Kölgəli adam...
Cəmiyyət
Oxunub: 1341
12 Apr 2021 | 14:33
Kölgəli adam...
O, Allahın Ona verdiyi ən qiymətli dəyərə – göz-könül toxluğuna görə özünü həmişə bəxtəvər sayıb.
 
O, şükürlü olduğuna görə tamah, nəfs heç vaxt ona yaxın düşə bilməyib.
O, həmişə özgənin uğuruna özününkü qədər sevinib, özgənin kədərini, dərd-sərini özününkü qədər “əzizləyib”.
O, həmişə “ala qarğa” ömrü həsrətilə qovrulanlardan fərqli olaraq, Yaradandan təkcə sağ can, rahat ömür diləyib, Tanrının yaşam payına ən ağır, ehtiyaclı günlərində belə asi düşməyib. Hər keçən saat, gün üçün Yeri-göyü xəlq eləyənə minnətdar olub.
O, heç vaxt Səməd Vurğunun “Arxalıya arxa olma, deyərlər ki, yamaqdır. Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır” deyimini unutmayıb.
 
O, ad-şad günlərində Ona uğur arzulayanların dilindən eşitmək istəyib: “Şair dediyi kimi, mənə 100 il ömür arzulamayın. Arzulayın ki, qapı döyüləndə özüm durub aça bilim. Arzulayın ki, adım yaxşılığa, xeyirxahlığa çəkiləndə övladlarım sevinsin, fərəhlənsin. Arzulayın ki, xalqımın, millətimin dincliyi, rahatlığı heç vaxt pozulmasın, Qarabağ nisgili tezliklə başa çatsın. Arzulayın ki, yolundan azmışlar imana-dinə gəlsinlər...”.
 
***
Haqqın yanında olmaq, sözü üzə demək, ətrafdakı, qonşuluqdakı, doğmalar arasındakı narahatlığı sezmək, dərdə çarə axtarmaq, laqeydliyə, biganəliyə düşmən kəsilmək, xeyirxahlıq, saf əməl, ülvi niyyət - bütün bu əxlaqi prinsiplər Ona kökdən, candan-qandan gəlib.
Bu keyfiyyətlər təkcə Onu deyil, Onun nəsil-nəcabətini zamanın burulğanlarından qoruyub, xilas edib. Babasının repressiya qurbanı olması üzündən Sovet hökumətinin onun da ailəsinə qısqanc yanaşması, bu səbəbdən doğmalarının ağrı-acılarla yaşaması, bəraət alandan sonra isə çalışmaq, əziyyət çəkmək, alın təri hesabına dolanışıq, gün-güzəran qurmaları, bir-birinə həyan durmaları Ona da güc-qüvvə verib, möhkəmlədib, çətin, ağır, məşəqqətli günlərində sınmağa, əyilməyə, ruhdan düşməyə qoymayıb.
 
Bax, bir vaxt dediyi sözləri indi yuxarıdakı fikrin təsdiqi kimi sitat gətirirəm: “Yaşadığım binada gözətçilər var. Bayram günlərində onların yeməyi verilmədən bizim evdə qazan asıla bilməz... Böyüdüyüm ailədə həmişə birlik, bütövlük, səmimiyyət olub. Bir tikəni bir neçə yerə bölüb yemişik. Uzun illər kirayədə yaşamışam. Xarakteri ağır bir qadının evində evsizliyin dəhşətini görmüşəm...”
 
 
Parlamentdə xalq, dövlət naminə qətiyyətli, cəsarətli fikirlər səsləndirməklə ən fəal deputatlar sırasında diqqət çəkmək, “İlin deputatı”, “Ən cəsarətli deputatı” nominasiyalarının qalibi olmaq Onun mənəvi- əxlaqi zənginliyi, daxili təmizliyi, yaşayış tərzi, həyata baxışının haqq etdiyi dəyərdir.
 
Var-dövlət hərisi olmaq, nəyə görəsə hansısa məmura zəng etmək, gedib qapısını döymək Onun fitrətinə yaddır.
Amalı öyrətmək olan müəllimliyi ilə qürur duyur, bu peşəni deputatlıqdan ucada görür. Bununla bağlı “Siz millət vəkilliyinə, yoxsa müəllimliyə üstünlük verirsiniz”, - sualına cavabında belə deyir: “O qədər ağıla gəlməyən yerlərdə o suala rast gəlmişəm ki... Müəllimlik mənim alnıma yazılıb. O mənim ruhumu tənzimləyir, o peşənin yolu ilə bu gün millətimin bir hissəsinin vəkiliyəm. Bu amalla indi özümü daim universitet auditoriyalarında, daim gənclərin arasında, halal adamların arasında hiss edirəm. Bunlar məni gəncləşdirir… Suala qısaca belə də cavab verə bilərəm: adım Fəzaildir, özüm də Bakı Dövlət Universitetində tarix müəllimiyəm”. Öz təqdimatını çox qısa və möhtəşəm verib. Çünki bilir ki, bu qısa təqdimatın özündə onun böyüklüyü dayanıb.
 
Onun məlum suala bu cür cavabı xarakterindəki səmimiyyətdən qaynaqlanıb, iddiasızlığı, təmənnasızlığı ilə şərtlənib. Bəlkə də bir başqa ziyalı bu barədə oxucunu məlumatlandırmaq fürsəti ilə qarşılaşsaydı, dərs dediyi universitetin adını, eləcə də professorluq fəaliyyətini daha qabarıq ifadə edərdi. Lakin O, dediyim kimi, təvazökarlıqdan “xilas” ola bilməyib. Əsas diqqəti peşəsinin - MÜƏLLİMliyin MÜQƏDDƏSliyinə yönəltməyə çalışıb. Həm də bu zaman bir təəssüfünü, ürək ağrısını da gizlətməyib. MÜQƏDDƏS peşənin Özünün də açıb-ağartmadığı hansısa səbəblər üzündən zaman-zaman nüfuzdan düşdüyünü dilə gətirməkdən çəkinməyib: “Bəlkə də bugünkü tələbələr məni o vaxtkı (sovet dövründəki) tələbələrdən daha artıq başa düşürlər. Lakin o vaxt müəllim daha müqəddəs idi, tələbələr elə bilirdilər müəllim su içmir, yemək yemir, sirr-sehr dolu bir həyat tərzi yaşayır. Amma bugünkü tələbələr üçün bu, o qədər də önəm daşımır. Müəllimin şəxsiyyəti, savadı, dərs metodu, intizamı tələbələri daha çox cəlb edir”.
 
Haqqında söhbət açdığım MÜƏLLİM yuxarıdakı fikrinin davamında bir məqamı– ÖZÜNÜN necə müəllim olmasını da xatırlatmağı vacib bilib. Mənə elə gəlir ki, O, bununla daşıdığı peşənin dünən olduğu kimi, bu gün də taleyüklülüyünü diqqətə çatdırmaq, sabahımızın, gələcəyimizin MÜƏLLİMə olan münasibətdən asılılığı həqiqətini qabartmaq məqsədi güdüb: “1982-ci ildən universitetdə müəllim işləyirəm. Bu günə qədər dərsə gecikməmişəm və tələbələr məndən sonra içəri daxil olmayıb. Nə qədər ömrüm var, bu, belə də olacaq... Mən dərs danışan zaman telefon söhbəti ola bilməz, bir tələbə o biri ilə danışıb qımışa bilməz, əks halda mən özümü səfeh yerinə qoyaram”.
 
Yazı QƏHRƏMANımı yaxından tanıyanlar, Onun dərs dediyi tələbələr bu MÜƏLLİMin imtahanda çox nadir hallarda “2” qiyməti yazdığını deyirlər. Professorun müsahibələrinin birində açdığı bu “sirr” adamda kövrək duyğular oyatmaqla bərabər, həm də zamanın, dövranın acı həqiqətləri barədə dərin təəssüf hissi doğurur: “Sən “2” yazırsan və bir evə dərd, kədər göndərirsən. Valideynin nə günahı var ki, onun övladı oxumayıb. İkincisi, tələbə qarşında əyləşir və sən onun gözünün içinə baxırsan... Bəlkə də onu bir güzəştlə tərbiyələndirərsən, qisasçı etməzsən. Üçüncüsü, mən “2”ni yazıram və tələbə növbəti imtahana hazırlaşmaq əvəzinə, “adam” axtarmağa gedir. Bu zaman məndən asılı olmayan yüksək dairədən xahiş formasında tələb qoyulur ki, həmin tələbəni “kəsməyim”. “Tapşırıq”dan sonra qiyməti yazanda tələbə başının üstündə durur və bu zaman təbii ki, onun ürəyindən keçir ki, “hünərin var idi, yazmayaydın”. Hətta bəzən ortada alverçilər də olur. Mənə kiminsə diktəsi ilə əyilmək, saxta münasibət lazımdırmı?!. Həmişə çalışmışam ki, tələbələrimin qəlbində müəllim kimi heykəlimi qoyum”.
 
Bax, elə Professorun bu son cümləsini onlarla, yüzlərlə tələbəsinin dəyərləndirməsilə təsdiqləyirəm: “MÜƏLLİM, arxayın, əmin ola bilərsiniz: zəhmətiniz itməyib, bu gün neçə-neçə ürək-qəlbdə MÜQƏDDƏS MÜƏLLİM obrazınız yaşayır, Özünüzün dediyiniz kimi, Müəllim kimi heykəliniz ucalır. Bundan böyük xoşbəxtlik, bəxtəvərlik varmı, görəsən?!.”
 
 
***
“Mən siyasi fəaliyyətə başlayanda içimdə heç zaman qərəzli mövqe sərgiləməmək, dövlətçilik naminə şəxsi mənafedən də imtina etmək kimi bir andım olub. Mən bu anda daim sadiq qalmışam. Bunu məni yaxından tanıyanlar da, seçicilərim də yaxşı bilirlər”, – deyən Fəzail İbrahimli siyasətə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə qoşulmaqla başlayıb. Sonradan Milli Məclisə deputat seçilməklə bu sahədəki fəaliyyətini uğurla davam etdirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi həqiqətlərimizi bütün dünyaya çatdırıb. Seçicilərinə də həssaslığı, diqqəti unutmayıb: “Tanrının mənə verdiyi qismət payını, tərcümeyi-halı hər zaman qorumağa çalışmışam. Həmişə qarşımdakı insanlara rəğbətlə yanaşmışam. Heç vaxt qəbuluma gələnləri gözlətməmişəm. Vaxtaşırı seçicilərimin görüşünə getmişəm, onların xeyir-şərindən qalmamağa çalışmışam... Əgər “ağ at”ın belində yanından gedən piyadalara biganə baxsan, Tanrı səni həmin atdan yerə yıxır. Bunu həmişə nəzərimdə saxlamışam”.
 
Fəzail İbrahimlinin fikrincə, deputat onu seçənlərin elçisidir, əgər O, elçisi olduğu insanların telefon zənginə cavab vermirsə, bölgəsinin problemlərini parlamentdə qaldırmırsa, deməli, missiyasına xəyanət edir: “Ən əsası da millət, Vətən, dövlət məfhumu deputat üçün şablona çevrilməməlidir. Onun məsuliyyətini hiss etməlidir”.
 
P.S. Mən bu yazıda Fəzail İbrahimlinin keçdiyi ömür yolu – istər pedaqoji, istər elm, istərsə də deputatlıq fəaliyyəti barədə daha geniş söhbət aça, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı düşüncələri, Cümhuriyyətin atributlarının qorunub yaşadılması, Dağlıq Qarabağın işğalı, Azərbaycanın indiki geosiyasi mövqeyi, dünya dövlətlərinin ölkəmizə marağı və bu maraqlar altında gizlənən məkrli niyyətlərin nəticəsində baş verən hadisələr, nəhayət, mənəvi dəyərlərin qorunması ilə bağlı qətiyyətli fikirlərinə də geniş yer ayıra bilərdim. Lakin əsas məqsədim oxucunun diqqətini Fəzail İbrahimlinin əxlaqi-mənəvi keyfiyyətlərinə yönəltmək idi. Çünki mən də uşaqlıqdan məhz bu keyfiyyətinə görə onu BÖYÜK bilmişəm.
 
Anar Yusifoğlu, Jurnalist
Oxşar xəbərlər
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
08 Sep 2024 | 23:26
Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
08 Sep 2024 | 23:22
Azərbaycanda küçədə bıçaqlanma: ANBAAN GÖRÜNTÜLƏR
08 Sep 2024 | 23:21
Bu şəhərdə göyərçinlərə dən atanlar 12,8 min dollar CƏRİMƏLƏNİR
08 Sep 2024 | 23:20
İnterpol niyə bu azərbaycanlıları axtarışa verib: Qətl, oğurluq, terror, zorlama - Aralarında qadın da var
08 Sep 2024 | 23:14
"Mən ikinci Vaqif Gərayzadəyəm" - Müğənnidən ŞOK SÖZLƏR
08 Sep 2024 | 23:01
"Avropa İttifaqı və ABŞ imperiyasının sonu çatıb" - "Haber7"
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 21:45
Tələbələr ən çox bu səbəblərdən universitetdən xaric olunur
08 Sep 2024 | 21:40
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı - VİDEO
08 Sep 2024 | 21:00
“Türkiyədə amerikalıların başına torba keçirilməsinin səbəbi...” - SENSASİON İDDİALAR
08 Sep 2024 | 20:43
"Ukrayna və Yaxın Şərqdə müharibələrin günahkarı kollektiv Qərbdir" - İranın Rusiyadakı səfiri
08 Sep 2024 | 20:16
KVN-nin əfsanəvi aparıcısı Aleksandr Maslyakov vəfat edib
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 20:09
Sabunçu Tibb Mərkəzinin yaxınlığında YANĞIN: Yolda tıxac yarandı
08 Sep 2024 | 19:34
Paris 2024: Azərbaycan medal sıralamasında neçənci yeri tutub?
08 Sep 2024 | 19:16
İranda avtobus qəzası: Azı 55 nəfər xəsarət alıb
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 18:48
Sosial şəbəkələri boykot edə bilərikmi?
08 Sep 2024 | 18:46
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
08 Sep 2024 | 18:35
"Almaniyanın vasitəçiliyi ilə Putinlə danışıqlara getmək olar" - ukraynalı diplomat
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 18:07
AzTV- də dəyişiklik - VİDEO
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
08 Sep 2024 | 17:27
Qəzzada ölənlərin sayı 40 mini keçdi
08 Sep 2024 | 17:23
"Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək" - ABŞ və Britaniya kəşfiyyatı
08 Sep 2024 | 17:18
Dünyanın ilk trilyoneri peyda ola bilər
08 Sep 2024 | 17:18
Güzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR 
08 Sep 2024 | 17:16
Azərbaycanda EVDƏ YANĞIN: azyaşlı xəsarət alıb
08 Sep 2024 | 17:15
İranlı deputat Rusiyaya ballistik raketlər və PUA-ların tədarükünü təsdiqlədi - SENSASİYA
08 Sep 2024 | 17:12
İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”
08 Sep 2024 | 17:10
Məşhur idmançı faciəvi şəkildə vəfat etdi - FOTO
08 Sep 2024 | 17:08
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 16:55
Sabahdan Bakının mərkəzi 9 günlük BAĞLANIR
08 Sep 2024 | 16:54
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ
08 Sep 2024 | 16:52
Bayden hakimiyyəti dövrünün 40 faizini tətillərdə keçirib
08 Sep 2024 | 16:50
Üzüm yığarkən ölən ər və arvadın FOTOSU
08 Sep 2024 | 15:47
Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 15:21
"İsrailin dövlət terrorçuluğuna müqavimət milli məsələdir" - Ərdoğan
08 Sep 2024 | 14:58
“Çılğın itləri insanları, səbirliləri isə mina axtarmağa göndəririk” -Sektor müdiri xüsusi təyinatlı hərbi hissədən danışdı
08 Sep 2024 | 14:57
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
08 Sep 2024 | 14:52
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
08 Sep 2024 | 14:51
İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi
08 Sep 2024 | 14:35
KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 13:16
“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl
08 Sep 2024 | 12:53
"Azərbaycanın savadlılıq səviyyəsi bir çox ölkələrdən xeyli yuxarıdır" - Kamran Əsədov
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 12:44
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
08 Sep 2024 | 12:37
"O, heç vaxt könüllü olaraq öz postunu tərk etməyəcək" - Tixanovskaya
08 Sep 2024 | 12:34
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 12:26
Klintondan Kamalaya qeyri-adi məsləhət: "Trampı debatda belə çaşdıra bilərsən..."
08 Sep 2024 | 12:16
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
08 Sep 2024 | 12:10
“Qazancım haqda soruşmayın..”- Amerikada biznesi batan Elariz Məmmədoğlu yeni işə başlayır?-AÇIQLAMA+ÖZƏL
08 Sep 2024 | 12:05
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?
08 Sep 2024 | 11:54
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
08 Sep 2024 | 11:44
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 Sep 2024 | 11:28
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident
08 Sep 2024 | 11:23
Hansı müğənninin başında bit var? – QALMAQAL
08 Sep 2024 | 11:15
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 Sep 2024 | 11:00
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
08 Sep 2024 | 10:52
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
08 Sep 2024 | 10:41
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
08 Sep 2024 | 10:33
Bakıda şadlıq evində yanğın olub
08 Sep 2024 | 10:22
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
08 Sep 2024 | 10:10
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
08 Sep 2024 | 10:02
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
08 Sep 2024 | 09:54
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
08 Sep 2024 | 09:43
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 09:35
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
08 Sep 2024 | 09:23
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
08 Sep 2024 | 09:16
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
08 Sep 2024 | 09:08
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08 Sep 2024 | 08:58
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 08:04
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:35
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
08 Sep 2024 | 07:21
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
GÜNLÜK
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
AYLIQ
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI