ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və səfirliyin bir qrup əməkdaşı Bakı Şəhər Halqasını ziyarət ediblər.
Moderator.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib.
“Formula-1” dünyanın hər yerindən (o cümlədən ABŞ-dan) olan azarkeşlərin gözəl Bakı şəhəri haqqında daha çox məlumat əldə etmək üçün əyləncəli bir yoldur”, - deyə paylaşımda qeyd olunub.