elementlərinin ən böyüyüdür. Yeri gəlmişkən qeyd edək ki, ərazisinin böyüklüyünə görə Qazaxıstan 197 ölkə arasında 9-cu yeri tutur.

Keçmiş sovetlər birliyinə kapitalizmin ziddiyətlərini dadmadan qoşulan Qazaxıstan dövlət kimi milli kimliyini də sosializm düşərgəsində dərk edib. Lakin uzun əsrlər qıpçaq türklərinin imperiya yaradıcısı olmaları və ona rəhbərlik etmələri bugünkü qazaxların davranışlarında açıq-aşkar hiss olunur. Adi vətəndaşın hərəkətlərindən də görsənir ki, onlar yeni yaranan xalq deyil, uzun tarixə söykənən kökləri var. Bunu təvazökar davranışlarından, hadisələrə sanballı baxışlarından və milli dəyərlərini qoruyub saxlamalarından da hiss etmək olar. Sadə qazaxın münasibət və hərəkətlərindən bəlli olur ki, onların hazırda böyük bir əraziyə sahib olmaları, milli dövlət qurmaları, etnik rəngarənglikdə bütün tərəfləri qane edən ortam taparaq uğur qazanmaları hər hansı dövlət başçısının ayağına yazıla bilməz. Əgər belə bir fikir varsa, bu yaltaqlıqdan başqa başqa bir şey ola bilməz. Lakin elə bu yerdə xüsusilə qeyd etmək vacibdir ki, paytaxtın Alma-atadan Astanaya köçürülməsi ilə bağlı prezident Nazarbayevin cəsarətli addımı ölkəyə qarşı ərazi iddialarının və oyunlarının qarşısını aldı.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir.Kiçikdən yaşlıya hamı 2 dildə danışır – rus və qazax. Rus dilində danışmaq isə elitarlıq sayılır. Bunu Qazaxıstan kübarlarının toplaşdığı məkanlarda da müşahidə etmək mümkündür. Təbii ki, son vaxtlar ingilis dilinə marağın da yarandığını görmək mümkündür. Lakin bu Azərbaycanda olduğu qədər geniş miqyaslı deyil.

Əhalinin rus dilinə meyli nə qədər çox olsa da, milli ənənələrinə, adətlərinə, mədəniyyətlərinə bağlılığı da bir o qədər böyükdür. Qazaхlarda хalq çalğı ansamblının müşayiəti ilə kоllеktiv halda хоr mahnıları ifa оlunmur. Daha gеniş yayılmış və daha çox sevilən хalq çalğı aləti dоmbırdır. Üç günlü kоrpusa malik

оlan dоmbır iki simlidir. Simlər əsasən qоyun bağırsaqlarından hazırlanıb düzəldilir. Adama elə gəlir ki, Qazaxıstanda bu musiqi alətini sevməyən şəxs yoxdur. Və elə bu məqamda düşünürsən ki, özünü Avropasayağı və müasir göstərmək üçün saza qulaq asmağı aşağılıq və geridəqalmışlıq hesab edən azərbaycanlıların sayı getdikcə artmaqdadır.

Qazaxlar evlərinin, gеyimlərin və müхtəlif bədii sənət növlərinin bəzədilməsində əl işlərindən gеniş istifadə еdirlər. Bu sənət növü özünü хalçaçılıq və kеçəçilik sənətində daha qabarıq fоrmada göstərir. Qazaх qadınları öz paltarlarının və məişət əşyalarının bəzədilməsi zamanı rəngli saplarla işlənən tikməçilik sənətindən istifadə еdirlər. Оnlar tikməçilikdə ipək, yun, qızılı və gümüşü saplarla işləyərək gözəl sənət nümunələri yaradırdılar. Qazaхlar məişətdə işlədilən qablara da bəzək vurur, ancaq kumıs içilən qabı isə хüsusilə gözəl naхışlayırlar.

Görünür, Şərqə doğru getdikcə demokratik dəyərlər özünəməxsus baxışlar və idarəetmə sistemi ilə sərhədlənir. Bu mənada qazaxlar üçün ilk növbədə sosial dəyərlər üstünlük təşkil edir. Liberalizm, insan hüquq və azadlıqları onlar üçün sosial təminatdan xeyli aşağıdadır. İnsanların daha yaxşı yaşamaq istəkləri və arzuları hələ də bütün ölkə əhalisi üçün arzu olaraq qalır. Lakin bunu bacaranlar da var və onlar ya dövlət qurumlarında işləyənlərdir, ya da xüsusi statusa malik olaraq dəstəkli bizneslə məşğul olanlardır. Ancaq bizim üçün qeyri-adi olmasa da əsas və gəlirli biznes sferası hakimiyyətin əlindədir. Dövlət vəzifələrində işləyənlərin isə yaxşı yaşamaq üçün o qədər də yüksək olmayan maaşlarından əlavə qeyri-rəsmi “nəfəs” yerləri var. Bu “nəfəs”in hər an kəsilməsi qorxusu onunla yaşayanların içində bir gərginlik, tabeçilik və mütilik formalaşdırdığını da asanlıqla görmək mümkündür.

Qazaxıstan iqtisadiyyatı böyük həcmdə neft və qazdan asılır. Müstəqillik illərində neftdən çox böyük gəlirlər əldə edilmiş və bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilmişdir. Lakin 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi ilə milli valyuta olan tengə devalvasiyaya uğradı. Hökumət ölkə əhalisinin rifah səviyyəsini nisbətən qoruyub saxlamaq üçün devalvasiya ilə bərabər infilyasiyanın da qarşısını almadı. Ona görə də hazırda 1 dollar 370 tengəyə bərabərdir. Həyata keçirilən bu iqtisadi siyasət qazaxların sosial vəziyyətinin tamamilə pisləşməsinin qarşısını alıb və cəmiyyətdə bizdəki qədər gərginlik, narahatlıq, psixoloji sarsıntılar hiss olunmur.

Bəlkə də sosialist düşüncəsinin nəticəsidir ki, bu ölkədə şüarçılıq əsas yer tutur. Təhsil sferasında da belədir və Boloniya prosesi yeri gəldi gəlmədi bu sahədə hər bir fikrin mübtədasını təşkil edir. Bu isə onu göstərir ki, Qazaxıstanda elm və təhsil ölkənin və xalqın gələcəyi üçün əsas yeri tutmur və ora sərmayə qoyuluşu tələb olunan ehtiyacları ödəmir. Bu da əksər müsəlman ölkələrinin xarakterik xüsusiyyətlərinə uyğun gəlir. Elə bu zaman adam fikirləşir ki, görəsən türk dövlətləri üçün bu istiqamətdə qəbul edilmiş qərar daxildən gəlir, yoxsa xarici təsirlərin məhsuludur.

Geosiyasi üstünlüyə malik Qazaxıstan türk dünyası üçün olduqca böyük güc və dayaq olaraq qalır. Bu yaxınlarda prezident Nazarbayevin fərmanı ilə ölkə latın əlifbasına keçib və öz soykökünə bir addım da yaxınlaşıb. Bu qərar cəmiyyətdə, xüsusilə də ziyalılar arasında sevinclə qarşılansa da, gərginlik yaratdığı da müşahidə edilir. Çünki qazaxların istifadə etdiyi kiril əlifbasında olan 42 hərfi əvəzləyərək öyrənmək onlara o qədər də asan gəlmir. Lakin bu qərardan narazı olan yoxdur, çünki qazaxlar özlərinin kökünü təşkil edən türk xalqları ilə birlikdə olmağı daha üstün sayırlar. 2018-ci il oktyabrın 11-13-də Alma-atada türk dünyasının elm adamlarının beşinci dəfə Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumuna toplaşması da vahid əlifbanın və türk ləhcələrində ümumi anlaşmanın yaranmasına xidmət etmək məqsədi güdürdü.

Elə bu yolda da Qazaxıstanlı soydaşlarımıza uğurlar arzulayırıq

Mütəllim Rəhimli

Oxşar xəbərlər
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir