“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin “Yarımçıq qalmış arzular” kitabı üzərində hazırlıq işləri başa çatmaq üzrədir.
Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az-a bildirib ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihəsi çərçivəsində nəşr ediləcək: “Kitabın müəllifləri Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda qanlı savaşda şəhidlik zirvəsinə ucalmış ömür-gün yoldaşları ilə bağlı xatirələrini bölüşən şəhid xanımlarıdır. Layihə rəhbəri olaraq, ölkəmizin müxtəlif bölgələrindən çağırışımıza səs verib igid ərləri ilə bağlı duyğu və düşüncələrini bizimlə bölüşən şəhid xanımlarına dərin minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm”.
Şəhidlərimizin ruhları şad olsun!
Pərvanə Fərhadqızı