Masallıda 3 200 abonentin qazı kəsiləcək
Cəmiyyət
451
14:04, Bu gün

Masallıda 3 200 abonentin qazı kəsiləcək

Masallı şəhərinin Azərbaycan prospektində yerləşən polietilen qaz xəttinin 26 metrlik hissəsinin polad borularla əvəz olunaraq yerüstü xətt kimi çəkilməsi və müvafiq olaraq qoşulması məqsədilə planlaşdırılmış təmir-bərpa işləri aparılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, bununla əlaqədar olaraq, 15.04.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Seybətin kəndləri, həmçinin şəhərin bir hissəsi daxil olmaqla ümumilikdə təxminən 3 200 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər