Azərbaycan mətbuatı tarixindən - Nəsiman Yaqublunun yazısı
Cəmiyyət
Oxunub: 1639
22 Jul 2024 | 22:00
Azərbaycan mətbuatı tarixindən - Nəsiman Yaqublunun yazısı
Çar Rusiyasının XIX əsrin birinci yarısında Azərbaycanı işğal etməsindən sonra xalqımızın ictimai-siyasi həyatında yeni dövr başladı.
 
Rusiyanın iqtisadi, siyasi, mədəni-kültürəl baxımdan inkişaf etmiş ölkə olmaması, işğal etdiyi bölgələrin tərəqqisində ciddi problemlər yaradırdı.
 
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadə bununla əlaqədar yazırdı: “Rusiya nə Avropa kimi Avropa, nə də Şərq kimi Şərq idi”.
 
Böyük mütəfəkkir M.B.Məmmədzadə “Milli Azərbaycan hərəkatı” kitabında yazırdı: “Rusiyada o zamandan ta 1861-ci ilədək rəsmən, dövrümüzə qədər isə feilən bir köləlik rejimi mövcud olub hər bir haqq və hüquqdan məhrum kəndli bazarda əşya kimi satılırdı”.
 
“XX əsrin əvvəllərində Avrasiyanın müsəlman hərəkatı tarixindən” kitabında isə belə bir qeyd var: “Rəsmi sənədlərin səhifələrində İslam dininə sitayiş edənlərin hamısı ümumi “müsəlman” termini ilə ifadə edilirdi”.
 
Sonrakı dövrlərdə Rusiya həyatında baş verən ictimai-siyasi yeniliklər burada yaşayan “müsəlmanların” da inkişafına təsir etdi. Onların sayı isə 30 milyondan çox idi. Böyük mütəfəkkir Ə.Ağaoğlu “İrşad” qəzetindəki yazısında həmin rəqəmi qeyd edirdi.  1914-cü ilin 9 yanvarında Kazan tatarlarının qəzeti olan “Ulduz”da çap olunan “Rusiyada müsəlman çoxdurmu?” məqaləsində həmin rəqəmin 31 milyon olduğu yazılırdı.
 
Qeyd edək ki, Rusiyanın 1913-cü ilə aid olan rəsmi məlumatında müsəlmanların sayının qəsdən azaldılaraq 13 milyona çatdırıldığı məlumatı bildirilirdi.
 
 Müsəlmanların isə çar Rusiyası maneələrindən xilas olaraq getdikcə inkişafa meylliliyi müşahidə olunurdu. Əlavə edək ki, çar Rusiyasında müsəlmanların maariflənməsinə və elmlənməsinə hər zaman problemlər yaradılırdı və bu, dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi.
 
Bir statistikaya diqqət edək: 1914-cü ildə Rusiya universitetlərində təhsil alan 35695 min tələbədən yalnız 192-si müsəlman idi. Yenə 1914-cü ilin statistikasına görə Rusiyanın ali texniki tədris müəssisələrində təhsil alan 9704 tələbədən yalnız 46-sı müsəlman idi.
 
Mətbuatla bağlı faktlar da acınacaqlıdır: inqilabaqədərki Rusiyada müsəlman mətbuatı iki dövrə bölünür: 1870-ci və 1904-cü illər, 1905-1917-ci illər.
 
Çar Rusiyasında ilk müsəlman qəzeti 1875-1877-ci illərdə Bakıda çap olunmuş “Əkinçi” qəzetidir, redaktoru H.Zərdabidir. İkinci nəşr edilən, lakin ən uzunömürlüsü 1883-1918-ci illərdə çap olunmuş “Tərcüman” (“Tərcüməçi”) qəzetidir.
 
1875-1917-ci illərdə Rusiya ərazisində leqal olaraq Azərbaycan dilində 64, özbək dilində 14, qazax dilində 9, krım tatarlarının isə 7 nəşri var idi. 1905-ci ilin sentyabrından 1917-ci ilin fevralına qədər isə Rusiya ərazisində tatar dilində 76 dövri nəşrlər mövcud idi. Müsəlman dövrü nəşrlərinin tirajı da çox deyildi, 1000-dən 2000-nə qədər, nadir hallarda 4000-dən 5000-ə yüksəlirdi. Ən çox tirajı olan və tatar dilində çıxan liberal istiqamətli “Vakit” və “Ulduz” qəzetləri idi.
 
Cənubi Qafqazda yaşayan xalqların mətbuatı ilə bağlı maraqlı faktlara Qafqaz Senzura Komitəsində çalışmıış Mirzə Şəfi Mirzəyevin xatirələrində rastlaşmaq mümkündür. O, gürcü və ermənilərdən fərqli olaraq Rusiya hökumətinin azərbaycanlılara fərqli yanaşdığını belə açıqlayırdı: “Nəzərə alsaq ki, rus hökuməti hələ 1853-cü ildə gürcülərə və ermənilərə şəxsi mətbuat və ədəbiyyata malik olmaq hüququ vermişdi və hətta qanunvericilik səviyyəsində onların nümayəndələrini Şərq dilləri senzoru vəzifəsinə təyin etmişdi”.
 
Qeyd edək ki, Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı başa çatdıqdan sonra burada yaşayan xalqların dillərində çap olunan yazılara nəzarət etmək üçün ayrıca bir quruma – senzuraya ehtiyac getdikcə güclənirdi. Çar hökuməti Senzura Komitəsi yaratmadan öncə müxtəlif qurumların bu sahəyə nəzarətini rəsmiləşdirməyə başladı.
 
M.Ş.Mirzəyev yazırdı: “1837-ci ilin 23 dekabrında  Tiflisdə  nəşr olunan kitabların yoxlanılmasının  Gürcüstan, Qafqaz və Zaqafqaziya əyalətləri Baş İdarəçiliyinin tabeliyinə təqdim edilməsi haqqında” Ali fərman verildi. 1849-cu il 9/13 iyun tarixli 1918 saylı Canişinliyin  Qafqaz Təhsil Dairəsinin Qəyyumu haqqında olan sənədindən görünür ki, çap işləri üzərində senzura əvvəl Baş İdarəçiliyin Dəftərxanası, sonra isə İmperatorun Qafqaz Canişini tərəfindən aparılırdı. XIX əsrin ortalarına qədər  iş belə aparılırdı. Bu dövrdə Xüsusi Qafqaz Təhsil Dairəsinin təsisi barədə məsələ qalxdı. 1848-ci ilin dekabrın 18-də Qafqaz Təhsil Dairəsinin yaradılması haqqında Ali Fərman dərc olundu, 1849-cu ilin aprelin 5-də isə təntənəli açılışı oldu. Bu dövrdə bütün senzura komitələri Xalq Maarif  Nazirliyinə tabe idilər və əlbəttə, Qafqazda Xüsusi Təhsil Dairəsinin açılışı ilə xüsusi Senzura Komitəsi də açılmalı idi”.
 
Çar Rusiyasının Cənubi Qafqazı işğalından sonra gürcülər və ermənilər öz mətbuatlarını inkişaf etdirmək üçün yaradılan imkanlardan ciddi faydalanırdılar (təbii ki, burada din amili, yəni bu xalqların xristian dininə mənsubluğu başlıca rol oynayırdı. Və çar Rusiyası xristianlarla müqayisədə müsəlmanların maariflənməsinə geniş imkanlar yaratmırdı).
 
Təbii ki, gürcülərin, ermənilərin mətbuat və kitab nəşri ilə bağlı uğurlar əldə etdiyi bir zamanda 1875-ci ilin 22 iyulunda böyük mütəfəkkir H.Z.Zərdabinin “Əkinçi” qəzetini nəşr etməsi böyük hadisə idi.
 
Bu mənada M.Ş.Mirzəyevin statistik açıqlamaları maraqlıdır. “Əkinçi” çap edilən ili Cənubi Qafqazdakı nəşr nümunələrinə diqqət edək. O yazır ki, 1874-cü ildə (yəni ilk qəzetimiz olan “Əkinçi”nin nəşrindən bir il əvvəl) Cənubi Qafqazda rus dilində 28, gürcü dilində 14, erməni dilində 24 nəşr nümunələri (buraya qəzet, jurnal, kitab və s. daxildir) var idisə, Azərbaycan dilində çap məhsulu yox idi.
 
Dövrü mətbuat isə 1875-ci ildə Cənubi Qafqazda belə rəqəmlərlə təqdim olunur: rus dilində – 2, gürcü dilində – 5, erməni dilində – 4.
 
Azərbaycan dilində (mənbələrdə tatar dili yazılırdı) isə məlum idi ki, mətbuat orqanı çap edilmirdi.
 
1875-ci ilin iyulun 22-də Azərbaycanın ictimai-siyasi fikir tarixində ciddi hadisə baş verdi: ilk Azərbaycan qəzeti olan “Əkinçi” nəşr edildi. Qeyd edək ki, bu, çar Rusiyasında yaşayan “müsəlmanların” həm də ilk qəzeti idi. “Əkinçi” nəşr olunanda Rusiyada, xüsusən Cənubi Qafqazda yaşayan gürcülərin və ermənilərin nəşr orqanları artıq mövcud idi. Bu haqda arxiv sənədlərində və araşdırmalarda bilgilər yer almışdır.
 
“Əkinçi”nin nəşri ilə çar Rusiyasının təzyiqləri altında yaşamaq məcburiyyətində qalan Azərbaycanda  ciddi proseslər başladı. Xalqımızın həyatında mühüm tərəqqi və milli şüura sahib olması imkanları yarandı.
 
Qeyd edək ki, Azərbaycan mətbuatının banisi H.Zərdabi “Əkinçi”ni asanlıqla nəşr etməmişdir.
 
H.Zərdabi qəzet çıxarmağın çətinliyini “Rusiyada əvvəlimci türk qəzetəsi” məqaləsində yazırdı: “Bəs qəzetəni necə çıxardım, pul yox, yazıçı, yoldaş yox, çapxana yox, hürufat yox, ümid yox, 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır...”.
 
Yuxarıda qeyd etdiyimiz kimi, çar Rusiyasının basqıları və feodal dünyagörüşünün buxovları altında əzab çəkən, gerilik, cəhalət və savadsızlığa bürünmüş Azərbaycan mühitinin inkişafına “Əkinçi” böyük imkanlar açdı. Çar Rusiyasının yaratdığı maneələri çətinliklə dəf edən H.Zərdabi yazırdı: “Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib, günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəhbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə etməli? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları hazırlayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əsas yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın!”.
 
Tədqiqatlarda bu müraciətin Azərbaycan insanına ünvanlandığı dəfələrlə qeyd olunub. Lakin H.Zərdabinin hansı çətinliklər içərisində “Əkinçi”nin nəşrinə icazə aldığını və Rusiya hökumətinin daima basqıda saxladığını diqqətə alsaq, H.Zərdabinin bu müraciətinin elə mövcud hakimiyyətdən, onun müvafiq qurumlarından şikayət olduğu qənaətinə gəlmək mümkündür.
 
 “Əkinçi”nin nəşri iki il müddətində davam etdi və 1875-ci ilin sentyabrında 56 sayı çap edildikdən sonra  fəaliyyəti dayandırıldı.
 
Sonra “Ziya”, “Ziyayi Qafqasiya”, “Kəşkül” qəzetləri açıldı və bir müddət sonra yasaqlandı. 1903-cü ildə “Şərqi-Rus” qəzeti nəşr edilənə qədər on bir il müddətində  Azərbaycan dilində mətbuat orqanı çap olunmadı.
 
Bu müddətdə ermənilərin, gürcülərin nəşrlərinin sayı yetərincə idi. Ümumi məlumata görə, XX əsrin əvvəllərində Cənubi Qafqazda 40-a qədər mətbuat orqanı nəşr edilirdi: 30-u rus dilində, 5-i gürcü dilində, 5-i erməni dilində.
 
Çar Rusiyasında nəşr məhsulları üzərində nəzarət çox güclü idi. Xüsusilə, XIX əsrin 50-ci illərindən başlayaraq Senzura Komitəsinin formalaşıb güclənməsi qəzetlərin, jurnalların, kitabların çapını xristian dininə mənsub olanlar üçün çox mürəkkəbləşdirsə də,  müsəlmanlara  yasaq həddinə gətirirdi.

 16470944166153637390_1200x630.jpg (214 KB)

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru, professor

Oxşar xəbərlər
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
GÜNLÜK
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?