"Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz"
Cəmiyyət
Oxunub: 1532
22 Jul 2024 | 21:51
Mətbuat gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib.
 
İyulun 22-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib.
 
Konfransı giriş sözü ilə açan  nazir Adil Kərimli ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu və xidmətləri misilsizdir. “Əkinçi” qəzetindən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir. Söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental dəyərlərin təbliğində yaxından iştirak etməlidir.
 
Konfransda iştirak edən Milli Məclisin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyev “Milli mətbuatımız – milli qürurumuz” mövzusunda geniş məruzə ilə çıxış edib. Dəyərli alimin çıxışını oxuculara təqdim edirik:
 
Cavanşir Feyziyev: Mirzə Fətəli Axundzadənin milli düşüncələrini dərindən əxz etmiş Həsən bəy Zərdabi fədakar fəaliyyəti ilə milli maarifçilik ideologiyasının təməl cığırlarını açdı…
 
Böyük mütəfəkkirimiz Mirzə Fətəlinin milli varlıq ideologiyası XIX əsrin II yarısında bütün Şərq cəmiyyətlərində olduğu kimi, Azərbaycanda da reformator-maarifçilərin get-gedə artan və güclənən pleyadasını yetişdirdi. Axundzadənin milli ideya düşüncələrini dərindən əxz etmiş Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Qənizadə, Yusif Vəzir Çəmənzəminli, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli maarifçilər öz fədakar fəaliyyətləri ilə milli ideologiyanın təməl cığırlarını açmağa başladılar. Milli özünüdərkin ilk faktlarından biri və bəlkə də ilk təsdiqi 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi”si ilə cücərdi və daha geniş ziyalılar zümrəsini millətin gələcəyini hazırlamaq istiqamətində səfərbər edərək milli ideologiyanın geniş və labüd yoluna çıxardı. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu. Cəmi 56 sayı işıq üzü görmüş “Əkinçi” mövcud olduğu cəmi iki il ərzində milli dünyagörüşü anlayışının millətin şüuruna gətirilməsi kimi vacib bir işin başlanğıcını qoya bildi. “Əkinçi” ilə səpilən toxumlardan boy atmış “Ziya”, “Kəşkül”, “Kaspi” kimi milli şüurumuzu yetişdirən və möhkəmləndirən mətbuat orqanları azadlıq ruhunun coşqun burulğanını yaradan dalğalar kimi ictimai- siyasi hadisələrin ildən-ilə güclənən fırtınasına qoşuldular. Əsrin sonuna doğru milli mətbuatımız artıq soydaşlarımızın şüurunda “Azərbaycan milləti” məfhumunun formalaşmasına, geniş kütlələr tərəfindən “müsəlman” olmaqla “Azərbaycanlı” olmaq arasındakı fərqin anlaşılmasına nail oldu və bununla da ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli bir təkan verdi. Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız milli oyanışa, milli özünüdərkin şüurlarda daha da möhkəmlənməsi işinə əvəzsiz töhfələr verdi. Lakin milli mübarizənin o zaman hələ sonu aydın görünməyən dolanbaclarında imperiya tərəfindən susduruldu. Buna baxmayaraq Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Məmməd Kəngərli kimi milli ideya daşıyıcıları yenicə doğulmuş milli mətbuatın məktəb və ənənəsini yaratmağa nail oldular. Yeni əsrin əvvəllərindən isə Cəlil Məmmədquluzadə, M.Şahtaxtinski, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov və bir sıra digər maarifçi ziyalılarımızın fədakarlığı sayəsində ənənəni davam etdirməyi öz üzərinə götürən “Şərqi-rus”, “Həyat”, “Açıq söz” qəzetləri və “Molla Nəsrəddin” jurnalı milli şüurun milli dövlətçilik səviyyəsinə inkişaf etdirilməsində və nəhayət, 1918-ci ildə Azərbaycan varlığını dünya miqyasında bəyan və sübut edən milli dövlətçiliyimizin əsasının qoyulmasında misilsiz xidmətlər göstərdilər. Cümhuriyyət dövrünün milli şərəf və milli ləyaqət coşquları ilə ilhamlanan “Azərbaycan” qəzeti körpə dövlətin kövrək ordusu ilə bərabər dövlətçiliyimizin möhkəmlənməsi uğrunda mübarizənin ön sıralarında addımladı.
 
Fəqət bu da uzun sürmədi. Azərbaycanın müstəqilliyi ilə birlikdə milli mətbuatımızın da müstəqilliyinə son qoyuldu. Azad söz və azad fikir yayıcıları olan azad mətbuat orqanlarımız qapadıldı, onların fəaliyyətinə canını və qanını verməyə hazır olan fədakar yazarlarımız repressiyaya məruz qaldılar. Mətbuat adı altında isə adı “həqiqət” anlamını versə də, 1912-ci ildən etibarən mövcud olduğu 100 il ərzində bəlkə bircə dəfə də olsun həqiqəti öz səhifələrinə yaxın buraxmayan “Pravda” qəzeti yayımlandı. Daha sonra Sovet İttifaqı Kommunist Partiyasının bütün dünya proletarlarını “kommunizm kabusu” ətrafında birləşməyə çağıran “Kommunist” qəzeti meydana çıxdı. Kommunizmi ideallaşdırmaqdan başqa bir missiyası olmayan mətbuat azacıq da olsa “azadlıq şərbətini içməyə” nail olmuş bir millətin milli mətbuatı ola bilməzdi. Beləliklə, azad sözün və bütövlükdə azadlığımızın varlığına son qoyan imperiya milli mətbuatımızı da zindana saldı. Belə bir əsarət zamanında milli ideyalarımız mətbuatdan çəkilərək milli ədəbiyyatımızda, milli incəsənətimizdə, azadlıq aşiqlərinin işıq üzü görməyən memuarlarında özünə yer tapdı. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirmək imkanının ümumiyyətlə mövcud olmadığı ən çətin zamanlarda – imperiya senzurasının əsarəti altında olan milli mətbuatımız ən azı əhalinin savadlanmasında, milli mədəniyyət dəyərlərimizin qorunmasında və yayılmasında, Azərbaycan dilinin ədəbi dil kimi təkmilləşməsində mühüm rol oynadı və beləliklə də, mədəni-mənəvi sərvətlərimizin unudulmasına imkan verməyərək milli varlıq təməllərimizi qoruya bildi. 1920-ci ildən buxovlanan, qandallanan mətbuatımız düz yetmiş bir il azadlığa çıxmaq üçün yollar aradı, cəhdlər etdi, qurbanlar verdi. “Sözdə azad” sovet mətbuatında azad fikir səsləndirməyə azacıq belə cəhd edənlər “azad və xoşbəxt” ölkənin məhbus dissidentlərinə çevrildilər.
 
1920-ci ildə endirilmiş bayraq nəhayət ki, 1991-ci ildə bir daha yüksəldi və millətimizlə bərabər milli mətbuatımız da öz azadlığına qovuşdu. Lakin hələ bir müddət imperiya yasasından miras qalmış “Əlahəzrət Senzura” öz varlığını sürdürməklə azad sözün, azad fikrin qarşısına sədd çəkəcəkdi. Yalnız 1998-ci ilin avqust ayında ümummilli liderimiz Heydər Əliyevin mətbuat orqanları üzərində senzuranı birdəfəlik ləğv etmək haqqında tarixi qərarı ilə milli mətbuatımız da əsl azadlığa qovuşdu və milli dövlətimiz kimi əbədi, sarsılmaz və dönməz bir müstəqillik yoluna çıxdı. Mətbuatımız azaddır! İstənilən üsulla, cəmi bir bildiriş tərtib etməklə təsis edilə bilən və istənilən mövzuda istənilən fikri istənilən formada cəmiyyətə təqdim etmək imkanı qazanmış milli mətbuatımız həqiqətən azaddır. Müasir Azərbaycan mediası çağdaş dünya mediasının ənənələrindən bəhrələnərək, plüralist, demokratik baxışların, müxtəlif ictimai-siyasi mövqelərin ifadə edilməsinin azad meydanına çevrilmişdir. Bu çox şey deməkdir. Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz. Söz azadlığı, fikir azadlığı elə insan ruhunun, insan təxəyyülünün özünün azadlığı deməkdir. Məhz Azad Ruhun hakim olduğu mətbuat Millətin və Xalqın milli mətbuatı ola bilər. Bu da günümüzün ən parlaq reallığıdır. Sonsuz və intəhasız azadlığın okeanında üzən mətbuatımız coşur, sakitləşir, burulğanlar yaradır, fırtınalar qoparır, sevindirir, kədərləndirir. Zaman-zaman müxtəlif rənglər alır, çeşidli-çalarlı refleksiyalar yaradır – təkamül edir. Mətbuatımızla birgə şüurumuz, zövqümüz, dünyagörüşümüz, həyata baxışımız da cilalanır və qidalanır. Cəmiyyətimizin güzgüsü olaraq mətbuatımız cəmiyyətimizi bizə tanıtdırır, dünyanı bizə, bizi isə dünyaya qovuşdurur. Milli mətbuatımız milli sərvətimizə, milli qürurumuza çevrilir.
 
Belə bir qüruru millətimizə yaşadan Milli Mətbuatımızın yaranmasının 149-cu ildönümü günündə onun banisi Həsən bəy Zərdabinin unudulmaz xatirəsini dərin ehtiram hissi yad edir, fədakar və vətənpərvər mətbuat nümayəndələrimizə isə can sağlığı və yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram!
Oxşar xəbərlər
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
GÜNLÜK
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?