El bilir ki, sən mənimsən...
Cəmiyyət
Oxunub: 2483
09 May 2021 | 11:31
El bilir ki, sən mənimsən...
Vətən! Bu kəlmə təmiz ürəklər qədər saf, pak, müqəddəsdir. Bu söz ana südü kimi şirin, ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.
 
Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodqalarından qopub?! Doğulub boya-başa çatdığımız torpaq, doğma yurd, od-ocaq yeri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss edib, ona da ana dedik- Ana Vətən! Odlar yurdu! Odlar ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!
 
El bilir ki, sən mənimsən
 
Yurdum, yuvam, məskənimsən
 
Anam doğma vətənimsən.
 
Ayrılarmı könül candan?
 
Azərbaycan, Azərbaycan!
 
Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi, sözü qalan “ Qoca Şərqin qapısı”, Nizamilər, Füzulilər, Nəsimilər, Vurğunlar, Sabirlər, Üzeyirlər yetişdirən ana torpaq, sən nə qədər müqəddəs, ülvi, doğmasan.
 
1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı- 28 May günəşi. Həmin günəş Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Müstəqil dövlətimizin ilk hökumətini qurmaq Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci ilin iyun ayında Azərbaycan hökuməti Tiflisdən Gəncəyə, sentyabrın 15-də isə Bakıya köçdü. Təəssüf ki, Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edilərək “Qırmızı imperiya”ya ilhaq olunmasına səbəb oldu.
 
70 il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.
 
Əzildik, lakin şükürlər olsun ki, üzülmədik. 70 ildən sonra, nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız üzərinə qaldırdıq.
 
Bu istiqlal və azadlıq bizə heç də ucuz başa gəlmədi. 20 Yanvar... Qarabağ... Xocalı... Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Neçə-neçə vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini Rusiyanın üstümüzə qısqırdığı erməni tapdağına verdik. Bir milyon soydaşımız yurdundan qovulub didərgin salındı.
 
1988-ci ildə xalq öz ərazisinin bütövlüyü uğrunda mübarizəyə qalxdı. Erməni siyasətçiləri min cür hoqqabazlıqla çalışırdılar ki, Qarabağı Ermənistana birləşdirsinlər. Sonra isə zor gücü ilə bir sıra şəhər və kəndlərimiz viran edildi.
 
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən bu müdhiş gecədə Sovet tankları şəhərə daxil olaraq yüzlərlə dinc əhalini güllə-baran etdi.
 
20 Yanvar şəhidlərinin dəfn mərasiminə milyona yaxın insan gəldi. Azadlıq meydanında çəkilmiş mərasimin kadrlarına baxdıqda, insanın ruhu riqqətə gəlir.
 
Bu, o illər idi ki, xalq qətiyyətlə öz müstəqilliyini tələb edirdi. Bakı qaynayırdı- mitinqlər, meydanlarda ocaqlar. Düşmən isə öz növbəsində torpaqları işğal etməkdə davam edirdi. Qəhrəman oğul və qızlarımız vətənimizi qorumaq uğruna canlarını fəda etdilər. Salatın
 
Əsgərova, Yuriy Kovalev, Məzahir Ələkbərov, Çingiz Mustafayev və minlərlə digər həmvətənlərimiz torpaqlarımızın müdafiəsi yolunda şəhid oldular.
 
1993-cü ildə Heydər Əliyev ardı-arası kəsilməyən mitinqlərə son qoydu, 1994-cü ildə isə Qarabağda müharibəni müvəqqəti olaraq dayandırdı. Yavaş-yavaş ölkədəki vəziyyət normal hal almağa başladı. Heydər Əliyev mövcud siyasi vəziyyətin və iqtisadiyyatın stabilləşməsi üçün böyük zəhmətlərə qatlaşdı. Xaricə çoxlu səfərlər edən Heydər Əliyev Qarabağın işğalı barədə dünya ictimaiyyətinə həqiqəti çatdırdı. BMT-nin illik iclasında çıxış edən prezident, Qarabağ müharibəsinin dəhşətli nəticələri barədə məruzə etdi.
 
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olub. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldi. 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın sayca üçüncü prezidenti seçildi.
 
Həqiqətən bu, Azərbaycan tarixinin böyük bir dövrüdür. Avtoritet, müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il məmləkətimizə rəhbərlik edib.
 
H. Əliyev fantastik zəhmətkeşliyə malik şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi. O, gözəl natiq idi və heç bir çətinlik çəkmədən, əvvəlcədən hazırlaşmadan hər hansı mövzu barəsində saatlarla danışa bilərdi.
 
İkinci dəfə hakimiyyətə gəldikdən sonra o, Azərbaycanın müstəqilliyi üçün çoxlu işlər gördü. Vətəndaş müharibəsinə sürüklənmiş ölkəni xilas edən Heydər Əliyev məmləkətə tarixi perspektiv bəxş etdi.
 
1993-cü ildə siyasi böhran yarandığı vaxt, ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə alan bir şəxs tapılmadı. Bu ağır işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. Məhz buna görə də, onu dünyanın ən böyük siyasi xadimlərindən saymaq olar.
 
Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün müstəqil mənasında əsl azərbaycanlı idi. Onun həyatsevərliyinin, bitib-tükənməyən həvəsinin təməlində Ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Həyatı və fəaliyyəti boyu xalqını arxa sanan və özü də xalqa dayaq duran şəxsiyyət idi.
 
2003-cü ildə H. Əliyev gözlərini əbədi yumdu. Azərbaycan böyük, igid, mərd oğlunu itirdi. O zaman birinci sinifdə oxuyurdum və bu hadisədən dərin kədər hissi yaşadım. Hislərimə şərik olan anam Heydər Əliyev haqqında şeir yazdı və onun doğum günündə, məktəbimizdə keçirilən tədbirdə həmin şeiri səsləndirdim:
 
Heydər baba, sən getdinsə, adın qaldı
 
dilimizdə.
 
Ruhun gəzib dolaşacaq obamızda,
 
elimizdə.
 
Unutmarıq heç bir zaman, məhəbbətlə
 
qalacaqsan qəlbimizdə
 
Nə qədər ki, Azərbaycan
 
Nə qədər ki, bu millət var!
 
Sən də varsan, Heydər baba!
 
Azərbaycan yaşadıqca, yaşayacaq
 
Heydər baba!
 
Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun xalqı illərlə gedən haqq mübarizəsində zəfər qazandı. Ata vəsiyyətini yerinə yetirən Cənab Prezident İlham Əliyev doğma yurd həsrətinə son qoydu.
 
Bütün dünya xalqları bilsin ki, Xətainin, Cavanşirin, Babəkin, Heydər Əliyevin və bütün azərbaycanlıların vətəni olan Azərbaycan öz xalqına məxsusdur!
 
Ey Vətən, sən bizimsən!
 
Leyla İlqar
BDU-nun Jurnalistika fakültəsinin magistrantı
Oxşar xəbərlər
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
09:11, Bu gün
İran bu ölkədən İsraili vurmağa hazırlaşır - TARİX AÇIQLANDI
09:08, Bu gün
Kişi daha tez ölür: niyə qadın pensiyaya tez çıxmaldır? - Ekspert
09:06, Bu gün
Təxminimiz doğruldu- keşiş Baqrat Moskvaya getdi...- 40 erməniyə isə qadağa qoyuldu...
09:05, Bu gün
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
09:02, Bu gün
10 saniyəyə yuxuya getməyin "HƏRBİ ÜSULU"
08:58, Bu gün
Bu gün hava necə olacaq?
08:53, Bu gün
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
08:45, Bu gün
"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni funksiya gəlir
08:38, Bu gün
“Real Madrid”dən bir milyonluq yardım
08:35, Bu gün
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
08:33, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq
08:30, Bu gün
"Gürcüstan bunu edərsə, artıq Azərbaycan susmayacaq!" - Elçin Alıoğludan SENSASİON İFADƏLƏR
08:25, Bu gün
Tıxac olan yollar - Siyahı
08:20, Bu gün
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
08:14, Bu gün
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
08:10, Bu gün
Rusiya bu yolla Gürcüstandakı seçkilərə MÜDAXİLƏ ETDİ - Fikrət Yusifovdan ŞOK FAKTLAR - VİDEO
08:05, Bu gün
Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr - SƏHƏR OXUSU
08:00, Bu gün
Moderator.az 12 yaşında - VİDEO
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
GÜNLÜK
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO