Sənət yoldaşları Habil Əliyev haqqında: "Kamançamızın gerbi sayılırdı"
Cəmiyyət
Oxunub: 2488
25 May 2024 | 21:22
Sənət yoldaşları Habil Əliyev haqqında:
O, təkcə muğam və xalq mahnılarımızın mahir ifaçısı deyildi, həm də gözəl, yaddaqalan mahnıların bəstəkarı idi. Yazdığı mahnılar ən görkəmli müğənnilərimizin ifasında səslənib.
 
28 may böyük kaman ifaçısı Habil Əliyevin doğum günüdür. Sənət yoldaşları ustadı adına və sənətinə layiq hörmətlə anırlar. Deyirlər ki, Habil Əliyev kamanı ilə heç kimi təkrar etmirdi, yalnız özünü ifadə edirdi. Bu ifa təkcə ölkəmizdə deyil, bütün dünyada musiqisevərlər tərəfindən böyük sevgi ilə qarşılanırdı.
 
Sənət yoldaşları H.Əliyev barədə düşüncələrini "Kaspi" qəzeti ilə bölüşüblər.
 
"Deyərdim ki, o, kamançamızın gerbi idi"
 
Xalq artisti, professor Möhlət Müslümov xatırlayır: "Habil Əliyevlə aylarla qastrollarda olmuşam. Ustadla son qastrolumuz Təbrizə olub. Məni ilk dəfə İrana konsertlərə də o aparıb. Ümumiyyətlə, gənc yaşlarımdan mənə hərtərəfli dəstək olub. Təbrizdəki son konsertində səhnəyə çıxıb "kamançama istefa verirəm, bu, axırıncı konsertimdir" dedi. Sonra "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" şeirini söylədi, hamımızı da ağlatdı. Onu İranda çox sevirdilər. Habil müəllim deyirdi ki, orada musiqiyə qulaq asmırlar, musiqini içirlər. İranda küçədə gəzərkən hamı bizə yaxınlaşırdı. Habil müəllim böyük sənətkar idi. Deyərdim ki, o, kamançamızın gerbi idi. İkinci Habil müəllim yetişməyib, hələ bir əsr də yetişməyəcək. Onun həm bəstəkarlığı, həm də yüksək ifaçılığı vardı. Habil müəllim bütün dünyaya sübut elədi ki, kamança Azərbaycan xalqına məxsusdur".
 
Tarzən Habil Əliyevlə işbirliyinin çox olduğunu deyir: "Mən Habil müəllimlə birlikdə çox ifa etmişəm. Onunla üçlük çalmışam. Habil müəllimin yubileylərində həm rəhbərlik etdiyim Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı çıxış edib, həm də Heydər Əliyev Fondu tərəfindən onun mahnılarından ibarət musiqi albomuna daxil olan disklərin buraxılışını ustad mənə həvalə etdi. Biz 6-7 gənc xanəndə ilə o diskləri hazırladıq. Mən Habil müəllimi hər gün xatırlayıram, hər gün də ona qulaq asıram. Onun lent yazıları mənə çox kömək edir". M.Müslümov deyir ki, Habil Əliyev musiqi məktəblərində dərs deməsə də, çoxlu tələbə yetişdirib: "Dərs deməklə deyil. Hazırda nə qədər yaxşı kamançaçalan var, hamısı Habil müəllimi yamsılayır, təqlid edir. Bu, böyük məktəbdir. Sənətin yüksəkliyi budur, səni yamsılasınlar. O, özü də bunu görürdü. Rəhmətlik Ədalət Vəzirovun, Fəxrəddin Dadaşovun ifaçılığından çox xoşu gəlirdi. Biz qastrollarda məşq edən zaman gəlib məsləhətlərini verirdi".
 
Tarzən xatırlayır ki, insanlar toy şənliklərində Habil Əliyevin ifa etməsi üçün aylarla gözləyirmişlər: "Onunla çox toyda olmuşam. Onun görüşünə millət yığılırdı, hər dəfə az qala 2-3 min adam gəlirdi. Heç o toya dəvətləri olmayanlar da Habil müəllimi yaxından görmək, ona qulaq asmaq üçün gəlirdilər".
 
"Habil kimisi gəlmədi"
 
Xalq artisti Ağasəlim Abdullayev "Habil Əliyevlə elə qastrollarımız olub ki, iki aydan çox çəkib. Azərbaycanda da konsertlərdə birgə çox iştirak etmişik", - deyə ustadı xatırlayır: "İranda qastrolda olanda təkcə azərbaycanlıların deyil, elə farsların da ona möcüzəvi sənətkar kimi yanaşdığının şahidi olmuşam. Onu görmək üçün qonaq evinin qarşısına 100-200 adam yığılırdı. O vaxt Hacıbaba Hüseynov, Arif Babayev, Teymur Mustafayev də bizimlə idi. Habil Əliyevi evlərinə dəvət edirdilər. O da imkan edib hamısına gedə bilmirdi. Konsertlərdən sonra yorğun olurdu. İranın böyük xanəndəsi Şajaryanla birlikdə konserti olurdu. O konsertlərdə bəlkə də 5 min adam iştirak edirdi". A.Abdullayev Habil Əliyevlə və xanəndə Teymur Mustafayevlə birlikdə el şənliklərinə çox getdiyini xatırlayır: "Həmin şənliklərdə Habil müəllimə olan el sevgisinin şahidi olmuşam. Habil kamança alətinin şahıdır. Çünki ondan qabaq başqa millətlərin də kamançaçalanları vardı. Habildən sonra onların əksəriyyəti kamançanı yerə qoydu. Habil kamanı onların əlindən aldı". A.Abdullayev deyir ki, Habil Əliyev özü də kamançaçalanlar yetişdirib, ondan sonra da kamançaçalanlar yetişib, amma onların heç birinin sənəti Habil Əliyev kimi olmayıb: "Habil yolunu gedən yoxdur. İndikilərin əlləri yaxşı işləyir, amma musiqiyə ürək lazımdır. Habilin ürəyi onlarda ola bilməz. Onun kamanı oxuyurdu. Heç xanəndə onun çalğısı kimi oxuya bilmirdi. Ondan sonra Habil kimisi gəlmədi. İndi kamançanın yolu dəyişib, muğama yaxın gəlmir, müxtəlif aranjemanlar edirlər. Amma Habil kamanı xanəndələrdən yaxşı oxudurdu...".
 
"Gəlin, sizin ifanızı yazaq!"
 
Xanəndə Ehtiram Hüseynov ustad sənətkarın xoşladığı gənc ifaçılardan olduğu üçün özünü xoşbəxt sayır: "Habil müəllim bir neçə gənc xanəndəni dəvət etdi ki, onları müşayiət etsin və həmin ifalar lentə yazılsın. O gənclərdən biri də mən idim. Muğam Teatrında konsert zamanı Almaz Orucova, Babək Niftəliyev, Sevinc Sarıyeva, Əsgər Əhmədovu, tar-kamança ifaçıları Elçin və Elnur Haşımovları və məni yığdı. O vaxt hələ muğam müsabiqələri yox idi. "Mən heç vaxt heç kimə deməmişəm, gəl, sənin ifanı lentə yazım, amma sənlə Babəkə deyirəm ki, gəlin, sizin ifanızı yazaq, qoy gələcək üçün yadigar qalsın", - söylədi. Hətta zarafatla dedi ki, bu, sizə yox, mənə lazım olacaq. Mənimlə "Segah" təsnifini, Babək üçün də "Səmayi-Şəms" muğamını çaldı. Bu, bizim üçün böyük qürur idi. Biz onun evinə gedib-gəlirdik. O, həmçinin bizə dəyərli məsləhətlər verirdi. Bu, bizim sənətimizə Habil Əliyev tərəfindən verilən yüksək qiymət idi".
Oxşar xəbərlər
15:07, Bu gün
“Dizellə işləyən avtomobillərə son qoyulsun, şəhərə girişi qadağan edilsin”-ekoloqdan ÇAĞIRIŞ-FOTO
15:06, Bu gün
46 yaşlı kişi dənizdə batıb
15:00, Bu gün
Mahaçqala su altında qaldı - VİDEO
14:55, Bu gün
Riki Martin Bakıda ilk dəfə konsert verəcək
14:50, Bu gün
Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması haqqında danışıqlar başlayıb
14:43, Bu gün
Yaponiya tarixində bir ilk: Elektrik çamadanının "sürücüsü" həbs edildi - VİDEO
14:38, Bu gün
Təhsilimizin “üz qarası” kimi statistika
14:33, Bu gün
Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQLA bağlı SON DƏQİQƏ açıqlaması
14:28, Bu gün
Nəqliyyat vasitələri nasaz, sərnişinlər narazı: Avtobuslar nə vaxt yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO
14:23, Bu gün
Amerika Kuboku: B qrupunda ikinci tur həyəcanı
14:18, Bu gün
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
14:14, Bu gün
Qəzəbli Stalinə cavab verməkdən çəkinməyən general – o, bir il ərzində özünü doğrultmağı bacarıb...  
14:09, Bu gün
Yaşar Nurinin qızının geyimi gündəm oldu - VİDEO
14:05, Bu gün
Daşaltıda yabanı halda bitən çətənə bitkiləri məhv edilib
14:00, Bu gün
Boksçularımız “Asiya uşaqları” oyunlarında mübarizə aparacaq
13:55, Bu gün
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
13:54, Bu gün
Elşad Xose ailəsi ilə birlikdə - FOTO
13:47, Bu gün
"Rusiya Ukraynaya qarşı yeni ordu yaradıb" - ISW
13:42, Bu gün
Düşmənin qorxulu yuxusu - "Yarasa" - VİDEO
13:36, Bu gün
Şəkidə 38 yaşlı kişinin meyiti tapıldı
13:33, Bu gün
Qərbi Azərbaycan İcmasından Volker Türkə ETİRAZ
13:30, Bu gün
Buzovnada qara maskalılar saxlanıldı
13:25, Bu gün
Ermənistan parlamentindən NATO və KTMT açıqlaması
13:23, Bu gün
Avropa Liqası: "Şerif" - "Zirə" matçının hakimi açıqlandı
13:18, Bu gün
İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul etdi - FOTO
13:13, Bu gün
Döyüşlərdə qurulan 106 yaşlı ordu - TƏHLİL + FOTO
13:08, Bu gün
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi - YENİLƏNİB + FOTO
13:03, Bu gün
İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib
13:03, Bu gün
Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
12:55, Bu gün
Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir - ŞƏRH
12:49, Bu gün
Leysan yağacaq... - Sabahın HAVASI
12:47, Bu gün
NATO-nun yeni baş katibi təsdiqləndi
12:45, Bu gün
"Dəniz Mall"da idmançılar arasında davanın təfərrüatları - Məhkəmə işi
12:41, Bu gün
"Ukrayna bütün rusiyalı cinayətkarları dəmir barmaqlıqlar arxasında görəcəyinə ümid edir" - Zelenski
12:35, Bu gün
Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib - FOTO
12:30, Bu gün
AVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək
12:27, Bu gün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib
12:23, Bu gün
Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətlərin sayı açıqlandı
12:19, Bu gün
“Ordumuz çox böyük tarix yazıb” - Kamaləddin Qafarov
12:15, Bu gün
MİQ imtahanlarının vaxtı açıqlandı
12:11, Bu gün
Polisdən ƏMƏLİYYAT - dəyəri 3 milyon manat olan narkotik dövriyyədən çıxarıldı - FOTO
12:07, Bu gün
Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa edildi - VİDEO
12:03, Bu gün
Küləkli hava nə qədər davam edəcək?
12:00, Bu gün
Elektron siqaretlərə qadağa gəlir: Tərgidənlərə pul veriləcək
11:55, Bu gün
Prezident seçkilərinə görə jurnalistə cinayət işi açıldı
11:49, Bu gün
Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
11:44, Bu gün
Məşhur müğənni  konsert zamanı böcək uddu
11:39, Bu gün
ABŞ-dan etiraf: De-dollarizasiya artıq başlayıb, başqa seçim yoxdur
11:29, Bu gün
Azərbaycan nefti ucuzlaşıb
11:22, Bu gün
Azərbaycanda dövlət büdcəsinə gömrük rüsumları nə qədər artıb?
11:14, Bu gün
Ev almaq istəyənlər üçün XƏBƏR - Qiymətlər belə dəyişəcək - VİDEO
11:01, Bu gün
Bakı məktəblərinə 12 direktor təyin edilib
11:00, Bu gün
Müalicəvi xüsusiyyətləri qabığında gizlənmiş çərəz – Görün hansı faydaları var
10:57, Bu gün
Azərbaycan idmanında son 8 ilin rekordu
10:54, Bu gün
Zakir Quliyev yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO
10:49, Bu gün
Ordu quruculuğu strategiyası...
10:45, Bu gün
ADU-da təntənəli “Məzun günü” - FOTOLAR
10:44, Bu gün
Deputat xəstəxanaya yerləşdirildi
10:39, Bu gün
Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? — AÇIQLANDI
10:31, Bu gün
Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü başlayıb
10:24, Bu gün
Bu içkidən cəmi 1 stəkan içsəniz, bədəninizdəki bütün parazitlər 3 gündə yox olacaq
10:22, Bu gün
Milli Qəhrəman Natiq Qasımov haqqında – Nəsiman Yaqublunun yazısı
10:20, Bu gün
Zənginliyin görk edilməsinin cəzası
10:16, Bu gün
Partiya sədri Silahlı Qüvvələrimizə təbrik ünvanladı...
10:12, Bu gün
ŞİKAYƏT: “Sürücünü axtarırıq, tapa bilmirik, 35-40 dəqiqə intervalla işləyirlər”
10:08, Bu gün
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
10:00, Bu gün
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
09:52, Bu gün
Bəzi kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər - VİDEO
09:45, Bu gün
Azərbaycanlı müğənni 13-cü əməliyyata hazırlaşır - VİDEO
09:33, Bu gün
Azərbaycan Ordusunun məğrur şahinləri - Ölkənin hava məkanının etibarlı mühafizləri 
09:29, Bu gün
Türkiyə səhəri zəlzələ ilə açdı
09:28, Bu gün
Bu göyərti bədəndəki bütün zərərli maddələri təmizləyir
09:21, Bu gün
Hacı Salmanın əxlaqsızlıq etdiyi ərazidən - FOTO
09:17, Bu gün
50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?
09:14, Bu gün
Tez-tez pivə içənlər DİQQƏTLƏ oxusun – Zərərləri var
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
09:06, Bu gün
Kərki Qarabağdan köçmüş haylara ev veriləcək kəndlərin siyahısında yoxdur -Ona görə ki...
08:54, Bu gün
Murad onunla tərəf müqabili oldu
08:48, Bu gün
Əbədi missiya
08:42, Bu gün
AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq
08:36, Bu gün
Qumarda 4 milyon dollar udan şəxsin ürəyi dayandı - VİDEO
08:26, Bu gün
Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"
08:18, Bu gün
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
08:11, Bu gün
Rütbəsi artırılan zabitlər kimlərdir? - Maraqlı məlumatlar
08:08, Bu gün
Ukrayna ordusu bu istiqamətdə irəlilədi...- Amerika analitikləri...-XƏRİTƏ
07:58, Bu gün
Assanj azadlığa buraxılıb
07:43, Bu gün
İsti havada ürəyi qorumaq üçün 9 sadə məsləhət
07:34, Bu gün
Valideynlərin nəzərinə - Uşaqlarda bu problemlər yaranacaq
07:26, Bu gün
Kəlbəcərdə ağır qəza: ölənlər və xəsarət alanlar var
06:58, Bu gün
Pentaqon Ukrayna savaşında iştirak üçün Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə nəzarət edəcək...
00:16, Bu gün
Pakistanda yaşayış binasına silahlı hücum: Ölənlər var
00:14, Bu gün
Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib
00:12, Bu gün
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
00:04, Bu gün
19 yaşlı hamilə qadın mal-qaraya dərman verərkən zəhərləndi
25 Jun 2024 | 23:22
Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"
25 Jun 2024 | 23:20
Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
25 Jun 2024 | 23:18
ABŞ Dövlət Departamenti Rusiya və Belarusu insan alverinin sponsor dövlətləri siyahısına salıb
25 Jun 2024 | 22:54
Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi
25 Jun 2024 | 22:52
AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bəlli olub
25 Jun 2024 | 22:34
Zakir Həsənov: "Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar"
GÜNLÜK
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
25 Jun 2024 | 15:44
“Qadın elm öyrədə bilməz, çünki Allah ona elm verməyib” - Qalmaqallı sözlər
25 Jun 2024 | 15:25
Beren Saatı dənizdə görən müxbir özünü saxlaya bilmədi, qalmaqallı kadrlar efirə getdi - VİDEO
25 Jun 2024 | 16:20
Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhid dəfn ediləcək
25 Jun 2024 | 16:09
Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - AÇIQLANDI
25 Jun 2024 | 15:40
4000-dən çox müəllimin müqaviləsinə xitam veriləcək - SƏBƏB
25 Jun 2024 | 15:56
Paytaxtın bu yollarında avtobusların hərəkəti məhdudlaşdırıldı
25 Jun 2024 | 15:48
Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə ORDER VERDİ
25 Jun 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
23 Jun 2024 | 09:28
İlham İsmayılın ailəsində ağır itki....
AYLIQ
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
25 Jun 2024 | 15:44
“Qadın elm öyrədə bilməz, çünki Allah ona elm verməyib” - Qalmaqallı sözlər
25 Jun 2024 | 15:25
Beren Saatı dənizdə görən müxbir özünü saxlaya bilmədi, qalmaqallı kadrlar efirə getdi - VİDEO
25 Jun 2024 | 16:20
Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhid dəfn ediləcək
25 Jun 2024 | 16:09
Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - AÇIQLANDI
25 Jun 2024 | 15:40
4000-dən çox müəllimin müqaviləsinə xitam veriləcək - SƏBƏB
25 Jun 2024 | 15:56
Paytaxtın bu yollarında avtobusların hərəkəti məhdudlaşdırıldı
25 Jun 2024 | 15:48
Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə ORDER VERDİ
25 Jun 2024 | 15:37
Əli Əsədov qərar imzaladı