Gültəkin Hacıbəyli məhkəmədə hakimi ittiham etdi
Cəmiyyət
Oxunub: 3469
15 Nov 2013 | 10:04
Gültəkin Hacıbəyli məhkəmədə hakimi ittiham etdi

Noyabrın 14-də saat 17:00-da Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Milli Şuranın komissiya sədri, sabiq deputat Gültəkin Hacıbəylinin 9 il öncə ayrıldığı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva tərəfindən sabiq deputata qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülmüş  xüsusi ittıham üzrə məhkəmə prosesi keçirilib. Gozetci.az portalının məlumatına görə, məhkəmə prosesində G.Hacıbəyli, onun vəkilləri Elçin Sadıqov,  Muxtar Mustafayev,  Bəhruz Bayramov, xüsusi ittihamçılar  M.Mehdiyev və A.Mehdiyeva iştirak ediblər.

G.Hacıbəyliyə dəstək üçün AXCP sədri Əli Kərimli, onun müavinləri Nürəddin Məmmədli, Fuad Qəhrəmanlı, AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov, Milli Şuranın üzvü Vidadi Mirkamal, vəkil Aslan İsmayılov və digər ictimaiyyət nümayəndələri də məhkəmə prosesinə qatılıblar.
Öncə A.Mehdiyeva özü haqda məlumat verdi. O, Bakı şəhəri, Sabit Rəhimov küçəsi 35, mənzil 16-da yaşadığını, evdar qadın olduğunu bildirdi. Proses zamanı onun başqa ünvanda qeydiyyatda olduğu, şikayət ərizəsinin bu və digər pozuntularla tərtib olunduğu da aşkara çıxdı.
G. Hacıbəyli  hakimə şikayət ərizəsinin Cinayət Prosessual Məcəllənin 293-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə icraata qəbul edilməsinə etiraz etdi. “Hörmətli hakim bu cür kobud qanun pozuntuları olan işi icraata qəbul etmisiniz. İddianın icraata qəbulu üçün heç bir əsas, fakt yoxdur. Bu, təqib birmənalı şəkildə  mənim siyasi fəaliyyətimlə bağlıdır”.
G.Hacıbəyli əlavə etdi ki, üçüncü məhkəmə iclası keçirilir, lakin ona qarşı irəli sürülən xüsusi ittihamın mahiyyətini hakim ona hələ izah etməyib, halbu ki, CPM tələbinə görə hakim bunu ittiham elan olunandan dərhal sonra etməli idi. G. Hacıbəyli üzünü hakimə tutaraq “mən bilmək istəyirəm ki, nədə ittiham edilirəm, konkter nəyə görə təqib olunuram, bu mənim hüququmdur. Nə siz, nə ittihamçılar bunu mənə və vəkillərimə izah edə bilmirsiniz” deyə bildirdi. O, məhkəmənin yol verdiyi kobud qanun pozuntularına etiraz edərək hakimdən qanun pozuntularının aradan qaldırmasını tələb etdi.
Vəkil Muxtar Mustafayev qeyd etdi ki qarşı tərəf G.Hacıbəylini hansı ifadəyə görə ittiham etdiyini izah etsin.
Vəkil Elçin Sadıqov dedi ki, 147.2-ci maddəs ilə ittiham haqda xüsusi ittihamçı izah edə bilmir. O bildirdi ki, belə olan halda məhkəmə izah verməlidir, amma izah etmir.
Hakimin "Bunu xüsusi ittihmçılar izah etməlidirlər, onlar izah edə bilmirsə, mən nə etməliyəm" sözlərinə cavabında G.Hacıbəylinin digər vəkili Bəhruz Bayramov üzünü hakimə tutaraq “Bu işi siz icraata qəbul etmisiniz” deyə hakimin diqqətinə çatdırdı.
  “ Hörmətli hakim, şikayət ittihamçılar tərəfindən verilsə də, bu işi icraata siz götürmüsünüz, onu məhkəmə baxışına siz təyin etmisiniz. Gec-tez bu qanunsuz və əsassız siyasi təqibin məsuliyyətini də siz daşıyacaqsınız”, deyə Hacıbəyli hakimə müraciət  etdi.
G.Hacıbəyli məhkəmə prosesinin düzgün qurulmadığını, nədə ittiham edildiyini bilmədiyini bir daha bəyan etdi. Bu zaman hakim “Siz məhkəmənin obyektiv aparılmasını istəyirsiniz?” deyə G. Hacıbəyliyə sual etdi. G.Hacıbəyli isə bunları dedi: “Bəli, amma siz siz bizə izah etmirsiniz ki mən nədə ittiham edilirəm. Xüsusi ittihamçı may ayında keçirdiyi mətbuat konfransında bütün ölkənin gözü qarşısında  məni təhqir edib və  böhtan atıb. Buna görə onlar da qanun qarşısında cavab verəcəklər”.
Sonra G. Hacıbeyəli  verdiyi vəsatəri oxumağa başladı. O, bu işin onun siyasi fəaliyyəti ilə bağlı siyasi təqib olduğunu deyən  hakim  onun sözünü kəsdi. G.Hacıbəyli və vəkilləri hakimin bu hərəkətinə etiraz etdilər. G.Hacıbəylinin hakimə Sərdar bəy deyə müraciət etməsi isə hakimin etirazına səbəb oldu. Hakimin  “Siz məhkəməyə müraciət etməyi öyrənin” replikasına G.Hacıbəyli “Hörmətli hakim, əgər sizə Sərdar bəy deyə müraciət etməyimi özünüzə qarşı təhqir hesab edirsinizsə, üzr istəyirəm” deyə cavab verdi.  
G. Hacıbəyli oktyabrın 28-də keçirilən  məhkəmə prosesində M.Mehdiyev tərəfindən hüquq müdafiəçisi, şahid Əlövsət Əliyevin, jurnalist Xədicə İsmayılın, vəkil Bəhruz Bayramovun və özünün təhqir edildiyini hakimə xatırlatdı. O, buna görə M.Mehdiyev barəsində məhkəmənin xüsusi qərar çıxardıb Baş Prokurorluğa göndərilməsi haqda vəsatət verdi: “Mahmud Mehdiyevin adını belə çəkmədiyim, heç bir aşağılayıcı  məzmunu olmayan ümumi ifadələrə görə mənə qarşı cinayət təqibinə başlatmısınızsa ya bilavasitə məhkəmə iclasının gedişində məni təhqir edən Mahmud Mehdiyevin barəsində cinayət işi açılması barədə  xüsusi qərar çıxardıb Baş Prokurorluğa göndərməlisiniz, ya da ki, deyin ki, Gülətkin Hacıbəylini Milli Şuranın üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə Konstitusiyanın hamının qanun və məhkəmə qarşısında bərabərliyi haqqında 25-ci maddəsi ona şamil edilmir" .
Hakim bildirdi ki, vəsatətlə bağlı yekun qərar sonda qəbul olunacaq: “Məhkəmədə kimin kimi təhqir etməsi haqda qərar qəbul etmək məhkəmənin müstəsna səlahiyyətindədir”.
Hakimin bu sözlərinə reaksiya verən E.Sadıqov “ Onda belə çıxır ki, məhkəmə prosesində “mənəviyyatsız” sözünü işlətmək olar. Bu nə dərəcədə doğrudur?” Hakim vəkilin sözlərinə cavab verə bilmədi.
Məhkəmə prosesində hiss olunurdu ki, hakim özü də düşdüyü vəziyyətin faciəviliyini anlayır və  tərəfin ona etiraz etməsini istəyir. Bunu hakimin dəfələrlə, “Əgər Gültəkin xanım hesab edirsə ki, hakim qərəzlidir, onda hakimə etiraz edə bilər” deməsindən açıq-aydın hiss olunurdu.
G.Hacıbəyli isə bunları bildirdi: “Hörmətli hakim, mənim sizə, sizin də mənə qarşı heç bir şəxsi qərəzimiz yoxdur. Sadəcə, siz siyasi fəaliyyətimə görə işə qərəzli baxır və məni əsassız təqib edirsiniz. Odur ki, mən sizə yox, tərəfinizdən yol verilən kobud prosessual pozuntulara etiraz edirəm. Başqa hakim də  gəlsə, Prezident Administrasiyasından ona zəng  edilərək nə  sifariş veriləcəksə, o qərarı da elan edəcək.”.
Bu zaman M.Mehdiyev hakimdən icazə almadan  “Prezident Administrasiyasından zəng ediləcək sözləri protokola yazılsın” dedi. G.Hacıbəyli M.Mehdiyevin icazəsi olmadan yerindən danışmasına etiraz etdi. Hakim isə M.Mehdiyevi ayağa qaldırıb, icazəsiz yerindən danışdığı üçün sonuncu xəbərdarlıq etdi.
G.Hacıbəyli  Filippinli xanımın yerli mediaya verdiyi açıqlamada  A.Mehdiyeva tərəfindən həmin xanıma işgəncə verilməsi- döyülməsi, təhqir edilməsi, sutkada 21-22 saat işlədilməsi, ac saxlanılması haqqında danışdığını deyib. Bundan sonra G. Hacıbəyli filippinli xanımın şahid qismində məhkəməyə çağırılıb dindirilməsi və Aynur Mehdiyeva ilə üzləşdirilməsi haqda vəsatət verdi. Hakim yerində müşavirə edərək vəsatəti təmin etdi.
Sonra G.Hacıbəyli filippinli xanımın insan alverinin qurbanına çevirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan istintaqdakı cinayət işindəki sənədlərin sürətinin məhkəməyə təqdim edilməsi haqda da vəsatət verdi. M.Mehdiyev filippinli xanımın məhkəmədə dindirilməsi haqda verilən vəsatətə və onunla bağlı aparılan istintaqdakı sənədlərin sürətinin məhkəməyə təqdim edilməsinə sərt bir şəkildə etiraz etdi. O, vəsatətlərin rədd edilməsini hakimdən xahiş etdi və hətta Aynur Mehdiyevanın cinayət məsuliyyətinə cəlb olunacağı halda belə, Gültəkin Hacıbəylinin məsuliyyət daşımalı olduğunu bildirdi, "çünki o Aynur Mehdiyenın saxlandığını yazıb". 
G.Hacıbəyli bu məsələ ilə bağlı mediada yayılan məlumatlara istinad edərək danışdığını qeyd etdi: “Aynur Mehdiyevanın saxlanılması haqda əksər mediada, hakimiyyət mediasında da məlumatlar yayılıb. Mən mediada yayılan məlumatlara istinad edərək danışmışam və KİV haqqında Qanunun 62-ci maddəsinə görə heç bir məsuliyyət daşımıram”. 
Daha sonra hakim G.Hacıbəylinin vəsatətini qismən təmin etdiyini elan etdi. Belə ki, filippinli xanımın insan alverinin qurbanına çevirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işinin başlanılması haqda qərarın, cinayət işinin hazırda hansı mərhələdə olması haqda sənədlərin sürətinin məhkəməyə təqdim edilməsini təmin edib.
Hakim dekabrın 2-nə, saat 16:30-a kimi məhkəmə prosesini təxirə saldı.

- See more at: //gozetci.az/index.php?option=com_content&view=article&id=4387%3Agueltkin-hacbyli-mhkmd-hakimi-ittiham-etdi&catid=1%3Alatest-news&Itemid=37#sthash.22MfseSr.dpuf

Oxşar xəbərlər
20:32, Bu gün
Əli Zülfüqaroğlu ƏHD Partiyası mətbuat xidmətinin rəhbəri təyin olunub
20:29, Bu gün
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini dəyişib
20:27, Bu gün
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
20:24, Bu gün
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
20:22, Bu gün
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
20:08, Bu gün
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
20:07, Bu gün
Qurban Qurbanov: “Komandalarımızın maliyyə probləmləri var”
20:03, Bu gün
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
19:55, Bu gün
Paşinyan Danimarkaya getdi
19:51, Bu gün
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
19:44, Bu gün
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
19:16, Bu gün
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
18:47, Bu gün
İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO
18:35, Bu gün
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
18:30, Bu gün
Prezident İlham Əliyev: “Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”
18:25, Bu gün
Sabah bu ərazilərdə su kəsiləcək
18:20, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - YENİLƏNİB + FOTO
18:15, Bu gün
BDU-da Astana nümayəndələri ilə görüş keçirilib - FOTO
18:10, Bu gün
Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO
18:05, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü - FOTO
18:00, Bu gün
Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
17:55, Bu gün
“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu - ŞƏRH + FOTO
17:53, Bu gün
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
17:50, Bu gün
Nəsibə Zeynalovanın heç yerdə görmədiyiniz şəkilləri - FOTO
17:45, Bu gün
Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır
17:40, Bu gün
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
17:35, Bu gün
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
17:30, Bu gün
Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO
17:27, Bu gün
Son 165 ilin ən güclü maqnit qasırğası baş verib
17:25, Bu gün
Fransanın gecikən bəyanatı: Makron hökuməti geri çəkilir - ŞƏRH + FOTO
17:20, Bu gün
15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın
17:18, Bu gün
Güclü yağış iki rayonu birləşdirən yolu yararsız hala salıb - FOTOLAR
17:13, Bu gün
Azərbaycanda vəzifəli şəxsin məhkəməsi başlayır
17:09, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü
17:08, Bu gün
Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq
17:03, Bu gün
Şəhid qardaşı: "Onun nəşinin tapılması bizə böyük təskinlik oldu"
17:00, Bu gün
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
16:58, Bu gün
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
16:56, Bu gün
Şahdağa qar yağır - FAKTİKİ HAVA 
16:54, Bu gün
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
16:50, Bu gün
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
16:45, Bu gün
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
16:40, Bu gün
Mariya Stadnikin atası vəfat etdi
16:35, Bu gün
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
16:30, Bu gün
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
16:25, Bu gün
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
16:20, Bu gün
Prezidentin Şuşadan etdiyi çağırışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
16:15, Bu gün
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
16:07, Bu gün
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
16:02, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:57, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:46, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
12:53, Bu gün
Minimum əməkhaqqı nə qədər artırıla bilər? - Ekspert AÇIQLADI
12:50, Bu gün
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan etdi
12:48, Bu gün
"Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidirlər ki..."  - Tamam Cəfərova
12:45, Bu gün
Qanunsuz estetik əməliyyatlar icra edən klinikaların rəhbərlikləri məsuliyyətə cəlb olundu
12:43, Bu gün
İdarə rəisi 1500 manat cərimələnə bilər
12:40, Bu gün
Kişi para-taekvondoçularımızdan tarixi uğur
12:38, Bu gün
Mirzoyan Almatı görüşündən danışdı: "Konstruktiv keçib"
12:34, Bu gün
ATƏT sədri Bakıya gələcək
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 21:59
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
12 May 2024 | 21:37
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
12 May 2024 | 22:25
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
12 May 2024 | 21:25
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
08:55, Bu gün
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
12 May 2024 | 22:26
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
12 May 2024 | 23:56
Bakıda 15 yaşlı məktəbli bıçaqlandı
06:45, Bu gün
Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 21:59
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
12 May 2024 | 21:37
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
12 May 2024 | 22:25
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
12 May 2024 | 21:25
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
08:55, Bu gün
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
12 May 2024 | 22:26
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
12 May 2024 | 23:56
Bakıda 15 yaşlı məktəbli bıçaqlandı
06:45, Bu gün
Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...