Azərbaycan Cümhuriyyəti: Ədliyyə naziri Xəlil Xasməmmədov - Nəsiman Yaqublunun araşdırması 
Cəmiyyət
Oxunub: 4107
23 May 2024 | 08:30
Azərbaycan Cümhuriyyəti: Ədliyyə naziri Xəlil Xasməmmədov - Nəsiman Yaqublunun araşdırması 
Azərbaycanın tanınmış siyasi xadimlərindən olan Xəlil bəy Xasməmmədov Gəncədə orta təhsilini aldıqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1895-ci ildə oranı bitirmişdir. 1895-1919-cu illərdə Yekaterinodar və Yelizavetpol qəzalarının məhkəmələrində işləmişdir. 1913-1918-ci illərdə o, Yelizavetpol şəhər bələdiyyə rəisi, Yelizavetpol qəza İcraiyyə Komitəsinin sədri olmuşdur.
 
Xəlil bəy Xasməmmədovun bir siyasətçi və hüquqşünas olaraq formalaşmasında Rusiya Dövlət Dumasının mühüm rolu olmuşdur. 1907-ci ilin 20 fevralında Rusiyada II Dövlət Duması fəaliyyətə başladı (I Dövlət Dumasına müsəlman-azərbaycanlı əhali arasında seçkilər 1906-cı ilin 31 mayında keçirilmiş və sonradan çar tərəfindən buraxılmışdı). II Dövlət Dumasında 5 azərbaycanlı deputat var idi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtlı və Zeynal Zeynalov. II Dövlət Duması 1907-ci ilin iyununda II Nikolayın fərmanı ilə buraxıldı. Bir qədər sonra, 1907-ci ildə fəaliyyətə başlayan III Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisini bir deputat − Xəlil bəy Xasməmmədov təmsil edirdi. X.Xasməmmədov burada III Dövlət Dumasının fəaliyyətinin sonunadək − 1912-ci ilin iyununa qədər çalışdı.
 
II Dövlət Dumasında azərbaycanlı deputatlar müsəlman parlament fraksiyasına, F.X.Xoyski və X.Xasməmmədov isə onun bürosuna daxil oldu. Qeyd edək ki,Duma üzvləri tərəfindən  fraksiya proqramını əks etdirən bir kitabça da nəşr etdirmişdi. 
 
Fraksiya üzvü olan X.Xasməmmədov həmin proqramı bütövlükdə qəbul etmədi. Qeyd edək ki, X.Xasməmmədov Dövlət Dumasında F.X.Xoyski ilə birlikdə milli dini bərabərlik komissiyasının üzvü idi.
 
İxtisasca hüquqşünas olan X.Xasməmmədov Duma komissiyasının yerli məhkəmə haqqındakı məruzəsini maraqla dinləmiş və F.X.Xoyski ilə birlikdə Rusiyanın bütün yerlərində islahat keçirilməsi, məhkəmənin yerli əhalinin dilində aparılması zəruriliyinə tərəfdar çıxmışdılar.
 
Qeyd edək ki, X.Xasməmmədovun Rusiya Dövlət Dumasındakı fəaliyyətinə aid məktublaşması onun bu dövr fəaliyyətinin öyrənilməsində ciddi sənədlərdir. Arxiv sənədləri arasında X.Xasməmmədovun Bakıya − Ə.M.Topçubaşovun həyat yoldaşı Pəri xanım Topçubaşovaya 1908-ci ilin mayın 8-də göndərdiyi bir teleqram da vardır. Həmin teleqramda X.Xasməmmədov Ə.M.Topçubaşovun böyük nüfuza malik olduğunu xatırladaraq onun “Vıborq işi” ilə bağlı olan məşhur çağırışını qeyd edir.
 
1917-ci ilin Fevral burjua inqilabından sonra X.Xasməmmədov Zaqafqaziyada gedən proseslərdə yaxın iştirak etdi.1918-ci ilin fevralında  yaradılan Zaqafqaziya Seymində müsəlman fraksiyasının üzvü oldu.O,fraksiyada “Müsavat” və demokratik bitərəflər qrupunun təmsilçisi idi.
 
X.Xasməmmədov 1918-ci ilin mayın 27-də Seymin süqutundan bir gün sonra keçirilən Seymin müsəlmanlardan ibarət üzvlərinin fövqəladə iclasında yaradılan Azərbaycan Milli Şurası Rəyasət heyətinin üzvü seçildi.
 
1918-ci ilin 28 Mayında Azərbaycan istiqlalı elan edildikdən sonra  F.X.Xoyskinin başçılıq etdiyi birinci müvəqqəti  hökumət kabinəsində Ədliyyə naziri vəzifəsi X.Xasməmmədova tapşırıldı. 
 
 
X.Xasməmmədov F.X.Xoyskinin başçılıq etdiyi III hökumət kabinəsində (26.12.1918 − 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etmişdir. O, bundan əvvəl Ədliyyə naziri vəzifəsində də çalışmışdır. Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etmişdir. Onun bu dövrdə verdiyi əmrlər, sərəncamlar, göndərdiyi teleqramlar bu faktı təsdiq etməkdədir.
 
X.Xasməmmədovun 1918-1920-ci illərdəki fəaliyyətinin öyrənilməsində onun parlamentdəki çıxışları önəmli rol oynayır. Bu çıxışlarda onun dövlət quruculuğu sahəsində ciddi çalışmaları öz əksini tapır.
 
X.Xasməmmədovun parlamentdə ilk çıxışı 1919-cu ilin fevralın 4-də keçirilən 10-cu iclasda oldu. İclasa sədrliyi Həsən bəy Ağayev etdirdi. İclasın gündəliyinə 6 məsələ daxil edilmişdi: 1) Daxil olan kağızlar; 2) Məsai nazirinə sorğu; 3) Xariciyyə nazirinə sorğu; 4) Torpaq və sorğu komissiyaları intixabı; 5)Dəmiryol qulluqçularının halını yaxşılaşdırmaq üçün qanun layihəsi; 6) Ticarət nazirinə, bez, neft və buğda barəsində sorğu.
 
Parlamentdəki çıxışında X.Xasməmmədov sorğu məsələsinin əhəmiyyətini izah edirdi.X.Xasməmmədov sorğunun əhəmiyyətindən danışdıqdan sonra Azərbaycan hökumətinin əhalidən buğda və digər ərzaq yığması haqqında qanunu vermədiyini, bu işin yalnız türk əsgərləri Bakıda olarkən baş verdiyini qeyd etdi. O, bildirdi ki, türklər Azərbaycanı tərk edərkən qoyduqları əşyalar hərbiyyə və ərzaq sahələrinin nəzarətinə verilib. Bəzi yerlərdə isə daxiliyyə nəzarətində saxlanılır və bu da ,əsasən, arpa və buğdadan ibarətdir. X.Xasməmmədov yığılan buğda ilə bağlı Qubada, Göyçayda, Gəncədə müəyyən problemlər olduğundan oraya məmur göndərildiyini söylədi.
 
X.Xasməmmədov çıxışında neft məsələsinə də toxundu. Bir çox yerlərə külli miqdarda, qanunsuz olaraq neft aparıldığını (xüsusən Qazax bölgəsinə və oradan da Gürcüstana) qeyd etdi. 
 
1919-cu ilin aprelin 3-də Parlamentin 19-cu iclası keçirildi. İclasda sədrlik edən H.Ağayev 41 nəfərin iclasda iştirak etdiyini söylədi.
 
İclasda müzakirə edilən bir məsələ də “daxiliyyə nəzarəti məmurlarının maaşlarının artırılması və bəzi məmurluqların təşkili” haqqında qanun layihəsi idi. Bu məsələ ilə bağlı əsas məruzəni doktor Musa bəy Rəfibəyov etdi. Məsələ ətrafında çıxış edənlərdən biri də hökumət üzvü X.Xasməmmədov oldu. Bu çıxışdan aydın olur ki, X.Xasməmmədov həm də qanunların yazılıb hazırlanmasında fəallıq göstərmişdir. 
 
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. 
 
Bu hadisədən bir qədər əvvəl X.Xasməmmədov Türkiyəyə səfir təyin edilsə də, vəzifəsini icra etmək imkanı olmamışdı.Azərbaycan işğal edildikdən sonra o,Tiflisə getdi. 1920-ci ilin iyunun 19-da erməni daşnak partiyasının üzvləri Aram Erkanyan və Misak Kirakosyanın F.X.Xoyskiyə qarşı terror aktı zamanı X.Xasməmmədov da iki güllə ilə yaralanmış, lakin sağ qalmışdı. Bu qəsddə  bolşeviklərin də iştirakı bəzi sənədlərdə  qeyd olunmaqdadır. Bolşeviklər isə bu şəxsiyyətləri aradan götürüb Azərbaycandakı müqavimət hərəkatını zəiflətmək istəyirdi. 
 
Tiflisdə qalmağın qeyri-mümkünlüyünü başa düşən X.Xasməmmədov Türkiyəyə,oradan Fransaya getməyə məcbur olmuşdu.
 
X. Xasməmmədovun mühacirətdə olduğu dövrə təsadüf edən ilk məktubu Əbdüləli bəy Əmircanova ünvanlanıb. Məktub 1921-ci ilin 23 mayında Parisdən yazılıb. Həmin məktubdan: “Hörmətli Əbdüləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə − qaçqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır.
 
Sizin xatırlatdığınız 25min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması  üçün ayrılıb.
 
Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qaçqınlara verilsin.
 
Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qaçqın təşkilatlarına verilsin. X.Xasməmmədov” .
 
X.Xasməmmədov eyni zamanda, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzinin üzvü, İstanbul bölməsinin sədri olmuşdur.
 
X.Xasməmmədov mühacirətdə yaşadığı dövrdə keçirilən tədbirlərdə də fəallıq göstərirdi. 1930-cu ildə İstanbulda nəşr edilən “Odlu Yurd” məcmuəsi tərəfindən Azərbaycan Cümhuriyyətinin 12-ci ildönümü münasibəti ilə “Milli Azərbaycan gecəsi” təşkil olunmuşdu. X.Xasməmmədov mərasimdə açılış çıxışı etdi: “28 May tariximizdə ən şərəfli bir gündür, bu gün milli bayramımızdır. Bu münasibətlə, əziz vətəndaşlar, cümlənizi ürəkdən təbrik edirəm”.
 
Sonra o, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı faktını mərasim iştirakçılarına çatdırıb əlavə etdi: “Bu istila bizim üçün nə qədər böyük bir faciə olsa da, keçici bir hadisədir. İstilanın ilk günlərindən etibarən açılan və hələ də davam edən və gündən-günə şiddət kəsb edən milli mücadilə mənim  inamımı çox qüvvətləndirir və canlandırır.Qurtuluşumuz mühəqqəqdir.İstiqlal eşqi ilə hazırlıqlı olan və bu yolda heç bir fədakarlığı əsirgəməyən bir millətin nəhayət hürriyyətinə yetişməməsi mümkün deyil”.
 
X.Xasməmmədovun mühacirətdə yaşayarkən  Polşa rəsmiləri ilə də yazışmaları vardır. 
 
Mühacirət həyatının ağır şərtləri daxilində mühacirlərarası ziddiyyətlər də yox deyildi. Odur ki, X.Xasməmmədovun M.Ə.Rəsulzadə ilə münasibətlərində  müəyyən problemlər yaranırdı. Belə ki, 1927-ci ildə Türkiyədəki mühacirlərdən Ş.Rüstəmbəyli ilə birlikdə X.Xasməmmədovun Müsavatın idarəçiliyindən narazılığını bildirərək təşkilatı parçalamaq istəyi,paralel şəkildə üzv olduqları Milli Mərkəzin işinə önəm vermələri müsavatçılar tərəfindən narazılıqla qarşılanmış və 25 nəfər partiya üzvü tərəfindən ciddi xəbərdarlıq tədbiri görülmüşdü. Bundan sonra onlar təşkilatın fəaliyyətinə problem yaratmayacaqlarını bildirmişdilər.
 
1942-ci ilin iyununda Almaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Berlində “Adlon” otelində Qafqaz xalqlarının tanınmış siyasi xadimləri ilə birlikdə azərbaycanlılardan M.Ə.Rəsulzadə, M.Y.Mehdiyev, M.Vəkilli, X.Sultanov, X.Xasməmmədov və F.Əmircanın da iştirakı ilə konfrans keçirildi.X.Xasməmmədovun və F.Əmircanın bu konfranda iştirakında Nuru Paşanın ciddi rolu olmuşdu.
 
Qeyd edək ki, Fransa, İtaliya, Türkiyə, İsveçrə və Balkanlarda məskunlaşan tanınmış mühacirlərin bu görüşünün təşkilatçısı Almaniya Xarici İşlər Nazirliyinin əsas Şərq mütəxəssisi və Moskvadakı keçmiş səfiri olmuş Şulenberq idi. Onun mühacirlərlə olan bu tarixi görüşü isə “Adloniada” adlandırıldı.
 
“Adlon” otelində keçirilən konfransda Qafqazdan olan mühacirlər Qafqazın müstəqilliyinin Almaniya tərəfindən tanınması haqqında həmin ölkənin Xarici İşlər Nazirliyi təmsilçilərindən qeyri-rəsmi də olsa müsbət cavab ala bilmişdilər. Almaniyanın Şərq Nazirliyinin Qafqaz şöbəsinin rəisi Von Mendenin köməyi ilə Qafqaz xalqlarının təmsilçilərindən ibarət Milli komissiyaların yaranmasına da razılıq verilmişdi.
 
X.Xasməmmədov Türkiyədə yaşadığı dövrdə  türk xanımı ilə ailə qurmuş və onların Rauf adlı bir övladı da olmuşdur. Ailə qurduqdan uzun müddət sonra dünyaya gələn və yeganə övlad olan Rauf Yekta (misilsiz, tayı-bərabəri olmayan mənasında-red) Qalatasaray liseyində təhsil alırdı. 1931-ci ilin martın əvvəllərində  Rauf 12 yaşında dünyadan köçdü.  Bu hadisə X.Xasməmmədovu bərk sarsıtdı.Onun övladının ölümü münasibəti ilə İstanbulda M.B.Məmmədzadənin redaktorluğu ilə çıxan “Bildiriş” qəzeti yazırdı: “İstanbulda Azərbaycan sabiq Milli hökuməti Ədliyyə vəkili Xəlil Xasməmməd bəy əfəndinin 12 yaşındakı oğlu − Qalatasaray liseyi tələbəsi Rauf bəy mübtəla olduğu xəstəlikdən qurtulmayaraq dünən vəfat etmişdir. Kədər-didə ailəsinə təziyətlərimizi bəyan eyləriz”.
 
Xəlil bəy ömrünün son illərini N. Yusifbəylinin kürəkəni olan Mirzə bəy Göygölün (Zəhra xanımın həyat yoldaşı) evində yaşadı. 
 
X.Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat etmiş və Fəriköy məzarlığında dəfn olunmuşdur.
Oxşar xəbərlər
23:38, Bu gün
Cütlüklər arasında hansı  yaş fərqi norma, ən yaxşı və ən pis hesab edilir?
23:15, Bu gün
Mahaçqala terrorunda rayon başçısının iki oğlu da İŞTİRAK EDİB - ŞOK DETALLAR
22:50, Bu gün
Dağıstanda terror: Ölənlərin sayı artdı - Kilsədə 40 nəfər girov saxlanılır
22:35, Bu gün
Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1100-ü keçdi
21:41, Bu gün
Putin Cənubi Koreyaya Ukraynaya ölümcül silah verməyə tələsməməyi məsləhət görüb
21:40, Bu gün
Tayvanda güclü zəlzələ oldu
21:38, Bu gün
Rusiya DİN: Dağıstanda terrorçuların hücumu zamanı 6 polis ölüb, 12-si yaralanıb
21:36, Bu gün
Rusiya Abxaziya sərhədində silahlı qarşıdurma baş verib
21:22, Bu gün
Dağıstanda terror aktları: 23 yaralı, 5 ölü
21:05, Bu gün
Ağdamda velosipedlə hərəkətdə olan yeniyetmə vuruldu
21:05, Bu gün
"Real Madrid" Kroosun əvəzini "Yuventus"da tapdı
20:50, Bu gün
Rusiyada Lenin məqbərəsini yandırmağa cəhd edildi
20:42, Bu gün
Mahaçqalada atışma: 3 ölü, 6 yaralı
20:41, Bu gün
Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb
19:57, Bu gün
”Qərb Ermənistanın bu əməllərinə göz yumur”- VİDEO
19:50, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
19:43, Bu gün
Naxçıvandan sonra Kəlbəcər hədəfə alındı - Artan təxribatlar nədən xəbər verir?
19:41, Bu gün
"Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir" - Paşinyan
19:39, Bu gün
ABŞ-ın sülh gündəliyi narahatlıq yaratdı: Əliyevlə Ərdoğan bu səbəbdən görüşüb?
19:32, Bu gün
Epizodik rollarla SSRİ Xalq artisti fəxri adına qədər yüksələn, az sözlə böyük işlər görən aktyor
19:31, Bu gün
Novxanı çimərliyində FACİƏ: 23 yaşlı gənc batdı
19:31, Bu gün
Bakı Slavyan Universitetinin MƏZUN GÜNÜ keçirilib
19:25, Bu gün
“Nyu-York Amerikanın İstanbuludur” - Rəna Abbasova və Amerikada rüşvət qalmaqalı
19:13, Bu gün
İrəvanın altından keçən qədim Qırxbulaq çayı daşa bilər...-VİDEO
18:58, Bu gün
Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var (VİDEO)
18:48, Bu gün
"Ukrayna məhbusları cəbhəyə amnistiyaya görə deyil, qisas naminə gedir" - "The Telegraph"
18:29, Bu gün
Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq
18:28, Bu gün
Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb
18:12, Bu gün
"Rusiyalı işğalçılar cəbhədə özünün yay hücumuna başlayıb" - ISW
18:11, Bu gün
"Rusiyanın döyüş aviasiyasını məhv etmək üçün Ukraynaya silah lazımdır" - Zelenski
18:10, Bu gün
"Polşa Belarusla sərhəddin tamamilə bağlanmasını nəzərdən keçirir" - Polşa XİN rəhbəri
17:56, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
17:51, Bu gün
İsrail ordusu İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 13 nəfəri saxlayıb
17:48, Bu gün
Keniya Prezidenti etirazçılarla dialoqa hazır olduğunu bildirib
17:45, Bu gün
İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal
17:43, Bu gün
İran prezidenti seçkisi Türkiyə şəhərlərində də keçiriləcək
17:37, Bu gün
Şotlandiyalı qadın azarkeşdən maraqlı performans - VİDEO
17:04, Bu gün
Yeni virus dünyada sürətlə inkişaf edir – Səbəbi AÇIQLANDI
16:58, Bu gün
Muradla Ülviyyə ayrıldı! – FOTO
16:50, Bu gün
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib
16:34, Bu gün
Roza Zərgərli bu görüntüləri ilə gündəmi alt-üst etdi - FOTO
16:31, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək
16:29, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
16:05, Bu gün
Pensiya ilə bağlı XƏBƏR VAR!
16:04, Bu gün
Sumqayıtda kişinin spirtli içkidən ölməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
16:00, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”
15:58, Bu gün
Netanyahu: ABŞ-dən silah tədarükü bərpa olunmalıdır
15:57, Bu gün
Türkiyə azərbaycanlı qadının cəsarətindən danışır - VİDEO
15:43, Bu gün
Bakıda yaşayış binasının damında köməksiz qalan vətəndaş xilas edilib
15:39, Bu gün
Əməkdar artist: "Aktyor və aktrisanı pensiyaya çıxarmazlar"
15:38, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:17, Bu gün
Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq
15:16, Bu gün
Antalyada ilanlar təşviş yaradırlar: Sürünənlər şəhəri ələ keçiriblər
15:07, Bu gün
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: SƏBƏBLƏR VƏ DETALLAR - TƏHLİL
15:00, Bu gün
Azərbaycanda psixoloqların şok qiymətləri – 1 saatı 200-250 AZN – SİYAHI
14:56, Bu gün
Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
14:55, Bu gün
Aİ: Ermənistan-Azərbaycan sərhədində atəşkəslə bağlı ikitərəfli mexanizm təklifi alqışlanmalıdır
14:48, Bu gün
"Crescent Mall"un qarşısında QƏZA: Qızla oğlanı maşın vurdu
14:36, Bu gün
TƏBİB Ağstafada toyda zəhərlənənlərin durumunu açıqlayıb
14:29, Bu gün
“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ – Rəşid Mahmudov
14:27, Bu gün
Rrezidenturaya ikinci cəhd qəbul imtahanı başlayır
14:23, Bu gün
Əməkdar artist: "Təmənnasız dərs verdiklərim nankor çıxdı"
14:16, Bu gün
Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib
14:13, Bu gün
Məşhur meyxanaçı 52 yaşında NİŞANLANDI
14:06, Bu gün
İnsanlarda qarpızla bağlı tərəddüd: Qiyməti yüksək, zəhərlənmə ehtimalı çox - VİDEO
13:50, Bu gün
Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb
13:41, Bu gün
Ata ilə oğul alman iş qadınının pulunu mənimsədi - 70 milyonluq dələduzluq - FOTO
13:35, Bu gün
Tramp SÖZ VERDİ: Ukraynadakı münaqişəni həll edəcək
13:26, Bu gün
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
13:20, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: iyunun 24-25-də...
13:10, Bu gün
Türkiyə azərbaycanlı qadının cəsarətindən danışır - VİDEO
13:00, Bu gün
3300 il yaşı olan gəminin tapılması alimləri ŞOKA SALDI 
12:54, Bu gün
Əməkdar rəssam vəfat etdi - FOTO
12:45, Bu gün
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
12:38, Bu gün
Siyasi rəqiblər çaşqın vəziyyətdə: Niyə erkən seçki?
12:30, Bu gün
Sovet vətəndaşlığından məhrum edilən xalq artisti – onun bir müsahibəsi Kremldə aranı qarışdırıb
12:20, Bu gün
Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya verib
12:15, Bu gün
Türkiyədə artan otellərin qiyməti niyə endi? - Ekspert AÇIQLADI 
12:06, Bu gün
Putin yay tətilinə gedir?
12:00, Bu gün
Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR
11:55, Bu gün
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
11:49, Bu gün
Psixi sağlamlığa zərər vermədən məzuniyyətdən qayıtmağın yolu
11:42, Bu gün
Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib
11:31, Bu gün
Rusiyanın tətbiq etdiyi 3 tonluq bombalar nə dərəcədə effektivdir?..- ARAŞDIRMA-“Forbes”
11:31, Bu gün
Aktrisa: “Güclü qadın olmaq üçün...” – FOTOLAR
11:22, Bu gün
Həcc ziyarətində ölənlərin sayı REKORD HƏDDƏ ÇATDI 
11:15, Bu gün
İnsan orqanizmində hansı saatda nə baş verir?
11:09, Bu gün
"O dərmanı almağa imkanım çatmadı" - Nadir efirdə ağladı - VİDEO
11:00, Bu gün
23 iyun Müqəddəs Üçlük Günü: ənənələr, əlamətlər və qadağalar
10:55, Bu gün
UEFA Xorvatiya milli komandasını cərimələyib
10:49, Bu gün
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
10:41, Bu gün
AVRO-2024: bu gün yeni "uğursuz" bilinəcək - FOTO
10:36, Bu gün
Böyük Vətən müharibəsi iştirakçılarının övladlarına hansı vergi güzəşti verilir?
10:29, Bu gün
Ağstafada toyda zəhərlənənlərdən XƏBƏR VAR: hamısı...
10:21, Bu gün
Putin ABŞ-ın ən böyük qorxusunu reallaşdırdı
10:16, Bu gün
Niyə yaşlı insanlar çörək yeməməlidirlər?
10:09, Bu gün
Yayda bu bürclərlə görüşə getməməlisiniz
09:59, Bu gün
Vüsalə Əlizadə dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO
09:52, Bu gün
Qanın durulması üçün istifadə edilən dərmanla bağlı həkimdən AÇIQLAMA
09:44, Bu gün
Kredit götürmək istəyənlərə mühüm xəbər - Zamin axtarmaq problemi aradan qalxacaq
GÜNLÜK
10:49, Bu gün
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
09:28, Bu gün
İlham İsmayılın ailəsində ağır itki....
22 Jun 2024 | 23:50
Bakı-Quba yolunda qəza: xəsarət alanlar var - FOTO
22 Jun 2024 | 23:51
HƏMAS-ın hərbi qanadı məhv edilib?
13:00, Bu gün
3300 il yaşı olan gəminin tapılması alimləri ŞOKA SALDI 
00:19, Bu gün
Rumıniya öz PUA-sını yaradacaq
08:52, Bu gün
Türkiyəyə gedənlərə ŞAD XƏBƏR: Lirə tarixi minimuma düşdü
08:30, Bu gün
Özündən gözəlləri öldürən, itləri əsirlərlə bəsləyən "mələk" - VİDEO
08:09, Bu gün
AVRO-2024: Qrup mərhələsində III tur başlayır
09:28, Bu gün
Azərbaycanda psixoloqların şok qiymətləri - 1 saatı 200-250 AZN -Azərbaycanın ən bahalısı kimdir?- SİYAHI
HƏFTƏLİK
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
18 Jun 2024 | 10:30
"Azercell"dən Yardımlıya gedən deputata "sürpriz": “İrana xoş gəlmisiniz…”
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
17 Jun 2024 | 20:52
Səni sevimmi, küsümmü, inciyimmi bilmirəm – BAŞLIBEL 
10:49, Bu gün
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
17 Jun 2024 | 16:04
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
19 Jun 2024 | 12:08
“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL
AYLIQ
10:49, Bu gün
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
09:28, Bu gün
İlham İsmayılın ailəsində ağır itki....
22 Jun 2024 | 23:50
Bakı-Quba yolunda qəza: xəsarət alanlar var - FOTO
22 Jun 2024 | 23:51
HƏMAS-ın hərbi qanadı məhv edilib?
13:00, Bu gün
3300 il yaşı olan gəminin tapılması alimləri ŞOKA SALDI 
00:19, Bu gün
Rumıniya öz PUA-sını yaradacaq
08:52, Bu gün
Türkiyəyə gedənlərə ŞAD XƏBƏR: Lirə tarixi minimuma düşdü
08:30, Bu gün
Özündən gözəlləri öldürən, itləri əsirlərlə bəsləyən "mələk" - VİDEO
08:09, Bu gün
AVRO-2024: Qrup mərhələsində III tur başlayır
09:28, Bu gün
Azərbaycanda psixoloqların şok qiymətləri - 1 saatı 200-250 AZN -Azərbaycanın ən bahalısı kimdir?- SİYAHI