Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminar keçirilib - FOTO/VİDEO
Cəmiyyət
Oxunub: 3918
10 Apr 2023 | 13:38
Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminar keçirilib - FOTO/VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminarda çıxış edib.

Moderator.az xəbər verir ki, Bakı Dövlət Universitetində təşkil olunmuş seminarda, MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, “Okuklu Holdinq”, “UNİTY-Company”, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB və “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi ilə ölkəmizdə həyata keçirilən silsilə tədbirlərə qatılan Türk dünyasının tanınmış aydınları da iştirak edib.

Universitetin rektoru Elçin Babayev salamlama nitqi söyləyib, Mir Cəlal yaradıcılığının məziyyətlərindən söz açıb.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva BDU pedaqoji və tələbə kollektivini, iştirakçıları salamlayaraq, görkəmli ictimai, ədəbiyyat və elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibəti ilə təşkil olunan seminarın onun uzun illər çalışdığı – ölkəmizin ən qocaman ali təhsil ocağında və Türk dünyasından təşrif buyurmuş tanınmış aydınların iştirakı ilə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.

Geniş məruzə ilə çıxış edən Komitə sədri, Mir Cəlalın zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. O, Mir Cəlal irsinin özünün bir dəyər olduğunu deyib. Komitə sədri, Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb.

Q.Paşayeva Mir Cəlalın müəllifi olduğu fundamental elmi və unudulmaz bədii əsərləri haqqında bilgi verib.

Sözlərinə davam edən Komitə sədri daha sonra deyib:

“Bu il anadan olmasının 115 illiyini qeyd etdiyimiz Mir Cəlal Paşayev əsərləri dəbiyyatımızın “Qızıl fond”una daxil olan yazıçı-alimdir.

Mir Cəlal Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Azərbaycanın Güneyində - Ərdəbilin Xal-xal kəndində doğulub. O, XX yüzil Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdəndir. Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınıb, əlli illik məhsuldar yaradıcılıq fəaliyyəti dövründə, görkəmli nasir və alim kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub.

Mir Cəlal Paşayev hələ kiçik yaşlarındaykən atası Gəncəyə köçdüyündən, onun uşaqlığı Gəncədə keçib. 10 yaşındaykən atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.

Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb, sonra “Gəncə Darülmüəllim”inə daxil olub; öncə tələbə təşkilatının, sonra şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal sonra Kazan Şərq Pedaqoji İnstitutunun Ədəbiyyat şöbəsində oxuyub. Daha sonra Azərbaycan Elmlər Akademiyasının aspiran­turasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib.

Bir müddət mətbuatda çalışıb.

1928-ci ildə mətbuatda ilk şeirləri gün üzü görüb; lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb; dönəmin nüfuzlu nəşrlərində hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerk və novellalar kitabı gün üzü görüb.

Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub.

Ədib 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda namizədlik dis­sertasiyası, 1947-ci ildə isə “Azərbay­canda ədəbi məktəblər” möv­zu­sunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX yüzil Azərbaycan ədəbiyyatı”, “Azər­baycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiy­yat­şünaslığın əsasları” adlı fundamental əsərləri ədə­biy­yatşünaslıq elminin qiymətli qaynaqlarındandır.

Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. Əminliklə deyə bilərik ki, yalnız “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi...

XX yüzil Azərbaycan ədəbiyyatşünaslığının bir sıra uğurları, o cüm­lədən ədəbiyyat tarixi və dərsliklərinin yaradılması Mir Cəlal Paşayevin adı ilə sıx bağlıdır. O, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “XX yüzil Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kitablarının əsas müəlliflərindən, yaradıcı və təşkilatçılarından biridir.

Mir Cəlal zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, örnək götürməli, davam və inkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda dərin realizm gücünə malik sosial kəsərli bədii örnəklər, klassik və çağdaş mənəvi sərvətlərə, ədəbiyyat tarixi və nəzəriyyəsinə dair maraqlı araşdırmalar, fıkirlər mövcuddur. Və elə bir irs ki, onu həmişə həssas qəlbli, xeyirxah bir aydın kimi xatırlamağa əsas verir…

XX yüzilin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini – ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diq­qətdən kənar qoymuş olsun. Onun XX yüzil Azərbaycan elminin, ədə­biyyatının, təhsilinin inkişafında danılmaz xidmətləri olub.

Mir Cəlal Paşayev 28 avqust 1978-ci ildə 70 yaşında Bakı şəhərində, vəfat edib. Ruhu şad olsun”!

Görkəmli ictimai, ədəbiyyat və elm xadiminin yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT- Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının sədri Tərlan Qasımov və b. çıxış edərək, Mir Cəlalın nəsillərə örnək ömründən danışıblar.

Sonda görkəmli ictimai, ədəbiyyat və elm xadiminin qızı Ədibə Paşayeva çıxış edərək, ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara öz təşəkkürülərini yetirib.

Oxşar xəbərlər
07 Oct 2024 | 23:26
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
07 Oct 2024 | 22:55
İnyesta karyerasını başa vurdu
07 Oct 2024 | 22:50
"Mənə geri qayıdacaq..." - Ülviyyə
07 Oct 2024 | 22:45
Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
07 Oct 2024 | 22:40
Arıqlamağa kömək edəcək çərəz hansıdır?
07 Oct 2024 | 22:37
Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
07 Oct 2024 | 22:33
Korotçenko Fransanın Ermənistan vasitəsilə Rusiyaya daxil olan saxta mallarından danışıb
07 Oct 2024 | 22:23
Ermənistan prezidenti: "İrəvan Bakı ilə sülh sazişinin COP-29-a qədər imzalanacağına ümid edir"
07 Oct 2024 | 22:19
Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır
07 Oct 2024 | 22:08
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirildi - FOTO
07 Oct 2024 | 22:00
Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını AÇIQLADI
07 Oct 2024 | 21:53
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
07 Oct 2024 | 21:48
Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı
07 Oct 2024 | 21:40
Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
07 Oct 2024 | 21:39
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
07 Oct 2024 | 21:35
İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
07 Oct 2024 | 21:30
Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”
07 Oct 2024 | 21:23
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
07 Oct 2024 | 21:15
"Maşın" şouda qazandığı avtomobillə Şuşaya getdi - FOTO
07 Oct 2024 | 21:08
"Aygün stil ikonası, möcüzədir"
07 Oct 2024 | 21:00
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİLƏNİB - FOTO
07 Oct 2024 | 20:52
Sabahın tibbi-meteoroloji PROQNOZU
07 Oct 2024 | 20:51
İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyir
07 Oct 2024 | 20:44
"Apple" hər il yeni məhsullar təqdim etməyi dayandırır
07 Oct 2024 | 20:36
İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"
07 Oct 2024 | 20:28
Lətifə virusa yoluxdu
07 Oct 2024 | 20:21
"Dünya Hitlerin qarşısını aldı, indi növbə onundur" - Ərdoğan
07 Oct 2024 | 20:20
Bu həftə cekpot vuracaq BÜRCLƏR
07 Oct 2024 | 20:13
Tanınmış rəssamın qızının faciəvi ölümü - Toyu olacaqdı...
07 Oct 2024 | 20:05
"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə alındı
07 Oct 2024 | 19:55
“Qarabağ” ciddi itki ilə üzləşdi
07 Oct 2024 | 19:48
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
07 Oct 2024 | 19:40
Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir
07 Oct 2024 | 19:30
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
07 Oct 2024 | 19:18
Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
07 Oct 2024 | 19:10
Azərbaycanda 3 ulduzlu hotellər də bahalaşdı
07 Oct 2024 | 19:05
Məşhur türk serialı FİNAL EDİR
07 Oct 2024 | 19:00
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR
07 Oct 2024 | 18:55
Astiqmatizm nədir?
07 Oct 2024 | 18:50
Mask və "Tesla" üçün vacib həftə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 18:32
Prezident generalı nazir müavini TƏYİN ETDİ - DOSYE
07 Oct 2024 | 18:27
Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi
07 Oct 2024 | 18:23
Soçidən Bakıya birbaşa aviareyslər açılır
07 Oct 2024 | 18:21
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya - FOTO
07 Oct 2024 | 18:15
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
07 Oct 2024 | 18:13
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
07 Oct 2024 | 18:08
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
07 Oct 2024 | 18:05
Putin Ərdoğanla müzakirə APARDI
07 Oct 2024 | 18:00
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
07 Oct 2024 | 17:54
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
07 Oct 2024 | 17:48
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
07 Oct 2024 | 17:40
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
07 Oct 2024 | 17:36
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:30
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
07 Oct 2024 | 17:24
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
07 Oct 2024 | 17:18
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:13
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
07 Oct 2024 | 17:07
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
07 Oct 2024 | 17:02
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
07 Oct 2024 | 16:57
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
07 Oct 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
07 Oct 2024 | 16:50
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 16:42
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
07 Oct 2024 | 16:37
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
07 Oct 2024 | 16:32
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
07 Oct 2024 | 16:27
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
07 Oct 2024 | 16:22
Prezidentin adından saxta məlumat yayıldı
07 Oct 2024 | 16:17
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
07 Oct 2024 | 16:12
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
07 Oct 2024 | 16:07
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
07 Oct 2024 | 16:03
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
07 Oct 2024 | 15:59
Çavuş arvadını öldürüb intihar etdi
07 Oct 2024 | 15:55
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
07 Oct 2024 | 15:50
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
07 Oct 2024 | 15:38
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
07 Oct 2024 | 15:33
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
07 Oct 2024 | 15:27
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
07 Oct 2024 | 15:22
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
07 Oct 2024 | 15:17
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
07 Oct 2024 | 15:12
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
07 Oct 2024 | 15:07
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
07 Oct 2024 | 15:02
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
07 Oct 2024 | 14:57
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
07 Oct 2024 | 14:52
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
07 Oct 2024 | 14:48
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
07 Oct 2024 | 14:46
Tibb üzrə Nobel qalibləri açıqlandı
07 Oct 2024 | 14:41
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
07 Oct 2024 | 14:30
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
07 Oct 2024 | 14:24
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
07 Oct 2024 | 14:18
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
07 Oct 2024 | 14:12
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
07 Oct 2024 | 14:06
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
07 Oct 2024 | 14:00
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
07 Oct 2024 | 13:54
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
07 Oct 2024 | 13:48
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
07 Oct 2024 | 13:42
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
07 Oct 2024 | 13:36
STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyətini qiymətləndirib
GÜNLÜK
07 Oct 2024 | 00:24
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
07 Oct 2024 | 08:50
Çayı belə içmək ilan zəhəri qədər təhlükəlidir
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 08:41
Xəbərdarlıq: Evdə saxlanılan bu çiçəklər əslində zəhər yayırmış
07 Oct 2024 | 07:18
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07 Oct 2024 | 08:18
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
07 Oct 2024 | 09:31
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
07 Oct 2024 | 09:01
Narinin harada öldürüldüyü məlum oldu - ŞOK DETAL
07 Oct 2024 | 09:49
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
07 Oct 2024 | 08:03
Harris Netanyahunu ABŞ-ın müttəfiqi adlandırmaqdan imtina etdi...- "CBS"
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
07 Oct 2024 | 00:24
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
07 Oct 2024 | 08:50
Çayı belə içmək ilan zəhəri qədər təhlükəlidir
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 08:41
Xəbərdarlıq: Evdə saxlanılan bu çiçəklər əslində zəhər yayırmış
07 Oct 2024 | 07:18
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07 Oct 2024 | 08:18
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
07 Oct 2024 | 09:31
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
07 Oct 2024 | 09:01
Narinin harada öldürüldüyü məlum oldu - ŞOK DETAL
07 Oct 2024 | 09:49
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
07 Oct 2024 | 08:03
Harris Netanyahunu ABŞ-ın müttəfiqi adlandırmaqdan imtina etdi...- "CBS"