Habil Əliyev: “Sən lap mənə vəsiyyət elətdirdin” (VİDEO)
Oxunub: 2820
08 Sep 2015 | 23:17
Habil Əliyev: “Sən lap mənə vəsiyyət elətdirdin”  (VİDEO)
“Elələrinə kaman çalmışam ki, indi onları dinləsəm ölərəm” 


“Uşaqlığım elə vaxta düşüb ki, heç o vaxta qayıtmaq istəmirəm. Amma qocaldıqca uşaqlığıma qayıdıram. Müharibə illəri idi, atam, qardaşım cəbhəyə getdi, ac qaldıq... Balaca-balaca uşaqlar idik. Uşaqlığım bir şey olmayıb. Axırım hara qədər gedəcək, bilmirəm, amma gedir”.  
 Bu sözləri bir müddət əvvəl APA TV-də “İlqar Rəsul və...” verilişinin qonağı olan tanınmış kaman ustası, xalq artisti Habil Əliyev deyib.
 
Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi və oxlovu ilə kamança çalırmış: “Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi dəymə,  murdarlayırsan. Əslində düz deyirdi, amma sonra gördü ki, mənası yoxdur”.  
 
Qocaman sənətkar anadan böyük qüvvə tanımadığını deyib: “86 yaşım var, amma yenə də dara düşəndə anamı çağırıram. Onu dada çağırmadığım gün yoxdur. Anadan böyük köməyim, imdad yerim yoxdur. Allah günahımdan keçsin, mən Allahdan çox anamı istəyirəm. Ana müqəddəsdir, əvəzolunmazdır. Ananın qiyməti hələ düzgün verilməyib, məni qane etmir. Allah Cəfər Cabbarlıya rəhmət eləsin. O gözəl “Ana” şeri yazıb, hər şeyi deyib. Hələ də nahar süfrəmin yanında həmişə anamın şəkli var. Elə bilirəm ki, bir yerdə oturub nahar edirik”.
 
Ən çətin vaxtlarında kamança onların həyatını demək olar ki, xilas edib. Buna görə sənətkar kamanına yüksək qiymət verir: “Mən kiməm ki, mənim adım, sanım, sənətim, mədəniyyətim, varlığım, hər şeyim kamançadır. Sanki Allah o qabiliyyəti mənə verib ki,  bu ailə, uşaqlar dolansınlar. Mənə elə gəlir ki, o canlıdır. O vaxt qohum-qonşuda çoxu acından öldü, elə ev oldu ki, bir adam da sağ qalmadı. Amma kamança bizi acından ölməyə qoymadı. İndi kamança çalanlar elə adi bir kamança kimi baxırlar bu alətə, amma mən yox. Vallah, ailə-uşaqdan utanmasam, yatanda da yanıma  qoyaram ki, soyuq-zad olar. Müqəddəs bir şey kimi baxıram ona”.
 
Habil Əliyev müharibə illərini xatırlayıb: “Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir də görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki,  ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək.  Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim, müəllimimiz də erməni idi. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. O günlər getsin, gəlməsin. Çox abırlı olmaq da bir şey deyil. Amma o sınaqlardan keçməsəydim, indi bura çatmazdım. Onda elə bilirdim ki, həyat elə budur. Əslində, o vaxt çalmağa başlayanda məşhur olacağımı ağlıma gətirmirdim. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam. Hürən itdən də qorxurdum. Həmişə anam  mənə ürək-dirək verirdi. Elə uşaq da deyildim, evlənəsi yaşda idim”.
 
Sənətkar həyat yoldaşı ilə tanışlığından danışıb: “Şərqiyyə xanımla o vaxtkı Qutqaşenin bir kəndində toyda tanış olmuşam. Uşaqlıq dostum rəhmətlik Yaqubla Ağdaşa getmişdik. Yay fəsli idi, getdik ki, həm sərinləyək, dincələk, həm də qazancımız olsun. Əsgərdən gələnlərin məclisində çalıb oxuyurduq. Camaat danışırdı ki, iki qaraçı uşaq gəlib, elə yaxşı oxuyurlar ki. Elə qaraçıya da oxuyurduq. Üst-başımız da, özümüz də yaman gündə idik. Görürsünüz, İstiqlal ordeninin yolu haralardan keçib... Şərqiyyə xanımı bir qadın məclisində gördüm, bəyəndim. Alın yazım imiş. Maraqlandıq, dedilər, yaxşı ailədirlər. O vaxt 9-cu sinifdə oxuyan qızı ərə verdiyinə görə onları hədələyirdilər. Amma biz ailə qurduq, övladlarımız da oldu. Mən səfərə gedəndə, xanımım məndən çox sevinirdi. Çünki özümdən çox ona hədiyyə alırdım. Rəhmətlik Bəxtiyar müəllim deyirdi ki, siz xoşbəxtsiz, ona görə ki, bir-birinizi başa düşürsünüz. Məncə də elədir. Yoxsa bu qədər yolu gedə bilməzdik”.
 
Bütün ömrü böyük məclislərdə, camaatın arasında keçən sənətkar gözələ baxmağın günah olmadığını deyib: “Gözələ baxmamaq olmur. Amma baxanda da söz-söhbət çıxır. Yaxşı zövqün olması o qədər də yaxşı şey deyil. Sən baxana başqaları da baxırsa, deməli, zövqün düzgündür”.
 
Sənətkar kamançanı da canlı kimi sevir: “Bütün günü kamança əlimdən düşmürdü. Bir gün yoldaşım dözmədi, dedi, mən mahnıya qulaq asmağa gəlməmişəm. Az qala boşanırdı. Amma sonra gördü ki, mənim zəhmətimin nəticəsi olacaq. Kamançaya heç vaxt xəyanət etməmişəm. Mənim kamançama erməni ustaları xəyanət elədi. Həmişə kamanı onlar çalıblar. Bizlərdən kamança çalan bir-iki nəfər var idi. Alət bizim, sənət bizim, amma çalan ermənidir. Bizim uşaqlar da gedib ermənidən Azərbaycan musiqisi öyrənirdilər. Onlara inandım, axı bizim millət safdır. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim.  O mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım”.
 
İllərini sənətə fəda edən kamança ustası artıq çətinlik çəkdiyini etiraf edib: “İndi kaman qoluma ağırlıq edir. Ona görə də çalmıram. Bu yaxınlarda televiziyada vida konserti verməyə hazırlaşıram. Yaşım elədir ki, birdən yataram, səhər oyanmaram. Amma daha ölümdən də qorxmuram. Ölüm məndən qorxur. Əzrayıl gəlsə, ona bircə onu deyərəm ki, yaman insafsızdır. Kimin canını alacağını bilmir. O qədər canı alınasılar var ki... Allahdan özümə aid heç nə istəmirəm. Mənə nə lazımdırsa verib, dolanmışam. Həmişə yalvarmışam ki, mənim gördüyüm günləri indiki cavanlara göstərmə”.
 
Kaman ustası məcburiyyətdən səsi olmayanları müşayiət etdiyini deyib: “Heç kim mən görən çətinlikləri görməsin, amanın günüdür. Elə oxuyanlara çalmağa məcbur olmuşam ki, indi onları dinləsəm ölərəm. Arzum budur ki, xalq öz ifaçılarını yaxşı seçsin, milli musiqimizi dinləyənlərin sayı çox olsun. Bəlkə də şikayət kimi səsləndi, amma, vallah belə deyil”.
 
Habil Əliyev son arzusunu dilə gətirmək istəməyib: “Bir arzum, amma deməyə utanıram. Bu, bütün kişilərin arzusudur. Amma  başqaları demirsə, mən niyə boynuma alım? Atalar deyir ki, aclığını o yerdə bildir ki, orda qarnın doyacaq. Mənim qarnım doymayacaqsa, bu aclığımı niyə bildirim? Ona görə demirəm”.
 
Sənətkar musiqinin sehrindən danışıb: “Mən musiqimizdə ağır yük götürmüşəm. Amma yenə də sənətdən danışanda xəcalət çəkirəm. Qoy hərə öz sahəsindən danışın. Məncə, elə böyük iş görmürəm. Kamança çalıram, aya ulduza getmirəm. Çalırsan, çıxıb gedir və bitir.  Musiqini görə də bilmirsən, yalnız eşidirsən”.
 
Musiqiçi qiyməti olmayan sevimli kamanını çox əzizlədiyini deyib: “Mən öləndən sonra arvad kamançamı çala bilsə, o çalsın. Amma qorxuram kaman dəbdən düşər, heç muzeyə də qoymazlar. Ona görə də qoy elə evin bir küncündə qalıb çürüsün”.
 
Söhbətin sonunda küskünlüklərini dilə gətirib: “Çox əziyyətlər çəkmişəm, amma qürurum alçalmayıb. Bu millətin qüruru böyükdür. Səmimi deyirəm, bizim kimi gözəl millət yoxdur. Amma yenə də nəsə çatmır. Çox tələsik görürük işləri və səhvlərimiz çoxdur. Bu millətin içindəki alimlərlə çobanlar arasında az fərq görürəm. Azərbaycanlı xasiyyəti qoymur bu fərq görünsün. Arzum burdur ki,  təmizlənək, saflaşaq. Kaş bu millətin hövsələsi mükəmməl olaydı. Sən lap mənə vəsiyyət elətdirdin. Narazı olduğum çox şeylər var, onlar böyük məsələlərdir. Hər kəs  Azərbaycan üçün öz sahəsində bir iş görə bilər. Mən buna inanıram. Bütün sahələrdə çox istedadlı insanlarımız var. Amma çox çalışmalıdırlar. Mən lovğa və yekəxana adam deyiləm. Mənim balaca "çömçəmə", balaca sənətimə bu qədər qiymət verilirsə, demək biz balaca millət deyilik”.



Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB