Ay “İmedi”, nə istəyirsən?
Oxunub: 2223
03 Oct 2015 | 15:44
Ay “İmedi”, nə istəyirsən?
Gürcüstanın “İmedi” televiziyasının avqustun 24-də yayınladığı veriliş və sonradan Gürcüstanın gürcüdilli bəzi mətbu orqanlarında da “Borçalı” Cəmiyyətinin fəaliyyətilə bağlı nümayiş etdirilən şantaj xarakterli yazılar məndə təəssüf hissi doğurdu. “İmedi” televiziya kanalı “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalı barədə yayınladığı reportajda bayramla birbaşa əlaqəsi olan bir neçə tanınmış və dövlət səlahiyyətli respondentdən götürdüyü müsahibəni mantaj edərək özünün üzqarasına çevirdikdən sonra onu ictimaiyyət qarşısında sərgilədi. Elat bayramını “Çoban bayramı” kimi anlayan Gürcüstanın təfəkkürsüz, savadsız bəzi mətbuat nümayəndələri “elat” anlamının bu gün bütün dünyada hallanan “elita” sözünün ulu babası olduğundan xəbərsizdilər. “Elat” çoban deyil, qədim türklərdə ölkənin ordu sıralarına layiq olan, elinə, yurduna, vətəninə sahiblənməyi bacaran, qılınca, ata, az-çox şəxsi mülkiyyətə sahib olan seçilmiş igid-igid oğullara deyərdilər. Qədim Türk dövlətləri səfərbərlik zamanı çağdaş dövrmüzdən fərqli olaraq hər adamı orduya çağırmazdılar. Çağırışçılar məhz elatlar olmalıydılar ki, bu da hər gəncə qismət deyildi. Gənclər də elat olmaq uğrunda dəridən-qabıqdan çıxırdılar. Yayda yaylağa, qışda isə qışlağa köç edən maldarlar quldurlardan qorunmaq üçün elatlardan özlərinə mühafizəçi götürərdilər. Ona görə də bu türk ənənəsi “Elat” adlanır. O zamanın “elat”ı bu günümüzün “elita”sıdır.
Bütün bunları hələ də bilməyən bəzi gürcü mətbuat orqanlarını məlum məsələylə əlaqədar izlədikcə məndə belə təəssürat yarandı ki, yazdıqlarını hələ ki heç özləri də əməlli-başlı anlamayırlar. Çünki bu, öz məhsulları deyil, Rusiya araqarışdıranlarının əlinə gürcüstanlı sutökənlərin mətbuata ötürdüyü əsassız və qərəzli, eyni zamanda özləri demişkən “II Pankisi” xarakterli, çirkin məqsədli pasdır. Soruşmaq istəyirəm: Ay “İmedi”, nə istəyirsən?
Tarixdən az-çox xəbəri olanlar yaxşı bilirlər ki, türk xalqı tarix boyu heç zaman Gürcüstana və gürcü xalqına qarşı düşmən mövqedə olmayıblar və onlara xəyanət etməyiblər, əksinə Gürcüstanın ayaqda durması üçün bütün vasitələrlə ona dəstək olublar. Türk xəyanətkar ola bilməz! Türk tarix boyu bütün zamanlarda xilskar və mühafizəkar olub. Gürcü xalqına və onun dövlətiçilik ənənəsinə tarixən kimin düşmən mövqedə olduğunu bilmək istəyənlər isə İvane Cavaxişvili, Akaki Sereteli, İlya Çavçavadze, Vaja Pşavela, Yakob Qoqebaşvili, İvane Qvaramadze, Estate Mirionişvili, Dimitri Bakradze, M.Tamarişvili, Z.Çiçnadze, A.Xaxanaşvili, R.Topçişvili, A.Abaladze, E.N.Qurqenidze, İ.Axvaşvili,  Q.Marxuliya, Şota və Otar Tetvadze qardaşları, eləcə də onlarla başqa gürcü araşdırmaçıların əsərlərinə müraciət edə bilərlər. Bu əsərləri oxuyan hər bir kəs gürcü xalqına qarşı törədilmiş maddi və mənəvi erməni terrorunun, mədəni və fiziki qriqoryan təcavüzünün tarixinin min ili aşdığına əmin olacaqlar, eyni zamanda biləcəklər ki, çağdaş gürcü mətbuatının bəzi tarixdən xəbərsiz, yarıtmaz jurnalistləri ünvanı səhv salıblar.
“Borçalı Türklərinin Elat mədəniyyəti günü” bayramının mahiyyəti və məziyyəti barədə dəfələrlə yazmışıq, onun sülh, barış, qardaşlıq, dostluq, strateji tərəfdaşlıq, milli formalaşma, təfəkkür genişliyi, qarşılıqlı inteqrasiya, vətəninin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiyasını sevmə, mədəni yüksəliş, mənəvi dirçəliş bayramı olduğunu dəfələrlə söyləmişik. Gürcü və azərbayacan xalqlarının qədim dostluğundan, tarixi mehriban qonşuluğundan iftixarla bəhs etmişik. Yeri gəldikcə Gürcüstan vətəndaşlarının dərd-səri ilə ilgili, yaxud onların hər cür proplemini ictimaiyyətə və ya hökumət strukturlarına yerli televiziyaların çatdırmalı olduğu faktları “Borçalı” Cəmiyyəti gündəmə gətirirsə, buna görə “sağol” demək əvəzinə şantaj, dezinformasiya, saxta reportaj yayınlamağın nə anlamı var? Maraqlıdır, bununla nəyə nail olmaq fikriniz var, ay “İmedi”, nə istəyirsən?
Əgər biz deyiriksə, ”“ Gürcüstanda ədalətsiz olaraq dəyişdirilmiş tarixi Türk toponimləri qaytarılsın, ”“ burada nə haqsızlıq görürsünüz?
Əgər biz deyiriksə, ”“ müəyyən kəndlərdə aidiyyatı olmayan insanlara, lap elə hindlilərə və s. satılmış torpaqlar yerli kəndlilərin özünə qaytarılsın, ”“ burada nə ədalətsizlik görürsünüz? Bu məsələdə birbaşa əli olan məmurlar qarışıq günahkar olanlardan biri də sizsiniz ki, kənd əhalisini məlumatlandırmadan kəndlərin əhatəsində olan əkin və biçənək yerləri başqalarına satılıb. Bilməlisiniz ki, əhalinin sosial vəziyyəti qənaət-bəxş olmadığına görədir ki, gənclərin çoxu maddi qazanc əldə etmək məqsədilə xarici ölkələrə üz tutublar. Yerlərdə isə əsasən yaşlı nəsil və məktəbli yaşında olan insanlar qalıb ki, onların da gürcü dilini bilməməsi mümkündür. Sizin isə gürcü dilində yayınladığınız məlumatlardan onların xəbərsiz olması təbiidir. Bəlkə bu barədə düşünməniz lazımdır?! Nədən televiziyanızı qeyri-gürcü xalqlarına sevdirmək barədə düşünmürsünüz?
Əgər biz deyiriksə, ”“ Azərbaycan dilli məktəblərin milli statusunu saxlamaq şərtilə bu məktəblərdə gürcü dilinin tədrisini gücləndirin, ”“ burada nə qəbahət görürsünüz? Məktəblərdə gürcü dilini tədris edən müəllim milliyyətcə gürcü, şagirdlər isə azərbaycanlı olduğundan bir-birini anlaya bilmirlər və gürcü dilinin tədrisini sanki, bilərəkdən çətinləşdirirlər. Bəs, nəyə görə azərbaycandilli Gürcüstan məktəblərinin məzunlarından yaxşı kadrlar seçib Universitetlərdə hazırlayıb, həmin məktəbin özünə gürcü dilini tədris etmək üçün göndərmək barədə təhsil nazirliyi qarşısında məsələ qaldırmırsınız? Axı, bu, jurnalist olaraq həm də sizin işinizdir.
Əgər biz deyiriksə, ”“ Qarabağsız Azərbaycan, Abxaziya və Cənubi Osetiyasız Gürcüstan yoxdur, ”“ burada sizi qıcıqlandıran nədir?
“Borçalı” Cəmiyyəti sədrinin Gürcüstana buraxılmamasına tətbiq olunmuş ədalətsiz yasaq qərarı sizi nəyə görə maraqlandırmır? Bununla bağlı hansı dövlət səlahiyyətlisinə sual ünvanlamısınız? Gürcüstanı ən irəlidə gedən gürcüdən heç də az sevməyən bir azərbaycanlının bu ölkəyə girişinə qadağa qoymaq hansı məntiqə əsaslanır?
Əgər biz deyiriksə, ”“ Azərbaycan, Gürcüstan və Türkiyənin dostluğu, strateji tərəfdaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır, ”“ burada nədən əndişələnirsiniz?
Marneuli rayonunun Kürüstü kəndləri ilə rayon mərkəzini birləşdirən yollar bərbad haldadır, rayon mərkəzindən bu kəndlərə marşrut işləmir, bu vaxta qədər təbii qaz çəkilməmiş, küçələri işıqlandırılmamış, yolları asfaltlandırılmamış, su problemi yaşayan, tibb məntəqəsi və mədəni mərkəzi olmayan, məktəbinin təmirə ehtiyacı olan kəndlər nə çoxdur. Heç bunlar barədə reportaj hazırlamısınızmı? Bu cür mühüm işləri qoyub, əhalinin heysiyyatı ilə oynayırsınız, hələ bir utanmadan “Borçalı” Cəmiyyətini separatçılıqda ittiham edirsiniz. Ay “İmedi” nə istəyirsən?
Yoxsa bütün bunların fonunda kimlərisə avantürayamı çəkmək fikiriniz var? Əgər hansısa tele-şirkət və ya digər mətbu orqanı bu cür ucuz düşüncələrə yuvarlanırsa, o, mövcudolma haqqını da itirir. Ona görə də, hesab edirəm ki, insanları milli münaqişəyə, arzuolunmaz hadisələrə, birsözlə avantüraya çəkən bu cür kompaniyalar dərhal durdurulmalıdır, buna start verənlər aşkar olunmalı və cəzalandırılmalıdırlar. Torpaqlarımızın bir hissəsi (Abxaziya, Cənubi Osetiya) işğal altında olduğu halda, şimal təhdidlərinə qarşı mübarizə apardığımız halda, müstəqilliyimizi qorumalı, iqtisadiyyatımızı, hərbi gücümüzü inkişaf etdirməli olduğumuz halda, növbəti münaqişə ocağı yaratmaqda maraqlı olanlar düşmənimiz hesab olunurlar və bu cür arzuolunmaz qrupların qarşısı dərhal kəsilməlidir.
Mənə çatan qeyri-rəsmi məlumatlara görə gələcəkdə Elat bayramının keçirilməməsi ilə bağlı Dmanisi rayonunda imzatoplama kompaniyasına başlanılıb. Yuxarının göstərişini həyata keçirən kənd sovetləri üzərində heç bir şeydən bəhs olunmayan vərəqəyə imza atdırırlar. Vərəqin ağ yerinə isə məqsədin sonradan yazılacağı planlaşdırılıb. Demokratik ölkə dediyimiz Gürcüstanda bu saxtakarlığı təsəvvür etmək nəinki çətindir, hətta ağrıdıcıdır.
Bütün bunlara baxmayaraq, Borçalı əhalisi iyulun 26-da keçiriləcək növbəti Elat bayramına indidən hazırlaşırlar, ötən Elatda iştirak etmək imkanı olmayanlar təəssüf hissini gizlədə bilmirlər, hər kəs orada iştirak etməyi özünə borc hesab edir.

Elbəyi Cəlaloğlu
Borçalı, 28 avqust 2015-ci il
Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar