"Kitabxanaya getmirəm, kitabxananı yanıma gətirirəm..."
Cəmiyyət
Oxunub: 719
08 Oct 2021 | 10:31
Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müsahibəsin təqdim edirik.
 
- Kamal müəllim, iş qrafikiniz ağır olsa da, daim kitabların arasındasınız. Maraqlıdır, sonuncu oxuduğunuz kitab hansı olub?
 
- Doğrusu, xatırlaya bilmirəm. Mən daha çox öz kitabımlarımı oxuyuram. Oxuyub, yenidən çapa hazırlayıram. Çoxdandır yeni kitab oxumuram.
 
- Siz ADU-ya rektor təyin olunanda özünüzəməxsus qaydalarla gəldiniz. Daha əvvəl Bakı Slavyan Universitetindəki "Əlavə ədəbiyyat" layihənizi ADU-da davam etdirdiniz. Layihə davam edirmi? Reaksiyalar necə oldu?
 
- Bəli, o bir layihə idi. Tələbələr hər semestr 5 bədii əsər oxumalı idilər. Proqrama düşməyən bədii kitabları tələbələr oxumadan imtahana buraxılmırdılar. Təbii ki, ilk olaraq tələbələr bunu narazılıqla qarşıladılar. Amma sonradan gəlib çox böyük təşəkkür edirdilər.
 
Lakin bununla yanaşı, başqa layihəmiz də var. Artıq 2-ci ildir ki, birinci kurs tələbələri kitab dükanından aldıqları bədii ədəbiyyatın çekini təqdim edərək, kitabın pulunu onlara qaytarırıq. Düşünürəm ki, insan gənclik yaşından özünə kitabxana hazırlamalıdır. Kitabxana səni kitabdan kitaba keçməyə vadar edir. "Kitab dünyadır" dedikdə, o, həm labirintdir, həm həyat dərsidir, həm insandır, həm də bütöv bir dünyadır.
 
- Birinci kurs tələbələrinə alacaqları kitabların sayında limit qoyulubmu?
 
- Xeyr, limit qoyulmayıb. Məqsəd tələbənin öz kitabxanasını yaratmasıdır. Tələbələr təxminən 5-10 arası kitab alıb, qəbzini bizə təqdim edirlər.
 
- Özünüz hansı yazarları oxuyursunuz?
 
- Mənim sevimli yazıçılarım var. Umberto Eko, Xorxe Borxez, Qabriel Markes, Azərbaycan ədəbiyyatından Anar Rzayev və digər bir çox yazıçıların əsərlərini sevirəm.
 
- Neçə kitabınız var?
 
- Əslində, saymamışam. Amma mənə lazım olan kitabların əhatəsində özümü rahat hiss edirəm. Rahat hiss edəcəyim qədər kitabım var. Əslində insana çoxlu kitab lazım deyil.
 
- Elə kitab varmı ki, onu kitabxananızdan kənarlaşdırmısınız?
 
- Xeyr. Kitabxanamdan çıxardığım kitablar yalnız kiməsə hədiyyə etdiklərimdir. İnsanın həyatının müxtəlif dövrlərində oxuduğu kitablar olur. Dövrlərdən keçdikcə, kitablardan uzaqlaşırsan, səndə onların təəssüratı qalır. Bəzilərini vərəqləyir, yenidən oxuyursan.
 
- Hansı kitabı yenidən oxumaq istərdiniz?
 
- Böyük maraqla yenidən Aleksandr Dümanı oxuyardım. Başqa maraqlı fransız, ispan yazarlarını oxuyardım. "Kitabi-Dədə Qorqud"u çoxdandır oxumuram, onu oxuyardım. Bunlara zamanla dönmək insanın özündən asılıdır. Amma sən buna dönmürsənsə, evində quru şəkildə saxlamaq düzgün deyil. Onları kiməsə hədiyyə edirəm, ya məktəblərə verirəm. Kitabın öz səyahəti olur.
 
- Mütaliə etmək üçün kitabxanaya gedirsiniz?
 
- Yox, çoxdandır kitabxanaya getmirəm. İşim səbəbilə adətən kitabları gətirib, oxuyuram. Bəzən bir problem üzərində çalışarkən, xüsusilə "Kitabi-Dədə Qorqud" dastanının poetikasını işləyəndə çox kitaba əl atdım, oxuduqlarımı bir daha oxudum, oxumadıqlarım üzə çıxdı. Kitab səni özündən o birilərinə ötürür, gözəgörünməyən səyahət edirsən. Araşdırma zamanı kitabxananı yanıma gətirməyə çalışdım.
 
- Hansı dillərdə kitablar oxuyursunuz?
 
- Əsasən rus və Azərbaycan dillərində kitablar oxuyuram.
 
- Yəqin ki, kitablarınızı yazmağa davam edirsiniz?..
 
- Sonuncu kitabım "Lakon" və ya "Bir romanın gerçək yazılma tarixçəsi" adlanır. Bir neçə ay əvvəl işıq üzü gördü. İndi isə "Kitabi-Dədə Qorqud dastanlarında semantik sayrışmalar" kitabım üzərində işləyirəm. O, bir lüğətdir. Əlavə olaraq, seçilmiş əsərlərimin yeddinci cildi çap olunacaq.
 
- Tövsiyə etdiyiniz kitab varmı ki, insan onu mütləq oxumalıdır?
 
- Migel de Servantesin "Don Kixot" əsəri və "Kitabi-Dədə Qorqud dastanları" mütləq oxunmalıdır.
 
- Elə kitab olubmu vaxt ayırdığınız üçün təəssüflənmisiniz?
 
- Kitab film kimi deyil ki, pis də olsa oxuyum, axırı necə bitəcək. Əgər kitabı oxuyanda axarlı olmursa, onu yarımçıq saxlayırsan. Elə yazar var ki, dünyaca məşhurdur, amma onu oxumaq, sona çatdırmaq səndə alınmır.
 
- Bəzi əsərlərə film də çəkilir. Sizi filmi qane edir, yoxsa kitabın özü?
 
- Təcrübəmdən çıxış etsək, əlbəttə də ki, kitablar daha çox qane edir. Film kitabım məğzini itirir, ya gözlənilməz obrazla qarşılaşıram. Mən müəyyən obraza özümü hazırlayıram, amma filmdə tamamilə başqa bir şey görürəm. Məsələn, Umberto Ekonun çox sevdiyim “Qızılgülün adı” romanının filmini qəbul edə bilmədim.
 
- Bəs kitabxananızda sovet ədəbiyyatından nümunələr var? Sovet kitablarına münasibətiniz necədir?
 
- "Sovet" sözü ədəbiyyatın mahiyyətinə yox, dönəminə aid olan bir sözdür. O dövrdə yazılmış çox ciddi ədəbiyyat var. Sovet dövründə çox böyük nasirlərimiz çalışıblar. Süleyman Rəhimov, Əbül Həsənov, Bayram Bayramov, İsa Hüseynov, Anar Rzayev, Elçin, Əkrəm Əylisli və başqa bir çox yazarlarımız sovet dövründən çıxıblar.
 
- Kitab dostunuz varmı? Oxuduğunuz kitabı kiminlə müzakirə edirsiniz?
 
- Əvvəllər müzakirələr təşkil olunardı, hər bir adam öz fikrini deyirdi. Mənim kitablarımla bağlı belə hallar hətta xaricdə də olub. İngiltərədə kitabımı mənsiz müzakirə ediblər. Orada "Royal" kitabsevərlər cəmiyyəti var, "Yarımçıq əylazma" əsərimi müzakirə ediblər. Amma özümün də iştirakım ilə çox kitablarımın müzakirələri olub.
 
- Hansı obrazda özünüzü tapmısınız?
 
- Mən bir kitab müəllifi üçün elə də maraqlı obraz deyiləm. Demək çətindir. Özümü haradasa axtarmıram ki, tapım...
 
- Sandıq ədəbiyyatınız varmı?
 
- Əlbəttə. Orta məktəbdə o qədər şeirlər yazmışdım. İndi baxdıqda yenidən o əhvala qayıdıram. Xatırlamaq üçün nəzər yetirmək gözəldir.
 
- Nə zamansa oxuculara təqdim etmək kimi planınız var?
 
- Təbii ki, yox. Bir dəfə bir şey etdim, buna hiylə də demək olmaz, kiçik bir povestim var idi "Tarixsiz gündəlik". Məktəbli obrazı var idi, şeir yazırdı, şeirlərimin çoxu kitabda onun adından gedib.
 
- Kitab oğurlamısız?
 
- Yox. Axı kitabı niyə oğurlayasınız?
 
- Tələbə kitab oğurlasa cəzalandırarsınız?
 
- Cəzalandırmaram. Adətən rektor olduğum yerlərdə başqa ölkələrin dil və mədəniyyət mərkəzlərini açırdıq. Vaxtilə Bakı Slavyan Universitetində də Ukrayna Dil və Mədəniyyət mərkəzi fəaliyyət göstərirdi. Ukraynadan Paltava Universitetinin rektoru gəlmişdi, dedim ki, siz də Paltavada Azərbaycan Mədəniyyət Mərkəzi açın. Açdı. Orada bizim bir müəllimimiz işləməyə getdi. Biz də daimi oraya Azərbaycan ədəbiyyatının nümunələrini göndərirdik. Elə oldu ki, yolum oraya düşdü. Gördüm ki, kitabları rəfə yığıb, qıfılla bağlayıb. Səbəbini soruşdum, dedi ki, aparırlar, qaytarmırlar. Dedim qoy aparsınlar, qaytarmasınlar. Bizim də istəyimiz odur ki, oxusunlar, mən yenilərini göndərərəm.
 
- Xarici kitabxanalarda yerli yazıçıların kitablarını görmüsünüzmü?
 
- Əlbəttə. Bir dəfə Fransanın Nansi şəhərində Nansi Universitetinin rektoru ilə görüşməli idim. Bir az tez çatmışdım. Birinci mərtəbədə böyük kitab stendi var idi, cürbəcür kitablar satırdılar. Birdən öz kitabımla qarşılaşdım. Sonra rektor biləndə ki, o kitabın müəllifi mənəm, kitabı mənə imzalatmışdı.
 
- Tərcümə nəşrləri barədə nə düşünürsüz?
 
- Təəssüf ki, Azərbaycanda tərcümə nəşrləri sistemi rels üzərinə qoyulmayıb. Tərcüməçinin hansı yazıçıdan xoşu gəlirsə, deyir onu tərcümə etmək istəyirəm. Amma bu sistem kimi həyata keçirilməlidir. Bilmirəm o sistemi necə qurmaq lazımdır. Bununla məşğul olan tərcümə mərkəzi var.
 
- Sizcə, bu gün nəyə görə insanlar dedektiv kitablara üstünlük verirlər?
 
- Həyat kifayət qədər ağırdır. İnsanlar həyatda gördüklərini oxumaq istəmirlər. Hansısa bir yüngül, beynini dincəldən, dərin əhəmiyyətə malik olmayan məzmunla təmasda olmaq istəyirlər. O cümlədən dedektiv ədəbiyyata, melodramlara olan həvəsi başa düşürəm. Yəqin ki, ondan qaçmaq mümkün deyil. Mən özüm də melodram filmlərə baxmağı sevirəm.(Teleqraf.com)
Oxşar xəbərlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı