“Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA
Cəmiyyət
Oxunub: 2836
23 Feb 2022 | 10:07
“Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA
Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır. 
 
Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik. 
 
Haqqında danışacağımız növbəti sabiq deputat Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hazırkı sədri, tanınmış aktrisa Şəfiqə Məmmədovadır.
 
Yəqin ki, bəziləri kinoda çılğın xarakterlər canlandırmış Şəfiqə Məmmədovanın vaxtilə deputat olduğunu bilmir…
 
Amma o, Birinci çağırış Milli Məclisin (1995-2000) üzvü olub.
 
Şəfiqə Məmmədova parlamentə 1995-ci ilin noyabrında 30 saylı Yevlax seçki dairəsindən deputat seçilmişdi.
 
Şəfiqə xanım o zaman Milli Məclisdə təmsil olunan bitərəf deputatlar sırasına daxil idi.
 
Vaxtilə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olmuş sabiq deputat Milli Məclisin fəaliyyətini işıqlandırmış köhnə jurnalistlərin yadında bir o qədər aktiv parlamentar kimi qalmayıb.
 
Yəni Şəfiqə xanım parlamentdəki fəaliyyətindən daha çox sənət aləmindəki işlərinə görə tanınıb.
 
Amma parlament jurnalistləri deyirlər ki, keçmiş deputat Milli Məclisin üzvü olduğu zamanlarda indiki kimi mətbuatdan qaçmayıb, yeri gələndə KİV nümayəndələrinə açıqlamalar, hətta müsahiblər də verib.
 
Şəfiqə Məmmədov Milli Məclisin üzvü olarkən MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, Elm və Təhsil üzrə Komissiyasının sədr müavini postunu da tutub.
 
Qeyd edək ki, gələn ay Şəfiqə xanım 77 yaşını qeyd edəcək.
 
 
Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olub.
 
1962-ci ildə orta məktəbi bitirib. Elə həmin il Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitunun Musiqili teatr aktyoru fakültəsinə qəbul olunub. 1967-ci ildə institutu bitirib.
Həmin ildə Akademik Milli Dram Tetrında aktrisa kimi çalışmağa başlayıb.
 
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) Aktyor sənəti kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə həmin kafedra müdiri təyin edilib.
 
1986-cı ildə dosent, 1991-ci ildə isə professor elmi adına layiq görülüb.
 
Şəfiqə Məmmədova 1974-cü ildə “Əməkdar artist’’, 1982-i ildə isə “Xalq artisti” adına layiq görülüb. 1982-ci ildə isə SSRİ Dövlət Mükafatı laureatı olub.
 
Aktrisa sonralar “Humay”, “Qızıl çıraq” Milli kino mükafatı ilə də təltif olunub.
 
2000-ci ildə ölkə başçısının sərəncamı ilə “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordeni alıb.
 
2015-ci ildən Prezident təqaüdçüsü olan Ş.Məmmədova Heydər Əliyev mükafatı komissiyasının, eləcə də Elm, Texnika, Memarlıq, Mədəniyyət, Ədəbiyyat üzrə Dövlət mükafatları komissiyasının üzvüdür.
 
2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
 
Şəfiqə Məmmədova 2000-ci ildən bü günə kimi Bakı Musiqi Akademiyyasının professorudur, o, Solo oxuma və opera hazırlığı kafedrasında dərs deyir.
 
Sabiq deputat 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) sədr seçilib. Bu gün də quruma rəhbərliyi davam etdirir.
 
Qeyd edək ki, bu qurum tanınmış kinosenarist, rejissor Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ təşkilat sayılır.
 
Mədəniyyət və incəsənət adamlarının təmsil olunduğu bu iki yaradıcılıq təşkilatının əsas fərqi birinin adında “respublika” sözünün yazılmasıdır.
 
Şəfiqə Məmmədova sabiq deputat kimi deyil, təkrarsız obrazlar yaradan aktrisa kimi Azərbaycanda məşhurlaşıb. O, adını teatr və kino tarixinə qızıl hərflərlə yazdıran sənətkarlardandır.
 
Aktrisanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaşlı tamaşaçıların yaddaşındadır. O, Şeksprin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), L.Tolstoyun “Canlı meyit” (Maşa), H.Cavidin “Xəyyam” (Sevda), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona) pyeslərində təkrarsız obrazlar yaradıb.
 
Şəfiqə Məmmədovanın kino yaradıcılığı da maraqlı rollarla zəngin olub. O, "Qaraca Qız" (Pəricahan xanım), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə), “Xoşbəxtlik qayğıları” (Rüxsarə) və s. bədii filmlərdə maraqlı qadın obrazlarını ifa edib.
 
 
Azərbaycan tamaşaçısı Şəfiqə xanımın “Bizim Cəbiş müəllim" filmində yaratdığı obrazı xüsusilə çox sevir. Bəlkə də Şəfiqə Məmmədovanın yerinə başqa aktrisa tamaşaçıların yaddaşında “Cəbiş müəllimin arvadı” kimi yaşayan həmin obrazı onun qədər mükəmməl oynaya bilməzdi. Oynadığı epizodlarda daxili enerjisi ilə bütün səhnəni dolduran aktrisa  bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, həmin epizodlara baxan tamaşaçı film izlədiyini unudur, özünü ağır müharibə illərində Bakıda yaşayan sakinlərdən biri kimi hiss edir.
 
Ş.Məmmədovaya SSRİ Dövlət Mükafatı 1981-ci ildə çəkdiyi “İstintaq” filmindəki müstəntiq Seyfinin arvadı obrazına görə verilib.
 
Kinoşünaslar deyirlər ki,  Şəfiqə Məmmədovanın yaratdığı hər bir obraz çox güclü psixoloji təsirə malikdir. Bu baxımdan, onun Azərbaycan kinosu və teatr səhnəsində özünəməxsusu yerinin olduğu vurğulanır.
 
Səhnədən erkən gedən Şəfiqə Məmmədova uzun illərdi ki, nə teatrda oynayır, nə də kinoda. Dəfələrlə ona təklif olunan rollardan imtina edib. Səbəbini aktrisa ona uyğun ssenarinin yazılmamasında görür:
 
“Hazırda maraqlı, cəlbedici ssenarilər yazılmır. Düzdür, hər zaman diqqətdə olmuşam, rol təklifləri verilib, amma o rollar məni qane etməyib. Uzun illərdən sonra bəyənmədiyim, zəif hesab etdiyim ssenaridə çəkilmək istəməzdim. Amma həm də içimdə yaratdığım, canlandırdığım bir obraz var ki, onu ekrana gətirmək və demək istədiklərimi o obrazla tamaşaçıya çatdırmaq istərdim”.
 
Rejissor, Xalq artisti Əbdül Mahmudov onun tələbə yoldaşı olub. Ə.Mahmudov Modern.az-a keçmiş tələbə yoldaşı haqqında danışarkən deyib:
 
“Mən Şəfiqə xanımı tələbəlik illərindən -1962-ci ildən tanıyıram. O, çox emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında “dəli-dolu” bir xanım, ən sayılan, seçilən tələbələrindən biri idi.
Şəfiqə xanım istər kino, istərsə də teatr mədəniyyətimizn tarixində öyrənilməli böyük bir mərhələdir. Ürək ağrısıyla qeyd edirəm ki, o, çox vaxtsız teatrdan getdi və biz böyük teatr xadimimizi itirdik. 
Siz təsəvvür edin, görün Şəfiqə xanım tələbəlik illərində nə səviyyədə idi ki, Tofiq Kazımov kimi nəhəng bir şəxsiyyət onu Musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət etmişdi. 50 il teatr, kino sənətində olan bir adam kimi bu gün də hesab edirəm ki, Şəfiqə xanımın teatrda gördüyü işlər, yaratdığı obrazlar Azərbaycan teatr məktəbi üçün çox böyük bir örnəkdir”. 
 
Teatrşünas-tənqidçi, professor İlham Rəhimli:
 
“Təəssüflər olsun ki, elə günü bu gün də bütün varlığı ilə teatrı sevən Şəfiqə Məmmədova 37 yaşında səhnəni tərk etdi...
O, səhnədə də, kinoda da 13 il fəaliyyət göstərdi...
Çoxumuzun nəhs rəqəm kimi qəbul etdiyimiz 13 il Şəfiqə Məmmədova üçün çox düşərli olub.
Aktrisa bu 13 ildə kimlərinsə 30, 40, 50 ildə qazandığı şöhrətdən daha çox tamaşaçı rəğbəti, məhəbbəti, sevgisi, ehtiramı qazandı.
Qazanıb qüdrətli sənətkar zirvəsinə qalxdı.
Qüdrətli sənətkar zirvəsinə yüksəlib milli teatr tariximizdə özünün əbədi sənət salnaməsini yaratdı...”.
 
 
Bir vaxtlar deputat kreslosunda əyləşmiş Xalq artisti siyasətdən çoxdan uzaqlaşdığını deyir.
 
“Mən artıq o aləmdən uzağam. Ona görə də sonralar keçirilən seçkilərdə yenidən deputatlığa namizədliyimi irəli sürmək haqda düşünmədim”,-deyə Ş.Məmmədova mətbuata müsahibələrinin birində siyasi söhbətlərə qatılmaqdan imtina etmişdi.
 
Şəfiqə Məmmədova ailəsi haqda danışmağı sevmir, elə jurnalistlər də ona bu haqda sual verməyə ürək eləmirlər.
 
Qısaca olaraq qeyd edək ki, sabiq deputat iki dəfə ailə həyatı qurub. Şəfiqə Məmmədova birinci dəfə Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.
 
İkinci evlilikdən - hazırkı həyat yoldaşından isə Teymur adlı bir oğlu da var. Yeri gəlmişkən, Şəfiqə Məmmədovanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddətdir Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışır.
 
 
Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.
 
Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da əvvəllər aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rollar ifa edib.
 
Şəfiqə Məmmədovanın aktrisalıq bacarığına, istedadına bələd olan kino xadimləri deyirlər ki, əgər o, Azərbaycanda deyil, xarici ölkələrin birində filmlərə çəkilsəydi, çoxdan dünya şöhrətli sənətçi, “Oskar” mükafatı laureatı olardı...
 
Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru olan professor Nazim İmanov vaxtilə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabçada Şəfiqə xanımla bağlı da bir əhvalat qələmə alınıb:
 
Nazim İmanov yazır:
 
“Çinə səfər vaxtı bir neçə deputat "tolkuçka”da bazarlığa gedir. Otelə döndükdən sonra Səyyad Aran Şəfiqə Məmmədovaaya yaxınlaşıb deyir ki, bəs, qızına aldığı gödəkcə deyəsən, balaca olacaq. O da Səyyad müəllimi inandırır ki, sabah mütləq gedib dəyişdirmək lazımdır.   
 
- Şəfiqə xanım, elə şey olar? Səhər Li Penlə görüş var. “Vsyo-taki” Baş nazirdi, getməsəm yaxşı düşməz.   
 
- Heç sənnən gözdəməzdim, ay Səyyad! Gedəcəksən Bakıya, uşaq “kurtka”nı geyib görəcək əyninə balacadı, ağlaya-ağlaya qalacaq. O məsum qızcığazın göz yaşlarının yanında görüş-mörüş nədi ki?!   
 
İndi səhər görüşdür... Murtuz müəllim (spiker Murtuz Ələsgərov-red.) deputatları çinlilərə təqdim edir. Növbə Səyyad müəllimə çatanda Şəfiqə xanım  ayağa qalxır:
 
- Səyyad Aran üzürlüdü, bazara gedib.
 
Tərcüməçi hər sözü olduğu kimi tərcümə edir. Yazıq çinlilərin vəziyyətini təsəvvür edirsiniz də! Görüşdən dərhal sonra Murtuz müəllim qəzəbli halda Şəfiqə xanımı yanına çağırır:
 
- O nə sözdü deyirsən – "üzürlüdü”. Belə şey olar?! Abrımız-həyamız getdi. Utanmır Səyyad? Baş nazirinən görüşdən qaçıb bazara gedəllər? Tay mənim sözüm yoxdu. Qoy hələ qayıtsın, gör neyniyəcəm onu.
 
- Bilirsiz, Murtuz müəllim, qızına “kurtka” almışdı, balaca çıxdı. Yazıq gedəcəydi Bakıya, uşaq zoğum-zoğum ağlayacaqdı. Millətimizin balasıdı da. Mən o uşağın bircə göz yaşını Çinin otuz baş nazirinə dəyişmərəm.  Və... Və Şəfiqə Məmmədova sənətinin sehri ilə Murtuz müəllim yumşalır:
 
- Hə-ə, o başqa məsələ, elə bildim elə-belə baxmağa gedib, - Murtuz müəllim deyir. 
Oxşar xəbərlər
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:23
Sənədsiz evlərlə bağlı YENİLİK
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:23
Sənədsiz evlərlə bağlı YENİLİK
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr