Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası
Cəmiyyət
289
19 Apr 2026 | 22:05

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Uzun müddətdir təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Gəncənin Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsindəndir.

Yoldan müntəzəm istifadə etmək məcburiyyətində olan sürücülər, xüsusən də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olanlar vəziyyətlə bağlı daha çox narahatlıq keçirirlər.

Məsələ ilə əlaqədar Gəncə İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yol əsaslı şəkildə asfaltlanaraq təmir edilib. Müəyyən yerlərdə aparılmış qazıntı işlərini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirdiyindən asfalt örtüyünün bərpası öhdəliyi də onların üzərinə düşür. Bu qurumdan isə bildirilib ki, görülən işlərdən sonra həmin ünvanlardakı kiçikkvadratlı ərazilərin əvvəlki vəziyyətinə qaytarılması təmin olunacaq.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər