"Hamı Qarabağ məsələsinin həll olunmasında maraqlıdır, çünki..."
Oxunub: 2955
06 Oct 2020 | 23:11
“Hərbi əməliyyat sülhə məcburetmədir”

Sentyabrın 27-dən Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatlar davam edir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizdə rəsmi Bakının informasiya və hərbi siyasəti istiqamətində yaranan suallara cavab almağa cəhd etdik.

- Mehman bəy, Ermənistanın Azərbaycana ərazi iddiaları əsasında başlanan Dağlıq Qarabağ münaqişəsində informasiya savaşı həmişə əhəmiyyətli olub. 27 sentyabrdan davam edən hərbi əməliyyatlarda Azərbaycanın informasiya siyasətində vəziyyət necədir?

- Birincisi, hökumətin məhdudlaşma istiqamətində gördüyü tədbirləri qeyd etmək lazımdır. Bu, sosial şəbəkələrin, “messenger”in bloklanmasında özünü büruzə verdi. Ümumiyyətlə, indiki vəziyyətdə yanlış, çaşdırıcı məlumatların yayılmaması əsasında qarşı tərəfin aktiv işlədiyini gördük. Xüsusilə vizual, audio və yazılar yayılırdı. Ona görə də cəmiyyət və mütəxəssislər bunları araşdırıb zərərsizləşdirməyə məcburdur. Təkcə yerli auditoriyaya aid deyil, beynəlxalq ictimaiyyətə də yanlış xəbərlərin getməməsi üçün lazımdır. Məsələn, Su-25 təyyarəsinin vurulması xəbəri, yaxud ilkin döyüşlərdə Azərbaycan ərazisindən Ermənistanın vurulması barədə düzgün olmayan xəbərlər. Yəni panikanın yaranmaması naminə yanlış xəbərlərin getməsinin qarşısını almaq üçün məhdudlaşma işləri görüldü. Əslində, düzgün addımlar idi. Bəli, mən jurnalist və sıravi vətəndaş kimi daha çox informasiya imkanları əldə etmək istəyirəm. Amma bu vəziyyətin yaranması məcburiyyət və düz idi. Sadəcə, məsələnin düşünülməmiş tərəfi var, əlbəttə, döyüş bölgəsindən xəbərləri media Müdafiə Nazirliyinə istinadən yaymalıdır. Amma media olaraq internetimizi kəsiblər, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinə şikayət etdik, reaksiya yoxdur, Prezidentin köməkçisi Hikmət Hacıyevə məktub yazdım, cavab almadım. Yəni media olaraq fəaliyyət göstərə bilmirik. İkinci, xəbərləri və videoları yerləşdirməliyik, “Youtube”də yerləşdirmək imkanı yoxdur. Bu cür məhdudlaşma düz deyil. Azərbaycanın beynəlxalq arenada xeyli informasiya resursları vardı ki, xəbərləri yayıb və informasiya axınını genişləndirə bilərdi. Bax, hökumət məsələnin bu tərəfini o qədər də işləməyib və ümumiyyətlə, hazır olmayıblar. Üçüncü, Müdafiə Nazirliyi döyüş bölgəsindən xəbərləri yayır, amma həmin bölgədə medianın işlənməsi imkanı yoxdur. Bəli, “Dövlət sirri”, “Hərbi vəziyyət” haqqında qanunlar var, bu çərçivələrdə məlumatları yayıb vəziyyəti işıqlandırırsan. Amma bu istiqamətdə də aktiv işləmək imkanları yoxdur. Belə məhdudiyyət bizim informasiya axınını genişləndirmək imkanlarımızı xeyli zəiflədir. Mülki obyektlərin vurulmasıyla bağlı daxili auditoriya üçün reportajlar yayımlanır, amma bunların daxilə hesablanması doğru deyil. Halbuki, daxili auditoriya üçün problem yoxdur, keçirilən hərbi əməliyyat siyasətini dəstəkləyir. Əsas problem qarşı tərəflə gedən informasiya savaşıdır və beynəlxalq səviyyədə Azərbaycanın keçirdiyi əməliyyatın siyasi, diplomatik, sosial-humanitar tərəflərin əsaslandırılmasında zəifik. Hökumət buna o qədər də hazır deyildi, ermənilər daha aktivdir. Dördüncü, Ermənistan dezinformasiyaya daha çox önəm verir. Dezinformasiyanın iki növü var: birincisi, daxili bazara yönəlmişdi. Məqsəd erməni cəmiyyətinin əhval-ruhiyyəsini qaldırmaq idi. Yəni, düşməni əzirik, geri çəkilmirik. İkinci isə beynəlxalq ictimaiyyətə çaşdırıcı informasiyalar ötürürdülər ki, guya Azərbaycanda muzdlular, türklər döyüşür, dinc əhaliyə qarşı genosid edirlər və s. Düzdür, dezinformasiya çox yaşamır, beynəlxalq ekspertlər sonradan araşdırır və yalan olduğu aşkarlanır. Necə ki, Ermənistanın təyyarəsi vurulubmu? Sübut varmı? Yoxdur. Bununla da, mənbə təsirini itirir, inanmırlar. Məncə, biz ermənilərin bu oyununa girməməliydik, çünki Azərbaycan tərəfdən də saxta xəbərlər yayılırdı. Hətta Azərbaycan Daxili İşlər Nazirliyi xəbərdarlıq etdi ki, belə xəbərlər yolverilməzdir. Yəni, saxta xəbərlərin yayılması doğru deyil. Düzgün xəbər verirsənsə, sənə inam olacaq, hər dəfə də xəbərin təsdiqlənəndə daha geniş auditoriyaya çıxmaq imkanı qazanırsan, ardınca xarici media mənbələri səni tirajlayırlar. Bizim hakimiyyət o qədər yalan danışmağa öyrənib ki, indi də bunu beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Bu taktika zərərə işləyir, hökumət gərək bunu nəzərə alsın.

- Azərbaycan Cəbrayıl rayonunu, eləcə də bir sıra kəndləri azad edib. Beynəlxalq arenada daha çox Fransa etirazını bildirir, Rusiya neytral qalmağa çalışır. Bu mənada əməliyyatlar baxımından hərbi-siyasi mənzərə necədir?

- Hələ hərbi əməliyyatlardan 5 gün əvvəl yazdığım məqalədə göstərdim ki, sülhə dəvətdən sülhə məcburiyyət mərhələsi başlayacaq, yazının başlığı da belə idi.

- Prezidentin köməkçisi Hikmət Hacıyev də həmin ifadəni tez-tez işlədir...

- Əslində, vəziyyət, münaqişənin çözülməsi bu istiqamətdəydi. 27 sentyabrdan başlana döyüşlər onu göstərdi ki, həmsədr dövlətlər tərəfindən Azərbaycana ciddi maneçilik yoxdur, Fransanın etirazlarına baxmayın. İlham Əliyev özü də oktyabrın 5-də dedi ki, Nikol Paşinyan hər gün müxtəlif dövlət başçılarına zəng edir, xahiş edir, mən isə heç kimə zəng etmirəm, əksinə, mənə zəng edirlər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirdi ki, Putinə lazım olsa, Ərdoğan və Əliyevlə danışar. Yəni Putin Əliyevə çağırış etməyib ki, dayandır.

- Ancaq həmsədr dövlətlərin başçıları dünən ikinci bəyanatlarını yaydılar...

- Bəli, yenə də çağırış vardı, ciddi hərəkət yox idi, yəni vaxt veririk, sanksiya olacaq və s. Mən Rusiyanın təbliğat-təşviqatçı və təhlil teleproqramlarına baxıram, əsas tezis belədir: Moskva gedişata qarışmamalıdır, bitərəf olmalıdır. Ermənilər müxtəlif bəhanələr gətirirlər ki, guya Rusiya müdaxilə etməsə, Cənubi Qafqaz Şimal Qafqaz kimi terror ocağı olacaq, amma proqramların aparıcıları buna imkan vermirlər. Çünki aparıcılar Kremldən birbaşa asılıdırlar və hansı tapşırıqların, istiqamətin verildiyi də hiss olunur. Ona görə də Rusiya hərbi əməliyyatların dayandırılmasında hələ maraqlı deyil.

- 2016-cı ilin aprel əməliyyatlarını xatırladıqda “niyə maraqlı deyil” sualı yada düşür. Həm də Rusiya həmişə müdaxilə edib axı...

- Əslində, Rusiya moderatordur və bəli, hərbi əməliyyatlar gedəndə həmişə işə qarışıb. Amma münaqişənin siyasi tərəfində aparıcı rolu ABŞ oynayır, Avropa Birliyi dəstəkverici vasitəçidir. Bir daha deyirəm, Suriyada, İraqda olduğu kimi aparıcı rol ABŞ-dadır. Aprel döyüşlərindən sonra beynəlxalq vasitəçilər xalqları sülhə hazırlamaq planını təklif etdilər. Mən də bu danışıqlarda iştirak etmişəm, vətəndaş cəmiyyəti və media nümayəndəsi kimi. Həmin prosesdə ABŞ və Avropa Birliyinin samballı nümayəndələri də iştirak edirdi.

- Ruslar da vardımı?

- Yox. Vəziyyət onu göstərirdi ki, biz kompromislərə getməyə hazırıq, ermənilər isə yox, onlar kifayət qədər radikal, aqressiv mövqedədirlər. Yəni xalqları sülhə hazırlamaq prosesi bir araşdırmaydı ki, cəmiyyətlər indiki vəziyyətdə sülhə gedə bilərlərmi? Vəziyyət onu göstərdi ki, yox, mümkün deyil, erməni xalqı buna hazır deyil. İndi keçək Nikol Paşinyanın hakimiyyətə gəlməsinə, ona çox ümidlər vardı, hətta İlham Əliyev də öz çıxışlarında Köçəryan və Sarkisyanı tənqid edirdi, amma Baş nazirə addımlar atmağa imkan verirdi. Məncə, Paşinyan kompromis addımlar atmaq istəyərdi və bunu edərdi də. Çünki onun hansı dəstənin nümayəndəsi olduğunu bilirəm. Amma Paşinyan hakimiyyətə gələn kimi dərhal Qarabağı satmaqda ittiham olundu. Nəzərə alsaq ki, erməni xalqı buna hazır deyil, nəinki siyasətçilər, siyasi xadimlər. Ona görə Paşinyan növbəti sülh addımları atsaydı, onu devirəcəkdilər. Beləliklə, Paşinyan özünü radikal apardı və radikal hisslərlə oynadı. Məncə, uğursuz alındı, onu bu oyuna cəlb edə bildilər. Beləliklə, Ermənistanda hakimiyyət və xalq vahid mövqeyə keçdi. Hesab edirəm ki, ABŞ Paşinyana ümidlər bağlayırdı ki, o, sülh prosesini aparacaq, amma bu, baş vermədi. Deməli, hansı variant qalır, məcbur etmək. kimi məcbur etmək? Erməniləri. Çünki xalq qərar verməlidir. Fikir verdinizmi, Paşinyan hərbi əməliyyatların ikinci günündə parlamentdə çıxış edərək dedi ki, kompromislərə gedək, yoxsa getməyək? Parlament rədd etdi təklifi. Əslində, o beynəlxaq ictimaiyyətə erməni cəmiyyətindəki vəziyyəti göstərdi. Hazırda əziyyət çəkən ermənilərdir. İndi onları məcbur edirlər ki, “həmişə qalibik, azərbaycanlılar döyüşə bilmirlər, istəsək Bakını da alarıq” əfsanəsi bitdi. Sonuncu gedişləri olan Şuşada inauqurasiyası da bura daxildir. Əslində, 27 sentyabrdan başlanan hərbi əməliyyat cəzalandırmadır və sülh prosesinə dəvət etməkdir. Ya sülh prosesinə gəlib Azərbaycanla kompromislərdən danışırsan, ya da belə davam edəcək. Bu proses 1991-ci ildəki Çaykənd əməliyyatını xatırladır. O zaman da dedilər ki, qanunlara tabe olursansa, qal, istəmirsənsə, avtobusa mindirib yola saldılar. Ondan sonra Leonard Petrosyan Bakıya gəldi, səhv etdiklərini dedilər. Sonra vəziyyət yenidən dəyişdi. İndi isə genişmiqyaslı hərbi əməliyyat keçirilir. Sual yarana bilər ki, beynəlxalq vasitəsçilər niyə tələsirlər, çünki geosiyasi baxımdan hər şey aydındır və hər bir aparıcı dövlətin marağı bölüşdürülüb, təmin olunub. Sadəcə, sülhün bərqərar olmasında problem Ermənistan tərəfdan yaranır. Məsələn, Azərbaycanın Gürcüstanla münasibələri əladır, Rusiya ilə yaxşıdır, İranla normaldır. Yalnız Ermənistan vəziyyəti korlayır.

- Biz hər halda sülhə məcburetmədən sonrakı vəziyyəti də düşünməliyik. Ermənilər proses bitəndən sonra yüksək status, öz müqəddaratını təyinetmə barədə tələblərində qalmayacaqmı?

- Yox, gündəm dəyişib. Çünki onlar bu cür əməliyyatın ola biləcəyini heç vaxt düşünmürdülər. Əməliyyat başladı, ermənilər artıq 1992-ci ilin olmadığını başa düşürlər, özləri deyirlər də. İkinci, onlar başa düşdü ki, təhlükəsizliklərini Azərbaycandan başqa heç bir dövlət təmin edə bilməyəcək, nə Rusiya, nə Amerika, Ermənistan da təmin edə bilmir. Deməli, indiki vəziyyətdə Qarabağ ermənilərinin təhlükəsizliyinə yalnız onu vuran tərəf təminat verə bilər. Onlar razılaşmalıdır. Bu reallıqdır. Yaxşı, hərbi əməliyyatları dayandırdılar, sülh bağlandı, bu, nə qədər çəkəcək? Bundan sonra ermənilər orda rahat yaşaya bilərlərmi, yenidən silah daşıyıb, qoşun yeridəcəklər? İkinci, Türkiyənin bu oyuna girməsi məsələsi. 1992-ci ildə onlar gəlmişdi və xeyli də köməyi oldu. Əslində, Azərbaycan ordusunun əməliyyatlarının hazırlığı Türkiyənin fəaliyyəti nəticəsində baş verdi. İndi xarici mediadan muzdlulardan yazırlar, halbuki, Azərbaycan ordusunun zabit korpusunun 3-4 faizi sovet dövründən qalmadır, bir hissəsi Türkiyədə təhsil alıb, qalanını isə burda hazırlayıblar. İş ondadır ki, Türkiyə yenidən Azərbaycana qayıtdı və çox maraqlıdır ki, Ankara Cənubi Qafqazda Vaşinqtonun və Moskvanın müttəfiqi kimi oynayır. Dmitri Peskov vaxtında demişdi ki, məsələlər birbaşa prezidentlər səviyyəsində həll olunur. Yəni Rusiya-Türkiyə münasibətlərində İraqda, Suriya olaylarındakı təcrübə var, tərəflər əməkdaşlıq ediblər. Əsas məsələ ondan ibarətdir ki, hamı Qarabağ məsələsinin həll olunmasında maraqlıdır, çünki layihə problemə çevrilir. Ona görə də tələsirlər.(meydan.tv)
Oxşar xəbərlər
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB