Cəlilabadda avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü ağır yaralandı - FOTO/VİDEO
511
24 Nov 2025 | 14:16

Cəlilabadda avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü ağır yaralandı - FOTO/VİDEO

Ələt–Astara magistralının 142-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarına çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbədən sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşıb və magistralın kənarına düşüb.

Qəza nəticəsində ciddi deformasiyaya uğramış avtomobilin sürücüsü — Cəlilabad rayon sakini ağır yaralı vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Faktla baglı araşdırma aparılır.






Sabutay, Bizim.Media, Cənub bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər