“Kameranı şubamın altında gizlətdim, kadrları operatorlarımız canları bahasına çəkdilər”
Cəmiyyət
Oxunub: 3833
19 Jan 2022 | 22:55
“Kameranı şubamın altında gizlətdim, kadrları operatorlarımız canları bahasına çəkdilər”
“Təxminən bir qərinəyə yaxın vaxt keçəndən sonra yenidən o hadisələri xatırlamaq, o illərə qayıtmaq mənim üçün çox çətindir. Bu gün Azərbaycan radiosuna müsahibəmdə də dedim ki, sanki hər şey dünən olub. Çünki o illərə qayıdanda ilk növbədə gözümün önündə əlacsız insanların küçə boyu ora-bura vurnuxması, iş yerimizdəki sındırılmış stul-stollar, dağınıq bir mənzərə canlanır. Təbii ki, bir gün televiziyanın susması ilə bütün Azərbaycanın məlumatsız qaldığı o 19-u yanvarın axşamını xatırlayıram”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar juurnalist Telli Pənahqızı bildirib. O daha sonra həmin günü belə xatırlayıb.
 
“Həmin gün təxminən saat 6, 7-yə işləmiş bizim hamımızı işdən evə buraxdılar. Ondan da bir neçə gün qabaq artıq televiziyanın həyətində bizim tanımadığımız silahlı əsgərlər var idi. Onlar bir neçə gün əvvəl Azərbaycana göndərilmiş Sovet qoşununun əsgərləri idi. Guya ki, ölkəmizə asayışı qorumaq üçün gəlmişdilər. Əslində onların asayışı qorumaq üçün haqları da yox idi, hamısından spirt iyi gəlirdi, üzləri tük içində idi. Onların varlığı belə insanların içərisində bir təlatüm yaradırdı. Təxminən saat 7-yə qalmış evə gəldim, mənə dedilər ki, televizor işləmir. Fikirləşdim ki, yəqin televizordandır, ona görə də qonşulardan xəbər bildim. Sən demə 19-da axşam saatlarında artıq televiziyanın enerji blokunu partlatmışdılar. Səhər işə gedəndə gördüm ki, bütün otaqlar nə haldadır, dağıdılıb. Otaqda nə var idisə hamısını ortalığa töküb sındırmışdılar. Bir nəfər həlak olmuşdu, 2-3 nəfər yaralanmışdı. Bundan başqa bizim iki işçimizi də aparmışdılar. Səhərə qədər demək olar ki, şəhər yatmadı. Ondan əvvəl də şəhərdə bir təlatüm var idi, tanklar, qoşunlar şəhərin bir neçə küçəsində hərəkət edirdi. Hər axşam yüzlərlə gənc küçələrə toplaşırdılar, qəfil gələn hücumun qarşısını almaq istəyirdilər. Halbuki hamısının əli yalın idi. Gecələri ocaq başında keçirirdilər. Heç birinin də ağlına gəlmirdi ki, onların üstünə Sovet tankları gələ bilər və o tanklar atəş aça bilər. Qarbaçovun əmri ilə Azərbaycanın paytaxtı həmin gecə gülləbəran edildi.
 
 
Təxminən 700-dən çox insan yaralanmışdı, 140-dan çox gənc vətəndaşımız öldürülmüşdü. Həmin gecədən başlayaraq o mitinqlər ki, azadlıq meydanında neçə günlərdir davam edirdi, səhəri günü azadlıq meydanından küçələrdən yığılmış meyitləri Şəhidlər xiyabanı adlanan Dağüstü parkda dəfn etməyə hazırlaşırdılar. Səhər saat 6-dan biz hamımız küçələrdə idik. Heç nə edə bilmirdik, əlacımız yox idi. Həmin gecədən bir neçə gün sonra da tanklar Bakıda idi, Sumqayıta gedən maşını əzib keçmişdilər. Orada da Sumqayıt universitetinin 4 müəllimi həlak olmuşdu. Kimə istəyirdilərsə atəş açırdılar. Onlar üçün müqəddəs heç nə yox idi. Sanki 70 il Sovetin tərkibində yaşamamışdıq, elə bil ki, düşmən bir ölkəyə basqın etmişdilər. Dəfn mərasimində insanların birliyi, yekdilliyi, nifrəti özünü bir daha göstərirdi. Bu bir azadlıq mübarizəsi idi. Bu insanların, xüsusilə Azərbaycan xalqının özünüdərk aktı idi. Elə həmin gecə şəhid olan insanların övladları 30 ildən sonra Qarabağı azad etdilər. Həmin günün bir neçə epizodu yadımdadır. Biz operatorumuz Seyidağa Mövsümovla bərabər yaralıları tapmaq, onların siyahısını dəqiqləşdirmək üçün  Bakının mərkəzindəki xəstəxanalara getmişdik. Təbii ki, yolda bir neçə dəfə maşınımızı saxladılar, maraqlandılar ki, biz hara, niyə gedirik? Mən kameranı şubamın altında gizlətmişdim, rus əsgərləri bunu görüb, hiss etmədilər. Biz orada çəkilişlər apardıq. Təsəvvür edin ki, Təcili yardım xəstəxanalarının bütün şüşələri sındırılmışdı, hər yanda güllə izləri var idi. Həkimlərin üst-başı qan içində idi, onlar bütün gecəni işləyib, xəstələri şam işığında əməliyyat etmişdilər. Biz orada çoxlu yaralılar gördük, dəhliz boyu o qədər meyitlər var idi ki. İndi gördüyünüz kadrların bir çoxunu operatorlarımız çox gizlin, həm də həyatlarını təhlükə qarşısına qoyaraq lentə alırdılar. Nə yaxşı ki, o lentlərin bəziləri qorunub saxlanılır. Güman edirəm ki, bu gün azadlığına, müstəqilliyinə qovuşan Azərbaycanın övladları öz dədələrinin, babalarının qanı bahasına gələn ölkəni qorumağa, onu əldə möhkəm saxlamağa çalışacaqlar. Çünki 30 ildən sonrakı azadlığımız bizə elə-belə başa gəlməyib. Biz qurbanlar vermişik, hələ də verməkdə davam edirik. Dağlıq Qarabağın ərazisində hələ də güllə səsləri eşidilir. Məğlubiyyətləri ilə barışmayan ermənilər bizim əsgərlərimizin səngərlərinə atəş açırlar. Azərbaycan xalqının üzləşdiyi bəlaların, hadisələrin dırnaqarası “böyük müəllifləri” ermənilər idi. Çünki ermənilər Qarbaçovu ələ aldılar, ona hədiyyələr verdilər və onu təhrik etdilər ki, Azərbaycanda qan töksün, xalqın gözünü qorxutsun və SSRİ adlanan o müthiş qurum dağılmasın. İş elə gətirdi ki, Azərbaycana atılan o yaylım sədaları bütün dünyanı bir daha oyatdı və SSRİ-nin sonu çatdı. Biz indi müstəqilik, azadıq. Ən böyük borcumuz odur ki, bu vətəni qoruyaq. Çünki vətən bizə şəhidlərimizdən əmanətdir. Həm 1988-ci ildəki şəhidlərdən, həm Xocalı şəhidlərindən, həm 1992-ci il şəhidlərindən, həm 20 yanvar şəhidlərindən, həm də 2-ci Qarabağ müharibəsinin şəhidlərindən qalan əmanəti biz göz bəbəyimiz kimi qoruyacağıq. Türkün türkdən başqa dostu yoxdur. Bu dostluqdur bu gün Azərbaycanı ayaqda saxlayan. Əminəm ki, Azərbaycan bundan sonra da yolundan dönməyəcək və heç kəs onu yolundan çəkindirə bilməyəcək”, - deyə Telli Pənahqızı bildirib.
Oxşar xəbərlər
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO