Gözlərimi açanda maşın yoldan çıxmışdı...
Oxunub: 2498
07 Apr 2015 | 17:09
Gözlərimi açanda maşın yoldan çıxmışdı...
“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu ilk dəfə həyat yoldaşını itirdiyi məlum qəzadan yazıb. O, dəhşətli qəza ilə bağlı təəssüratlarından bəhs edən yazının bir hissəsini “Qafqazinfo”ya göndərib.

Şahbazın "Yenə gecikdim" adlandırdığı həmin hissəni "Kitab Evi"nin oxucularına təqdim edirik: 


Bu yazını Yardımlı yolunda avtomobil qəzasında həyatını itirən bütün insanlara həsr edirəm. 

1-ci hissə 

Qohum-əqrəba məni sevməz, xeyir-şər adamı deyiləm. Əvvəllər toylara dəvət edirdilər, görəndə ki dəvət cavabsız qalır, daha onu da etmirlər. Yaslar barədə də xəbər tutmuram, çünki xəbər verə biləcək insanlarla əlaqəm kəsilib.

  Son dəfə kəndə Alış əmimin hüzrünə getmişdim. Ondan öncə Tərxan dayı rəhmətə getdi, yasına gedə bilmədim. Üstündən bir neçə il keçməsinə baxmayaraq, hələ indi də oğlanları ilə üz-üzə gəlməkdən, göz-gözə gəlməkdən ehtiyat edirəm. Elə bilirəm, məni hələ də qınayırlar və o qınaq onların baxışlarında, sifətlərində güzgü kimi mənə baxır.  

Yadımda qalan bir səfərim də olmuşdu, onda Balaş əmi 105 yaşındaydı. Pəncərədən süzülən günəş işığında ona diqqətlə baxdıqca anlamaq istəyirdim: görən, bu qədər uzun yaşamağın bizdən ”“ uşaqlarından başqa kiminçünsə əhəmiyyəti varmı? Dostları, həmfikirləri, tay-tuşları yox, hamı atıb gedib, təkcə üstündə günü-gündən yüngülləşən və kiçilən dəmir çarpayıdan başqa. Çox keçməz, dəmir dostu da ondan imtina edəcəkdi.

Uzunömürlü insanlar yalnız təsəlli üçün var olmalı deyil, onlar həm də ötürücüdür, yaddaş ötürücüsü. Qısa ömürlü insanlar, həyatını tez itirən insanlar isə sevgi ötürücüsü, onlar sevginin nə olduğunu anladırlar. Onlardan bizə əbədi sevgi qalır. Hər bir vaxtsız itki ifadə edə bilmədiyin sevginin dərin təəssüf hissini yaşadır. Yaşadığın çevrəyə, insanlara qayğın, mərhəmətin, diqqətin daha da artır.   

Balaş əmimin yaşaması onun ürəyindən deyildi, narahat idi, ətrafına verdiyi əziyyətdən daha çox özü əzab çəkirdi. Mən onun əzabını yüngülləşdirmək gücündə deyildim, bu dağ kəndində yüngülləşdirmə işlərinə yalnız əcəl baxır. Əlbəttə, dövlətdən də söhbət gedə bilməz. Burada dövlət vətəndaşın cibində toz basmış pasportundan başqa bir şey deyil. Bir dəfə soruşmuşdum: “Əmi, nəyin çatışmır? ” “Ünsiyyətim, bala, danışacağım adamlar”, ”“ demişdi. 

Məhz kənd yerində ahılların yaşamaq əzabını görməmək üçün nədənsə insanlardan, özümdən yox, kənddən küsdüm və daha ən xırda səbəblər belə ora getməyimə mane olurdu. 

Bir gün gözlədiyim xəbər məni işimdə yaxaladı, əmimin dəfninə yollandım. Yenə hamıdan gec çatmışdım, yenə qohumların tənəli baxışları məni təqib edirdi. Yas yerində, demək olar ki, heç kimlə söz kəsmədim, bu yerlərin yaddaşını kökləyən bir adam var idi, o da rəhmətə getmişdi. 

Kiçik qardaşım yaşayan evə gəldim, çay içdim və vaxt itirmədən geri döndüm. 

Növbəti dəfə kəndə səfərim Alış əminin dünyadan köçməsi ilə bağlı idi, yenə hamıdan gec getmişdim. Yağış yağırdı, üstəlik, soyuq külək bədənimi süzgəcə çevirmişdi, adamlar həyətə toplaşıb cənazənin dəfnə hazırlığını gözləyirdi, mən isə soyuğa məğlub oldum, maşında oturub sobanı yandırdım, az sonra gəlib irad tutdular ki, gec gəlməyin bir yana, heç olmasa camaatın içində dur.

Dəfndə iştirak edəndən sonra heç kimə demədən dərhal geriyə, Bakıya yol aldım. 

Dörd qardaşın sonuncusu Ayxan əmimin ölümünü gecə 4-də mənə Faiq dedi:  “Qobustanı keçmişik, xəbərin olsun”. Düşünmədən “gəlirəm” deyə cavab verdim.

Könülə məsləhət etdim:

”“ Əmim rəhmətə gedib, getməliyəm. 

”“ Gəlinlər gedirsə, məndə gedim?

”“ İstəyirsən, gedək.

”“ Gözlə, gedirəm.

Sürücünü çağırdım, gəldi. Həyətdən çıxanda Könülə baxdım. 

”“ Ayaqqabımın dabanları hündür deyil? ”“ soruşub, mənə zəndlə baxdı. 

”“ Yox, belə gözəldi, ”“ gülümsədim.

Çöl qapıdan çıxanda tələsik geri döndü, bildim ki, unutduğu əhəmiyyətli bir əşya üçün yox, baxmayaraq çantasızdı və məntiqlə “onun dalınca getdi” deyə düşünə bilərdim, amma dərhal ağlıma gəldi ki, yəqin, Tengizi öpməyə döndü. Gələndə “az qala unudacaqdım”, ”“ dedi.  Yenə ağlımdan keçdi ki, yəqin, Tengizlə vidalaşmağı nəzərdə tutur.

Kəndə bazarlıq üçün Masallı bazarına döndük, əlimizə keçəndən aldıq. Yolumuza davam etdik. 

Masallıda bazarlıq etmək yaxşıdır, amma bazarın o halını görmək qədər utancverici bir şey yoxdur, hər tərəf palçıq, dağınıqlıq, səliqəsizlik, çürük meyvə zibillikləri. Bazarın içindən keçən avtomobil yolu elə bil bombardmandan təzə çıxıb, bir salamat yeri yox...   

Əmimin dəfninə çatırıq, yenə hamıdan gec. Amma önəmli odur ki, gəldim. Əmimin hələ də tamamlanmamış  evinin qabağındayam. Eyvana çıxıb qarşıdakı evlərə baxıram, Fətişin evi, arxasında Səfərxanın, üstündə rəhmətlik Qoçəlinin, qarşı tərəfdə rəhmətlik Çaparın, Tavarxanın və digərlərinin  damları dəmir və azbes şifer parçalarından yamanmış miskin kənd evləri... tüstüləri ilə qürurlu görünürlər.

Yanımda dayanan Araza deyirəm, əmim 80 illik həyatını bax, bu balaca bir evi tikməyə həsr etdi, tamamlanmaq üzrəydi, özü getdi. İçində rahatlığını qura bilmədi, nə istiyə çarə tapdı, nə soyuğa, nə işıqsızlığa, nə susuzluğa. Səksən il bəs etmədi... bu balaca evə.  Üzbəüzdə evi olan Fətiş əminin ”“ babalarımız əmiuşağı olub ”“ halını soruşuram, deyir, o da qocalıb, evdən bayıra çıxmır. Evinə baxıram, hələ də aynəbəndi bağlanmayıb, hələ də tualeti həyətin o biri başındadır ”“ ömrünün bu ahıl çağında heç olmaya tualeti evin içində olardı. Yəqin, yerində uzanıb düşünür ki, Allah bir az da ömür versəydi, bu evin yarımçıq işlərini tamamlayardım. 

Demək olar ki, bu kəndin camaatı hamısı belədir ”“ su qıt, işıq fasilələrlə verilir, münbit torpaq yox, geniş otlaq əraziləri yox, yaşlı-yaşlı kişilərin həyatı bir uzun gün kimi gedib batır, bir-bir tikintisi bitmədən köhnələn evləri tərk edib gedirlər.   

Atam da belə oldu, üçotaqlı ev tikdi, ikinci otağın yerini döşəyənə kimi gözləri tutuldu, elə tutuldu ki, heç eynək də taxa bilmədi, həmişə düşünürdü ki, görəsən, eynəkli olanda camaat nə deyəcək, el arasına necə çıxacaq, amma kəmfürsət, namərd gözlər elə sürətlə tutuldu ki, heç eynəyə gərək olmadı. Beləcə, həyatı keçdi  və başladığı evi tamamlaya bilmədi. 73 yaşında rəhmətə getməzdən bir gün öncə dedim: “Sən gedirsən artıq, biz səni bir daha görməyəcəyik?!  Bu qədər qəddar olmaq olar?!”

 “Bala, eyvana çıxıb məni səsləsəniz, gələcəm, bu dağlardan uzaq gedən deyiləm”, - dedi.  

Bəlkə, ona görə belə təsəlli verdi ki, sadəcə biz o eyvana tez-tez çıxaq, ordan üzümüzü dağlara tutub onu yad edək, adını çəkək, haqqında danışaq,  o evi tərk etməyək. Amma dediyi kimi olmadı, ölümündən bir neçə il sonra o eyvan da, o ev də dağıdıldı. 

Əmimə yaxşı oxşama deyirdilər. Qadınlarla kişilər baş-başa verib birgə ağlayanda sanki yer üzündə olan bütün səslər batır və əvəzində bu möhtəşəm xor səslənir ”“  nizamsız, ritmsiz amma həm də böyük bir nizam içində hər kəsi ovsunlayan ağı...    Hamı bir ağızdan “laylay, əmim, laylay hey!” deyir. Səsin cazibəsinə düşürəm, bir azdan onların yanında olduğumu fərq etdim. 

Bizim adamlar bir hündürdən danışmağı, bir də pəsdən, həzinlə oxşama deməyi çox yaxşı bacarırlar. Bir də görürsən sən də dizini yerə atıb səs çəkirsən. 

Gözlərim Könülü axtardı , gəlinlərin arasındaydı. O da ağlayırdı. “Əmiməmi, ya bütün ölənlərə,  görəsən, kimə ağlayırdı bu an, bəlkə anasına, bəlkə atasına, ya bəlkə cavan ölən qardaşına... mənim anama görə, yaxud atama görə də ağlaya bilərdi”. Bilmədim hardan bu fikir ağlıma gəldi. “Mən niyə kiminsə hətta ağlama səbəblərini bilməliyəm? Düşüncələri oxumaq kimi biədəb fikirlərə düşmək rəzillikdir”, ”“ qınayıram özümü.

 Əmini dəfn etdik, yenə adəti pozdum, evlərinin qabağına getmədim, birbaş qardaşım yaşayan evə gəldim. Odun sobasının yanında stol qoyub oturdum. Gəlin çay verdi. Könülü soruşdum, dedi hələ ordadı, indilərdə gələcək. “Tez gəlsəydi, gedərdik”, ”“ öz-özümə dedim.

Bir müddətdən sonra hüzrdə olan digər qardaşlar da gəldi, bu dəfə də qınaqla, “hamı orda, sən isə burda. Kəndə gələndə buranın adətinə uyğun özünü aparmalısan”, ”“ kimsə dedi. Cavab vermədim. Birlikdə yemək yedik. 

Burada yemək meditasiyadır. Hinduşka supu ləzzətli, yanında isti çörək və pendir, sonra qatıq, hərəsindən bir az.

 

Qapıdan çıxanda böyük qardaşım acıqla: “Sən toya gəlməmisən ki, qırmızı kurtka geyəsən”, ”“ məni görəndən yığıb hazırladığı “zəhəri” üstümə atdı. “Fikir verməmişəm”, ”“ günahkar kimi dilləndim. 

Yalnız indi anladım ki, əynimdə olan gödəkcə qara deyil, onun dediyi kimi tam qırmızı da olmasa, amma rəngliydi. 

“Bu rəng məsələsini, görəsən, kim çıxarıb, kim deyib ki, hüzr yerlərinə getməkdən daha önəmli bir şey var, o da paltarın rəngi”.  

Bu fikirlə kənddən ayrıldıq. Mən tez gəldim, yenə narazı qaldılar. 

Hafizin evindən Seyidlərə qədər dirsəklərlə yoxuş, ordan Yardımlı çayına qədər eniş. Hər iki tərəfdə lopa-lopa buludlar kimi kəndlər, təpəliklər, dağlar, çılpaq meşələr. 

Arxa oturacaqda ortada bacım, solunda Könül, sağında isə yeznə Ziyarət oturmuşdu.  

Arxadakılar söhbət edirdilər.  

Yardımlı”“Masallı avtomobil yoluna düşəndən sonra mürgülədim... 

Məğlubedilməzləri yuxu məğlub edər

Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu olur.

Bir müddət gedəndən sonra hiss etdim ki, maşının sürəti artdı. Başımı dikəldəndə maşın yoldan çıxmışdı. 

1-ci hissənin sonu

Oxşar xəbərlər
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL