Nazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR
Cəmiyyət
260
15:39, Bu gün

Nazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabineti arxiv sahəsi ilə bağlı yeni qərar qəbul edib.
 
Moderator.az xəbər verir ki, qərara əsasən, "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub.
 
Sənədə görə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sistemin aparılması, fəaliyyətinin təşkili, saxlanılması və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. Həmçinin qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin müvafiq dövlət reyestrlərinə daxil edilməsi istiqamətində işlər görəcək.
 
Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı Prezident fərmanından irəli gələn tədbirlərin icrasını təmin etməlidir.
 
Qərarla eyni zamanda Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli qərarında dəyişiklik edilib. Belə ki, "Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları"nda bir sıra terminoloji dəyişikliklər aparılıb, bəzi müddəalar isə ləğv olunub.
 
Dəyişikliklərə əsasən, sənədlərdə "Vahid Elektron Arxiv Məlumat Sistemi (VEAMS)" ifadəsi "Vahid elektron arxiv" informasiya sistemi ilə əvəz edilib və müvafiq bəndlər buna uyğunlaşdırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər