"Xanımım dedi, sənin əxlaqına bələdəm, lənət şeytana deyib mövzunu bağladıq" - VİDEO 
Oxunub: 2705
26 Jun 2021 | 19:32
Bu gün həyatının 76-cı ilini qeyd edən keçmiş millət vəkili Hüseynbala Mirələmov yaddaşlarda  çalışdığı Azərbaycan Neft Akademiyasının online toplantısı zamanı yol verdiyi hərəkətlə qalsa da o, həmçinin yazıçı, müəssisə rəhbəri, siyasətçi, ailə başçısıdır.
 
Odur ki, hadisənin üstündən iki ay sonra ondan həyatında baş verən hadisələrlə bağlı fikirləri ilə bölüşməyi xahiş etdik. Onunla həm yaradıcılığından, həm siyasi-ictimai fəaliyyətindən, həm də məlum hadisədən sonra şəxsi və işgüzar həyatında baş verən dəyişikliklərdən danışdıq:
 
– Məktəb yaşlarınızdan yazıb yaradırsınız.  “Xalq yazıçısı” titulunu almaq istəyiniz olubmu? 
 
– O titulları insanlara elə belə vermirlər. Cənab prezidentin verdiyi hər bir qərar və sərəncama hörmətlə yanaşıram və hesab edirəm ki, o titul adları alanlar buna layiqdir. Əgər nə zamansa layiq bilinsəm alacam. Bu mənim üçün problem deyil. Tək istədiyim budur ki, yazdığım əsərlər unudulmasın, kitablarımın  daimi oxucusu olsun.
 
– Bir çox əsərləriniz tamaşaya qoyulub. Azərbaycanda yaradıcılıq mühitindən razısınızmı? Sizcə bu sahədən gəlir götürmək mümkündürmü ?
 
– Sovet hakimiyyəti dövründə ən varlı şəxslər yazıçılar idi. Çünki dövlət həm onların kitablarını çap etdirir, həm qonarar verir və əlavə olaraq onlar kitablarını sataraq qazanc əldə edirdi. İndi isə bu məsələ gündəmdə  deyil. Yalnız kimin büdcəsi imkan versə öz kitabını çap etdirib sata bilir. Hesab edirəm ki, indi ona görə böyük ədəbiyyat yaranmır.Yazıçıların çoxunun kitab çap etdirməyə maddi imkanı yoxdur.Bu prosesdə dövlət dəstək göstərərsə çox gözəl ədəbiyyat mühiti yarana bilər.
 
Dövlət dəstəyi olmalıdır. Adamlar var böyük əsərlər yazır, amma çap etməyə  maddi imkanları yoxdur. Dövlət tərəfindən müsabiqə yolu ilə qonarar verilsə həmin yazıçarın kitabları çap olunsa biz də bu sahədə böyük uğurlar əldə edərik.
 
– Siz həm də “Azəriqaz” sistemində çalışmısız. Azərbaycanda qazlaşmanın səviyyəsindən razısınızmı?
 
– Dünyada elə bir ölkə yoxdur ki, orada qaz verilməsi 99% olsun. Azərbaycanda 96 faiz qazlaşma böyük rəqəmdir. Şəhər və qəsəbələrin  əksəriyyətində bu gün qaz problemi demək olar yoxdur. Hətta Lerikdə elə kəndlər var ki, vaxtilə ora maşın yolu belə yox idi, amma indi həmin ərazilərə qaz verilir. Uzun illər o sahədə rəhbər vəzifədə  olmuşam. Bu sahədəki fəaliyyəti və dövlət dəstəyini yüksək qiymətləndirirəm.
 
– Dünən Elçibəyin doğum günü idi. Müsahibələrin birində oxumuşdum ki, 1992-ci ildə Sizi vəzifədən uzaqlaşdırıb və təxribatda  günahlandırıb. Maraqlıdır sizi hansı təxribatda günahlandırıblar?
 
– Azərbaycan dövlət yanacaq komitəsində sədrin birinci müavini idim. Bir gün xəbərlərdən bildim ki, sədri və məni işdən çıxarıblar. Heç bir səbəb olmadan. Sakitcə işdən uzaqlaşdım. 3 gün sonra isə eşitdim ki, bizim üçün cinayət işi qaldırılıb. Baş prokrorun müavini televiziyada çıxışında deyib ki, guya biz Bakı şəhərində neftbazada beznin ola-ola  biz  benzinin satılmasının əleyhinə olmuşuq. Məqsəd isə əhalini Xalq Cəbhəsindən narazı salmaq olub. Məni prokrorluğa çağırdılar sual verdilər ki, niyə təxribat aparmısız, benzin verməməsiz? Müstəntiqə sual verdim ki, sən oturduğun ağacın budağını kəsərsənmi? Dedi yox. İzah etdim ki, mən də həmin komitəyə, bezninin satışına cavabdeh olan şəxsəm. Necə belə bir iş görə bilərəm? Bir ay müddətində bizi süründürlər. Sübut tapılmadı. Sonra bu cinayət işinə xitam verildi. Dünən Elçibəyin doğum günü olub. Allah rəhmət eləsin. Mən ruhlara xəyanət  və təhqir edən adam deyiləm.
 
– 1990-ci illərdə Azərbaycanda yaşanan siyasi böhranı necə qiymətləndirirsiz? 
 
– Pis qiymətləndirirəm o dövrü. O vaxtlar içi mən olmaqla Heydər Əliyevə müraciət etdik. Uzun təhdidlərdən sonra  Heydər Əliyev vəziyyəti gördü və xalqın inadlı təhkidi ilə hakimiyyətə gəldi. Bu gün də sabitlikdi, rahat yaşayırıq. Qaşığı qızıldan olmaq xoşbəxtlik deyil, xoşbəxtlik rahat və sakit yaşamaqdadır. O vaxtlar bulvara girəndə adamı soyurdular, toylara girib adamı basqın edirdilər. O günlər bir də Azərbaycanın həyatına qayıtmasın.
 
– Üç çağırış deputat olmusunuz. 2020-ci ildə nəticələriniz ləğv olundu. Sizcə bu qərar doğru qərar oldumu?
 
– Mərkəzi seçki komissiyası qərarı ləğv etdi. Mən şəxsən qərarın niyə ləğv olunduğunu bilmədim. Qələbə qazanmışdım. İnsanların böyük əksəriyyəti məni təbrik də etmişdi. MSK yəqin ki obyektiv bir səbəb tapıb ləğv edib. Seçkidə bu proseslər olur. Təəssüflənmədim. Görünür hardasa pozğunluq olub.
 
– Milli Məclisə yenidən seçkilər keçirilsə namizədliyinizi verəcəksinizmi?
 
15 il deputat olmuşam. Kifayət qədər  xidmətlərim olub. Artıq seçkilərdə iştirak etməyi düşünmürəm. Özümü tamamilə bədii yaradıcılığa həsr etmişəm.
 
– 15 il deputat olduğunuz dövrdə seçicilərinizə hansı vədi verib yerinə yetirə bilməmisiniz?
 
33 saylı xətai seçki dairəsindən namizəd olmuşam. Hələ elə bir şey olmayıb ki, nəyisə vəd edim amma yerinə yetirməyim. Bəzi hallar olub ki, şəxsi maraqlar üçün müraciət ediblər və mən başa salmışam ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Gücümdə olan msələləri hamısını yerinə yetirmişəm. Bir dəfə yanıma gəlib dedilər ki, icra hakimiyyətinin sərancamı ilə burda böyük ev tikilir. Mən həmin sərəncama ləğv etdirdim və seçicilərim məni çağırıb ayağımın altında qurban kəsdilər.
 
– Pandemiya həyatınızda nəyi dəyişdi?
 
– Pandemiya ürəyimdə bəzi dostların itirilməsi kimi yadda qaldı. Hesab edirəm ki, bu bizə Allahın bir sınağı idi. Olmalı idi və oldu. Bəşəriyyətin sınağı idi. Ölkəmizdə pandemiya dəf olmaq üzrədir. Rəqəmlərə baxanda görərik ən az COVİD-19-dan ölüm sayı da bizim ölkədədir. Səbəb isə dövlətimizin ilk gündən bu işə məsuliyyətlə yanaşmasıdır.
 
– Müxalifətdən olan dostlarınız varmı?
 
– Sabir Rüstəmxanlı ilə dostuq. Müxalifətçi düşərgədədir.
 
– Milli Məclisdə elə deputatlar varmı hansı ki, onlardan zəng gözləyirsiz əksinə isə onlar sizi unudub?
 
– Böyük əksəriyyəti mənə zəng edir. Amma elələri də var başları işə-gücə qarışıb unudub. Heç kəs heç nədən sığortalanmayıb. Bunu deyə bilərəm ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Borcdur.
 
– Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?
 
– Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.
 
– Niyə ərizə yazdınız ki? 
 
– Qısa deyim ki, incidim. Səbələrini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı. Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.
 
– Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?
 
– Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.
 
– İndi nə ilə məşğulsuz? 
 
– Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda “Erməni şərəfsizliyi” adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.
 
– Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir? 
 
– Məhəbbətin yaşı olmur. Bu nə vəzifəyə, nə yaşa, nə pula baxmır. Sevgi bir hissdir. Yazıçının fantaziyası olmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.
 
– Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var? 
 
– Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi, darıxma, olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır./anews.az

 

Oxşar xəbərlər
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO