“Hara baxsan, mavidir, işıqdır”: Dalğalarla mübarizədən qalib çıxanların hekayəsi... - REPORTAJ
Cəmiyyət
Oxunub: 2894
25 Jun 2022 | 12:49
“Hara baxsan, mavidir, işıqdır”: Dalğalarla mübarizədən qalib çıxanların hekayəsi... - REPORTAJ
Dünya şöhrətli yazıçı Paulo Koelyo deyir ki, gəmilər limanda təhlükəsizlikdədir, amma gəmilər limanda gözləmək üçün düzəldilmir. Onlara səmt küləyi arzulayırlar, ancaq dahi filosof Mişel de Montenin təbirincə desək, hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz...
 
Bu gün onların günüdür, dənizlərin bəzəyi olan, hədəfi bəlli, yolu su, amansız fırtınalara qarşı mübariz gəmilərin sükanını möhkəm saxlayan dənizçilərin...
 
Moderator.az xəbər verir ki, Oxu.Az əngin dənizlərin fədakar qəhrəmanları ilə söhbətləşib.
 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerindəyik.
 
 
Tanker “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub. Elə biz orada olan zaman təmirin son günü idi. 
 
Öyrəndik ki, “Dədə Qorqud” gəmisinin uzunluğu 152 metr, eni 17,3 metr, dedveyti 13 min tondur.
 
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.
 
Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.
 
Rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürətölçən qurğu, INMARSAT peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyaları və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.
 
Eyni zamanda, “Dədə Qorqud” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
 
Tankerə daxil olan zaman ilk olaraq kapitan körpüsünə qalxırıq. 
 
 
Burada bizi 15 ildir kapitan kimi çalışan İlkin Babayev qarşılayır. 
 
O, dənizçi peşəsini seçməyi barədə danışır:
 
“Böyük əmim dənizçidir. Mən 8-ci sinifdə oxuyan zaman o, kəndə gəlmişdi. Xeyli dənizdən danışdı. Məndə də bu peşəyə sevgi yarandı. Daha sonra, 1988-ci ildə Qafur Məmmədov adına dənizçilik məktəbinə daxil oldum. 1992-ci ildə oranı bitirdikdən sonra işləməyə başladım. İlk olaraq sərnişin gəmilərində matros kimi işlədim.
 
Daha sonra isə imtahan verdim, nəticəm yaxşı olduğu üçün məni Qara dənizə yolladılar və orada 15 il çalışdım. 2006-cı ildən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerində işləyirəm”.
 
Ömrünün 30 ilini dənizdə keçirən kapitan deyir ki, gəmi ilə Qara, Aralıq, Mərmərə və Xəzər dənizlərinin bütün limanlarına səyahət edib...
 
 
Belə bir deyim var: Xəzərdə təcrübən varsa, başqa dənizlərdə üzmək elə də çətin olmayacaq.
 
15 ildir kapitan olan İlkin də bu fikirlə razıdır:
 
“Xəzər dənizi çox dalğalanır, külək çox əsir. Burada səriştəli olmaq lazımdır. Mən öz təcrübəmdən deyə bilərəm ki, Xəzərdə gəmini idarə etdinsə, digərlərində daha asan olacaq”.
 
Kapitan deyir ki, dənizdə olmağın çətin tərəfi odur ki, evdən ayrı düşürsən:
 
- İstədiyin vaxt uşaqları görmək olmur. Artıq hər kəs öyrəşib. Qara dənizdə işləyən zaman altı ay işdə, altı ay evdə olurdum. Orada işləyən zaman 11 ay evdən uzaq düşdüyüm vaxtlar da olub.  
 
- Bəs yaxınlarınız sizdən incimirdilər?
 
- Artıq öyrəşiblər. Dənizçi yoldaşı olmaq çətindir. Çünki bütün işlər, uşaq tərbiyə etmək həyat yoldaşlarımızın üzərində qalır. Onların işi bizdən çətindir. Mən buna görə həyat yoldaşıma minnətdarlığımı bildirirəm. 
 
Dəniz varsa, təhlükənin olması qaçılmazdır. 
 
İ.Babayev də gəmi ilə dənizdə üzləşdiyi çətinlikdən danışıb:
 
“Heyət olaraq daha çox küləyə düşmüşük. Gəmi elədir ki, orada dayanmaq üçün həm yer yoxdur, həm də dərinlik çoxdur. Ancaq yolu getməlisən. Türkiyədə Bosfor boğazından Qara dənizə keçəndə elə güclü külək oldu ki, dalğa gəmini geriyə döndərdi. Biz gedə bilməyib, geri qayıtmışıq”.
 
 
- Deyirlər ki, gəmini ən son kapitan tərk etməlidir...
 
- Bunun səbəbi odur ki, bütün heyətin məsuliyyəti kapitanın üzərinə düşür. Fikrimcə, heyətlə bərabər, onların övladlarına, ailəsinə kapitan cavabdehdir. Yaxşı kapitan bir hadisə olan zaman heyəti, sonra isə öz canını xilas etməlidir. Belə bir hadisə olsa, mən heç gəmidən enmərəm də...(gülür). Elə olub ki, mən küləkli havalarda 10 saatdan çox gəmini idarə etmişəm. Dəniz zarafatı sevmir. Ona görə işi görən zaman məsuliyyətli olmaq lazımdır. 
 
Kapitan heyətdə qadın olmasının uğursuzluq gətirdiyi barədə stereotipi qəbul etmir:
 
- Mən bu deyimlə qəti razılaşmıram. Hər bir işdə peşəkar oldunsa, qadın və ya kişi fərqi yoxdur. Qadın kapitan körpüsünə daxil olursa, külək, uğursuzluq gətirəcəyi fərziyyəsinə inanmıram. Bu deyimdə heç bir həqiqət payı yoxdur.
 
Heyət səfərə başlayan zaman iş qrafiki növbəli şəkildə olur. Hazırda gəmidə 16 nəfər çalışır. Ən qocaman işçinin 58 yaşı var.  
 
Kapitan gəncləri dənizçi olmağa da səsləyib. 
 
- Belə deyirlər ki, kapitanların hər limanda bir sevgilisi olur...
 
- Bu, sadəcə əsası olmayan ifadədir. Mənim hər limanda bir sevgilim olmayıb (gülür).
 
Tankerdə kapitanın baş köməkçisi işləyən Toğrul Məmmədov deyir ki, bu peşəni seçməkdə əsasən məhəllə yoldaşlarının köməyi olub:
 
- Bizim evimiz dənizə yaxın yerləşir. Əvvəldən dənizə marağım olub. Məndən yaşda böyük olan tanışlarım həmişə dənizdən, dənizçilikdən danışırdılar. Elə o vaxtdan məndə də bu peşəyə maraq artdı. Artıq illərdir ki, dənizçiyəm.
 
 
O deyir ki, dəniz insan xarakterinə təsir edir:
 
- İnsanı dəyişir, daha çox məsuliyyətli olursan. Mən dənizçi olmağıma heç vaxt peşman olmamışam. Bəzən ailəm üçün darıxıram. Elə olur ki, övladın dünyaya gəlir, amma sən onu həmin vaxt görmürsən... Üç aydan çox evlə heç bir əlaqəmin olmadığı vaxt olub.
 
Baş köməkçi deyir ki, vəzifəsi elədir ki, kapitan gəmidə olmursa, onu əvəz edir:
 
- Səkkiz saat iş qrafikim var. Gəmi və heyətin təhlükəsizliyi, istirahətinin təşkili, qidalanması mənim üzərimdədir. Hər bir şəxs bu peşəni seçən zaman məsuliyyətli olmağı öyrənsin, işini sevsin”.
 
- Toğrul bəy, ümumiyyətlə, dənizçilər üçün ən əlverişli hava şəraiti hansıdır? 
 
- Küləksiz hava... Dənizin sükutu dənizçinin rahatlığıdır.
 
Təbii ki, gəmi heyəti kapitan və baş köməkçi ilə məhdudlaşmır.
 
Musa Həsənov gəminin göyərtə rəisidir. Onun vəzifəsinə “gəmi bosmanı” da deyilir. 
 
O, gəminin göyərtəsində maşın mexaniklərinin istismarı və nasazlığını nəzarətdə saxlayır:
 
- 1997-ci ildən QSC-də çalışıram. 2001-ci ildən gəmi bosmanı kimi çalışıram. Nasazlıq olan zaman gəminin baş köməkçisinə məlumat verirəm. Eyni zamanda, gəminin təsərrüfat işləri ilə məşğul oluram. Hər-hansı problem olaraq, gecə saatlarında da çalışırıq. Biz işi vaxtında görməsək, gəmi digər limanda ləngiyəcək.
 
M.Həsənov gəmidə olan zaman təhlükə ilə də üzləşib:
 
- Gəmi ilə səyahət etdiyim ölkələrin sayını unutmuşam. 2002-ci ildə Yunanıstanda quru yük gəmisində olan zaman təhlükə ilə üzləşdim. Gəmidə qəza baş verdi və biz xilasedici qayıqla oranı tərk etdik. 
 
Matros Cəbrayıl Nağıyev deyir ki, uzun müddətdir ki, bu vəzifədə çalışır:
 
- Mən işimi sevirəm. 24 ildir ki, bu peşədəyəm. Mənim işim əsasən gəmi limana yan aldığı vaxtdır. Gəmi limana yan almağa hazırlaşan zaman bizə əmr verilir ki, kəndirləri hazırlayın. Biz də göstərişə əməl edirik. Gəminin sahilə yaxınlaşmağına yarım saat qalmış biz də öz yerimizi alırıq.
 
Gəmidə qidalanmaya da xüsusi önəm verilir. Burada olan mətbəxin “sahibləri” də gəmi heyətinin üzvlərinə müxtəlif təamlar hazırlayırlar. 
 
 
Aşpaz Sübhan Qulamov deyir ki, dörd ildir ki, gəmi heyətinə yemək hazırlayır:
 
- Hər bir işdə olduğu kimi, gəmidə də işləmək məsuliyyət tələb edir. Gəmi aşpazı - gəmi mətbəxinin təmizliyindən tutmuş, hazırlanan yeməyin keyfiyyətinə qədər hər şeyə cavabdehdir. Gəmidə hər şeydən öncə təhlükəsizlikdir ki, qaydalara əməl etmək lazımdır. İlk iş yerim “Süleyman Vəzirov” borudüzən gəmisi olub. Orada 110-130 şəxsə yemək bişirmişik. Ən çox milli yeməklərə üstünlük veririk. Biz ərzağı səfərə çıxacağımız müddətə uyğun götürürük.   
 
Mexanik Rəşad Musayev və Məhərrəm Kərimli də bu çətin və məsuliyyətli peşədədirlər. Onlar gəmidəki maşınlara qulluq edir, baxırlar. İş qrafikləri gecə 00:00-dan 04:00-a kimi olur.
 
Biz də onlara səmt küləyi arzulayıb, tankeri tərk edirik...
 
İlhamə Əbülfət
 
Oxşar xəbərlər
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
02 Oct 2024 | 15:24
Puqaçova və Qalkin İsraili tərk etdi
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:16
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
02 Oct 2024 | 15:11
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
02 Oct 2024 | 15:05
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 14:55
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
02 Oct 2024 | 14:49
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 14:31
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
02 Oct 2024 | 14:25
Salyan şosesində aparılan təmir işləri yekunlaşdı - FOTO/VİDEO
02 Oct 2024 | 14:20
“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq
02 Oct 2024 | 14:14
Yürüdülən hərtərəfli siyasət və taleyüklü məsələ: Qərbi Azərbaycana qayıdış - ŞƏRH
02 Oct 2024 | 14:09
“İran müharibəyə başlamaq əvəzinə, iqtisadi problemlərini həll etməlidir...”- Sabiq səfir
02 Oct 2024 | 14:03
Qurban Qurbanov "Malmö" ilə oyundan DANIŞDI: "Çalışdıq ki..."
02 Oct 2024 | 13:57
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 13:45
Güclü leysan və qar yağacaq - Sabahın HAVASI
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
02 Oct 2024 | 13:34
"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
02 Oct 2024 | 13:29
İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO