Moderator.az xəbər verir ki, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib. İdarə Heyəti ilk növbədə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən elan olunmuş atəşkəs rejiminin ardıcıl şəkildə pozulması nəticəsində ordumuzda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib. Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verən hadisələr fonunda səssizlik nümayiş etdirməsinə diqqət çəkən partiya yetkililəri münaqişənin daha da dərinləşməsinə xidmət edən bu intensiv hücumların arxasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması yolunda başlıca əngəl olan Rusiya faktorunun durduğunu qeyd edib və beynəlxalq təşkilatları erməni təcavüzkarlığından irəli gələn hərbi hucumlara son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Ukraynada yaşanan hadisələrin
getdikcə dərinləşməsindən, arxasında Putin Rusiyasının durduğu Yanukoviç
hakimiyyətinin xalq etirazlarına məhəl qoymadan bu ölkənin Avropa evinə
inteqrasiya olunmasına dirəniş göstərməsindən və bu səbəbəbdən hadisələrin dinc
məcradan çıxaraq ölkədə vətəndaş qarşıdurması həddinə çatmasından narahat
olduğunu bildirib. Partiya rəsmiləri beynəlxalq təşkilatları, Avropa dövlətlərini
postsovet ölkələrinin sonrakı taleyində mühüm əhəmiyyət kəsb edən,
demokratiyanın avtoritatizmdən qorunmasının səngər döyüşlərini xatırladan
Ukrayna hadisələrinə həssas yanaşmağa, Avropanın ayrılmaz tərkib hissəsi olan
Ukrayna xalqının demokratik dəyərlər uğrunda başlatdığı mübarizəyə dəstək
olmağa çağırıb.
İdarə Heyəti VHP-nin üzvü, “Axın” hərəkatının
təsisçisi, gənc fəal Ö.Qəmbərovun narkotik ittihamla həbs olunmasınından ciddi
narahat olduğunu bildirib, bu hadisəni hakimiyyətin uzun müddətdən bəri, azad
düşüncəyə, sərbəst fikrə, demokratik qüvvələrə, gənc fəallara qarşı başlatdığı
repressiya və həbs siyasətinin davamıı kimi dəyərləndirib və hakimiyyəti ölkədə
insan haqlarına, demokratik dəyərlərə, vətəndaşların konstitusion hüqyqlarına
hörmətlə yanaşmağa, siyasi sifarişli həbslərə son qoymağa və həbs edilən gənc fəal
Ö.Qəmbərovu dərhal azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti H.Əliyev prospektində bina
söküntüsü zamanı texniki təhlükəsizliyin qorunmaması ucbatından baş verən ölüm
hadisəsindən ciddi narahat olduğunu bildirib və bu işdə məsul olan şəxslərin
haqqında tədbir görülməsini, günahkar şəxslərin cəzalandırılmasını tələb edib.
İdarə heyəti Iranda milli azlıqların milli dildə tədrisi məsələsinə münasibət bildirib və İran dövləti tərəfindən
atılan bu proqressiv addımın İranda yaşayan digər xalqlar kimi, ölkə əhalisinin baza hissəsini təşkil edən cənublu soydaşlarımızıın da əsrlərdən bəri
yasaqlanan milli haqlarının, öz dilində yazmaq, oxumaq, ədəbiyyat və tarixinə
dair kitablar çap etdirmək kimi hüquqlarının bərpasına stimul verəcəyindən əminliyini
ifadə edib və İran prezidentini milli haqların qorunması istiqamətində
başlatdığı siyasəti cəsarətlə davam etdirməyə çağırıb.