Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
Oxunub: 2084
14 Sep 2024 | 13:43
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır?  Bu mənzil sahibləri kommunlar xidmətlər üçün haqqı necə ödəməlidirlər?
 
Bununla bağlı vəkil İlhamə Həsənovanın təqdimatında Moderator.az -ın "Vəkil məsləhəti" rubrikası təqdim edir: 
Əvvala onu qeyd edim ki,yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilməyibsə  , orada yaşamaq qəti qadağandır.Ona görə də yeni inşa edilən binada mənzil alarkən bu məqama mütləq diqqət yetirilməlidir. Bundan əlavə bina daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbsa, necə deyərlər, ”çıxarış”, ”kupça”yoxdursa, onda mütləq ilkin alqı-satqı müqaviləsi və ilkin çıxarış tələb edin. Yəni hüquqların ilkin qeydiyyatını. Bu sənəd də “kupçadır”. Yəni aldığınız mənzilə dair hüququnuz ilkin qeydiyyata alınır və bu halda həmin mənzili sizə satan şirkət onu sonradan başqasına da sata bilmir.
 
MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur. Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır. Qaldı ki, mənzil sahiblərinin binanın saxlanması üçün kommunal xidmələrə görə ödəniş etmələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə əsasən bu haqqın məbləğı həmin bina sakunlərinun yaratdığı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativinin ümumi yığıncağında müəyyən edilir. Belə bir qurum yaradılmayıbsa çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.
 
Yəni yaşadığınız binada sizdən binanın saxlanması üçün haqq tələb edirlərsə, mütləq bu haqqın müəyyən edilməsinə dair protokol tələb edin. Bu ya mənnzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativinin ümumi yığıncağının protokolu, ya da bina sakinlərinin ümumi yığıncağının protokolu olmalıdır. 
Mənzil  Məcəlləsinin 140.1-ci maddəsinə əsasən mənzil sahibi olaraq binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə həmin əmlaka ümumi mülkiyyət hüququnda payınıza mütənasib olaraq iştirak etməyə borclusunuz. Mənzildə yaşamamağınız sizi bu haqqı ödəməkdən azad etmir.
 
Öz növbəsində həmin Məcəllənin 142.1.-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Yəni sizdən binanın saxlanmasına görə haqq tələb olunursa,belə bir  haqqın ödənilməsinə görə müqavilə imzalayıb imzalamadığınıza diqqət edin.
 
Onu da qeyd edim ki, çoxmənzilli binanın idarə edilməsi aşağıdakı 3 formada həyata keçirilir:
 
• binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;
• mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi
tərəfindən idarə edilməsi;
• idarəedici təşkilat tərəfindən idarə 
 
Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət mənzil sahiblərinə məxsusdur və binanın idarə edilməsi üsulu onların  ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).
 
Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər.
 
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
 
Onu da qeyd edim ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1.-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir.
Lakun çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir.
 
Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
 
Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur.
 
Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1 - ci maddələri).
 
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.
 
Beləliklə Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar.
 
Oxşar xəbərlər
22:40, Bu gün
Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdan ŞOK AÇIQLAMA
22:37, Bu gün
Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"
22:35, Bu gün
Putinin reytinqi açıqlandı – İnanılmaz
22:30, Bu gün
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
22:25, Bu gün
Hədəfimiz İsraili buna məcbur etmək və... - Hizbullah
22:20, Bu gün
Daha bir hərbi komissar həbs edildi - RƏSMİ
22:08, Bu gün
Millimiz Estoniyaya məğlub oldu
22:00, Bu gün
“Obama mənə səs verəcək”
21:55, Bu gün
Bayden qasırğadan zərər çəkmiş Floridaya səfər edəcək
21:50, Bu gün
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
21:45, Bu gün
Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO
21:40, Bu gün
Ermənistan COP29-da iştirak edəcək? - Laçındakı KSES-lərin ekologiyaya töhfəsi - VİDEO
21:35, Bu gün
Ermənistanda zəlzələ baş verdi
21:28, Bu gün
Rusiya XİN bu ölkəyə xəbərdarlıq etdi
21:20, Bu gün
Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
21:13, Bu gün
Yasamalda FACİƏVİ ÖLÜM: 20 yaşlı qız...
21:05, Bu gün
Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə- VİDEO
20:57, Bu gün
Günay Ağamalı: "Yenilənən Laçın göz oxşayır"
20:55, Bu gün
““Böyük İsrail” proyekti ilə bağlı işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...”
20:48, Bu gün
Eminin ev yarışının qalibi bəlli oldu!
20:47, Bu gün
ABŞ-da nəşr olunan THEHİLL.COM-dan İFRAZ OLUNAN ZƏHƏR…
20:43, Bu gün
Məktəb binasından yıxılan qızın SON DURUMU
20:35, Bu gün
Rusiya Yaponiyaya nota verdi: Öz ərazisində hərbi təlim keçirir...
20:30, Bu gün
Pulsuz "Wi-Fi"lardan niyə istifadə etmək olmur? - VİDEO
20:23, Bu gün
Ukrayna Rusiya Prezident Administrasiyasının obyektini DAĞITDI
20:15, Bu gün
Estoniya - Azərbaycan görüşü başladı - CANLI
20:10, Bu gün
Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu
20:05, Bu gün
Dünyanın ən yaxşı universitetləri: Siyahıda Azərbaycan da var
19:58, Bu gün
Fransa Ermənistana 75 milyon avro kredit verir
19:48, Bu gün
Yutubda abunəçiləri narazı salan YENİLİK
19:40, Bu gün
Ordumuzun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olundu - VİDEO
19:31, Bu gün
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib
19:25, Bu gün
AZAL yeni proqrama start verir
19:22, Bu gün
Altı BÜRCƏ həftənin sonu ilə bağlı ŞAD XƏBƏR
19:18, Bu gün
Mesut Özil: "Qarabağ" bizim canımız-ciyərimizdir"
19:10, Bu gün
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
19:10, Bu gün
Arılardan xilas olmaq istəyərkən 17 evi yandırdı: Tragikomik hadisə - FOTO
19:05, Bu gün
Məsut Özil: Azərbaycanda Məsut Özil İdman akademiyası açmağı düşünürəm
19:00, Bu gün
"Halal" markası vurulmuş məhsulun tərkibində DONUZ PİYİ VAR? - Qurumlardan AÇIQLAMA
18:55, Bu gün
ICESCO nümayəndə heyəti Ağdama səfər edib
18:53, Bu gün
Putin Şoltsla telefon danışığından imtina etdi
18:48, Bu gün
Metroda qatarlar gecikdi - SƏBƏB
18:40, Bu gün
Rusiyaya görə İrana sanksiyalar tətbiq edəcəklər?
18:33, Bu gün
Qara dəliyin sirri çözüldü – Görün ulduzları necə məhv edir
18:25, Bu gün
Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib
18:21, Bu gün
Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsindən ayrıldı
18:20, Bu gün
ADNSU-nun daha bir beynəlxalq uğuru - FOTO
18:15, Bu gün
Beynəlxalq dərəcəli boks hakimi atışmada həlak oldu
18:12, Bu gün
Ölümündən sonra doğulan oğlu adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı
18:10, Bu gün
Cənubi Çin dənizində gərginlik artdıqca qlobal ticarət risk altındadır
18:07, Bu gün
Şəhid ailələri və müharibə veteranları üçün yaradılan təsərrüfatlara növbəti mediatur olub - FOTO
18:05, Bu gün
Beyinin fəaliyyətini pozan qida
18:00, Bu gün
Qarabağ separatçıları barədə məhkəmədən YENİ QƏRAR
17:55, Bu gün
Energetika nazirindən yaşıl enerji dəhlizləri ilə bağlı MÜHÜM AÇIQLAMA - FOTO
17:51, Bu gün
Təmir olunacaq məktəblər niyə gizlədilir? - 42 milyon manat....
17:48, Bu gün
Son 19 ilin ən güclü maqnit qasırğası başladı – XƏBƏRDARLIQ
17:45, Bu gün
“İstisu” ilə bağlı iddialara RƏSMİ CAVAB
17:41, Bu gün
Onlar ianələri ilə şəhidimizin yadigarı Eldarı YAŞATdılar! - VİDEO
17:38, Bu gün
Qara paltar necə yuyulmalıdır? Rəngi ​​solmadan illərlə TƏZƏ QALIR
17:36, Bu gün
Ərinin öldürülməsini sifariş verən qadının məhkəməsi: "Öldürsək, mülkləri bizə qalacaqdı..."
17:33, Bu gün
“Bizi heç kim ittiham edə bilməz, heç kim!”
17:33, Bu gün
Spiker Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşdü
17:29, Bu gün
Deputat vəzifəsindən azad edildi
17:26, Bu gün
Ən xəsis 4 bürc - Pulu özlərindən də gizlədirlər
17:20, Bu gün
Gədəbəyin icra başçısının eks-müavininə cinayət işi açıldı
17:20, Bu gün
345 manat alan adam 500 manatlıq cəriməni necə ödəsin?
17:15, Bu gün
Velosiped yollarında yenilik
17:10, Bu gün
"Mən Rusiya uğrunda döyüşməyə və Putin uğrunda ölməyə hazıram" - Stiven Stiqal
17:05, Bu gün
Dünyanı təhdid edən təhlükə: Su mənbələrinin çatışmazlığı... - Fatma Yıldırım
16:59, Bu gün
Muxtar Babayev fransalı nazirlə görüşdü - FOTO
16:54, Bu gün
Erməni mafiyası COP29-a qarşı - VİDEO
16:50, Bu gün
Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi - Hadisənin TƏFƏRRÜATI
16:48, Bu gün
Beyni yaxşılaşdıran və yaddaşı gücləndirən ÇƏRƏZ
16:45, Bu gün
Fərid Qayıbov Mesut Özili qəbul etdi - FOTO
16:40, Bu gün
Bərpa olunan yerüstü şirin su ehtiyatları azalıb
16:35, Bu gün
Hava ilə bağlı xəbərdarlıq - Temperatur kəskin aşağı enəcək
16:31, Bu gün
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu ərazilərdə maşın saxlamaq qadağan edildi
16:27, Bu gün
Süni intellekt inqilabı: Hansı peşələr təhlükə altındadır?
16:26, Bu gün
“Qarabağ”dan Məsut Özilin Bakıya dəvət olunmasıyla bağlı AÇIQLAMA
16:22, Bu gün
Van Dammın azərbaycanlı gəlinindən qaynı ilə FOTO
16:16, Bu gün
Braziliya Prezidenti COP29-da iştirak edəcək
16:10, Bu gün
BDU-da “COP29 və qlobal iqlim dəyişiklikləri” mövzusunda tədbir - FOTO
16:04, Bu gün
"Tramp yalnız özünü, pullarını və statusunu düşünür" - Barak Obama
15:58, Bu gün
“Biz sovetdən qalma adamlarıq... ürək dözmür” – “Lalə” qızlar ansamblının 90 yaşlı yaradıcısı
15:53, Bu gün
Rusiya-Ukrayna müharibəsində baş verən proseslərin Cənubi Qafqazda gələcək təsirləri
15:48, Bu gün
Sərhədi bilinməyən Ermənistana ən böyük təhlükə – Ermənistan Konstitusiyası
15:43, Bu gün
İlham Əliyev içməli su ilə bağlı sərəncam imzaladı
15:40, Bu gün
Azərbaycanın Xarici Siyasətinin Təməl Prinsipləri və Təhlükəsizlik Arxitekturasına Təsirləri
15:35, Bu gün
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri artırıldı
15:30, Bu gün
Ağıllı insanların ümumi xüsusiyyəti: Düşündüyünüzdən daha yüksək IQ-ya sahib OLA BİLƏRSİNİZ 
15:28, Bu gün
Nazirlikdə UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş olub - FOTO
15:22, Bu gün
Azərbaycan və Sinqapur COP29 öncəsi ortaq məqsədləri müzakirə etdi - FOTO
15:17, Bu gün
Yeniyetmədən ŞOK ƏMƏL - Həmkəndlisinin maşınını qaçırıb arxa aşırdı
15:13, Bu gün
16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı
15:09, Bu gün
COP-29-a Ermənistandan ZƏRBƏ 
15:05, Bu gün
"Rusiya İsrailə qarşı müharibədə "Hizbullah"a döyüş dronları verib" - İsrail mətbuatı
15:00, Bu gün
Muxtar Babayev Putinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO
14:57, Bu gün
Təbiətin antibiotik təsiri ilə MÖCÜZƏVİ QİDASI 
14:52, Bu gün
Nobel Sülh mükafatının qalibi açıqlandı
14:48, Bu gün
Mesut Özil Bakıda - FOTO
GÜNLÜK
10 Oct 2024 | 23:39
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
10 Oct 2024 | 23:34
"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 
10 Oct 2024 | 22:52
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
10 Oct 2024 | 23:41
Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
10 Oct 2024 | 22:54
İsrail Beyrutun mərkəzində iki binanı vurub
10 Oct 2024 | 23:46
İsrail Beyrutun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirdi - VİDEO
10:34, Bu gün
Ən ağıllı uşaqların bu aylarda doğulduğu MƏLUM OLDU - ALİMLƏR İSBAT ETDİ
01:06, Bu gün
Süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq - Yenilik
01:07, Bu gün
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
10 Oct 2024 | 23:39
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
10 Oct 2024 | 23:34
"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 
10 Oct 2024 | 22:52
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
10 Oct 2024 | 23:41
Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
10 Oct 2024 | 22:54
İsrail Beyrutun mərkəzində iki binanı vurub
10 Oct 2024 | 23:46
İsrail Beyrutun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirdi - VİDEO
10:34, Bu gün
Ən ağıllı uşaqların bu aylarda doğulduğu MƏLUM OLDU - ALİMLƏR İSBAT ETDİ
01:06, Bu gün
Süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq - Yenilik
01:07, Bu gün
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib