Daha iki nəfərə yüksək vəzifə verildi - FOTO
Cəmiyyət
1356
15 Apr 2026 | 16:39

Daha iki nəfərə yüksək vəzifə verildi - FOTO

Qarabağ və Gəncə-Daşkəsən Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunub

Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Ruslan Rasim oğlu Rzayev Qarabağ Regional Təhsil İdarəsinə, Elmin Məmmədtağı oğlu Məmmədtağıyev isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, Elmin Məmmədtağıyev 2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi, Ruslan Rzayev isə 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri kimi fəaliyyət göstərib.

Rəvan Baxışovla yanaşı, daha iki nəfərə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Fotoda solda Ruslan Rzayev, ortada Elmin Məmmədtağıyev, sağda isə Rəvan Baxışovdur

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər