Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası...
Oxunub: 1051
27 Feb 2021 | 10:44
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası...

Moderator.az kulis.az-a istinadən Cəfər Cabbarlının “Sevil” pyesi əsasında ekranlaşdırılmış iki eyniadlı filmin təhlilini təqdim edir.

Pyesin ilk ekran versiyasını Cəfər Cabbarlı Aleksandr Beknazarovla birgə 1929-cu ildə lentə alıb. Digər filmi isə 1970-ci ildə rus rejissoru Vladimir Qorikker çəkib.

Azərbaycan kinosunda qadın dramlarını təsvir edən filmlər demək olar ki, yox səviyyəsindədir. Qadın talelərini ekrana köçürən filmlər daha çox keçən əsrin əvvəllərində çəkilib. Çünki 1920-30-cu illər kinoda prioritet temalardan biri məhz qadın azadlığıydı. Ona görə o dövrdə qadının cəmiyyətdəki fəaliyyətini aktuallaşdırmağı, azadlıq və hüquqlarını təbliğ edən "Gilanlı qız," “İsmət”, “Almaz”, “Sevil” filmləri lentə alındı.

Cabbarlının yaradıcılığında qadın obrazları önəmli yer tutur. Amma o, qadın təbiətinin intimliyini araşdırmır, onun gizli dünyasının dərinliklərinə enmir, görünməyən tərəflərini, qadın kimliyini aça biləcək ekstremal psixoloji situasiyalar təklif etmir. Çünki Cabbarlı əsərlərində qadını daha çox sosiumun mühüm, ayrılmaz parçası kimi görür, onları ictimai-sosial kimlik müstəvisində təqdim edir.

Cabbarlının yanaşması, təbii ki, dövrün diktəsindən doğurdu, çünki qadın ikinci plandaydı və ya Simona de Bovuarın təbirincə desək, "ikinci cins" statusunda qəbul edilir və tanınırdı. Bununla belə, Cabbarlının qadın dramları müasir kinematoqrafiya üçün münbit materialdır. O səbəbdən ki, bu əsərlər çeşidli yozumlara, fərqli janrlara, yanaşmalara açıqdır...

Azərbaycan kinostudiyasının rəhbərliyi "Sevil"in quruluşunu Aleksandr Beknazarova həvalə etsə də filmin ərsəyə gəlməsində Cabbarlının xüsusi rolu olub. Ona görə ekran əsərinin müəllifi kimi daha çox filmə ikinci rejissor təyin olunan Cabbarlını qəbul edirəm.

Beknazarov özü də bunu etiraf edirdi: "Sevil"in elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orda mənimlə birgə işləməsin. Biz çox vaxt saatlarla əyləşib çəkəcəyimiz kadrların daha canlı və inandırıcı çıxması üçün düşünərdik. Cabbarlının kino sənəti sahəsində az müddət çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi. Odur ki, biz "Sevil" filmini hədsiz həvəslə çəkib başa çatdırdıq".

Ssenarini Cabbarlı rus rejissoru Qriqori Braginski ilə birgə yazıb. Ümumiyyətlə, filmi pyesin sərbəst yozumundan çox, səliqəli ekran adaptasiyası kimi qəbul etmək daha doğrudur.

Süjet: Savadsız qadın olan Sevil əri Balaşın təzyiqlərinə məruz qalır. Meşşan qadın Ədiləyə aşiq olan Balaş Sevili küçəyə ataraq övladından ayırır. Tək qalan Sevil çətin də olsa yeni, müstəqil həyata başlayır.

Filmin ekspozisiyasında Bakının yoxsul mənzərələri, sökülüb-uçulmuş sənaye təsvirləri yer alır. Ölkədəki ağır vəziyyətə, sosial ədalətsizliyə işarə edən görüntülərdən, İçərişəhərin dar, yarıqaranlıq küçələrində harasa tələsən kölgəyə oxşayan çadralı qadın fiqurlarına rəvan keçidlər edilir.

Dəmir hörgülü pəncərələrin arxasında, bir-birinə bənzəyən qadın portretlərinin təsviri dinamik montajla verilir. Təsvirdəki qadınların bənzərliyi ilə müəlliflər onların hər birinin vizual bioqrafiyasını yazır, onların azad olmadığını, özünəməxsus kimliklərindən məhrum edildiyinin uğurlu bədii həllini təqdim edir: bu qadınlar şəxsiyyət kimi mövcud deyil, bir-birindən fərqlənən cəhətləri yoxdur, hamısı eyni, monoton tale yaşayır. Və sonda kamera kədərli baxışla pəncərədən küçəyə boylanan Sevilin (İzzət Orucova) üzünə fokuslanır.

Ümumən isə "Sevil" çağdaş milli kinomuzda, əksər hallarda çatışmayan mühüm cəhətləri - maraqlı bədii həlləri və psixologizmi ilə seçilir. Personajların psixoloji vəziyyətini açmaq üçün yaxın, detal planlardan, ekspressivliyi gücləndirən rakurslardan istifadə edilib. Balaşın (Ağasadıq Gəraybəyli) evdə sevgilisi Ədiləni (Bella Beletskaya) düşünməsi, Sevilin nigaran baxışları, ərinin əl vurmadığı, süfrədə soyuyan yemək kadrlarının dinamik növbələnməsi, "qırıq" montaj yoluyla alınan bu çoxmənalılıq evdəki atmosferi, ailədəki münasibəti dolğun təsvir edir. Balaşın Ədiləni Sevillə müqayisə səhnəsi yüngül ironik vurğularla işlənib, eyni zamanda, vizual ifadəsi maraqlıdır. Misalçün, Balaş Sevilin səliqəsiz saçlarına baxanda Ədiləni xatırlayıb köks ötürür və Sevil dərhal saçını səliqəyə salır. Yaxud onun gözləri istər-istəməz Sevilin yamaqlı corablarına sataşır və gözünün önünə Ədilənin dəbli ayaqqabılar geyindiyi ayağı canlanır. Sevil onun baxışlarının mənasını duyaraq ayaqlarını uzun ətəyi altında gizləyir. Əgər birinci kadrda müəlliflər bunu həm də aktyorların bədən dililə anladırlarsa, ikinci kadrda artıq Balaşın xəyalı vizuallaşır.

Personajların arzularını, xəyallarını, qarabasmalarını təsvirin dilinə çevirmək filmboyu bir neçə epizodda təkrarlanaraq təhkiyənin strukturunu zənginləşdirir.

Dramaturji konflikti gücləndirmək üçün paralel montaj (Balaşın Dilbərə yumşaq, həlim münasibəti və Balaşın Sevilə sərtliyi üzündən onun ağlaması və s.) metodundan istifadə olunur.

Balaşın evdəki tiranlığı rakurslarla da həll olunur. Sevili acılayarkən, aşağıdan yuxarıya doğru çəkiliş, Balaşın sərtliyini, qəddarlığını qabardır.

Filmin mərkəzi fiqurlarından biri Gülüşdür. Gülüş dağıdıcı, hətta bir az daha anarxist obrazdır. O, yeniliyin, gəncliyin, fərqliliyin simvoludur. Təkcə köhnə təfəkkürə söykənən dəyərlərə yox, eyni zamanda burjua dəyərlərinə, istehlakçılığa sarkastik münasibət göstərən, etiket, davranış qaydalarını bilərəkdən pozan, sosial maskaları yırtan Gülüş kimi provokativ obrazın konsepsiyası Qərb kinosunda həmişə aktual olub.

Sevilin ilk dəfə Balaşa etirazı, qətiyyəti onun qadın kimliyinə sayğısı mənasında yox, sosial-siyasi hadisələrin kontekstində göstərilir. Çünki həmin səhnədən sonra kamera Sevildən yayınır, təqvimdə 28 rəqəmi göstərilir, silahlar, hücuma keçən əsgərlərin təsviri ilə Sevilin etirazı ailə dramı çərçivəsindən çıxarılaraq siyasiləşdirilir. Sevilin çadrasını atması, inqilabi prosesə qoşulması, qadın haqları uğrunda mübarizəsi ümumilikdə onun dəyişmə prosesi sənədli plakat ruhunda informativ, sürətli montajla, fraqmental verilir.

Müəlliflər metaforlardan, rəmzlərdən istifadə edir. Qadınların, hətta evi bəzəyən gözəl, nəfis məişət əşyalarının belə dəmir barmaqlıqlar arxasında təsviri onların həyatının ağırlığını ifadə edir.

Filmdə bir neçə dəfə təkrarlanan rəmzlərdən biri də tar və saatdır. Saatın hərəkətliliyi ilə Sevilin durğun, kədərli vəziyyətdə tar çalması ziddiyyət təşkil edir. Zaman hərəkətdədir, irəli gedir, onun isə həyatında nəsə dəyişmir. Hadisələrin sonrakı inkişafında Ədilə ilə birgə həyatdan məyusluq, peşmançılıq hissi keçirən Balaş da eyni vəziyyətdə tar çalır.

Gülüşün qaranlıq otaqdan çadra ilə çıxaraq günəşli, geniş bir meydanda çadrasını çıxarması bir az bəsit görünsə də hər halda, o dövrün kinematoqrafiyası üçün yenilik sayılan vizual yanaşmadır.

Pyesdə Sevilin Balaşla qarşılaşması, onun keçmiş əri ilə sərt, ironik dialoqu ən vurucu səhnələrdəndir. Bu hissədə mətn, xüsusən, dominant olduğundan, görünür, rejissorlar sözü effektiv şəkildə əvəzləyən, gərəkli bədii təsvir vasitələri tapmaqda çətinlik çəkiblər. Ona görə filmdə final səhnəsi dəyişdirilib. Müəlliflər sonda Balaşın Sevillə qarşılaşma səhnəsini qısa planla təsvir ediblər. Əvvəlki nüfuzu, hökmü olmayan Balaş artıq savadlı, önəmli vəzifə tutan Sevilin qəbuluna gəlir. Sevilin özünəinamlı, sərt baxışları ilə Balaşın çarəsiz, ürkək baxışları toqquşur. Və, Balaş bu görüşdən məğlub ayrılır.

İzzət Orucova peşəkar aktrisa olmasa da mütiliyini, tərəddüdlərini, kədərini, çarəsizliyini bədən dili ilə, dəqiq tapılmış plastika ilə təqdim edir. Çünki İ.Orucovanın oyununun təsirli alınması təbii idi. Onun yaşadığı illərdə cəmiyyət cəhalətdən tam azad olmamışdı, qadınlar təhsil almaq üçün hələ də çətinliklərlə qarşılaşırdılar. Azərbaycanlı qızının o dövrdə baş rolda oynaması mühüm hadisə idi. İ.Orucovanı Cabbarlı uzun axtarışlardan sonra kəşf eləmişdi.

Yeri gəlmişkən, Beknazarov Sevil roluna Nora Arzumanova adlı bir qızı çəkmək istəyirdi. Buna etirazını bildirən Cabbarlı baş rola məhz azərbaycanlı qızın çəkilməsini israr edir.

Ağasadıq Gəraybəyli isə Balaşı bəzi məqamlarda bir az daha illüstrativ təqdim edir.

"Sevil" Azərbaycan kinematoqrafiyasında kino dilinin inkişafında öz töhfəsini verdi. Kinooperator Rafiq Quliyev bu barədə "Azərbaycan səssiz kinosunun təsvir irsi" kitabında yazır: "...Mollanın qərarına əsasən, Gündüzdən ayrılmalı olan Sevil doğma balası ilə son gecəsini keçirir, səhərə qədər ona layla oxuyur, əzizləyir. Qalan ömrünü övladına həsr etməyə hazır olan ana üçün sübh şəfəqləri pəncərənin arxasından çox tez və sürətlə boylanmağa başlayır. İntensivləşən şüalar otağı işıqlandıraraq ayrılıq anını yaxınlaşdırır və Sevilin artan həyəcanına səbəb olur. Gecədən sübhədək keçən müddəti ekranda qısa müddətdə canlandıran, kinematoqrafik zamana xidmət edən həmin işıqlandırma üslubundan istifadə nəticəsində səhərin açılma effekti çox təbii və inandırcı alınıb. İvan Frolovun Azərbaycan kinosunda ilk dəfə sınaqdan keçirdiyi həmin yaradıcılıq üslubu, aktrisa İzzət Orucovaya obrazın psixoloji durumunu, səhərin tezliklə açılmasını istəməyən ananın həyəcanlı anlarındakı yaşantılarını qabartmağa yardım edib".

Vladimir Qorikkerin ekranlaşdırdığı film isə dram elementlərinin yer aldığı müzikldir. Cabbarlının pyesi və Fikrət Əmirovun eyniadlı operası əsasında çəkilən "Sevil" kino tariximizdə ilk film-opera sayılır.

Hərçənd, film-opera rejissorun yanaşması baxımından Cabbarlının yaradıcılığı haqda yeni söz demir. Tamamilə aydın görünür ki, Qorikker "Sevil"in ilk ekran versiyasından təsirlənib. Burada da ilk səhnələr bir-birindən fərqlənməyən çadralı qadınlarla başlayır. İlk versiyada olduğu kimi, personajların arzuları vizuallaşdırılır. Sevilin çadrasını atması epizodu da eyni məzmunda, eyni monataj üsuluyla işlənib. 1929-cu il versiyasında Sevil çadrasını atanda digər qadınlar da kütləvi şəkildə baş örtüyünü çıxarır, dəmir barmaqlıqları qırır və bu epizod təbliğat ruhunda plakatsayağı, iti montajla işlənib. Qorikker də onu təkrarlayır.

Yaddaqalan səhnə daha çox Balaşın (Həsən Məmmədov) evindəki qonaqlıq səhnəsidir. Səhnə müəyyən mənada karnaval estetikasını xatırladır. Karnaval estetikasına xas kollektiv hərəkətlilik, kütlə subyektliyi, əyləncənin, gülüşün tək ünsiyyət vasitəsinə çevrilməsi, təqdim olunan mühitin sərt reallıqla ziddiyyəti, kameranın sanki süzərək obrazdan-obraza, situasiyadan-situasiyaya axıcı yumşaqlıqla keçməsi, oynaq, hərəkətli mizanlar...

Filmi maraqlı edən heç şübhəsiz ki, Fikrət Əmirovun musiqisidir. Bayatı janrının məzmun forması sayılan nazlamanın ən yayğın nümunələrindən biri olan

Balama qurban inəklər

Balam nə vaxt iməklər- kimi xalq yaradıcılığını ahəngdar şəkildə klassik musiqinin dilinə çevirir.

Dilbər rolunun ifaçısı Səfurə İbrahimova personajının məkrini, ədasını, ikinci planını peşəkarcasına çatdırır. Və Sevil obrazını yaradan Valentina Aslanovanın oyunu S.İbrahimovanın ifası fonunda sönük qalır.

Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO