İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur! 
Cəmiyyət
Oxunub: 1112
09:33, Bu gün
İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur! 
Ekspert: “Qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur”
 
Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük. “Yeni Müsavat” xəbər verir ki, bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir. 
 
Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
 
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. 
 
Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur? 
 
Osman Gündüz: “Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır”
 
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom" -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla  müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə,  onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər". 
 
Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. ”Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı  müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur. 
 
Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb".
 
Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.
 
Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.
 
Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
 
Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib.
 
Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır?
 
Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.
Oxşar xəbərlər
19:10, Bu gün
Cənubi Koreyaya yenidən zibil şarları göndərildi
19:03, Bu gün
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
18:55, Bu gün
Türkiyə gözəlindən tənqidlərə cavab: savadsız insanlar...
18:48, Bu gün
Pensiya yaşı çatmadan pensiya kapitalından istifadə imkanı kimlərə yaradıla bilər?
18:40, Bu gün
Qadın pişiyi sayəsində xərçəng olduğunu öyrəndi
18:33, Bu gün
Dollara tələbat artır - Manat ucuzlaşacaq?
18:25, Bu gün
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
18:18, Bu gün
Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"
18:10, Bu gün
Vurulan təyyarəni düşmən üzərinə çırparaq şəhid olan polkovnik...
18:05, Bu gün
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
18:00, Bu gün
Kütləvi istefalar BAŞLADI - Bu partiyanın 41 üzvü...
17:55, Bu gün
Qarşı cinslə ilk görüş üçün ƏN PİS GÜN: Bu tarixlərdən istifadə etməyin!
17:48, Bu gün
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
17:41, Bu gün
Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...
17:35, Bu gün
O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..
17:34, Bu gün
"Bu, informasiya terroru, azad sözə və jurnalist peşəsinə hücumdur" - Zaxarova
17:27, Bu gün
Silahların xarakteri dəyişməyə başladı – Hücum sistemləri Ermənistana göndərilir
17:20, Bu gün
"Nazirlər də işə velosipedlə getsin!" - Ekspert Bakının tixac problemindən danışdı - VİDEO
17:13, Bu gün
Nuran Abdullayev Forumdan danışdı: "Əsas hədəfimiz bütün dünyada yaşayan azərbaycanlı həkimləri birliyə cəlb etməkdir"
17:10, Bu gün
MSK iddiaları araşdırdı: "Bu seçki məntəqələrində qanun pozuntuları..."
17:04, Bu gün
Temperatur enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
16:57, Bu gün
Xəzər dənizində ZƏLZƏLƏ oldu
16:51, Bu gün
Ermənişünas alim tarixi faktları açıqladı: "Ermənilərin Qafqazda dövlət qurmaq planı olmayıb"
16:44, Bu gün
ABŞ Konqresindən Azərbaycana həmlə – Sentyabrın 19-da...
16:37, Bu gün
Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir - FOTO
16:30, Bu gün
Rusiya Polad Bülbüloğluna mükafat verdi
16:23, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb
16:17, Bu gün
İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən AÇIQLAMA
16:13, Bu gün
“Sentyabrın 15-i Azərbaycan tarixi üçün olduqca əlamətdar və tarixi gündür”- VİDEO
16:10, Bu gün
Türkiyə kəşfiyyatının rəhbəri Ankarada HƏMAS rəhbərliyi ilə görüşdü
16:06, Bu gün
Evdə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO
16:00, Bu gün
İranda ötən əsrdən qalan bomba tapıldı - VİDEO
15:53, Bu gün
"Vikipediya"dan şəhid məqalələrini silənlər vətən xaininin dostlarıdır" - Şəhid qardaşı
15:46, Bu gün
Zakir Həsənovun müavini Çinə getdi - FOTO
15:39, Bu gün
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı - FOTOLAR
15:33, Bu gün
İran Yerətrafı orbitə öz istehsalı olan tədqiqat peykini buraxdı
15:26, Bu gün
Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? - RƏSMİ CAVAB
15:19, Bu gün
Dünya artıq Azərbaycanla hesablaşır - "Etibarlı tərədaş olduğumuzu sübut etmişik"
15:12, Bu gün
"Bu söhbəti bitirmək çox asandır": ABŞ Dövlət Departamenti Putinin son bəyanatları haqqında
15:05, Bu gün
Qubada 85 yaşlı qadın özünü asdı
14:58, Bu gün
Ermənistanı gözləyən təhlükə - ABŞ İrəvanı uçuruma aparır - ŞƏRH
14:51, Bu gün
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO
14:44, Bu gün
Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY
14:37, Bu gün
Türk birliyi yolunda daha bir MÜHÜM ADDIM
14:30, Bu gün
Prezident və xanımı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərdi
14:24, Bu gün
"Bu, təhlükəli oyundur": NATO Ukraynaya qoşun yeritmək istəyir?..
14:17, Bu gün
Ömürlük ipoteka ödəyək, yoxsa kirayə qalaq? - AÇIQLAMA
14:11, Bu gün
Mərakeşdə erməni təxribatının qarşısı alındı - FOTO
14:05, Bu gün
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatdı, "Mercedes" pilotu birinci oldu - YENİLƏNİB
13:59, Bu gün
Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü
13:53, Bu gün
“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”
13:51, Bu gün
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:46, Bu gün
"Uşaqpulu birmənalı bərpa olunmalıdır, əks təqdirdə...” - Sosioloqdan SOS
13:43, Bu gün
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
13:40, Bu gün
"Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq" -  Dubravka Cedoviç
13:34, Bu gün
"Baydenlə Starmerin danışıqları başa çatıb, nəticə nədən ibarətdir?" - BBC
13:28, Bu gün
“Qərb təkcə ABŞ-dan ibarət deyil” – VİDEO
13:24, Bu gün
"Formula 1": "Haas" pilotu Azərbaycan Qran-prisində qəza törətdi
13:20, Bu gün
Prezident Fatma Səttarovanın ailəsinə başsağlığı verdi
13:16, Bu gün
Bu ərazilərə leysan yağıb - FAKTİKİ HAVA
13:10, Bu gün
"Formula 1": "Alpin" pilotu Bakıda uğursuzluqla üzləşdi
13:04, Bu gün
Narin Güranın qətli ilə bağlı həbs edilənlərin sayı artdı
12:59, Bu gün
"Kamala Harris debatı uddu, lakin seçkinin  taleyi hələ qeyri-müəyyəndir...”
12:46, Bu gün
Universitetlər tələbələri belə aldadır - VACİB MƏLUMAT
12:39, Bu gün
18 yaşlı qadının bıçaqlanmasının yeni DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub
12:32, Bu gün
Blinken danışıqlardakı irəliləyişi alqışladı - ABŞ yazılı açıqlama yaydı
12:26, Bu gün
Azərbaycan tarixində mühüm gün - Bakının qurtuluşundan 106 il ötür
12:20, Bu gün
Nuru Paşaya həsr olunan, Türk Dünyasının himninə çevrilən məşhur mahnı haqda İLGİNC FAKTLAR  
12:19, Bu gün
Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib
12:16, Bu gün
KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub
12:12, Bu gün
Məktəbdə kağız pulu, fond pulu, təmir pulu yığılması - Hüquqi məsuliyyət YARADIR
12:06, Bu gün
“Bildik, pis oğlansan, aldadırsan, badalaq gəlirsən…” – Serial aktyoru
12:00, Bu gün
“Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır” - Kamaləddin Qafarov
11:55, Bu gün
Azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı - VİDEO
11:51, Bu gün
Qusarda motosiklet aşdı - Ölən var
11:48, Bu gün
“Qarabağ” “Səbail”i qəbul edəcək - Premyer Liqa
11:45, Bu gün
Bakıdan Sumqayıta gedənlərə XOŞ XƏBƏR 
11:43, Bu gün
İranın qırmızı xətti keçilir – “Başqa yol yoxdur”
11:40, Bu gün
Elnur Məmmədliyə yeni vəzifə verildi
11:35, Bu gün
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub - FOTO
11:30, Bu gün
“Formula 1” pilotlarının qazancı bu qədərdir - 205 milyon...
11:22, Bu gün
Maaş 165 min manatdır, amma işçi tapılmır
11:17, Bu gün
Azərbaycan nefti ucuzlaşıb
11:09, Bu gün
Azərbaycan da nağdsız ödənişə keçsə... - hazırlıqlar bitir?
11:00, Bu gün
Onları parlaq gələcək gözləyir: tezliklə həyatı dəyişəcək 5 BÜRC
10:54, Bu gün
“İndi Nəcməddin Sadıkov ortada yoxdur” - 20 milyonu necə bölüblər?
10:42, Bu gün
Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub
10:38, Bu gün
Bu məhsullar çay və ya qəhvə ilə qəbul edilməməlidir
10:29, Bu gün
Payızda gözlənilmədən varlanacaq BÜRCLƏR
10:20, Bu gün
"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının qarşısında acizdilər"- EKSPERT 
10:12, Bu gün
Meymunçiçəyi üçün ilk peyvənd təsdiqləndi: İlk kimlərə vurulacaq?
10:06, Bu gün
Fatma Səttarova vəfat etdi
09:59, Bu gün
VACİB XƏBƏRDARLIQ - Sentyabrın 18-dən marta qədər...
09:51, Bu gün
DYP hərəkət iştirakçılarına müraciət etdi
09:41, Bu gün
Paşinyanın xanımını "qadağan edilmiş şəhər"ə buraxdılar...-VİDEO
09:40, Bu gün
KOBSKA-nın komitə rəhbərləri ilə görüş keçirilib
09:33, Bu gün
İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur! 
09:31, Bu gün
Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB + FOTOLAR
09:28, Bu gün
Azərbaycanlılar ölkəyə pul göndərə bilmir – Səbəb
09:17, Bu gün
Formula-1 bu şəhərlərimizdə də keçirilə bilər - Rəsmi
GÜNLÜK
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
13 Sep 2024 | 20:24
"Mənim də atam səfir olsa, "Dünya gözəli" seçilərdim"
00:25, Bu gün
Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
13 Sep 2024 | 19:32
İranda ciddi problem yaranır - Maraqlı məlumatlar
13 Sep 2024 | 20:10
Toyda gəlinin sinəsinə pul qoydular - Bəy də izlədi - FOTOLAR
13 Sep 2024 | 19:54
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - VİDEO
13 Sep 2024 | 20:02
Maaş 165 min manatdır, amma işçi tapılmır
13 Sep 2024 | 20:55
Lalənin verilişinin aqibəti bəlli oldu
13 Sep 2024 | 22:23
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
AYLIQ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
13 Sep 2024 | 20:24
"Mənim də atam səfir olsa, "Dünya gözəli" seçilərdim"
00:25, Bu gün
Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
13 Sep 2024 | 19:32
İranda ciddi problem yaranır - Maraqlı məlumatlar
13 Sep 2024 | 20:10
Toyda gəlinin sinəsinə pul qoydular - Bəy də izlədi - FOTOLAR
13 Sep 2024 | 19:54
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - VİDEO
13 Sep 2024 | 20:02
Maaş 165 min manatdır, amma işçi tapılmır
13 Sep 2024 | 20:55
Lalənin verilişinin aqibəti bəlli oldu
13 Sep 2024 | 22:23
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar