Prezident Şuşada çıxış etdi: “Hər dəfə gələndə burada qalmaq istəyirəm” - Tam MƏTN
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılıblar.
Dövlət başçısı festivalın açılışında çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
09:11, Bu gün
İran bu ölkədən İsraili vurmağa hazırlaşır - TARİX AÇIQLANDI
09:08, Bu gün
Kişi daha tez ölür: niyə qadın pensiyaya tez çıxmaldır? - Ekspert
09:06, Bu gün
Təxminimiz doğruldu- keşiş Baqrat Moskvaya getdi...- 40 erməniyə isə qadağa qoyuldu...
09:05, Bu gün
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
09:02, Bu gün
10 saniyəyə yuxuya getməyin "HƏRBİ ÜSULU"
08:58, Bu gün
Bu gün hava necə olacaq?
08:53, Bu gün
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
08:45, Bu gün
"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni funksiya gəlir
08:38, Bu gün
“Real Madrid”dən bir milyonluq yardım
08:35, Bu gün
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
08:33, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq
08:30, Bu gün
"Gürcüstan bunu edərsə, artıq Azərbaycan susmayacaq!" - Elçin Alıoğludan SENSASİON İFADƏLƏR
08:25, Bu gün
Tıxac olan yollar - Siyahı
08:20, Bu gün
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
08:14, Bu gün
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
08:10, Bu gün
Rusiya bu yolla Gürcüstandakı seçkilərə MÜDAXİLƏ ETDİ - Fikrət Yusifovdan ŞOK FAKTLAR - VİDEO
08:05, Bu gün
Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr - SƏHƏR OXUSU
08:00, Bu gün
Moderator.az 12 yaşında - VİDEO
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni cərimə özünü doğruldacaqmı?
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili