İki gün öncə Moderator.az keçmiş deputat Nazim Məmmədovun facebook səhifəsinə istinadən Hacı İbrahim Nehrəmlidən şikayət edən və intihara əl atmaqdan başqa çıxış yolu qalmadığını iddia edən Elşad Məmmədovun başına gələnlərdən bəhs edən yazı vermişdi. Bu gün Elşad Məmmədov yenidən bizə müraciət edərək üzləşdiyi problemin bir daha ictimailəşdirilməsini xahiş edib. Onun göndərdiyi şikayət məktubunu məzmununa toxunmadan təqdim edirik:
Elşad Məmmədovun növbəti müraciəti onların kəndlərinin işğalı və evlərinin əlindən alınması ilə bağlıdır.Məlumat üçün bildirək ki, Elşad Məmmədov ermənilər tərəfindən işğal altında olan Qazax rayonunun Aşağı Əksipara kəndindəndir. Onların dədə-baba yurdu 20 ildən artıqdır ki, erməni hərbi birləşmələri tərəfindən işğal olunub.İki ildir ki, Hacı İbrahim Nehrəmliyə məxsus "Həsən-96" MTK Elşad Məmmədovun halal-hümbət pul ödəyib aldığı iki mənzilini saxta məhkəmələr yolu ilə əlindən alıb.İndi özünüz fikirləşin ermənilərlə Hacı İbrahimin fərqini.Mən yetim oğlan, üç körpə övladım var.Dörd il Azərbaycan ordusunda qulluq etmişəm. Böyük qardaşım Qarabağ qazisidir. İki ildir ki, ailəmlə birlikdə olmazın əziyyətini çəkirəm. Son çıxış yolu kimi intihara əl atacağımı qəzetlər və saytlar vasitəsilə başda Prezident olmaqla bütün ictimaiyyətə çatdırdım.
"Yeni Musavat" qəzetinin 28 yanvar 2014-cü il 23(5732) nömrəli sayında mənim intihar etməyimlə bağlı Hacı İbrahimdən "YANDIR" cavabı gəldi. MTN, DİN və Prokurorluğa 1000-dən artıq şikayətimi araşdırmırsa milyarderin bu sözlərini ölümə vadar etmə kimi qiymətləndirib cinayət işi açsınlar.Mən haqlı ola-ola Nehrəmli satın aldığı qəzet vasitəsilə məni şərləməkdən də çəkinmir. Bu milyarder ağlına gələni danışır, Rauf Arifoğlu da onu həmin dəqiqə öz qəzetində verir.Bir daha bidirirəm ki, mən nə Gürcüstana qaçmışam nə də ki, məni bandotdel tutub gətirməyib. "Skat" restoranını da mən "Yeni Musavat" saytında görmüşəm.
Nəyə görə bu qədər ictimailəşmiş işə prezident reaksiya vermir. Xahiş edirəm mənim işimi birbaşa prezident öz nəzarəti altına götürsün. Çünki harınlamış məmurlar intiharlarla xalqımızın sonuna çıxacaqlar. Bütün titulları olan adamla milyarder, ilin iş adamı, nehrəmli, qardaşı diaspora sədri (Nazim İbrahimao), ada tikən, 1 milyonluq "Roys -roysu", 7 milyona yaxta alan, qardaşı oğlu Türkiyədə 3 milyona restoran açan Hacı İbrahimlə nə Baş Prokuror, nə DİN-i, nə də MTN bacarmır. Ümidim yalnız Allaha qlıb. Demokratik ölkədə hüquqlarım kobudcasına pozulur, Hacı olan birisi İslam ölkəsində yetim haqqı yeyir.