Qənirə Paşayevanın xatirəsinə böyük töhfə: Yeni mərkəz açılır
Cəmiyyət
2429
15 Apr 2026 | 16:43

Qənirə Paşayevanın xatirəsinə böyük töhfə: Yeni mərkəz açılır

Mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş reabilitasiya mərkəzi fəaliyyətə başlayır. 

Moderator.az xəbər verir ki, bu barədə tanınmış psixoloq, Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin qızı Təranə Paşayeva məlumat verib.

T. Paşayeva bildirib ki, bu mərkəzin açılışı onun üçün xüsusi önəm kəsb edir: 

"Bu günlər mənim üçün xüsusi önəmlidir. Qadınlar üçün yeni reabilitasiya mərkəzi açırıq - dəstək, güc və yeni ümid məkanı. Bu mərkəzi Milli Məclisin deputatı olan bacım Qənirə Paşayevanın əziz xatirəsinə həsr edirəm. Onun xeyirxahlığı, insanlara sevgisi və kömək etmək istəyi hər zaman mənim üçün nümunə olub."

Mərkəzin əsas məqsədi qadınlara psixoloji və mənəvi dəstək göstərmək, onlara çətin anlarında güc və ümid yeri olmaqdır. Psixoloq qeyd edib ki, bu məkan hər bir qadının özünə inandığı və həyatında yeni bir səhifə açdığı dayaq nöqtəsinə çevriləcək.

1498716

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva 2023-cü ilin sentyabrında vəfat edib. Onun xatirəsinin bu cür xeyirxah bir layihə ilə yaşadılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər