“Ermənistanın revanşist addımları olacaqsa, Azərbaycan  dərhal Zəngəzuru azad etməlidir”
Oxunub: 3094
17 Apr 2021 | 09:11
“Ermənistanın revanşist addımları olacaqsa, Azərbaycan  dərhal Zəngəzuru azad etməlidir”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliev “Yeni Müsavat”a gündəmin əsas müzakirə mövzuları ilə bağlı müsahibə verib.
 
Millət vəkilinin müsahibəsini diqqətinizə çatdırırıq:
 
- Qüdrət bəy, son illərdə sizin davamlı şəkildə səsləndirdiyiniz bir fikir var idi ki, biz Ermənistanla yox, Rusiya ilə danışmalıyıq. Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra bölgədə yeni reallıq yaranıb və Azərbaycan Rusiya ilə danışır. Ancaq Şuşaya atılan “İsgəndər” raketlərilə bağlı xüsusatlar ortaya çıxandan sonra Moskvaya ünvanlı suallarımız var ki, hələlik onlara cavab verilməyib, dövlət başçımız da bu barədə açıq danışır. İndiki durumu necə dəyərləndirirsiniz və perspektiv üçün nə gözləyirsinz?
 
- Rusiya bu istiqamətdə araşdırma aparır. Yəqin, bir müddətdən sonra bununla bağlı məsələyə aydınlıq gələcək ki, nə baş verib: qaçaqmalçılıq olub, yoxsa hərbi-sənaye kompleksinin əməkdaşlarının özfəaliyyəti? Cənab prezidentin də söylədiyi kimi, artıq bununla əlaqədar Rusiya tərəfinə məktub və sübutlar təqdim edilib. Məsələnin mahiyyətində təkcə o raketin atılması dayanmır. Burada Rusiya və Ermənistanın müəyyən dairələrinin cinayətkar əlaqəsindən söhbət gedir. Məhz bu faktora görə Azərbaycan bu məsələni qabartdı. Yoxsa əvvəl biz bəyan etmişdik ki, elə bir məlumatımız yoxdur. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təkzib etmişdi. Amma görünür bizim kəşfiyyat orqanlarının əldə etdiyi hansısa daha ciddi məlumatlar var. Buna görə də yenidən bu məsələnin üzərinə gedildi və qabardıldı. Çox böyük ehtimalla bu məsələlərə aydınlıq gətiriləcək. Artıq Rusiyanın da bəzi mətbuat orqanlarında, ayrı-ayrı hərbi-siyasi ekspertlər bu istiqamətdə açıqlamalar verirlər ki, burada məqsəd Türkiyə ilə Rusiyanı konfliktə cəlb edib Qərbin bölgəyə müdaxiləsini təmin etmək olub. Məncə, məsələnin mahiyyətində dayanan daha çox budur. Ona görə də məsələlər araşdırılacaq ki, bu təxribatlarda Rusiya və Ermənistan tərəfdən kimlər iştirak edib. Aydındır ki, Ermənistan tərəfdən Paşinyan və ən yaxın ətrafı burada iştirak edib. Ümid edirəm bu məsələlərə aydınlıq gələcək və məsuliyyəti olan şəxslərin dairəsi dəqiqliklə müəyyən olunacaq, o təxribatın da üstü açılacaq. Rusiya marağında olmalıdır ki, bu şəbəkəni aşkarlasın. Hansı ki, onlar 44 gün ərzində Rusiya dövlətinin maraqlarından yox, Ermənistanın, yaxud hansısa Qərb dairələrinin maraqlarından çıxış ediblər. 
 
- Türkiyə-Rusiya münasibətlərində soyuqlaşma hiss olunur, artıq qarşılıqlı olaraq uçuşlar dayandırıldı, baxmayaraq ki, məsələnin siyasi olmadığı deyilir. Prosesin davamı Bakı-Moskva münasibətlərinə də təsir göstərə və Qarabağla bağlı gərginliyin artmasına səbəb ola bilərmi?
 
- Rusiya Azərbaycanın müraciətinə, təqdim etdiyi sübutlara obyektiv yanaşmayacaqsa, bu, münasibətlərə təsir edəcək, sözsüz ki. Amma mən o fikirdəyəm ki, Rusiya prezidenti kifayət qədər təcrübəli və ağıllı bir adamdır. O bilir ki, ermənilər satqın millətdirlər. Onlar vaxtilə yaşadıqları Osmanlı imperiyasına xəyanət etdilər. Sonra onlara bizim torpaqlarda dövlət qurmuş və onları himayə edən, torpaqlarımızın 29 il işğal altında qalmasında əsas faktor olan ölkəyə də xəyanət etdilər. Ermənilər elə hesab etdilər ki, daha hər şey bitib, torpaqları işğal ediblər, oturublar, artıq onlara Rusiya lazım deyil, yeni texnologiya, investisiya lazımdır. Odur ki, çox asanlıqla arxalarını Rusiyaya çevirdilər və Qərbə üz tutdular. Bu proses Sərkisyandan başladı və daha sonra Paşinyan tərəfindən davam etdirildi. Yəni bu millətin xəyanətkar olmasını Rusiyada hamı bilir. Tarixən rus ədibləri, ziyalıları, şair-yazıçıları, diplomatlarının erməni milləti haqqında da yazdıqlarına baxın, bizim haqqımızda yazdıqlarına da. Bizi qonaqpərvər, mərd, sözünü tutan, dostluqda möhkəm millət kimi təqdim edirlər, erməniləri isə yaltaq, riyakar, xəyanətkar, satqın və sair olaraq. Buna görə də əgər Rusiya istəyirsə ki, Cənubi Qafqazda möhkəm dayaqları olsun, Azərbaycanla dostluq etməlidir. Çünki Azərbaycanla dostluq həm də Türkiyə ilə dostluqdur. Türkiyə regionun böyük dövlətidir, müasir texnologiyaya sahib bir ölkədir.
 
“Azərbaycan Paşinyanın Ermənistandan hərbi cinayətkar kimi rədd olub getməsi üçün əlindən gələni etməlidir”
 
İkincisi, MDB məkanında türk dövlətləri, Rusiya Federasiyasında türk respublikaları, müsəlmanlar var. Yəni bu bölgədə Türkiyə faktoru həmişə olub, olacaq. Ona görə də Rusiya nə qədər Türkiyə ilə yaxşı, dost, əməkdaşlıq münasibətləri qursa, hər iki dövlət bundan faydalanar, həm Rusiya, həm Türkiyə. Türkiyənin Cənubi Qafqaza kifayət qədər təsir gücü var və bu, çox genişdir. Hansısa fikirayrılıqları ola bilər. Türkiyənin Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstək ola bilsin Rusiyanı qıcıqlandırıb. Amma geniş anlamda mən əminəm ki, bu, iki dövlət arasında münasibətlərin  korlanmasına gətirib çıxarmayacaq. Çünki hər iki dövlət  fərqindədir ki, onların regional və beynəlxalq miqyasda apardığı siyasət Qərb dairələrini qane etmir. Ona görə də onların kənar təzyiqlərə qarşı birlikdə dayanması  zəruridir. Düşünürəm ki, jurnalistlər, siyasətçilər, diplomatlar da məsələni qızışdırmaq istiqamətində yox, problemlərin anlaşıqlı olaraq çözülməsi istiqamətində fəaliyyət göstərməlidirlər.
 
- Azərbaycan Prezidentinin son çıxış və bəyanatları gündəmin əsas müzakirə mövzularındandır. Xüsusilə də Zəngəzur, Göyçə və İrəvanla bağlı dedikləri mesajları Ermənistanda da geniş əks-səda doğurub. Siz bir hüquqşünas kimi, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının hüquqi yolla qaytarılmasını mümkün hesab edirsinizmi?
 
- Açıq söyləyim ki, bölgənin gələcəyi türk xalqları ilə bağlıdır. Bir çox tarixi mənbələrdə də qeyd olunur ki, erməni xalqı deyilən xalq yoxdur, bunlar Hindistan qaraçılarıdır. Vaxtilə köçəri həyat yaşayıblar və gəlib bu bölgədə məskunlaşıblar. Bu gün mövcud olan erməni dövləti də faktiki olaraq Azərbaycan torpaqlarında formalaşdırılıb. Bu, tarixdir, prezident də bunu söyləyir. Biz indi erməniyə görə tarixi saxtalaşdırmalı deyilik ki. Deyirik ki, bəli, bu torpaqlar bizim olub, İrəvan türk şəhəri olub, tarix boyu orda türklər yaşayıblar. Amma sonradan orda məskunlaşma siyasəti aparıblar, ermənilər müxtəlif bölgələrdən köçürülüb, həmin əraziyə gətiriliblər. Rus imperiyasının dağılmasından sonra isə orada erməni dövləti formalaşdırılıb. Prezident gənclərimizə tövsiyə edir ki, tarixi öyrənin! Onu da deyir ki, biz İrəvana qayıdacağıq, amma biz Ermənistana qarşı hər hansı ərazi iddiası ilə çıxış etmirik. Bu da o deməkdir ki, əgər sülh sazişi olacaqsa, o zaman mədəni, humanitar əlaqələr yaranacaqsa, düşmənçiliyə son qoyulacaqsa - sözsüz ki, düşmənçiliyə son qoyulacaq, bütün tarix boyunca xalqlar, qonşular bir-biri ilə müharibə aparıblar, amma sonda barışıblar - azərbaycanlılar dədə-babalarının, əcdadlarının yaşadığı ərazilərə qayıdacaqlar. Orada məskunlaşacaqlar, biznes quracaqlar, yaşayacaqlar. Ermənilərin də böyük hissəsi bu bölgədən köçüb gedəcəklər. Onlar fərqindədirlər ki, yaşadıqları torpaqlar onların deyil. Məsələyə daha qlobal yanaşsaq, 100 il qabağa baxsaq, görəcəyik ki, doğrudan da azərbaycanlılar o torpaqlara qayıdacaq, yaşayacaqlar. Hüquqi baxımdan hazırda bunun yolu yoxdur. Artıq Ermənistan BMT tərəfindən bir dövlət kimi tanınıb, mövcud sərhədlər çərçivəsində. Azərbaycan da həmin sərhədləri tanıyıb. Görürsünüz ki, 70-ci illərdə  Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olan sərhədlər hal-hazırda demarkasiya olunur. BMT-yə üzv olanda hər bir dövlət bu quruma üzv olan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Bu BMT-yə üzvü olan dövlətlərin hər birinin əməl etməli olduğu əsas prinsipdir. Azərbaycan da 1992-ci ildə müstəqillik əldə etdiyi dövrə qədər olmuş Azərbaycan SSR ərazisi çərçivəsində BMT-yə üzv olub. Yəni bu məsələlərlə bağlı hüquqi müstəvidə heç bir perspektiv yoxdur.
 
- Bəs, Ermənistan revanşist əməllərdən əl çəkməsə, o zaman qeyri-hüquqi, konkret halda hərbi müstəvidə ədalət bərpa oluna bilməzmi?
 
- Söhbət ondan gedir ki, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmsə və Dağlıq Qarabağda hansısa hərbi əməliyyat keçirmək fikrinə düşsə,  o zaman, sözsüz ki, Azərbaycan Zəngəzuru da götürə bilər. Yəni 2020-cu ilin 9 noyabr tarixdə imzalanmış birgə bəyanatın müddəalarını təmin etmək üçün Azərbaycan ordusu Zəngəzura nəzarəti götürərək, dəhlizi özü yarada və özünün təhlükəsizliyini təmin edə bilər. Ondan sonra da necə ki, biz 30 il beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüz üçün mübarizə apardıq, qoy Ermənistan da getsin yüz illərlə mübarizə aparsın. Ermənistanın hansısa revanşist addımları olacaqsa, Azərbaycan tərəddüd etmədən, dərhal Zəngəzuru azad etməlidir! Bu, həm tarixi ədalətin bərpa olunması olar - bu torpaqlar Azərbaycanın tarixi əraziləridir - həm də ki, 10 noyabr sazişinin müddəalarının təmini.
 
- Paşinyan yenidən Dağlıq Qarabağla bağlı iddia səsləndirib. Deməli, sakit oturmaq niyyəti yoxdur. Bəs, o halda nə etməliyik?
 
- Hesab edirəm ki, Paşinyanın bütün cəhdləri əbəsdir. O, bəyanat verib ki, onların ordusu müstəqil ordu olmayacaq, Rusiya ordusu ilə birlikdə olacaq. Paşinyan çalışır ki, hansısa formada Rusiyanın “qəlbini” oxşasın və Kremlin dəstəyini alsın, növbəti seçkilərdə qalib gəlsin. Amma Rusiya onun xəyanətkar olduğunu bilir və ona görə də hansı addımı atmasından asılı olmayaraq, Paşinyan hakimiyyətdən gedəcək. Çox təəssüflər olsun, bizdə bəziləri Paşinyanın hakimiyyətdə qalmasının bizə lazım olduğunu söyləyir. Bunlar kökündən yanlışdır. Rusiya Paşinyanla bölgədə heç bir ciddi iş qurmayacaq. Paşinyan getməlidir ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. O istəsə də, Rusiyanın razılığı olmadan Azərbaycanla sülh sazişi imzalaya bilməz. Söhbət tək Paşinyandan yox, qərbyönümlü siyasətin Ermənistanda iflasa uğramasından gedir. Ona görə də əgər Paşinyan öz xalqını xilas etmək istəyirsə, bölgədə sülhün yaranmasının tərəfdarıdırsa, o, özü çəkilməlidir kənara və tamamilə yeni, əli Azərbaycan türklərinin, gənc əsgərlərimizin qanına batmamış bir adam hakimiyyətə gəlməlidir. Özü də elə bir adam ki, nə cinayətkar Qarabağ klanına bağlı olmasın, nə də Paşinyanın “sorosçular” dəstəsinin təmsilçisi olmasın. Tamamilə yeni qüvvə, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə ilə normal iqtisadi, siyasi, mədəni əlaqələr qurmaq istəyən bir adam hakimiyyətə gəlməlidir. Yalnız o halda Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli dialoq baş tuta bilər. Halbuki Paşinyanın hakimiyyətdə olacağı dövrdə mən bunu təsəvvür etmirəm. Gördünüz ki, yanvardakı üçtərəfli görüşdə heç tərəflər bir-birinə əl də uzatmadılar. Buna görə də Paşinyan hərbi cani, cinayətkar kimi Ermənistanın rəhbərliyindən getməlidir. O halda biz Rusiyanı da razı salıb, Ermənistanla sülh sazişi imzalaya bilərik. O zaman Ermənistan Türkiyə ilə də saziş imzalaya bilər. İndiki halda Ermənistanın hazırki siyasi elitası - əgər orada yeni bir insan qabağa çıxmayacaqsa, - bizimlə və Türkiyə ilə əməkdaşlıqdan qorxacaq. Qorxacaqlar ki, Rusiya bizim əlimizlə onları cəzalandırmaq fikrinə düşə bilər, Azərbaycan və Türkiyə də vəziyyətdən yararlanıb, onları cəzalandıra bilər. Ona görə də Paşinyan qaldıqca ermənilər Azərbaycana münasibətdə davakar mövqedən çıxış edəcəklər. Bu da o deməkdir ki, bizim sülh haqda düşünməyimiz mənasız olacaq, konflikt yenə də bəlkə uzun onilliklər ərzində davam edəcək. Vəziyyəti dəyişmək üçün Azərbaycan Paşinyanın Ermənistandan hərbi cinayətkar kimi rədd olub getməsinə çalışmalıdır. 
 
- Bəs Xankəndi və ətrafındakı ərazilərdə olan  erməni terrorçularla işimiz necə olmalıdır?
 
- Kiçicik bir təxribat olacağı təqdirdə ona çox sərt cavab olmalıdır! Əgər sülhməramlılar o təxribatın qarşısını ala bilmirsə, deməli, Azərbaycan ona sərt cavab verməlidir. Bu zaman sülhməramlıların da nə deyəcəyinin bizimçün əhəmiyyəti olmamalıdır. Ümumiyyətlə, sülhməramlılar özlərini doğrudan da sülhməramlı kimi aparmalıdırlar. Hazırda o, Muradov özünü sülhməramlıların komandirindən daha çox, bölgənin general-qubernatoru kimi aparır. Gedir iş adamları ilə görüşür və s. Sən kimsən? Sən orda əsgərsən, qoyma tərəflər arasında problem yaransın. Amma onlar orda nə ilə məşğuldurlar, bir Allah bilir. İkincisi də Laçında bizim Ermənistanla dövlət sərhədinin müəyyən olunmamasının, sərhədin Azərbaycan əsgəri tərəfindən qorunmamasının əsas səbəbkarları da onlardırlar. Onlar 10 noyabr sazişini özləri istədiyi kimi təqdim edirlər və Azərbaycan tərəfi də gərginliyə səbəb olmamaq üçün hələlik bu məsələnin üzərinə ciddi şəkildə getmir. Amma əminəm ki, nə vaxtsa bu məsələ ciddi şəkildə gündəmə gələcək, dəhliz adlanan ərazidə bizim dövlət sərhədçilərimizin, gömrük xidmətinin fəaliyyətə başlaması təmin ediləcək. Buna bir az zaman lazımdır. Biz bu istiqamətdə işləməliyik.
Oxşar xəbərlər
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO