Vüqar Əhmədin satirik yaradıcılığı...
Oxunub: 1295
18 Apr 2021 | 14:25
Vüqar Əhmədin satirik yaradıcılığı...
Satiranı yaradan, formalaşdıran və inkişafına münbit şərait yaradan cəmiyyətdir. Buna görə də satira ictimai hadisədir. Onun əsas məramı oxucunu güldürmək deyil, düşündürmək və nəticə çıxarmaqdır. Satira çoxçalarlığına, ifadə formasına görə böyük inkişaf yolu keçsə də, onun əsas hədəfləri, məqsədi və məramı o qədər də deformasiyaya uğramır, öz orijinallığını və poetik struktur əlamətlərini qoruyub saxlaya bilir. Satirik sənətkarlar tənqid obyektinə çevrilmiş bir hadisəyə və yaxud mənfi personajlara gülərkən alt qatda gizlənmiş səbəbləri görüb duymağı, hədəf seçməyi bacardığı zaman istədiyinə nail ola bilər.
 
Satirada yersiz, boş və məntiqsiz gülüş deyil, dərin fikir və məna yükü, düşündürmə və nəticə çıxarma gücü aparıcı olmalıdır. Bu gülüş satirik sənətkarın məqsəd və məramını gizlədib pərdələməyə deyil, onun təsir dairəsinin daha da kəsərli və əhəmiyyətli olmasına təkan verən, stimul yaradan bir gülüş olmalıdır. Satiradakı gülüş estetik mahiyyətindən, funksiyasından uzaqlaşaraq tənqid hədəfi seçdiyi mənfi personaja qarşı işlədilən kəsərli bir silaha, neştərə çevrilməlidir. Satira yaradıcısının gücü, qüdrəti bu neştərləri ən dərin qatlara qədər endirməyə müvəffəq olmasındadır. Əsl sənətkarlıq ilk baxışdan hamının görə biləcəyi nöqsanları deyil, daha böyük mətləbləri, taleyüklü məsələləri, alt qatda gizlənmiş neqativ halları görüb, duyub dərk edərək orijinal və diqqətçəkən bir tərzdə oxucuya çatdırmaqdadır.
 
Doğrudan da, əsrlərcə cəmiyyətdə kök salmış problemlərin aradan qaldırılmasında satiranın müstəsna rolu vardır. Məhz bu problemlərin çözülməsi çağdaş dövrdə də satiranın zəruriliyini gündəmə gətirir. Bir həqiqəti də inkar etməz olmaz ki, zəmanənin satiraya ehtiyacı duyulsa da, hazırkı mərhələdə satirik əsərlər çox yazılmır və yaxud da yazılır, ancaq mətbuat orqanlarında lazımınca yer ala
 
bilmir. Bununla belə, demək olmaz ki, çağdaş ədəbiyyatımızda satira yoxdur. Əlbəttə, xeyli sayda var və bu, özünü ayrı-ayrı şair və yazıçıların dərc edilmiş əsərlərinin xronikasında da göstərir. Bu baxımdan Vüqar Əhmədin yaradıcılığı da diqqəti cəlb edir. Azərbaycan oxucularının istedadlı şair kimi şeirlərini sevə-sevə oxuduqları Vüqar Əhmədin yaradıcılığında onun satirik üslubda qələmə aldığı hekayə və pyesləri xüsusi yer tutur.
 
2019-cu ildə Vüqar Əhmədin birpərdəli “Dil pəhləvanı” (Moderator.az, 25 oktyabr, 2019) satirik pyesi çap olunmuşdur. Əsər ilk dəfə Tehranda nəşr edilən “Xudafərin” jurnalında işıq üzü görmüşdür. Çox aktual bir problemə- Qarabağ mövzusuna həsr olunan əsərdə iki obraz – Arvad və Kişi daha dinamik surət kimi təsvir edilmiş və hadisələrin əsas iştirakçılarına çevrilmişlər.
 
Dramın kompozisiyası, süjet xətti iki şəxsin dialoqu üzərində qurulub. Hadisələrin mərkəzində Qarabağ uğrunda döyüşlərə getməkdən boyun qaçıran kişinin- Dil pəhləvanının ifşası dayanır. Əsərin əvvəlində özünü qəhrəman, cəsur, igid, vətənpərvər kimi göstərən bu satirik obrazın bütün qəhrəmanlıqları elə sözdədir. Arvadın “ermənilər sarı köpəklərin köməyi ilə Qəcəristanı (şərti addır- G.B.) da aldılar” xəbəri hər bir azərbaycanlıya sarsıdıcı zərbə, ağır ittiham aktı kimi səslənir. Bu xəbəri ilk baxışdan narahatlıqla qarşılayan Kişi mən orda olsaydım avtomatla onların hamısını öldürərdim, “yüzünü birdən gəbərdərdim”- deyərək bu qorxaq və aciz şəxs özünü öyür, arvadına qəhrəman, vətənpərvər, millət, xalq, torpaq təəssübkeşi kimi təqdim edir. Hətta arvadı ilə söhbət əsnasında “ermənilər nə zibildi ki, onlara bizimkilərin gücü çatmayıb”- deyərək vətən uğrunda canını qurban verən şəhidlərin qəhrəmanlığına da şübhə ilə yanaşır. Sanki bu Dil pəhləvanı döyüş bölgəsində olsa mənfur ermənilərin hamısını qırıb məhv edəcək və torpaqlarımızdan qovub çıxaracaqmış. Əlbəttə, bu bütün azərbaycanlıların və türk dünyasının istəyi, ən böyük arzusudur. Bəs əsl reallıq necədir? Dil pəhləvanında bu cürət, milli təəssübkeşlik hissi, vicdanının səsinə qulaq asaraq doğma Qarabağımızı erməni mənfurlarının caynağından xilas etmək qüdrəti varmı? Yazıçı süjet xətti boyunca bu suallara cavab axtarır. Çox təəssüf ki,
 
bu müqəddəs torpağımızın azad edilməsi məqamı gəlib çatdıqda o, qorxaqcasına cəbhəyə getməkdən boyun qaçırır. Baxmayaraq ki, əvvəlcə sinəsinə döyüb “Ax, bircə getsəydim ora, igidliklə vuruşub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülərdim” deməklə riyakarlıq pərdəsi altında əsl xislətini, qorxaqlığını gizlədir.
 
Təəssüf ki, Qarabağda şiddətli döyüşlər getdiyi, xalqımızın ölüm-dirim savaşı ilə üz-üzə dayandığı o ağır sınaq dövründə bu əsərin mənfi personajı kimi “mən salim olum...” prinsipi ilə yaşayanlar, orda-burda gizlənərək mənəvi ucalığa yüksələ bilməyən fərarilər də olmuşdur. Belələrinin bu torpaq üzərində gəzməyə, onun havasını udub, suyunu içməyə belə haqqı yoxdur. Yazıçı əsər boyunca bu satirik tipin xarakterindəki mənfilikləri, daxili puçluğu, cılızlığı elə onun öz dili ilə açıb göstərir, tənqid hədəfinə çevirir və oxucunun ağır ittihamı ilə üz-üzə qoyur. Hətta arvadı deyəndə ki, səni tutub saxlayan var? Get vuruş, milli qəhrəman da ol”. O isə artıq yaşının 45-i ötdüyünü söyləyərək özünə haqq qazandırmağa çalışır. Dil pəhləvanının daxili aləminin çürüklüyü, mənəvi kasadlığı hadisələrin sonrakı inkişafında, xüsusilə əsgərin ona “sizi hərbi komissarlığa çağırırlar” xəbərdarlığından sonra aşkara çıxır və ikrah hissi doğurur. Bayaqdan qəhrəmanlıqdan dəm vuran bu qorxaq insan çağırış xəbərini eşidərkən tir-tir əsir. O, əsgərə gah yaşının çox olduğunu, gah gözlərinin zəif gördüyünü, gah da “niqodnu”luğunu bəhanə gətirərək kağıza imza atmaqdan imtina edir. Dil pəhləvanının əsgərə cavabında yazıçı obrazın bütün daxili eybəcərliyini, mənəviyyatsızlığını açıb göstərir: “Niyə mən qol çəkməliyəm? Niyə mən getməliyəm? Niyə bu minlərlə avaralanan, siqaret satan, çayxanalarda veyillənən nər kimi cavanları aparmırlar, mənim kimi qoca, xəstə, kor, şikəst bir adamı aparmaq istəyirlər?”. Əsərdə arvadının kəskin ittihamları, sərt tənqidləri ilə rastlaşan bu mənfi tipi islah etmək mümkün olmur. O, yanlış mövqeyindən, özünün subyektiv, bəsit düşüncələrindən əl çəkmir. Şəxsi mənafeyini xalqın, vətənin mənafeyindən üstün tutaraq mənfur əməllərinə haqq qazandırmağa çalışır. Təbii ki, yazıçı bu obrazı yaradarkən təəssüf ki, cəmiyyətimizdə hələ də belə insanların mövcudluğunu nəzərdən qaçırmamış, onu tənqid hədəfinə çevirmişdir.
 
Əsərdə Dil pəhləvanı ilə əks qütbdə dayanan qadın obrazı mərdliyi, cəsarəti, vətənpərvərliyi, doğruluğu və obyektivliyi ilə diqqəti cəlb edir. Kişi çağırışdan imtina edərkən qadın “Vaxsey, biabır olduq, bu lap dovşan ürəkliymiş ki. Amma danışanda elə bil bir dənə pələngdir” - deyərək onun yerinə xəcalət çəkir.
 
Əsgərin kişiyə söylədiyi “Sizin kimisi müharibəyə getməkdənsə, evdə otursa məsləhətdir. Yoxsa düşmənin qabağından qaçarsınız, bütün dünyada biabır olarıq” - fikri obrazın xarakterindəki ən satirik məqamları, daxili eybəcərlikləri üzə çıxaran ifşaedici situasiya kimi yazıçının məqsəd və məramını açıqlayır.
 
Əsər novellavari bir sonluqla tamamlanır. Məlum olur ki, hərbi komissarlığın çağırışı Dil pəhləvanına deyil, onun qonşusu Nazimə gəlib. Təəccüb doğuran məqamlardan biri də budur ki, Nazimin ayağı protezdir. Arvadı qonşunun cəbhəyə getməsinə etiraz edərkən Dil pəhləvanı deyir: “Bir qıçı yoxdur, amma nə olar, protezi var da. Bir də avtomatı əlləri ilə götürəcək də?” Doğrudan da, “insanı heyrətə gətirən bu cavab əsərin kulminasiya zirvəsi və sarkazma yüksələn sarsıdıcı bir zərbə kimi səslənir.
 
Əsərin uğurlu, müvəffəqiyyətli bədii həlli hər bir azərbaycanlıya böyük ibrət dərsi verir, yurd və vətən naminə birliyə səsləniş təlqin edir.
 
Vüqar Əhmədin “Plyus bədii yaradıcılıq” ədəbi almanaxında dərc edilən “Təzə zibil” və “Aktyorun dəfni” hekayələri də satirik üslubda qələmə alınmışdır. “Təzə zibil” hekayəsində iki fərqli obraz- ata və oğul bir-birilə qarşılaşdırılır. Xanbala taleyin həyatın dibinə enməyə məhkum etdiyi kasıb, yoxsul, yaşayışını zibillikdən tapdığı əşyaları satmaqla dolandıran, eyni zamanda məhdud dünyagörüşlü, savadsız bir obraz kimi təqdim olunur. Oğlu Orxan isə oxuduğu texniki peşə məktəbində təhsilini yarımçıq qoyan və bundan peşmançılıq hissi keçirən zavallı bir gəncdir. O, atasına xoşu gəlmədiyi bu işdə kömək edir. Lakin bir təsadüf nəticəsində keçmiş müəllim və sinif yoldaşları ilə zibillikdə rastlaşması onun həyatının ən dəhşətli səhnəsi kimi təsvir edilir. Rza müəllimin və dostlarının orada olmasına məhəl qoymayan Xanbalanın “Adə, Orxan, bura gəl, təzə zibil. Təzə zibil” sözləri Orxanı alçaldır, mənən məhv edir. Xəcalət çəkən Orxanın hıçqırıqları müəllimində və sinif yoldaşlarında acı təəssüf hissi doğurur və oradan
 
uzaqlaşırlar. Çıxılmaz situasiya ilə üzləşən oğulla zibillikdə əşya axtarışında olan atanın qarşılaşdırılması cəmiyyətdəki təzadlı məqamları, iqtisadi, sosial problemlərin mövcudluğunu, maddi sıxıntıları göstərən real, acınacaqlı səhnələrdir.
 
Yazıçı yüksək sarkazmla hələ də bu cür həyat tərzi keçirən insanların faciəli taleyini lakonik, yığcam satirik hekayədə ustalıqla aça bilmişdir. O göstərmişdir ki, kimisinə xoşbəxt, firavan bir həyat vəd edən cəmiyyət kimisinə də ölümdən betər cəhənnəm əzabı yaşadır.
 
Hekayə təsirli bir sonluqla bitir: “Gecə yarısı Orxanın anası rayon mərkəzindən təcili yardım çağırmalı oldu. Orxanın halı pis idi. Qırx dərəcə qızdırma içində “- Mən zibil yığmıram, mən zibil yığmıram”- deyə sayıqlayırdı. Xanbala isə halsız dilləndi- “ax, təzə zibil, təzə zibil...”
 
Hekayədə Mirzə Cəlil və Ə.Haqverdiyev nəsri üçün xarakterik olan dil və ifadə tərzi,assosiativ üslub və sonluq yazıçının mollanəsrəddinçilərin satirik bədii nəsrindən təsirləndiyini təsdiqləyir.
 
Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO