Nazilə Səfərli onun üçün kömək istədi: “Lütfən, yardım edin”
Cəmiyyət
302
09:01, Bu gün

Nazilə Səfərli onun üçün kömək istədi: “Lütfən, yardım edin”

Şairə-tamada Nazilə Səfərli mərhum Könül Vəlibəylinin qızı Ləman Qulamovanın ağır vəziyyəti ilə bağlı xalqa müraciət edib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi gənc qızın həyati təhlükə ilə üz-üzə qaldığını, təcili əməliyyata ehtiyacı olduğunu və bunun üçün maddi dəstəyin vacib olduğunu bildirib.
 
Nazilə Səfərli Ləmanın hazırda Türkiyədə xəstəxanada olduğunu və vəziyyətinin son dərəcə ağır olduğunu deyib:
 
“Ləman hazırda Türkiyədə xəstəxanadadır. Nə qədər çalışsaq da, onu xəstəxanadan çıxarmaq mümkün olmur. Çünki boğazında ciddi problem yaranıb, dəlik əmələ gəlib. Qız uzun müddətdir normal şəkildə qidalana bilmir, yemək yeyə bilmir. Bu isə onun vəziyyətini daha da ağırlaşdırır.
 
Əvvəllər bir neçə xeyriyyəçi birləşərək ona 20 min manat yardım etmişdi. Amma indi vəziyyət dəyişib, Ləman mütləq əməliyyat olunmalıdır. Bu isə əlavə vəsait tələb edir”.
 
Sənətçi Ləmanın psixoloji durumunun da ağır olduğunu qeyd edib. Onun sözlərinə görə, Ləman anasının vəfat etdiyini yeni öyrənib:
 
“Ləman uzun müddət anasının sağ olduğunu düşünürdü. Elə bilirdi ki, anası da onun kimi xəstəxanadadır, müalicə alır. Bu xəbəri yeni öyrənib.
 
Xalqımızdan xahiş edirəm, gəlin bu qızı tək qoymayaq. Hər kəs imkanı daxilində, hətta 1 manat da olsa kömək etsin.
 
Ailəsi əvvəlcə kart nömrəsi paylaşmağa utanırdı. Amma artıq utanmağın yeri deyil. Söhbət bir gəncin həyatından gedir. Ləman əməliyyat olunmalıdır və bunun üçün hamımızın dəstəyinə ehtiyac var".
 
Yardım etmək istəyənlər üçün bank kartı: 5243 7544 4434 5027
 
Xatırladaq ki, ötən il Yasamal rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın faciə ilə nəticələnmişdi. Hadisə zamanı 3 nəfər həyatını itirmiş, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
 
Yanğında həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də yer alır. Onun qızı Ləman Qulamova isə ağır yaralanmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər