Bakının Novxanı çimərliyi yaxınlığında yerləşən “Şəfəq” məcburi köçkün düşərgəsinin sakinlərinin həyatı təhlükə altındadır.
Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, onlarla ailənin yaşadığı buna qəzalı vəziyyətdə olsa da, hələ də əlaqədar qurumlar onların köçürülməsi üçün hansısa addım atmış deyil: “Köçkün ailələrinin yaşadığı binanın qəzalı vəziyyətdə olması ilə bağlı xəbərlər aktuallaşan zaman FHN-dən gələn ekspert qurupu müvafiq araşdırma apardı və araşdırmanın da nəticəsi sübut etdi ki, bina həqiqətən də yaşayış üçün təhlükəlidiri. Bundan sonra məcburi köçkünlərə ən qısa zamanda köçürüləcəkləri ilə bağlı məlumat verildi. Lakin bu hadisənin üstündən bir ildən çox vaxt keçsə də, məcburi köçkünləri təhdid edən təhlkə ilə maraqlanan yoxdur. Bugünlərdə isə bəlli olub həyatı tükdən asılı olan köçkünlərin köçürülməsi 2016-cı ildə nəzərdə tutulur. Bu xəbər köçkünlərin ciddi narazılığına səbəb olub. Məcburi köçkünlər tələb edir ki, onlarla ailəni daha 3 il ölüm qorxusu altında yaşamağa vadar edənlər onlara rəsmi qaydada toxunulmazlıq zəmanəti verməli və ya məcburi köçkünlərin Əzraillə müqavilə imzalamasını təmin etməlidirlər. Köçkünlərin fikrincə, yalınız belə olduğu təqdirdə qəzalı binanın qarşıdakı üç il ərzində davam gətirəcəyindən xatircəm ola bilərlər. Əks təqdirdə, qarşıdakı 3 il ərzində qorxulu heç nə olmayacağı ilə bağlı məsuliyyətsiz fikirlər səsləndirmək, yersiz təsəlli vermək absurtdur”.