Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut
Oxunub: 8536
17 Feb 2014 | 09:21
Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut

Rəhim Qazıyevlə Əlağa Hüseynov arasındakı qalmaqal yeni mərhələyə qədəm qoyur. Daha doğrusu, indicə oxuculara təqdim edəcəyimiz fotosübutdan və eks nazirin maraqlı açıqlamalarından sonra bu qalmaqalın növbəti mərhələyə qədəm qoyacağını proqnozlaşdırmaq olar.

Bildiririk ki,  Moderator.az bu münaqişədə maraqlı deyil və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğunu bəri başdan bəyan edir:

“Mən çox təəssüf edirəm ki, Əlağa özündə cəsarət tapıb danışmağa başladı və bataqlıqda çabalayan adamın gününə düşəcək. Mən ümumiyyətlə heç onun haqqında danışmaq fikrim yox idi. Amma bircə çağırışda tək bir güc struklturunda 157 xəstə çağırışçının üzə çıxarılmasına sanki heç bir şey olmayıbmış kimi yanaşandan sonra ona cavab verməməyi namussuzluq hesab etdim. Yəqin siz də bilirsiniz ki, həmin çağırışçılar sağlam uşaqların, məmurların ərköyün balalarının əvəzinə orduya aparılıb. Ancaq gəlin görək belə bir rüsvayçılığa haqq qazandıran kimdir? Ömrünün ən azı 20 ilini istər rayon, istərsə də respublika komissarı işləmiş bir adam deyir bunu. Bununla da özündən sonrakı həmkarının nöqsanlarına haqq qazandırır. Ona görə bu məsələni açmalı oldum. Amma ağlıma da gətirməzdim ki, general paqonu daşıyan bir adam bu hadisəni təkzib edəcək qədər özün aşağılayar. Mənim barəmdə də çox ibarəli ifadələr işlədib. Deyir ki, rayon komissarı müdafiə nazirinə zəng edə bilməzdi. Gözünün içinə qədər yalan danışır və inanın ki, nazir işlədiyim dövrdə şəhərdəki avtomat telefonlardan da birbaşa mənə zəng etmək mümkün idi. Çünki mən bunu hamıya elan etmişdim ki, kim istəsə nazirə dərdin deyə bilər və bütün telefonların da nömrəsin hamıya demişdim. Özü də həmin şəhər telefonum heç bir köməkçimə-filana qoşulmurdu. Əgər mən xidməti otağımdayamsa birbaşa zənglərə özüm cavab verirdim. Yox idimsə, deməli telefona cavab verən olmazdı. Günlərin bir günü bir qadın zəng vurdu ki, salam. Dedim salam. Soruşdu ki, Rəhim Qazıyevdi? Dedim bəli, Rəhim Qazıyevdi. Qayıtdı ki, sən Allah, Rəhim Qazıyevdi? Dedi ki, -indi Koroğlunun heykəli olan yerdə “Muğan” mehmanxanası vardı,-  həmin mehmanxananın yanında avtobusdan düşürdüm, bir hərbi nömrəli “UAZ” maşını bir mağazaya 3-4 yeşik boşaltdı. Dedim, bacı, ordan bir addım da tərpənməyin, bu saat adam göndərirəm. Uşaqlar gedib satıcını da, həmin yeşikləri də götürüb gəldilər. Qısa müddətdə mənə bəlli oldu ki, hərbi polisin yeməkxanasından 4 yeşik mal tuşonkasını gətirib həmin mağazaya veriblər. Cəmisi 3 dənəsini satmışdı. Mən həmin faktla bağlı cinayət işi qaldırtdım. Deməyim odur ki, belə faktlar dəfələrlə olub. Bundan başqa mənim yanımda daimi gəzdirdiyim “Uraqan” rabitə sistemi vardı və həmin dövrdə batalyon komandirindən ta korpus komandirinədək bütün komandirlər mənimlə birbaşa əlaqə qura bilirdi.

O deyir ki, mən Fəhmin Hacıyevin göndərdiyi adamları tərksilah elədim. Bu Əlağanın Şvarsneger olduğunu mən bilməmişəm. İnsan da bu qədər ağ yalan danışa bilərmi? Bu yaşda general paqonu daşıyan adamın belə həyasızcasına ağ yalan danışması adamın ürəyin bulandırır. Bilirsiniz, onun ağlaması həmin dövrdə nazirlikdə o qədər əks-səda vermişdi ki, bunu bilməyən yox idi. Həmin dövrdə mənim cangüdənlərim olan və Əlağanı da Fəhmin Hacıyevin göndərdiyi uşaqları da götürüb gələn məni qoruyan uşaqlar indi də sağdır, gedib onlardan soruşsunlar.

Bir misal da deyim. Osman Gündüzov o vaxt Balakənin icra başçısıydı. Balakəndə Rəhman adında Əfqanıstanda döyüşmüş bir hərbi komissar vardı. Bir gün həmin komissar mənə zəng elədi ki, Rəhim bəy, Osman Gündüzov mənə 24 saat vaxt qoyub ki, rayonu tərk edim. Niyəsini soruşdum. Dedi o mənə adam tapşırıb ki, o əsgərə getməsin, yoxsa rayonu tərk elə. Soruşdum ki, bəs nə cavab verdin? Qayıtdım ki, heç utanmırsan? Əfqanıstanda döyüşən bir adam da icra başçısının qeyri-qanuni tələbi qarşısında belə acizlik göstərər? Ona sərt şəkildə tapşırdım ki, otur yerində. Həmin dəqiqə götürüb Osmanla danışıb bu məsələni də həll eləmişəm. Deməyim odur ki, Əlağanın guya mənə zəng etməyin mümkün olmaması barədə uydurmalarının ifşa edilməsi üçün onlarla fakt sadalaya bilərəm. Nazir olduğum dövrdə mənim qəbul saatım olmayıb. Mən gecə saat 3-ə qədər otağımda qəbul keçirdiyim vaxtlar olub.

Əlağa məni ittiham edir ki, mənim vaxtımda filan torpaqlar gedib. Birincisi, bu adam general-leytenant olaraq mənə hərb tarixindən bir dənə misal gətirsin ki, hərbi əməliyyatlar başlayandan sonuna qədər hər hansı ordunun bütün əməliyyatları uğurlu olub. Bizim dövrümüzdə elə məntəqələr olub ki, 10 dəfə əldən-ələ keçib. Mən Şuşa və Laçının işğal faktını və guya mənim xəyanət etməyimi hələ kənara qoyuram. Bəli, hamı bilir ki, həmin dövrdə, yəni aprelin 20-dən mayın 20-dək hakimiyyət uğrunda gecə-gündüz mitinqlər gedirdi, Rəhim Qazıyevin də adı var ozü yox ordusu, nizamnaməsiz, əsasnaməsiz, silah-sursatsız, bircə dənə hərbi təlim görən taboru olmayan bir nazirliyin başında oturub. Həmin dövrdə baş verənlərə görə nazir olaraq mən də məsuliyyət daşıyıram və yaxamı qırağa çəkmirəm. İnanın ki, Şuşa və laçının işğalı indiyə kimi qəlbimdə daim qanayan bir yaradır. Amma həmin itkilərdən sonra mən nazir olaraq Azərbaycanı 164 il təpik altında əzən, 1920-ci ildə müstəqil hökumətimizi süquta uğradaraq ölkəni yenidən işğal edən 11-ci qızıl ordunun törəmələrini ölkədən çıxarmaqla, əllərindəki silah-sursatlarını almaqla bərabər uğurlu Ağdərə əməliyyatını apardıq, Gülüstan, Şaumyankənd azad edildi. 26 illik elan olunmamış bu müharibə dövründə bu, ilk və hələ ki, son qələbəmiz idi ki, biz millətə, silahlı qüvvələrimizə qələbə şərbətini içirdə bildik. Mən inanıram ki, Allah qoysa bizim ordumuz torpaqlarımızı işğaldan azad edəcək və ermənilərə əsrlər boyu unutmayacaqları dərs verəcək. Amma həyasızcasına bu itkilərə görə Əlağanın məni ittiham etməsinə qoy oxucular qiymət versin. Əlağa bilirmi ki, Rəhim Qazıyev Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizini nazir olduğu müddətdə qeyrtəli vətən oğullarının qanı, canı bahasına işğaldan azad edib? Laçının 67 kəndini ermənilərdən təmizlədik. Laçın dəhlizini 800 metrədək  daraltdıq, Gədəbəydən Başkənd azad edildi. Biz bu əməliyyatları həyata keçirəndə hələ ordumuz 8 aylıq idi, heç bir yaşı tamam olmamışdı. İndi mən sual edirəm, kim başına ləçək bağlamalıdır, bu cür uğurlu hərbi əməliyyatlar dövründə səngər görməyən, barıt qoxusu burnuna dəyməyən, bircə saat da olsun ön xətdə olmayan, bunlara baxmayaraq general-leytenant paqonu gəzdirən bir adammı, zabitmi, həşəmətli generalmı, yoxsa özündən qabaq 3, özündən sonra 4 zərli paqon daşıyan generalların oturduğu bir nazirlikdə kimsənin edə bilmədiyini edən bir riyaziyyat müəllimmi? Rəhim Qazıyev istefa verib gedəndə silahlı qüvvələrimizin ön xətti Xankəndinin 8-12 kilometrliyindən keçirdi. Bu Əlağa adlı düşmənə bir güllə də atmamış general-leytenantın dövründə, yəni ötən 22 ildə 22 santimetr torpaq alınıbmı?Mən vaxtilə düşdüyü psixoloji basqıdan ağlamasını boynuna almağa cəsarəti çatmayan bu generala sual verirəm, sənin, yoxsa mənim başıma ləçək bağlamalı olduğumuzu qoy oxucuların ixtiyarına buraxaq. Özü də mən Əlağa Hüseynovu müdafiə etmək üçün Fəhmin Hacıyevi nazirliyə çağıraraq onunla qırğına çıxmışam, rəhmətlik hərbi prokuror Rövşən Əliyevi çağırıb dərhal cinayət işi qaldırılmasını demişəm, Elçibəy xəbər tutub bundan, qoymayıb. Yəni mən öz zabitimi qorumaq üçün hər şeyi etmişəm. Amma görün indi bu mənə nələr deyir.”

Bundan sonra Rəhim bəy çox qiyməli və Əlağa Hüseynovun bütün arqumentlərini darmadağın edəcək bir sənəd-foto ortaya qoydu. Bildirdi ki, bu fotonu dünən sənədləri axtararkən özü də bilmədən sırf təsadüfdən tapıb, əvvəl düşünüb ki, Xəlil Rza Ulutürkün bu fotosu onun sənədləri içərisinə necə düşüb. Sonra fotonun arxasını oxuyanda heyrətdən deməyə söz tapmayıb və Allaha dua edib ki, gör onu bu qınaqlardan necə qurtarıb. Yəni həmin foto hər şeyi ortaya qoyur. R. Qazıyev həmin fotonun tarixcəsini qısaca belə nəql edir ki, nazir postuna təyin olunduqdan bir həftə sonra Əlağa Hüseynov onun qəbuluna gəlir və bu fotonun Xəlil Rza tərəfindən ona göndərildiyini deyir. Rəhim Qazıyev bundan sonra zəng vurub Xəlil Rza ilə danışır və onu arxayın edir ki, Əlağayla işi olmayacaq. Yəni o zaman o bütün yüksək çinli zabitləri cəbhə bölgəsinə göndəririmiş, amma Əlağa Hüseynov Xəlil Rzaya minnətçi düşür ki, amanın bir günüdü, Rəhim Qazıyev onu Oktyabr rayon hərbi komissarlığından tərpətməsin...


Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut
Oxşar xəbərlər
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq