Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil...”
Cəmiyyət
Oxunub: 2955
18 Sep 2021 | 16:51
Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil...”
Mətbuatdan uzaqlaşan məşhur tele-aparıcı, vaxtilə AzTV-də yayımlanan “Sən bir nəğmə” verilişinin aparıcısı Ceyran Rəhimova uzun müddətdən sonra müsahibə verib.
 
Müsahibəni təqdim edirik:
 
- Ceyran xanım, sizi ad günü münasibəti ilə təbrik edirik. Doğum günü təəssüratlarınız...
 
- Elə insanlar var ki, ad gününü sevmir, amma mən çox sevinirəm, həmin gün maraqlı bir nəşəm olur. Ümumiyyətlə, çox pozitiv insanam. Hamı deyir ki, Ceyranla danışanda insanda yaşamaq həvəsi oyanır. Heç vaxt təmtəraqlı ad günü qeyd etməyi sevməmişəm. Sosial şəbəkələrdə tanınmış simalarla şəkillər paylaşım və s. Ad günümdə 10-15 nəfərdən artıq insan olmur. Özəl günümdə ailə üzvlərim, gündəlik təməsda olduğum, ailəvi dostluq etdiyim insanlar iştirak edirlər. Hər kəslə ünsiyyətim var, amma böyük ətrafım yoxdur. Məhərrəmlik ayı olduğuna görə, şadlıq etmirik. Doğum günümü ailə üzvlərimlə adıma hazırlanan masada qeyd etdik.
 
- Yenidən efirə qayıtmaq fikriniz varmı?
 
- 49 yaşım tamam olur. Demirəm ki, mənim üçün artıq gecdir, xeyr. Amma mən düşünürəm ki, fəaliyyətimə çox fasilə verdim. Bəlkə çox fasilə verməsəydim, məndə televiziyaya, efirə can atmaq həvəsi qalardı. Efirlərə meyilli insan deyiləm. Yetərincə efirdə oldum, yenə ehtiyac varmı?!
 
- Sizin kimi dəyərli aparıcılara hər zaman televiziyalarda ehtiyac var...
 
- Hazırda efir kriteriyaları fərqlidir, düşünürəm ki, mənə uyğun deyil.
 
- Nə üçün sizə uyğun olmadığını düşünürsünüz?
 
- İnsanın həyatda başqa qayğıları, maraq və yaşam tərzi var. Bunlar mənim üçün efirdən daha önəmlidir. Həyatımda heç vaxt efir ön planda olmayıb. Sadəcə olaraq müəllif proqramı hazırladım, həftədə bir dəfə efirə çıxdım. Buna qane oldum, kifayət idi. Heç vaxt efirə çıxmalıyam, bu kanal deyil, başqa kanalda fəaliyyət göstərim, sosial şəbəkədə öndə olum və s. kimi düşüncələr önəmli olmayıb. Bu gün Allah mənə elə bir həyat bəxş edib ki, çox rahatam. Nəinki televiziya, efirə qayıtmağı, ümumiyyətlə, çalışmağı öz həyatımda artıq hesab edirəm. Efirə hörmətsizlik etmək istəmirəm. Axı, efirdən inciyib getməmişəm. Ola bilsin ki, dəvət ilə efirə yenidən çıxa bilərəm. Bu demək deyil ki, efirdən nifrət edib, uzaqlaşmışam. Nəyisə gizlədirəm, nədənsə qaçıram, xeyr! Heç nəyi gizlətmirəm, heç nədən qaçmıram, heç nədən çəkinmirəm! Bütün insanlar kimi normal həyat yaşayıram. Sadəcə olaraq indiki vəziyyətdə müəyyən şeyləri özümə yaraşdırmıram.
 
- İzləyicilər sizi yenidən televiziyada görmək istəyirlər...
 
- Təşəkkür edirəm. Demək ki, efirdə olduğum vaxt insanların sevgisini qazana bildim. Onu itirməmək üçün efirə qayıtmıram, sevgini saxlayıram. Heç nəyi ucuzlaşdırmaq istəmirəm.
 
- Televiziya kanallarımızı izləyirsinizmi?
 
- Bəli, izləyirəm. Onlar mənə o qədər tamaşaçı sevgisi bağışlayıb, nankorluq edə bilmərəm. Bütün aparıcılara da hörmətlə yanaşıram. Hər bir aparıcının öz tərzi var, bu özünü geyimində, davranışında, özünü aparmasında və s. göstərir. Hərə özünə nəyi rəva bilirsə, tamaşaçıya da onu təqdim edir. Məsələn, mən də geyimimdə, intellektual səviyyəmdə, hərəkətimdə özümə nəyi rəva bilmişəmsə, elə də təqdim etmişəm.
 
- Televiziyadan uzaqlaşmağınıza səbəb nə oldu?
 
- Televiziyadan getməyimin elə bir səbəbi yoxdur. Sadəcə olaraq uzun müddət istirahətsiz işlədim. Sonra bir aylıq məzuniyyətə çıxdım. Gördüm ki, bütün gəncliyimi, potensialımı televiziyaya xərcləmişəm, hər şeydən təcrid olmuşam. Montaj, efir və s. Həftəlik planı vermək, montaj, efir və s. Yaşamamışam...
 
- Bir çox aparıcılarımızın intellektual səviyyəsi tənqid edilir. Siz necə düşünürsünüz?
 
- Yuxarıda da qeyd etdiyim kimi insan özünə nəyi rəva bilirsə, tamaşaçıya da onu təqdim edir. Burada ailə tərbiyəsi, dünyagörüş çox önəmlidir. Hamının təqdimatına hörmətlə yanaşıram, bəlkə mənim düşündüyüm kimi düşünmür. Bəlkə mən nəyisə tamaşaçıya nəyisə təqdim etməyə utanaram, rəva bilmərəm. Amma heç bir aparıcı yaddan çıxarmamalıdır ki, o, ekranın simasıdır. Tamaşaçıya hörmətlə yanaşmaq lazımdır. Buna hər bir tamaşaçının haqqı var. Tamaşaçını əskiltmək olmaz. Verilişdə qonağın təqdimatına diqqət etmək lazımdır. Mən həyatda tanıdığım müğənniyə də "xanım", "siz" deyə müraciət etmişəm. Nə olsun ki, ailə üzvü kimi yaxın olmuşam. Biz tamaşaçıların evinə çağırılmamış qonağıq. Aparıcılarda səmimiyyət mütləqdir, amma çərçisində... İnsanların gözü tərəzidir. Saxta insanı efirə çıxarmaq olmaz. Qeyd edirsiniz ki, sizi çox sevirlər. Mən xoşbəxtəm ki, tamaşaçıların gözündə elə qalmışam. Xoşbəxtəm ki, efirdən uzaqlaşmağıma baxmayaraq məni tanıyırlar. Ola bilsin ki, görünüşümdə də dəyişiklik olsun. Amma insanlar yenə də tanıyıb, öz sevgi və istəklərini bildirirlər. Bu mənə çox xoşdur. Demək ki, mən düzgün düşünmüşəm, düz mövqedə olmuşam. Demək ki, tamaşaçıya düzgün yanaşmışam ki, bu gün hörmətlə yanaşırlar. Mən televiziyada öz sözünü deyən, tanınmış insanlarla çalışmışam. Onlarla təmasda olmuşam, çox şey öyrənmişəm, Mailə Muradxanlı, Telli Pənahqızı, Ramiş Mirişli. 23 yaşımdan etibarən 20 ilə yaxın televiziyada çalışmışam. Yalnız "Sən bir nəğmə" verilişinin aparıcısı olmamışam, AzTV-də "Eksperimental" Yaradıcılıq Birliyinin rəhbəri idim. Yeddi-səkkiz il "Təqvimin bir günü" adlı portret xarakterli tet-a-tet söhbətli veriliş təqdim etmişəm. Proqrama respublikanın tanınmış incəsənət xadimlərini, ziyalılarını dəvət etmişik. Xalq artistləri, şair, yazıçı, bəstəkarlarımızla tet-a-tet söhbətim, 45 dəqiqəlik verilişim olub. Onlar bu gün də televiziyanın fondunda saxlanılır. "Sən bir nəğmə"dən əvvəl 24-25 yaşımda təqdim etdiyim verilişlərim olub. "Sən bir nəğmə" verilişini hazırlayanda 26 yaşım var idi. Veriliş uzun zaman efirdə yayımlandı, öz müəllif proqramım idi. Bu gün də elə verilişlər var ki, kökü mənim hazırladığım verilişlərə bağlanır. Ondan bəhərlənib, bir az daha müasir formaya salınıb, təqdim edilir. Hətta filmlər də hazırlamışam. Bayramlarda təqdim etdiyim verilişlər olub. Televiziyada çoxlu sayda konsertlər hazırlamışıq.(Teleqraf.com)
 
 
Oxşar xəbərlər
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:24
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:24
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı