Radara düşən və cəriməsi olan deputatlar - SİYAHI
Cəmiyyət
Oxunub: 3272
06 May 2015 | 12:39
Radara düşən və cəriməsi olan deputatlar -  SİYAHI
Bəzi deputatlar onlara problem yaradan sürücüləri işdən çıxarıblar, cəriməsi olanlar isə ödəniş etdiyini deyir
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin sonuncu iclasında məmurlara ciddi xəbərdarlıq edib. Nazir çıxışında qanunları pozaraq radara düşən vəzifəli şəxslərin müvafiq cərimələri ödəməyəcəyi təqdirdə cəzalandırılmasını tapşırıb. İclasda nazirə məlumat verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radar cəriməsi var. Radara düşənlər arasında millət vəkilləri də var. Azvision.az saytı nazirin xəbərdarlığı ilə əlaqədar bir neçə deputatla əlaqə saxlayaraq, radar cərimələrinin olub-olmamasını dəqiqləşdirib.

Millət vəkili Zahid Oruc  bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövləti və milli mənafeyi üstün tutan bir şəxsiyyətdir, onun tapşırığına riayət etmək lazımdır: "Etiraf etmək lazımdır ki, müxtəlif dövrlərdə parlamentdə bu məsələyə qarşı fərqli reaksiyalar olub. Xüsusi seriya və nömrələrlə parlamentin maşınlarının fərqlənməsi, yaxud da onların əsas informasiya bazalarında yerləşdirilməsi və onlara üstün bir şəraitin yaradılması və s. məsələlər barədə fikirlər səsləndirilib. Bu baxımdan hesab edirəm ki, yol hərəkəti qaydalarından kiminsə üzərinə xüsusi bir üstünlük hüququ tanımaq ağır hadisələrə yol aça bilər və bu da hamımızın ziyanınadır”.

Millət vəkili özünə məxsus avtomobilin təxminən 3 dəfə radara düşdüyünü deyib: "Avtomobilim 2 dəfə Bakı şəhərində, bir dəfə isə Bakıdan kənarda radara düşüb. Bu, hüquq pozuntusu kimi dəyərləndirilib. Buna qarşı hər hansı bir əlahiddə vasitəyə əl atmamışıq, anlayışla qarşılamışıq və cərimələri vaxtında ödəmişik. Düşünürəm ki, bu vəsaitin yığılması adıçəkilən problemin həlli üçün gələcəkdə fərqli bir mexanizm həyata keçirməli olacaq. Son aylar ödəmələrin "ASAN xidmət” vasitəsilə, yaxud yerində də həyata keçirilib”.

Deputat qaydaları pozan zaman DYP əməkdaşlarının ona hörmət etdiyini də bildirib: "Etiraf edim ki, bəzən DYP əməkdaşları bizi tanıdığı, xüsusi dəyər verərək yanaşdığı üçün güzəşt edirlər. Bütün həmkarlarıma və bizə münasibətdə belə hallar var. Bunu qəti unutmaq olmaz və vurğulamalıyıq ki, parlament üzvü olduğumuzdan, hər hansı bir dövlət tədbirini nəzərə alaraq bizə qarşı güzəştli mövqe tutublar”.

Z.Oruc həmçinin qeyd edib ki, şəxsi maşınını özü yox, sürücüsü idarə edir:  "Əksər hallarda çalışırıq ki, qanunlara riayət edək. Bununla bərabər etiraf etmək lazımdır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayı çox olduğundan tədbirlərə gecikirik. Bu baxımdan məqsədli olmayan, lakin qanunu pozduğumuz hallar olub. Bununla əlaqədar DYP əməkdaşları hər zaman yüksək anlayış, xoş münasibət, güzəşt nümayiş etdirir”.

Millət vəkili Tahir Süleymanov indiyədək radara düşmədiyini deyib: "Sürücüm avtomobili qaydasında idarə edir. Məndə belə bir problem yoxdur”.

Milli Məclisin deputatı Qalib Salahzadə radar probleminin olmadığını bildirib: "Kim qanunu pozursa, cəriməsini ödəməlidir. Fərqi yoxdur, bu deputat maşınıdır, ya digər vətəndaşın. Qanun pozuntusu olan şəxs cəriməsini ödəməlidir”.
Millət vəkili Fəzail Ağamalı isə yüksək sürətlə avtomobil idarə olunmasının tərəfdarı olmadığını deyib. Deputat bəzən tədbirlərə gecikməmək üçün sürət həddini aşmaq məcburiyyətində qaldığını qeyd edib: "Bəzən yol hərəkəti qaydasını pozuruq. Belə hallar daha çox iclasa, dövlət tədbirlərinə tələsən zaman baş verir. Yollarda bəzən tıxac əmələ gəlir və məcburən xətti keçirik. Hansısa formada vəziyyətdən çıxıb, tədbirə çatmağa çalışırıq. Bu zaman ola bilər ki, hansısa qaydanı pozaq”.

F.Ağamalı hazırda qayda pozuntusuna görə, cərimələrinin olduğunu gizlətməyib: "Bəzi cərimələrimiz var və onları hələ ki, ödənilməyib. Ona görə də düşünürəm ki, bu məsələ qanuni formada öz həllini tapmalıdır. Tək deyiləm, demək olar ki, digər deputatlarda bu vəziyyət var. Sürücümə demirəm ki, avtoxuliqanlıq etsin, yol-hərəkəti qaydalarını pozsun. Buna imkan vermirəm. Bəzən özümüzdən asılı olmayaraq belə hallarla rastlaşırıq. Düşünürəm ki, bunlar nəzərə alınmalıdır. Bu məsələ hansısa bir formada öz həllini tapmalıdır. Deputat məcburi qaydada pozduğu yol hərəkəti qaydasına görə, yazılan cərimədən hansısa formada azad olunmalıdır”.

Milli Məclisin xanım deputatı Elmira Axundova qaydaların hamı üçün eyni olduğunu deyib. O, qanunlara hörmət etdiyini, bu səbəbdən yol hərəkəti qaydalarını pozmamağa çalışdığını vurğulayıb: "Bununla bağlı sürücümü işdən kənarlaşdırmışam. Yeni sürücü götürmüşəm ki, avtomobili daha sakit idarə etsin. Əvvəllər radarla bağlı cərimələrim olub və ödəmişəm. Son altı ayda avtomobilim radara düşməyib. Belə hallar nadir halda baş verir. Biz özümüz qanun keşikçiləri olaraq insanlara nümunə olmalıyıq. O baxımdan necə bizə icazə verilsin ki, qayda poza bilək. Bəzi millət vəkilləri bildirir ki, bəzən tədbirlərə tələsdikləri üçün qayda pozuntusuna yol verirlər. Hazırda yollarımız daha da genişlənib. Əvvələ baxanda tıxaclar da azalıb. Hər kəs vaxtında çıxsa, özünü tədbirə çatdıra bilər. Qrafiki düzgün tutsaq, vaxtında evdən çıxarıqsa, hər yerə çata bilərik”.
 
Deputat bəzi həmkarlarının xeyli cəriməsinin olduğunu deyib: "Bəzi millət vəkilləri deyirlər ki, onların xeyli cərimələri var. Hazırda mənim cəriməm yoxdur. Çünki qanuna riayət edirəm. Çalışıram ki, radara düşməyim. Belə şeylərdən çəkinirəm. İstəmirəm bununla bağlı kiməsə ağız açım. Cərimələr də yüksəkdir. Ona görə də avtomobili qaydasında idarə edirik”.
 
Millət vəkili Çingiz Qənizadə də bəzən yol hərəkəti qaydalarını pozduğunu vurğulayıb.

Onun sözlərinə görə, deputat fəaliyyəti ilə bağlı rayon tədbirlərinə gedərkən bəzən az da olsa, surət həddini aşıb: "Bu, işimizin çoxluğu, gedəcəyimiz yerə vaxtında çatmaqla bağlıdır. Bilərəkdən qaydaları pozan, surət həddini artıran, radarlara məhəl qoymayanlarla dövlət işi ilə bağlı tədbirə gedənlərə arasında hansısa fərq olmalıdır. Hələki belə bir fərq yoxdur. Qanun hamı üçün eynidir. Belə olduğu halda cərimələrin ödənilməsi daha məqbuldur”.

Deputat bildirib ki, qayda pozan deputatlara güzəşt edilməlidir: "Millət vəkili olaraq çox istəyərdim ki, hər bir deputat üçün bir avtomobil nömrəsi DYP-də qeydiyyatda olsun və bilsinlər ki, biz bu avtomobillə dövlət işi üçün, millət vəkili kimi hansısa tədbirə gedərkən qayda pozmuşuq, onda müəyyən güzəştlər olsun. Yoxsa hansısa avtoxuliqanla bizi eyniləşdirmək düzgün deyil. Bütün hallarda qanun tələb edir ki, cərimələr ödənilsin.

Bir qrup millət vəkili hesab edir ki, xidməti avtomobilləri olmadığı üçün şəxsi maşınları idarə edirlər və inzibati metodlarla cərimələnirlər. Bu baxımdan bir anlaşımazlıq var. Bu məsələyə ümumi bir aydınlıq gətirilməsinin tərəfdarıyam. Hanısa millət vəkilinin cərimələri minlərlə, on minlərlədisə, 2-3 qayda pozuntusu olan millət vəkilləri ilə bunu eyniləşdirmək olmaz. Hesab edirəm ki, burada nizam-intizam yaradılsa yaxşı olar. Amma qanun tələb edir ki, cərimələr ödənilsin. Oturub gözləməyək ki, bizə cərimələr tətbiq olunmayacaq, bu düzgün deyil”.

Maşınını özü idarə edən deputat Azər Badamov bir neçə dəfə radara düşüb: "Bir neçə dəfə qayda pozuntusu olub. Cərimələrin də hər birini ödəmişəm və borcum yoxdur. Qanuna uyğun olaraq millət vəkilinin özününü şəxsən cərimə ödəməsi konstitusiyaya uyğun deyil. Buna baxmayaraq adımıza, ünvanımıza gələn cərimələrin hər birini ödəmişik”.
Millət vəkili Sabir Rüstəmxanlı hazırda cəriməsinin olmadığını deyib. O, bildirib ki, ötən ilin dekabr ayında araşdırıb, müəyyən qədər olan cərimələrinin hamısını ödəyib: "Hazırda borcum yoxdur. Son günlərdə rayona getmişəm və ola bilsin ki, ehtiyyatsızlıq olub radara düşmüşəm. Amma cərimələrimi ödəyirəm, qanundan yayınmıram”.
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz