Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO
Cəmiyyət
213
13 Apr 2026 | 23:40

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb. Məsələn, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə dönə bilərlər.

Bunun üçün "Yol verməklə dönmək olar" nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.

 

 

Baku TV sözügedən məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Onların çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.

"Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir", "Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim", - deyə sürücülər məsələyə münasibət bildiriblər.

Paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir. Lakin bir çox sürücü bundan məlumatsızdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər