31 illik deyil, ən azı 104 illik tarixcə...
Cəmiyyət
Oxunub: 3149
26 Jun 2022 | 09:31
31 illik deyil, ən azı 104 illik tarixcə...
TƏQVİMİN ƏZİZ GÜNÜ: 26 İYUN!
 
MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.
 
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür! Əlbəttə, bu gün bizimçün həmişə əziz olub lakin 44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra onu daha dərin məzmunlu, daha anlamlı və yüksək ovqatlı keçiririk.
Şadıq: əcdadın ruhunu şad etmiş, işğalçılara və dəstəkçilərinə tarixi dərs vermişik!
Qürurluyuq: şəhidlərimizin qanı yerdə qalmayıb!
Bayramlaşırıq: Silahlı Qüvvələr Günümüz dünya azərbaycanlılarının əsl bayram kimi qutladığı bir bayramdır!
 
31 illik deyil, ən azı 104 illik tarixcə...
 
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü öz əsasını 1918-ci ildən alan, milli silahlı qüvvələrin formalaşması prosesinin önəmli mərhələlərini ifadə edən əziz gündür. Xalq Cümhuriyyətindən öncə də müstəqil dövlətlərimiz, o dövlətlərin orduları olub, lakin söhbət aid olduğumuz indiki coğrafiyada minbir zəhmətlə qurulmuş milli dövlətdən, onun ordusundan gedir: Azərbaycan Respublikası məhz Cümhuriyyətin varisidir və Cümhuriyyət dövrü sənədli-sübutlu tarixi – daha yaxın tarixi təcəssüm etdirməkdədir.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Xalq Cümhuriyyətimiz cəmi 23 ay yaşamasına baxmayaraq, ölkəmizdə ordu quruculuğu sahəsində önəmli addımlar ata bilib. Milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması yönündə çox vacib (tarixi!) addım olub.
Təəssüf ki, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi də dayandırılıb. Çar Rusiyasında olduğu kimi, SSRİ dövründə də azərbaycanlılar əsasən qeyri-döyüş təlimləri ilə məşğul olan hərbi bölmələrə - “raboçi batalyon”lara göndərilirdi. Yalnız Ümummilli lider Heydər Əliyevin respublikada ali hakimiyyətə gəlişindən sonra, onun danılmaz xidmətləri sayəsində respublikamızda hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev ali hakimiyyətə gəlməsinin iki ili tamam olmamış – 19 aprel 1971-ci ildə, Azərbaycanda hərbi kadrlar hazırlayan ocağın – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin (indiki liseyin) yaradılmasına nail oldu. Yaradılmasının 50-ci ildönümü ötən il tamam olmuş məktəbin hazırkı şüarı da, yerləşdiyi küçənin adı da, bütövlükdə məramı-məqsədi də dərin anlam və mühüm rəmz daşıyır:  “Xətai rayonu, Polad Həşimov küçəsi” ünvanında yerləşən liseyin şüarı “Bütöv Azərbaycan naminə”dir!
Artıq geniş ictimaiyyətə bəllidir ki, bu liseyin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, Azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarıb. Və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrilib. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması Ümummilli lider Heydər Əliyevin titanik səyləri sayəsində mümkün olub.
Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından– 15 iyun 1993-cü ildən sonra, özəlliklə, 24 iyundan (Ali Sovetin sədri olaraq Prezident səlahiyyətlərinin icrasına da başlamasından) sonra nizami ordu quruculuğu yönündə mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında “Bişkək Protokolu” imzalandı. Məhz bundan sonra Azərbaycanda nizami milli ordunun formalaşması prosesi daha da sürətli və keyfiyyətli şəkil aldı. Siyasi iradə və uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması (və döyüş ruhunun yüksəldilməsi!) işinə özəl diqqət ayrıldı.
Hər il rəsmi dövlət bayramı kimi qeyd edilən 26 İyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması da Ümummilli liderin adı ilə bağlıdır. Məhz Heydər Əliyev 22 may 1998-ci il tarixli Fərmanla 1918-ci ildəki əlamətdar günü əsas aldı və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. (Həmin Fərmanadək Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi 9 oktyabr bayram edilirdi).
Hər hansı günün bayram edilməsi yaxşı əlamətdir lakin o anlamlı günə hesabatlı olmaq, Vətənə xidmət mahiyyət və məzmunu daşıyan işlərin görülməsi daha vacibdir. Heydər Əliyev bu anlamda önəmli tarixi təşəbbüslərin, ideyaların müəllifi və onları gerçəkləşdirən lider idi.
Ümummilli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması, heç şübhəsiz, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyətcə yeni inkişaf mərhələsini təşkil etdi. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin, uyğun olaraq, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması ilə bağlı oldu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu müstəqil dövlətimizin prioritetinə çevrildi. – Ordu dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin əsas qarantı missiyasına layiq şəkildə gücləndirildi. Bu siyasət, mərhum Xalq şairimiz Zəlimxan Yaqubun sözlərini yada salır: “Ordum varsa, yurdum var”! – Bəli, sonrakı illər də göstərdi ki, güclü ordu nələrə qadirdir. 2016-cı ilin Aprel Döyüşlərini, 2018-ci ilin Günnüt Əməliyyatını, 2020-ci ilin iyulunda Tovuzdakı sərhəd toqquşmasını (12-16 iyul Tovuz Döyüşləri), nəhayət 44 günlük müharibəni vurğulamaq yetərlidir ki, güclü Ordunun ölkə üçün nə demək olduğu daha aydın görünsün.
 
*
Ötən yüzilliyin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Respublikasının NATO ilə sıx və səmərəli işbirliyi ordu quruculuğu prosesinin təkmil hala gətirilməsinə, Silahlı Qüvvələrimizin çağdaşlaşdırılmasına, yeni standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ümummilli liderin titanik səyləri nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu işbirliyinin davamı olaraq, “Planlaşdırma və analiz prosesi” proqramına (1996-cı il), ardınca “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na (2001-ci il) qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarına, digər ikitərəfli işbirliyi proqramlarına qatılaraq, ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO-nun yüksək standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu, ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qabil güclü, çağdaş orduya çevrildi.
Heç şübhəsiz, Ordudan danışırıqsa, milli müdafiə sənayesindən söz açmamaq mümkün deyil. Ümummilli liderin atdığı təməllərə əsaslanan siyasət nəticəsində qurulan Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının önəmli göstəricilərindən sayılır. Belə uğurlar Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz və vacib imkanlar yaradıb.
Milli Ordunun döyüş qabiliyyətinin, müdafiə qüdrətinin artırılması, eləcə də, maddi-texniki təchizatının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Ümummilli liderin siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının yenilənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinə, onların mənzil təminatının yaxşılaşdırılmasına, eləcə də, müdafiə sənayesinin inkişaf etdirilməsinə və s. hər zaman özəl diqqət və qayğı ilə yanaşır.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb. Hərbi işbirliyi genişləndirilməkdə olan bir sıra ikitərəfli hərbi əlaqələrin uğuru kimi şərh oluna bilər. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən, elektron hərbin nailiyyətləri ilə təmin olunmuş güclü Ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindən biridir. Artıq neçə ildir ki, Azərbaycanda hərbi xərclər Ermənistranın hərbi xərcləri ilə deyil, ümumdövlət xərcləri ilə müqayisə olunur. Bu üstünlüyün nəticəsini, təntənəsini görmək üçün uzağa getməyə, ayrı-ayrı faktlar sadalamağa ehtiyac yoxdur. 44 günlük müharibənin gedişatı və əldə olunan tarixi Zəfər çox şeyi ifadə edir.
 
Qafqazın ən güclüsü...
 
Bu gün Qafqazlarda ən çağdaş ordu hesab olunan Azərbaycan Ordusu, dünya orduları sıralamasında da özünəxas (əhali sayı, ərazi və digər xarakterik amillərə əsaslanan) hörmətli yerə sahibdir. Bir sözlə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasətinin şahidiyik. Prezidentin özünün dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. – Bu sözlərin ən yaxın aylardakı təntənəsinin təsdiqi kimi Komando birliklərinin yaradılmasını vurğulaya bilərik. 44 günlük müharibədə qazanılan tarixi Zəfər, yaranmış yeni gerçəkliklər ordu quruculuğumuzda da müəyyən islahatları zəruri qılıb.
İlk Komando hərbi hissənin açılışı 24 dekabr 2021-ci ildə Xocavəndin Hadrut (Ağoğlan) qəsəbəsində gerçəkləşdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev açılışda nitq söylədi, yeni təyinatlı hərbi hissənin önəminə diqqət çəkdi: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.
Bunun ardınca başqa bir yeniliyin şahidi olduq. Bu, Milli Müdafiə Universitetinin yaradılması ilə bağlıdır. Azərbaycan Ordusunun qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin yüksək standartlarına uyğunlaşdırılması yönündə həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmə təkmilləşdirilir. Bu məqsədlə artıq Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Prezidentinin 05 mart 2022-ci il tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazasında Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə adlı iki institut yaradılıb. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbisə fəaliyyətini H.Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Ordumuzun Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi lisey və H.Əliyev adına Hərbi lisey də, yeni yaradılan Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib.
 
Zəfər qazanan Ordu
 
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan Ordusu əcdadın hərbi ənənələrini davam və inkişaf etdirərək, günümüzdə dünyanın güclü orduları sırasında özünəxas sayğılı mövqeyə sahibdir. Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi yönündə uğurlu siyasi, diplomatik iş aparan ölkə Prezidenti İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz 44 günlük müharibədə düşmən ordusunu darmadağın edərək, tarixi Zəfərə imza atdı. Fədakar əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycanın ləyaqətli Zəfərinə şahid oldu. Himnimizdə deyildiyi kimi,
“Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu”!
Cəbrayıl, Hadrut (Ağoğlan),Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın (və sözügedən rayonların 300-dən çox (mürəkkəb relyefli) yaşayış məntəqəsi) azad edildi.
44 gün ərzində ardıcıl surətdə fərqli qaynaqlardan, dəyişik ünvanlardan müxtəlif təzyiq və təhdidin olmasına baxmayaraq, Müzəffər Ali Baş Komandanın timsalında Azərbaycan öz haqq yolundan dönmədi. Tarixi Zəfər ədalətin bərpası, haqqın nazilsə də, üzülməməsinin daha bir parlaq isbatı oldu!
Şanlı Ordumuzun hərbi qulluqçularının qeyri-adi qəhrəmanlıqlarının əbədiləşdirilmsi də bu yazı da yada salmaq istədiyimiz önəmli məqamlardandır. Necə deyərlər, qəhrəmanlığı da bacarırıq, qəhrəmanlığa dəyər verməyi də! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində şanlı Zəfərlə bağlı Azərbaycan Respublikasının yeni orden və medalları təsis edildi. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub.
 
Beynəlxalq etiraf
 
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın “Milli Müharibə” Kollecinin (“National War College”) və “Seton Hall” Universitetinin “Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi”nin analitik nəşrlərində Ordumuzun hərbi taktikası öyrənilərkən belə qənaət hasil olub ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. 44 günlük müharibədə tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərb məktəblərinin proqramlarına, dərsliklərinə salınır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsin vacibliyini vurğulayır.
Şanlı Ordumuzla qürur duyuruq!
 
Bu əziz bayram ərəfəsində əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfalar diləyir, döyüşlərdə iştirak etmiş bütün Vətən oğullarına minnətdarlığımızı bildirirəm!
 
DÖVLƏTİMİZ VAR OLSUN!
 
Oxşar xəbərlər
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
02 Oct 2024 | 15:24
Puqaçova və Qalkin İsraili tərk etdi
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:16
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
02 Oct 2024 | 15:11
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
02 Oct 2024 | 15:05
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 14:55
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
02 Oct 2024 | 14:49
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 14:31
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
02 Oct 2024 | 10:11
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
02 Oct 2024 | 10:11
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...