Babil Qülləsi - Dillərin hamısının kökü eynidir...
Cəmiyyət
Oxunub: 2206
18 Jan 2021 | 10:49
Babil Qülləsi -  Dillərin hamısının kökü eynidir...
I YAZI

2020-ci ilin statistikasına əsasən, dünyada 7174 dil mövcuddur. Yer kürəsi əhalisinin 80 %-i ünsiyyət vasitəsi kimi cəmi 80 dildən, 0,2 %-i isə 3.500 dildən istifadə edir. Dillər müxtəlif dil ailələrində birləşir. Hind–Avropa dillərində 2,5 milyard, Çin–Tibet dillərində 1,2 milyard, Ural–Altay dillərində isə təxminən 500–600 milyon insan danışır.

Dini təsəvvürlərə görə, qədim dövrlərdə yalnız bir dil olmuş, lakin zaman və məkan amillərinin təsiri altında ayrı-ayrı dillər yaranmışdır. “Qurani-Kərim”in “Hucurat” (“Otaqlar”) surəsinin 13-cü ayəsində deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdiq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən cox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır”. 

“Tövrat”ın “Yaradılış kitabı”nın 11-ci fəsli: “Nuh tufanından sonra bütün bəşəriyyət eyni dildə danışırdı. Bir müddət belə davam etdi. Sonra insanlar şərqdən Şinar (Mesopotamiya) torpaqlarına gəldilər. Onlar təkəbbürə qapılaraq qərara aldılar ki, Babil adlı nəhəng bir şəhər, həmçinin göylərədək ucalan bir qüllə (Babil qülləsi) inşa etsinlər. Lakin Tanrının iradəsi ilə fərqli dillərdə danışmağa başladılar. Bir-birlərini anlamayan adamlar qüllənin inşasını dayandırmağa məcbur oldular və yer üzünə səpələndilər”. “Tövrat”ın “Babil qülləsi” hekayəsi Nuh tufanından sonra fərqli dillərin yaranmasını belə izah edir.

Məşhur linqvistlərdən H.Pederson (Danimarka), A.R.Bomhard (ABŞ), B.M.İlliç-Svitıç (SSRİ), A.P.Dolqopolski (İsrail), B.A.Dıbo (Rusiya), S.A.Starostin (Rusiya) hesab edirlər ki, Ural (fin, eston, macar, mordvin, udmurt və s.), Altay (türk, monqol, mancur, Koreya və yapon) və hind-Avropa (hind, İran, german, kelt, slavyan və s.) dillərinin kökü eynidir. S.A.Starostinin hesablamalarına görə, bu dillər bir-birlərindən təxminən 12.000 il əvvəl ayrılmışlar. Ehtimala əsasən, sözügedən dillərin ümumi əcdadı aqqlütinativ quruluşa malik olmuşdur. Qeyd etmək lazımdır ki, bugün Azərbaycan dilinin də daxil olduğu Altay, eləcə də Ural dilləri aqqlütinativ, hind-Avropa dilləri isə flektiv tiplidir. Flektiv dillərdən fərqli olaraq, aqqlütinativ dillərdə şəkilçi kök sözün formasını dəyişdirə bilmir.
Linqvistlər bu qədim dili şərti olaraq “nostratik dil” adlandırırlar. B.M.İlliç-Svitiç “nostratik dil”ə aid etdiyi sözlərdən istifadə etməklə dörd misralıq şeir də yazmışdır:  

K̥elHä wet̥ei ʕaK̥un kähla
k̥aλai palhʌ-k̥ʌ na wetä
śa da ʔa-k̥ʌ ʔeja ʔälä
ja-k̥o pele t̥uba wete

Dil – zaman  axarından keçid yeridir,
Əcdadların dövrünə aparır bizi,
Amma o kəs ki, qorxur dərin sulardan
Ora gedib çıxa bilməyəcəkdir.

Beləliklə, “Babil qülləsi” (dillərin hamısının kökü eynidir) adlı yeni rubrikamızı oxucuya təqdim edirik.
Birinci yazımız “canavar” sözünün etimologiyası barədədir. Bu söz özündə əcdadlarımızın müəyyən məqamlarda keçirdikləri həyəcan, qorxu, dəhşət hisslərini əks etdirir. Amma canavar (qurd) həm də cəsarət və qorxmazlıq rəmzidir. Bu mənada o türkdilli və bəzi digər xalqların məşhur totemi kimi tanınmışdır.

Talış və gilək dillərində canavara "vərg", isveç dilində "varg" deyilir. Bu sözlər rus dilindəki «волк», ingilis və alman dillərindəki "wolf", qədim türk dilindəki "börik", müasir türk dillərindəki "bure", "bori", "börö", uqor (Ural) dillərindəki "vrqaz", "farkas", "vergiz", osetin dilindəki "birəg", zaza (kürd dilinin dialekti) dilindəki "verg" sözləri ilə eyni mənşəlidir. 

Fars dilindəki "canavar" və latın dilindəki "carnivore" sözlərinin "var" və "vare" hissələri də həmin sözlə əlaqəlidir. 

Yeri gəlmişkən, monqol dilində canavara "şono" və ya "çono" deyilir.

Beləliklə, aydın olur ki, hind–Avropa və türk dillərinə "canavar" ("carnivore") sözünün ikinci – "var" hissəsi, monqol və ola bilsin ki, bəzi digər dillərə isə birinci – "cana" hissəsi keçmişdir.

Ehtimal edirik ki, qədim türk dillərindəki "börk" (papaq), Avropa dillərindəki "parik" və rus dilindəki «вор» (“oğru”) sözləri də "börik" və "varq" sözlərindən törəmişdir. Maraqlıdır ki, oğruya fin və eston dillərində “varas”, çuvaş dilində “vərə”, qazax dilində isə “ürı” deyilir. Gəlin çuvaş və qazax dillərindəki “vərə” və “ürı” (“oğru”) sözlərini digər dillərdəki “büre”, “börik”, “vərg”, “verg” (“canavar”) sözləri ilə müqayisə edək! Məsələn: latın dilində oğruya “fur” deyilir, island dilində oğru “bjofur”, canavar isə “ulfur” adlanır. Digər misal: fin və eston dillərində oğru “varas”, macar  dilində isə canavar “farkas”dır. 

Qeyd olunanları nəzərə alaraq, güman edə bilərik ki, Azərbaycan dilindəki “oğru” sözü də məhz ilkin “canavar” sözünün ikinci – “var” hissəsindən törəmişdir.

Lakin “canavar”ın səyahəti bunlarla bitmir. Qədim kelt mifologiyasının əsas personajlarından biri “ogre” adlı nəhəng bədheybət məxluqdur. “Ogre” adamyeyəndir, əsasən uşaqları oğurlayır, çox güclü və yırtıcıdır. Güman ki, “ogre” sözü Avropaya hansısa türk dili vasitəsi ilə gedib çıxmışdır. Amma bu çox qədim zamanlarda baş vermişdir. Elə bir dövrdə ki, o vaxt canavarı və oğrunu ifadə edən sözlər məna baxımından hələ bir-birlərinə çox yaxın idilər.

“Carnivore” (“yırtıcı”) – “canavar” (“yırtıcı”) – “varg” (isveç: “qurd”) – “verg” (zaza: “qurd”) – “vergiz” (erzyan: “qurd”) – “vərg” (talış və gilək: “qurd”) – “vərə” (çuvaş: “oğru”) – “varas” (fin və eston: “oğru”) – “farkas” (macar: “qurd”) – “vor” (rus: “oğru”) – “bori” (özbək: “qurd”) – “borz” (çeçen: “qurd”) – “bordz” (inquş: “qurd”) – “bats” (avar: “qurd”) – “barts” (lak: “qurd”) – “börö” (saxa: “qurd”) – “börü” (tuva: “qurd”) – “böri” (qazax: “qurd”) – “büre” (başqırd: “qurd”) – “bjofur” (island: “oğru”) – “ulfur” (island: “qurd”) – “fur” (latın: “oğru”) – “ürı” (qazax: “oğru”) – “ogri” (özbək: “oğru”) – “ogre” (kelt: “adamyeyən”, “uşaq oğrusu”) – “oğru” (Azərbaycan: “oğru”) – “börik” (qədim türk: “qurd”) – “börk” (türk: “baş geyimi”) – “peruqque” (fransız: “parik”) – “pire”, “pirı” (mari: “qurd”) – “birəg” (osetin: “qurd”).

Qeyd: Yuxarıdakı siyahı sözlərin bir-birindən törəməsinin ehtimal edilən ardıcıllığı üzrə deyil, zahiri bənzərlik əsasında tərtib edilmişdir.

Ardı var…

Araz ŞƏHRİLİ
Oxşar xəbərlər
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü