Bu gün Prezidenti yanında Kütləvi İnformasiya VasitəÂlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə ŞuraÂsıÂnın iclası keÂçiÂrilib. Bu barədə Moderator.az-a Fonddan məlumat verilib.
İclasda Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün təklif edilən mövzular müzakirə edilib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərli 10 istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdirib. Beləliklə, növbəti jurnalist müsabiqəsi elan edilib. Qaliblər üçün 1000 AZN, həvəsləndirici yerlər üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul edilib.