"Voenkomatda işləyən bir adamla 10 gün əlaqəyə girdim,oğlumu əsgərliyə qoymadım" - VİDEO
Oxunub: 3966
23 Aug 2014 | 12:19
Onunla təsadüf nəticəsində həmsöhbət olduq. Əməkdaşımız İsmi ilə Suraxanı rayonunda hazırladığımız reportajdan qayıdarkən Zığ kəndinə gedən yolun kənarındakı bardürün üstündə oturmuşdu. Yol boyu şütüyüb keçən maşınlar onun bərabərinə çatdıqda sanki qeyri-ixtiyari sürətini azaldır və siqnal verirdi. Bir qədər kənardan müşahidələrim bu qadının sərxoş olduğunu, yaxud yorğunluqdan əziyyət çəkdiyini deyirdi. Bu fikirlərlə qadını ötüb keçirəm və İsmiyə tərəf dönüb:

 - Gərək saxlayaydım, bu səfil həyatı keçirir. “Səfillər” lahiyəsində onun dərdini çözərdik...

- Əmi, mən elə bildim, saxlayacaqsan, ”“ İsmi dedi.

Qərar verirəm ki, geri dönüm. İsmi dərhal hiss edir, çantasından “silah-sursatını” çıxarır.

Naxçivanski adına Hərbi məktəbin qarşısındakı dairədən geri dönüb uzun bir məsafəni qət edirik. Qadın oturduğu yerdə yoxdur. Hə, budur yolun kənarı ilə yeriyir. Ötən maşınların əksəriyyəti yenə də kəsilmiş dana kimi ona çatdıqda “bağırır” - siqnal verir. Qadının saymazyana yerişi maşınların qəzəbli şəkildə sürət yığıb ötməsinə səbəb olur.

Adam da əsgər anasına söz atar?

Maşını bir neçə metr qabaqda saxlayıram. Qarşısında dayanıram. Ortayaşlı və keçmişi gözəl olduğu indi də bilinən qadına salam verirəm, salamımı xüsusi əda ilə alır:

 - Əleyküm, beş də artıq.

 Söhbətə tuturam:

 - Deyəsən sənə söz atırdılar, siqnal verirlər.

- Bura Azərbaycandır. Onlar haradan bilsin axı, mən bir əsgər anasıyam. Adam da əsgər anasına söz atar?

 Ağzından çıxan sözlərə qarışan araq iyi üzümü yalayır, nəfəsimi tıncıxdırır. Deyəsən, çox yaxın durmuşam axı. Bir addım geri çəkilirəm, guya ki, rahat yer tapıram dayanmağa. Qadın İsminin aparatının səsinə diksinir:

 - Siz PRESS-dənsız? ”“ və cavab gözləmədən daşın üstündə oturub qəribə bir poza alır: ”“ Çəkin. Amma deyin harada gedəcək?

 Heç kəsdən qorxmuram

Özümüzü təqdim edirik. Nazlanır, əlləri ilə pırtlaşıq saçlarını gözlərinin üstündən yana atır. Külək dinc durmur, yenə də qarışıq saçları qarışdırmaqla onun gözünün üstünə dağıdır. Əlini yaxasına, dar qara rəngli şalvarının arxasına, yanbızlarına çəkir.

 - Adın nədir?

- Yaz. - Sonra İsmiyə tərəf çevrilir. - Sən də çək. Heç kəsdən qorxmuram. Qulamova Təranə Xankişi qızı. 1972-ci il noyabr ayının 19-da anadan olmuşam.

 Sifətinə aydın olmayan şit təbəssüm dağılır. Gözlərini süzdürür, mahnı oxuyur:

- Bakıda doğulmuşam, Bakıda qalasıyam.

Mahnını oxuyur və birdən hönkürür:

- Mənim “alkaş” olduğumu deyirlər. Oğlanlarım məndən imtina etdi. Amma mən onları böyütdüm. Dedilər, ver uşaq evinə, dedim, nə danışırsınız, mənim balalarım “detdom”da böyüsün?

- Kim deyirdi ki “alkaş”san?

- Anam Əminəxanım. Adı belədir e, elə bilərsən ona “xanım” deyirəm, o, heç zibil də deyil. Məni bu günə o saldı.

- Yaxşı Təranə, balalarını kim səndən ayırdı? Onlar indi harada qalır?

- Anamın yanındadır. Anam onları məndən ayırdı. Dedi, ananız pis yoldadır.

 Mən pis yoldayam - bu mənim xoşuma gəlir

 - Bəs səncə, sən pis yolda deyilsən?

 Əllərini oturduğu daşa söykəyib kürəyini geri itələyir. Qollarına söykənir və gözlərimə baxıb gülümsəyir. Bu gülüşün arxasında müştərisini şirnikləndirmək istəyən bir parıltı var. Mırıq, ətrafı qaralmış dişlərinin arasından üstü bozarmış dili görünür. Saçlarını sinəsinin üstündə dəstələyir və:

- Mən pis yoldayam. Bu mənim xoşuma gəlir. Mən uşaqlarımı “detdoma” qoymadım. “Trasa” çıxdım, pula getdim, heç kəs bilmədi. Pul qazandım. Balalarımı yedirtdim, içirtdim, geyindilər, kecindilər.

 Düşdüm bar həyatına

 -Heç kəs bilmədi, deyirsən, amma axır ki, bilindi, anan da səni evdən qovdu.

- Məni bu günə elə anam Əminəxanım qoydu da. Dedi get pul qazan, babalarını saxla. Mən də düşdüm bar həyatına...

”“ Bəs heç bir yerdə işləməmisən?

- Niyə ki... Mən zəhmətkeş olmuşam. Kondisioner zavodunda OTK”“nəzarətçi işləmişəm. Sonra ixtisarlar başladı. Zavodda iş dayandı. Gözəl idim axı, bar həyatım başladı. Axırda da belə oldu.

- Peşman olana oxşamırsan.

- Nə bildin?..

- Əgər doğurdan da axırının belə olduğunu bilirsənsə, peşman olmalı idin, çəkinməliydin bu həyatdan.

- Qoyurlar ki...

Kim nə təklif etsə...

 - Kim qoymur?

- Hamı...

- Yaxşı, indi nə işlə məşğulsan?

- İşləyirəm, onun-bunun həyətini təmizləyirəm, döşəyini çırpıram, pal-paltarını yuyuram, altına yıxılıram, kim nə təklif etsə... Mənim bir oğlum Ağdamda əsgər oldu. 3-cü oğlum da indi gedir. Getdim görüşməyə, məni evdən qovdular.

 

Polislər döyür, barmaq edirdilər...

Cüzdanını açır. İçində xeyli pul var. Şəxsiyyət vəsiqəsini göstərir:

 - Mənim qeydiyyatım da var. Bax. Bu evdə yaşamalıyam. Gedən kimi anam polisə zəng vurur. Deyir, əyyaş gəldi. Yasamal polisi məni döyə-döyə oradan uzaqlaşdırır. Maşına mindirib öz ərazilərindən çıxarırlar. Yolda mənə barmaq eləyib gülürlər... - Deyir və yenə də hönkürür: - Belə şey olar? Adam da qadınla belə rəftar edər?

- Təranə, görürsən, hamını günahkar sayırsan, özündən başqa. Heç özünü günahkar bilmirsən?

- Yox. Deyirlər, araq içirəm. Araq... Allah onu çıxardanın... - xeyli söz gəzir, dili ilə dodaqlarını yalayır, bir-neçə dəfə hansısa sözü dilinə gətirir və nə isə demək istəyir, tapdığı söz ürəyincə olmur deyəsən və: - Allah arağı icad eləyənin ölülərinə rəhmət eləsin. İçirsən, unudursan bütün dərdlərini. Həm ucuzdur, həm də acıdır. Həyat kimi. Amma o qədər şirinlik verir ki...

Həyatından danışır. Gözündən üzüaşağı axan yaşlar sanki ağzından çıxan sözləri isladır. Adamı ürpəşmə, soyuq tutur bu səsdən.

 Komissarla 10 günlük razılaşdım

 - Heç kəs məni başa düşmür. Adamlarımız niyə belədir? Mən belə yaşamaq istəyirəm. Mənim ərimin adı Qüdrətəli idi. Oğlanlarım Şəhriyar, Şahran və Ülvi. Ülviyə öz familiyamı vermişəm. Amma o birilər atasının familiyası ilə böyüdü. İkinci oğlumu qoymadım əsgər getməyə. Pul topladım, komissara verdim. Pulum çatmayanda voenkomda işləyən bir adamla 10 gün əlaqəyə razılaşdım. Xoşum gəldi, sözübütöv adam oldu, 2 gün də əlavə görüşdüm onunla.

- Ərin bilmədi?

- Nə ər, daş olub onun başına. O məni döyürdü, işgəncə verirdi. Mən onu sevirdim, ona görə ondan doğdum o uşaqları. Yoxsa, hər kolun dibində yatıb doğmaq olardı.

 

 

Bəs, ay jurnalistlər, mən nə edim?

 

 

- Şəhərdən kənardasan, burada nə gəzirdin?

- Mən gəzirəm də. Gəzəyənəm. Bax, pulum da var. Gedirəm kirayə ev gəzirəm. Ev vermirlər mənə. Qovurlar həyətlərindən. Aralanıram, görürəm evin sahibi, ya oğlu ardımca düşüb göz-qaş, him-cim eləyirlər, deyir, gedək səni saxlayım, səninlə... Deyirəm axı məni həyətindən qovdun. Ver kirayə ev, yaşayım. Pulumu da verim, ürəyin istəyəndə də gəl nə qədər istəyirsən ehtirasını öldür. Yox, evimizdə olmaz, deyirlər. Bəs, ay jurnalistlər, mən nə edim?

 Cavab verə bilmirsən, heç olmasa siqaret ver!

Hönkürür. Əlləri ilə gözünün yaşını silir və qəzəb dolu baxışlarla gözlərimə baxır:

 

- Səndən soruşuram, nə edim? Cavab verə bilmirsən, heç olmasa siqaret ver!

 Siqaretini yandırıram. Xoşuna gəlir, bir an gözləri uzaqlara gedir:

- Barda olanda kişilər mənim siqaretimi belə yandırardılar. Sonra da aparıb işlərin görəndən sonra döyərdilər. Bəziləri pulumu da vermirdi.

- Təranə, sənin həyatın nümunə göstəriləsi həyat deyil, amma hamını ittiham edirsən, heç fikirləşmirsən ki, özün günahkarsan?

- Bəlkə də günahkaram. Amma mən nə edim? Hara gedim? Bilirsən nə istəyirəm? ”“ deyir və üzünü zeytun ağaclarının üstündən uzaqlara tutub baxır: - İstəyirəm ailəm mənə hörmət qoysun. Məni evimə buraxsın. Balalarımı görüm, gedim iş tapım işləyim. Sonra da onların toyunda oynayım... ”“ yenidən gözlərimə baxır, ”“ inanmırsan, bilirəm. Amma mən də heç kəsə inanmıram.

 Parkda yatıram, saunada çimirəm

 - Təranə, sən harada yatırsan?

- Parklarda yatıram. Gündə 40 qəpik tualetə pulum çıxır. Həftədə iki dəfə saunaya gedirəm, 10 manat verirəm, çimirəm, paltarlarımı yuyub quruduram. Ac qalmıram. Kafelərdə yeməyimi yeyirəm - qonaq edirlər. Bax, bayaq neçə dəfə maşın saxladı. Göz-qaş etdilər. Gedirəm, pul qazanmaq ayıb deyil. Zəhmət çəkirəm. Bilirəm bu, pis yoldur. Görək Azərbaycan erkəyi yaxşı yolla pul qazanmağıma kömək edəcək? Ala, - baş barmağını iki barmağının arasından çıxarır, - edəcək!

- Bu qədər kişilərlə dostluq etdin, sənin heç ürəkdən bağlandığın oldumu?

 İlahi, sifəti necə də dəyişdi bir anda! Xoş bir ifadə dolaşdı baxışlarında, dodaqlarının küskün təbəssümündə. Bax bu anda o küçə qadınlığında üzü bəri gəlmişdi. Boynunu qısdı, İsmi tərəfə çevrildi, saçlarına əl gəzdirdi, yəni “məni belə çək”, - demək istədi. Mənə tərəf çevrildi:

 

Qaçqın məni elə döyürdü ki...

 - Hə. Olub. Aşağıda “Naximov”da yaşayırdıq. Kirayə ev tutdu. İşlədim, paltar aldım özümə. Qəşəng görünürdüm. 3 ay yaşadıq. Hər axşam məni döyürdü.

- Niyə?

- Deyirdi ki, gərək sən mənim qabağıma tez çıxaydın. Özü də qaçqındır. Məni elə döyürdü, heç erməni əlinə düşsəydi, belə döyməzdi. Həm də qısqanırdı məni...

-Təranə, bu qədər acı həyat yaşamısan, sənin üç oğlun var, ikisi əsgər olub...

- Yox biri olub əsgər. Şəhriyarım. Ağdamda Abuşovun “çastında” xidmət etdi. Andiçməsinə getmişdim. Ülvi indi gedəcək. Qoymurlar gedəm balama xeyir-dua verəm.

 Yenə də hönkürdü və gözlərimin içinə baxdı:

 

- Sən məni bağışla, sözünü kəsdim, nə isə deyəcəkdin.

- Bax, ana olandan sonrakı vaxtlarda heç sevinmədinmi? Sevincli anın olmadımı heç?

 Bu gün sevindim...

 - Şəhriyar olanda sevindim. Amma sonra uşaqlarımı doğanda əzab çəkirdim. Bəlkə uşaqlarına görə ataları baxar, deyə, fikirləşirdim. O isə heç vaxt ailəsinə baxmadı. Axırda da anam məni qovdu. Atam anamdan çoxdan ayrılmışdı. Getdim onun evinə. Analığım dedi ki, qalma. ”“ Sonra dəhşətli hıçqırtı bürüdü ətrafı. - Analığım dedi ki, sən gəlib atanla yatarsan, sən elə pozğunsan ki, oğlunla da .... Mən heç elə iş tutaram? Kimdir indi pozğun, q...ə? Mən? Yoxsa onlar? Zamanə?..

- Demək, heç sevinmədin...

- Mənim ən sevincli anım indi oldu. Sən maşını saxladın, düşdün. O oğlan çəkdi. İlk dəfədir ki, mənimlə insan kimi rəftar etdilər, mənə “gedək” demədilər, dərdlərimi paylaşdılar. Məni adam yerinə qoydular. Adınız nədir?

 

Adımızı dedik.

- Məni də yuxarı, “kruqa” apar.

 Maşına oturdu. Arxadan İsmiyə:

- Allah haqqı, desəydiniz, gedək, gedəcəkdim...

 Biz onu dediyi yerdə - “kruq”da düşürdük. O, həyatın acı, dairəvi girdabında hələ çox dövrə vuracaqdı... /// axar.az



Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ