Ən böyük, müqəddəs sərvətimiz - mədəniyyətimizin inkişafına məsul olanların hamısının nəzərinə!
Oxunub: 3443
24 Sep 2022 | 10:30
Ən böyük, müqəddəs sərvətimiz - mədəniyyətimizin inkişafına məsul olanların hamısının nəzərinə!
I  məqalə - problemə giriş
 
Həyat, tarixi təcrübə tamamilə təsdiq edir ki, hər bir xalqın,  şəxsin ən böyük,  müqəddəs sərvəti onun mənəviyyatı, mədəniyyətdir. Mənəviyyatı, mədəniyyəti yüksək olan şəxs, xalq hər zaman özünə məxsus olanları qoruyub saxlaya bilir,  potensialını inkişaf etdirir, fəaliyyəti ilə başqalarına da kömək edir, hörmətə, nüfuza malik olur. İstər ailədə, istər təşkilatda, ölkədə, yer üzündə mənəvi dəyərlərə üstünlük verildikdə, cəmiyyət mənəvi dəyərlərə kökləndikdə, həmin yerdə ahəngdar münasibətlər, xoş ovqat, insanlarda ruh yüksəkliyi, sabaha inam artır. Əksinə olduqda isə günü-gündən qarşıdurmalar çoxalır, insanları narahat edən, gərginlik yaradan dağıdıcı proseslər baş verir.  Elə buna görə də min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, müqəddəs, dəyərli kitablar, dahi şairlər, yazıçılar, sənət adamları insanları mənəvi dəyərlərə üstünlük verməyə çağırırlar. 
 
Kimsə, dərhal deyə bilər ki, xeyr, cəmiyyət, ölkə üçün ən mühüm olan iqtisadi, hərbi amillərdir. Bəli, ölkənin tərəqqisi üçün onun iqtisadiyyatı, hərbi gücü çox yüksək olmalıdır. Amma bir az təhlil etdikdə, hər kəs inana bilər ki, həmin iqtisadiyyatın, hərbi güçün yüksək olmasında da mühüm rol oynayan amil xalqın qabiliyyəti, mənəviyyatı, mədəniyyətidir. Bu fakt tarix boyu dəfələrlə təsdiq olunub. Ən parlaq misallardan biri kimi İkinci Dünya müharibəsindən sonra Yaponiya təcrübəsini göstərmək olar. İngiltərənin işğalından qurtaran Hindistanı, Amerikanın işğalından qurtaran  Vyetnamı və s.  misal gətirmək olar. Mədəniyyətin hansı rol oynadığını Cində, Cənubi Koreyada, Sinqapurda, Malaziyada, və s. müşahidə etmək mümkündür.  Bu ölkələrin sürətlə inkişafının kökündə öz mədəniyyət potensiallarından səmərəli istifadə etmələri dayanır. Elə 44 günlük İkinci Qarabağ müharibəsində baş verənlər, Şuşa qalasının alınmasındakı rəşadətimiz də bu savaşda xalqımızın mənəviyyatının nə qədər mühüm rol oynadığını göstərdi... 
 
Düşmənlərimiz də mənəviyyat, mədəniyyət amilinin mühümlüyünü yaxşı bilirlər. Döyüş meydanında öz əlaltıları, alətləri olan ermənilərin, dolayısı yolla özlərinin məğlubəyyətlərinin əvəzini mədəniyyət sistemimizə dağıdıcı təsir göstərməklə çıxmaq üçün yollar axtarırlar... Ona görə də indi  bu böyük sərvətimizin qorunması, inkişaf etdirilməsi həm də strateji bir məsələ kimi tarixi zərurətə çevrilib.  
 
Şükür ki, xalqımızın bu sahədəki imkanları olduqca yüksəkdir. Təəsüf ki, bunu bir çoxlarımız yaxşı qiymətləndirə bilmirik. Vətənimizin unikal - təkrarsız, tərəqqi üçün boyük imkanlara malik bir mədəniyyət potensialı vardır. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada yer üzünün bütün aparıcı mədəniyyət sistemləri(şərq, qərb, türk, iran, qafqaz, atəşpərəstlik, yəhudi, islam, xristian, sovet və s.) tarixi olaraq, təbii yolla təmasda olmuş, vətənimizdə çox boyük potensiallı bir mədəniyyət sistemi formalaşmışdır. Azərbaycan son min ildə Bəhmənyar, Nizami, Sührəverdi, Tusi, Nəsimi, Füzuli, Şah İsmayıl, Nadir şah, Bakuvi, Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər, M. Axundzadə, M. Kazım bəy,  M. Sabir, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, H. Cavid,  C. Məmmədquluzadə, Y. Çəmənzəminli, C. Cabbarlı, M. Rəsulzadə, N. Nərimanov,  Ü. Hacıbəyli, Ə. Haqverdiyev, Y. Məmmədəliyev, M. Şəhriyar, S. Vurğun, R. Rza, Q. Qarayev, F. Əmirov, R. Behbudov,  S. Bəhlulzadə, L. Zadə,  H. Əliyev, K. Kərimov, V. Mustafazadə,  M. Maqomayev  və xeyli sayda başqaları  kimi, yer üzünün inkişafına yön verə bilən xeyli dahi insan yetişdirmişdir. Bu siyahıya eyni zamanda ölkəmizin əhalisinin böyük əksəriyyətinin heç tanımadığı digər nəhəng dühalarımızın da adını da əlavə etmək lazımdır. Misal üçün, Nobel mükafatına tamamilə layiq olan, dünyada qaz lazerinin atası sayılan, amerikalı alimimiz Əli Cavanı, neptun elementlərinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, 1969- 1991- ci illərdə SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komitəsinin sədri olmuş A. Çayxorskini, 1993- 2004 – cü illərdə Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin baş direktoru olmuş, Davud Paşayevi və başqalarını nümunə olaraq göstərmək olar.  Bir çox başqa insanlarımızın da adını çəkmək olar. İndinin özündə də dünyanın müxtəlif ölkələrində çox görkəmli insanlarımız yetişməkdədir. Bu insanların hər biri təkcə Azərbaycanın, türk dünyasının yox, ümumilikdə bütün bəşəriyyətin fəxr edəcəyi zirvələrdir.  Belə bir potensiala malik olan xalqın tərəqqi üçün böyük imkanları vardır. Bizim potensialımız həm də böyük türk dünyasının, islam dünyasının potensialından qaynaqlanır, güc alır... 
 
Təəsüf ki, bu potensialımızı lazımi şəkildə hərəkətə gətirə bilməmişik. Düşmənsə hər vəchlə çalışır ki, bizim bu potensialı hərəkətə gətirmək imkanlarımız get-gedə tükənsin. Bu proses artıq iki yüz ildir ki, davam edir. İki yüz ildir ki, bizə öz milli kimliyimizi unutdurmaq üçün gizli və açıq şəkildə min cür hiylələr qurulur, tədbirlər həyata keçirilir, istedadlı insanlarımız məhv edilir... 
Amma günahı təkcə başqalarının üstünə atmaq da düz deyil. Bu yolda öz günahlarımız da az deyil. Biz əksər halda edilməsi vacib olan bir çox işləri də görməmişik. İndi də etmirik. Tarixi gerçəklik, mövcud beynəlxalq şəraitsə indi bu məsələyə diqqətimizi xeyli artırmağı tələb edir. Hər bir ağıllı adama məlumdur ki, mədəniyyət sistemi daha güclü olan, mənəvi dəyərləri daha milli, zəngin olan xalqlar gələcəkdə daha üstün mövqedə olacaqlar. 
 
Amma, görək indi nə baş verməkdədir? Bir tərəfdən xarici qüvvələrin məqsədyönlü fəaliyyəti, digər tərəfdən özümüzün sadəlöhvlüyümüz, etinasızlığımız, naşılığımız, maddi hərisliyimiz, nadan insanlara meydan verməyimiz hesabına bu böyük potensialımızın get-gedə zəifləməsinə səbəb oluruq. Təəsüf ki, bu proses uzun zamandır davam edir. Hələ ötən əsrin əvvəllərində M. Sabir, C. Məmmədquluzadə, Ü. Hacıbəyli və onlarca digər mütəfəkkir insanlarımız da haray salmış,  onun qarşısını almaq üçün mübarizə aparmışlar. Doğrudur, sovet dövründə insanlarımızın əksəriyyəti savad aldı, ədəbiyyat, incəsənət, elm sahəsində görkəmli  şəxsiyyətlər də yetişdi. Amma xalqa öz tarixini, keçmişini unutdurmaq, yanlış formada tanıtdırmaq üçün çoxtərəfli ideoloji təsir mexanizmindən də ustalıqla istifadə olundu.  Əksər insanlarda belə bir fikir yaradıldı ki, tariximiz də, ədəbiyyatımız da, incəsənətimiz də, elmimiz də Rusiya ilə əlaqələrimizin güclənməsi, sövet hakimiyyətinin gəlməsi ilə inkişaf edib, doğru yola qədəm qoyub. 
 
İndiki vaxtda ən böyük bəlalarımızdan biri əhalinin böyük hissəsinin öz tarixi, mədəniyyəti, elmi barədə lazımi məlumata malik olmamasıdır. Uzaq keçmiş bir yana qalsın, orta əsrlərdə islam aləmində qazandığımız çox möhtəşəm uğurlar barədə insanların ruhuna hopan bir məlumata ehtiyacımız var. Belə olarsa insanlarımızda vətənpərvərlik, vətəndaşlıq hissləri daha da yüksələr, onların öz daxili potensialı daha çox açılar, başqa xalqların mədəniyyətinə ucuz aludəçilik, onları yamsılamaq, onların təsiri altına düşmək kimi arzu olunmaz cəhətlərin qarşısı alınar. Milli ruhlu tariximiz, ədəbiyyatımız, elmimiz, incəsənətimiz inkişaf edər. Bu yaxınlarda mən magistr təhsili alan xeyli gəncin iştirak etdiyi bir tədbirdə iştirak edirdim. Onlara ümumilikdə orta əsrdəki uğurlarımız, dahi şəxsiyyətlərimiz barədə sual verdim. Cavablar məyusedici idi. Hətta, “Sührəverdi barədə kimin nə məlumatı var?” – deyə soruşduqda, bəziləri “Sührə” sözünü “süfrə” sözü ilə əlaqələndirib, - milli yeməkdir dedi. Halbuki, orta əsrlərdə yaşayan, əslən azərbaycan türkü olan Ş. Sührəverdi dünyanın ən böyük filosoflarından biridir.  
Azərbaycan türkləri ümumən böyük türk dünyasının qurulmasında olduqca mühüm rol oynamışlar. Elə misal üçün, təkcə onu göstərmək olar ki, türk dünyasının fəxri olan Hacı Vəli Bektaşinin azərbaycan türkü olduğu ilə bağlı xeyli məlumatlar var. Böyük Yunus Əmrənin müəllimi, ustadı Bektaşinin də böyük dəyər verdiyi Azərbaycan türkü Tapdıq Əmrədir. İndi bütün dünyanın korifey bir insan kimi tanıdığı Mövlanənin dünyagörüşünün formalaşmasında Azərbaycan türkü olan Şəmsəddin Təbrizinin əlahiddə rolu olub. Tarixdə böyük bir sərkərdə kimi tanınan, türk dünyasının fəxr etdiyi Fateh Sultanın ən yaxın məsləhətçisi, yol göstərəni, İstanbulun fəth edilməsində böyük rolu olan Ağ Şəmsəddin də Azərbaycan türküdür. Bu səpkidə xeyli misallar göstərmək olar. Azərbaycanlılar  tarixən Urmiyə gölündən, Qafqazdan tutmuş, Asiya qitəsinin bir çox hissələrində yaşayan  ən qədim türk tayfalarının nümayəndələridir. Asiya qitəsinin adı da Az/As tayfalarının adı ilə bağlıdır. Oxucular istəsələr Azərbaycan türklərinin orta əsrlərdə elmə, tibbə, fəlsəfəyə, ədəbiyyata, incəsənətə, astronomiyaya, riyaziyyata və s. sahələrə nə dərəcədə böyük töhfələr verdiyi haqda məlumatlarla tanış ola bilərlər. 
Mən bir neçə yazımda  “azərbaycan” sözünü –  az ərlərdən olan insanlarla zəngin olan  yer, məkan kimi izah etmişəm və bu izahın da müəyyən elmi əsasları vardır... İndiki vaxta bizim tarixi məkanlarımızda yaşayan bir çox xalqlar özlərini bu yerlərin əsil sahibi elan edərək  azərbaycanlıları gəlmə, köcəri bir xalq kimi qələmə verməkdədirlər. Bu işdə onlara tarixi yaxşı bilən, türkün ululuğunu, böyüklüyünü qəbul etmək istəməyən qüvvələr də kömək edir.  Bu xalqları inandırmağa çalışırlar ki, türklər bu torpaqlara sonradan gəlib. Müəyyən texnologiyalarla yeni tarix uydururlar. Bununla da həmin xalqlarla Azərbaycan türkləri arasında bir gərginlik yaradaraq belə vəziyyətdən istifadə etmək istəyirlər. Bu istiqamətdə fəaliyyət göstərirlər.
Bu deyilənlər barədə xalqımızın müxtəlif təbəqələrinin nə dərəcədə məlumatı vardır? Onların məlumatı niyə lazımi səviyyədə deyil? Niyə bizim təhsil sistemimiz təhsil alanlara orta əsr mədəniyyətimiz, uğurlarımız barədə lazımi məlumat vermir?  Çünki, bu sahədə kim fəaliyyət göstərirsə, maariflənmə işi aparmaq istəyirsə dərhal böyürdən biri çıxıb ona “millətci”  damğası vurur. Bu torpaqda marağı olan qüvvələrin əlaltıları hərəkətə keçir: ədə, qoymayın, türklər öz tarixini öyrənmək istəyir!   Axı xalq öz tarixini öyrənmək istəyirsə burada nə qorxulu bir şey var? Onların öz tarixini öyrənməsi  ölkənin daha çox tərəqqi etməsinə kömək edər. Bu ölkədə yaşayan başqa etnik mənsubiyyətlərin daha möhkəm arxası, köməyi, güc aldığı doğma mühit olar.  Bu isə qlobollaşmanın sürətlə getdiyi dövrdə öz gələcək taleyinin qayğısına qalan hər bir az saylı xalqlar üçün olduqca mühüm məsələdir. Multikultural mədəniyyəti yer üzündə təbliğ edən bir ölkənin güclənməsi onları çirkin siyasətlərdən, hiyləgər mexanizmlərdən qoruyar. Bu bölgənin tərəqqisi ümumiyyətlə bütün yer üzündə sülhün, sabitliyin inkişafına müsbət təsir edər.
İndi baş verənləri bir daha nəzərdən keçirək. Müstəqillik qazandığımız, milli, müstəqil dövlət qurduğumuz indiki dövrdə xalqın lazımi istiqamətdə maariflənməsinə, tərəqqisinə kömək etməyə borclu olan televizya kanalları nə işlə məşğuldurlar?  Bir sıra dəyərli proqramları qeyd etməklə, təəsüflə qeyd etmək lazımdır ki, ucuz, mənəvi dəyərlərimizi aşındıran verilişlər hələ də çoxluq təşkil edir. Yaxşı ki, son illər bu sahədə vəziyyət yaxşılaşmağa doğru gedir. Amma çox yavaş gedir. Təcili şəkildə TV verilişlərində ciddi dəyişikliklər etməyə böyük ehtiyac var. Televizya birmənalı olaraq ölkənin tərəqqisinə, yəni əhalinin fiziki sağlamlığının artırılmasına, mənəvi zənginliyinin yüksəlməsinə, əhalinin böyük əksəriyyətində yaradıcı əməyə təlabat hisslərinin artırılmasına kömək etməlidir. Heyif ki, tez-tez bunun əksini görürük.  
İndi bir çox televizya işçilərindən soruşanda ki, niyə belə aşağı səviyyəli verilişlər hazırlayırsınız? Onların cavabları daha çox belə olur: - əhali belə verilişləri xoşlayır, belə verilişlərin reytinqi yüksək olur. Cavab həm olduqca ziyanlı cavabdır, həm də yanlışdır. Belə zəif verilişlərin əsas səbəbi bizim televizya verilişləri ilə bağlı elmi əsaslarla hazırlanmış milli Konsepsiyamızın, Platformamızın, Fəaliyyət Proqramımızın olmamsıdır. Cəmiyyət günü-gündən xeyli mürəkkəbləşir və həssaslaşır. Belə bir vaxtda ciddi, elmi əsaslarla hazırlanmış həmin sənədlərə olduqca ciddi ehtiyac vardır. Onlar olmadıqda, lazımi səviyyədə həyata keçirilmədikdə belə xaotik bir vəziyyətin yaranması qaçılmaz haldır.
 
Digər mühüm səbəb televizyaların özlərinin maddi-texniki bazasının zəifliyi, kadrlarının arzu olunan bir səviyyədə olmamasıdır. İstedadlı televizya işçiləri, lazımi maddi resurslar olduqda, olduqca maraqlı verilişlər hazırlaya bilərlər. Belə verilişlər daha çox reytinq yığar və onların tamaşaçıları daha məsuliyyətli insanlar olarlar. Televizya rəhbərli bilməlidir ki, əhali ucuz şoulara daha çox maraq göstərirsə, həyacan təbili çalmaq lazımdır. Deməli əhalinin estetik zövqü, dünyagörüşü ilə bağlı ciddi sosial-psixoloji problemlər yaranmışdır. Bu bəladan qurtarmaq üçün əhaliyə kömək etmək lazımdır, daha ona lağ edib, “zövqü belədir”  deyib, keyfiyyətsiz verilişləri çoxaltmaqla bu bəlanı daha da artırmaq olmaz.
 
Bizim bəlalarımızdan biri də son illər yaranan bir çox teleseriallarımızdır. Təəsüf ki, bizim teleserial yaradanların əksəriyyəti teleserialın həqiqi mahiyyətinin nədən ibarət olduğunu bilmirlər, yaxud bilsələr də əhəmiyyət vermirlər. Teleserial əhalinin davranışlarında, mentalitetlərində olan xoşagəlməz cəhətləri ortadan götürmək, əksinə, yaxşı cəhətləri, əlavə olaraq arzu olunan cəhətləri inkişaf etdirmək məqsədi ilə yaradılmalıdır. Düşmən isə, ölkəmizdə elə teleserialların yayılmasında maraqlıdır ki, onlar bizim milli, mənəvi dəyərlərimizi aşındırsın. Biz elə teleserialların qarşısına daha ciddi, daha təsirli – mənəvi immuniteti artıra bilən teleseriallar qoymalıyıq.   Yoxsa, ucuz, gərgin situasiyalar,  süni və uydurma döyüş səhnələri, qarşıdurma yaratmaq,  göz yaşları axıtmaq, müəyyən bir təbəqənin zəngin həyat tərzini nümayiş etdirmək əhəmiyyətsiz, bir sıra hallarda isə zərərli bir haldır.  Elə film yaradıcıları da bu sahədə diqqətli olmalıdırlar. Məsələn, biz həmin o orta əsr mədəniyyətimizi, tarixi şəxsiyyətlərimizi tanıdan elə filmlər yarada bilərik ki, bu xalqımızın nüfuzunun  beynəlxalq aləmdə xeyli yüksəlməsinə, xalqımız haqda daha obyektiv fikrin yaranmasına kömək edə bilər. İndiki vaxtda bizim istər filmlərin, istər televizya verilişlərinin, ədəbi prosesin əhalinin mənəvi zənginləşməsinə, ölkəmizin tərəqqisinə kömək edən əsərlərin yaranmasına böyük ehtiyacımız vardır.
 
(davamı var)
 
Əhməd Qəşəmoğlu
 
Oxşar xəbərlər
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib