\"BNA Azərbaycanda ən fəal agentliklərdən biridir ki, bu sahədə fəaliyyət göstərir\"
Oxunub: 1759
08 Aug 2020 | 15:31
\
Moderator.az Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun “Report”a müsahibəsin təqdim edir.

- MPK idmanla məşğul ola bilməyən əlillərin cəmiyyətə inteqrasiyası yönündə hansı addımlar atır?

- Gələn ilin fevralında Azərbaycanda paralimpiya hərəkatının 25 illiyini qeyd edəcəyik. Bu qısa müddətdə idman təşkilatı olaraq xeyli uğurlara imza atmışıq. Əlillərin idmana qovuşmaları, bu sahədə nailiyyətlərin qazanılmasında MPK böyük rol oynayır. Əlillərin idman vasitəsilə cəmiyyətə intqerasiyasında qarşımızda qoyulan məqsədlərə demək olar ki, çatmışıq. Bizə xeyli sayda sağlamlıq imkanları məhdud insanlar müraciət edib. Təbii ki, onların bir hissəsi idmanla məşğul olmaq istəmirlər və eyni zamanda idmanla məşğul olmaq onlara uyğun deyil. Buna görə də çalışırıq ki, onların həyatında rol oynaya bilək, problemlərinin aradan qaldırılmasında dəstək olaq. Bu baxımdan MPK son dövrlərdə xeyli sayda idmanla bağlı olmayan sosial layihələrin də icrasına başlayıb.


- Hansı layihələri misal olaraq, göstərə bilərsiniz?

- Bunların bəzilərini xatırlamaq istəyirəm. Biz 2013-cü ildə Uşaq Paralimpiya Komitəsinin yaradılmasına nail olduq. Bu gün o komitə ətrafında sağlamlıq imkanları məhdud olan minlərlə uşaq birləşib. Onlar beynəlxalq yarışlarda iştirak etməyə başlayıblar. Eyni zamanda 2019-cu ilin noyabrında “Yenilməzlər” adlı beynəlxalq qala-təqdimat həyata keçirdik. Burada məqsəd Azərbaycanda uğurlu fəaliyyəti olan əlilləri cəmiyyətə tanıtmaqdan ibarət idi. İstədik ki, insanlar sağlamlıq məhdudiyyəti olan şəxslərin də həyatda uğur qazana bildiyini görsünlər. Biz bu təqdimatı Respublikanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü hazırladıq və Heydər Əliyev Fondu ilə birlikdə keçirdik. Təqdimatda Leyla xanım Əliyeva, respublikamızda fəaliyyət göstərən bütün işəgötürənlər, xarici diplomatik korpusun nümayəndələri, iş adamları da iştirak etdilər. Orada səhnələşdirilmiş formada uğur hekayələri dinlənildi. Hesab edirəm ki, “Yenilməzlər”in təqdimatı əlillərin gələcək həyatına, fəaliyyətinə çox böyük töhfə verəcək. Çünki biz onlarla danışır, monitorinq aparırıq. Görürük ki, işəgötürənlər əlillərin işlə təmin olunmasında, məişət problemlərinin həllində daha da fəallaşıblar. Təbii ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin tərkib hissəsi, Prezident İlham Əliyevin fərman və sərəncamlarının sosial sahəyə aid olanlarının bir hissəsinin icrasıdır.

- Müyəssərliyin Qiymətləndirmə Mərkəzi hansı zərurətdən təsis olunub?

- Biz Paralimpiya Komitəsi, vətəndaş cəmiyyətinin üzvü olaraq ictimai təşkilatıq. Çalışırıq ki, bu sahədə ictimai iştirakımızı təmin edək. Ölkə başçısının vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində çox zəngin və uğurlu fəaliyyəti var. Bu fəaliyyətin həyata keçirilməsinə dəstək olmağı özümüzə borc bilirik. Buna görə də bütün çağırışlara, tapşırıqların həyata keçirilməsinə daim hazırıq. Bu baxımdan, problemlərdən biri də müyəssərlik məsələsidir. Müyəssərlik -mövcud infrastruktur obyektləri, binalar, qurğular və nəqliyyat vasitələrinin əlillərin istifadəsi üçün əlçatan olması deməkdir. Ölkəmizdə bununla bağlı müəyyən problemlər var və bunlar qısa müddətdə həll olunası deyillər. Çünki illərdir yığılmış məsələlərdir. Cənab Prezidentin bununla bağlı xüsusi fərmanları var. Məsələn, İlham Əliyev “Əlillərin hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının qanununu imzalayıb. Eyni zamanda Azərbaycan BMT-nin Əlillərin Hüquqlarının Qorunması Konvensiyasına qoşulub və bunun icrası ilə məşğuldur. Cənab Prezident mütəmadi fərman və sərəncamlar verir. Fərmanlardan biri məhz müyəssərliyə aiddir.


- Bu fərmanda hansı məsələlər əksini tapıb?

- Bütün dövlət və yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, yeni tikilən obyektlərdə, istifadəyə verilən infrastrukturda müyəssərliklə bağlı bütün məsələlər layihələndirmə mərhələsində öz əksini tapmalıdır. Eyni zamanda, hazırda fəaliyyətdə olan binalar, qurğular və ictimai nəqliyyatlar da əlillər üçün uyğunlaşdırılmalıdır. Təbii ki, bu, ağlabatan uyğunlaşdırmalar olmalıdır. Çünki biz binanı söküb təzədən tikə bilmərik. Orada hansı imkan varsa, ona uyğunlaşdırmalıyıq. Beləliklə də müyəssərlik bu gün Azərbaycan dövlətinin prioritetinə çevrilib. Hesab edirik ki, bu, çox düzgün və vaxtında qaldırılan məsələlərdir. Çünki biz əlillərin cəmiyyətə inteqrasiyasından danışırıqsa, onların hüquqlarının həyata keçirilməsinə şərait yaratmalıyıq. Onlar evə qapanmamalı, öz hərəkətlərini həyata keçirməlidirlər. Ətraf mühit hazır olmalıdır ki, əlillər bu imkanlardan istifadə etsinlər. Bu baxımdan biz MPK olaraq, bu məsələlərdən kənarda qala bilməzdik. Çünki "İctimai İştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanunu var, orada ictimai nəzarət məsələləri nəzərdə tutulub.

- Mərkəzin ilk addımları nələrdən ibarət oldu? 

- Cənab Prezident son çıxışlarında daim vətəndaş cəmiyyətinə müraciət edir ki, dövlət siyasətinin həyata keçirilməsində cəmiyyət çox fəal olmalı və böyük rol oynamalıdır. İctimai təşkilatlar, ictimai nəzarət burada prioritet olaraq ayrıca qeyd edilir. Bu baxımdan, bütün məsələləri nəzərdən keçirdikdən sonra MPK olaraq, qərara gəldik ki, müyəssərliklə biz də məşğul olaq. Çünki idmançılarımız da, digər əlillər də, komitədə çalışan sağlamlıq imkanları məhdud insanlar da gündəlik belə hallarla rastlaşırlar. Özümüz üçün bir yol xəritəsi seçdik ki, cəmiyyətə, dövlətə nə töhfə verə bilərik. Rusiya Federasiyasında fəaliyyət göstərən beynəlxalq təşkilat var: “Ərazilərin Ekoloji-Sosial və İnnovativ İnkişafı üzrə Milli Mərkəzi”. Həmin təşkilat dünya səviyyəsində müyəssərliklə məşğul olur. Sankt-Peterburq şəhərinə ezam olunduq və orada bəzi danışıqlar apardıq, daha sonra müqavilə imzaladıq və razılığa gəldik ki, Azərbaycanda müyəssərliklə bağlı bir neçə ekspert hazırlansın. Onlar bu sahədə bütün qanunvericiliyi, təcrübəni mənimsəsinlər və fəaliyyət göstərməyə hazır olsunlar. Öz aramızda bu sahədə işləməyə meylli 6 nəfər ekspert seçdik. Onlar ikipilləli tədrisdən keçdilər. Həmin tədrisi Rusiya və digər ölkələrdən gələn mütəxəssislər təşkil etdilər. Üçüncü mərhələdə isə imtahana cəlb olundular. İmtahan da üçpilləli idi. Birinci pillə nəzəriyyə, ikincisi təcrübə, üçüncüsü isə test imtahanı idi. Ekspertlərin hər biri imtahanları müvəffəqiyyətlə başa vurdular. Bundan sonra isə beynəlxalq ekspert sertifikatları aldılar. Tam səmimiyyətimlə deyə bilərəm ki, həmin 6 nəfərin beynəlxalq standartlara uyğun sertifkatları var. Onlar müyəssərlik sahəsində istənilən işi, layihələndirmədən başlayaraq, müasir obyektlərin qiymətləndirilməsinədək, yüksək səviyyədə həyata keçirə bilərlər. Bundan sonra düşündük ki, niyə də MPK nəzdində müyəsərliklə bağlı müəssisə yaratmayaq?! MPK-nın Ümumi Yığıncağı oldu, orada bu məsələni müzakirə etdik və Mərkəzin yaradılması barədə qərar gəbul etdik. Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi artıq fəaliyyətə başlayıb. Mərkəz müvafiq qaydada qeydiyyatdan keçib, onun öz Nizamnaməsi var. Mərkəz həm sertifkatlaşdırma, həm də inspeksiya işi ilə məşğul ola bilər.


- Bəs Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzinin əsas məqsədlərinə nələr daxildir?

- Mərkəzin yaradılmasının əsas məqsədi Azərbaycanda müyəssərliyin bərqərar olunmasına və dövlət siyasətinin həyata keçirilməsinə layiqli kömək etməkdir. Çünki əlillər hər gün bu və ya digər yerlərdə belə problemlərlə rastlaşırlar. Əlillərin müraciət etdikləri yeganə ünvanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Memarlıq Komitəsi və ya digər daha ali orqanlar olur. Onlar üzləşdikləri problemlərlə bağlı həmin orqanlara müraciət edirlər. İndi isə əlillərin müraciət edə biləcəkləri yeni ünvan var. Çünki burada təlim keçmiş mütəxəssislər fəaliyyət göstərirlər. Onlar istənilən müraciətə cavab verməyə hazırdırlar. Eyni zamanda cənab Prezidentin yerli icra hakimiyyəti orqanlarına xüsusi tapşırıqları var ki, bu sahədə monitorinqlər keçirsinlər və öz təkliflərini versinlər. Biz yerli icra hakimiyyəti orqanlarına da müraciət edirik ki, monitorinq keçirilməsi ilə bağlı problem varsa, mütəxəssislərimiz asanlıqla və yüksək səviyyədə sizə yardımçı ola bilərlər. Bu mərkəz istər əlillərin, istərsə də digər orqanların müraciətlərinə baxmağa hazırdır. Əsas odur ki, biz ümumi iş görürük. İstəyirik ki, dövlət və vətəndaş cəmiyyəti bu sahədə birgə fəaliyyət göstərsin. Biz dövlətin bu yöndə siyasətinə dəstək olmalı, onu həyata keçirməliyik. Hər şeyi dövlət etməməlidir. Dövlət siyasəti müəyyənləşdirər, onun həyata keçirilməsini təşkil edər və öz tapşırıqlarını verər. Biz isə bu ölkənin vətəndaşları olaraq, bu məsələlərin həllində öz fəaliyyətimizi göstərməliyik. Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi bu xidmətləri vətəndaşlarımıza göstərməyə hazırdır. Çox təşəkkür edirəm ki, bizim çağırışımıza cavab verdiniz. Sizin vasitənizlə bütün əlillərə, sağlamlıq imkanları məhdud insanlara, yerli icra hakimiyyəti orqanlarına müraciət edirəm ki, müyəssərliklə bağlı harada problem varsa, hansısa neqativ halla üzləşmisizsə, öz hüquqlarınızı həyata keçirməyə çətinlik yaranıbsa, artıq müraciət edə biləcəyiniz bir ünvan var. MPK-nın özünə də müraciət edə bilərsiniz. Biz həmin müraciəti ünvanına çatdırarıq, qısa müddət ərzində məsələ həll olunar.

- Azərbaycan ərazisində əlilliyi olan şəxslər, idmançılar və azhərəkətli əhali qrupları üçün maneəsiz mühitin yaradılması, müyəssərliyin təmin olunması sahəsində monitorinqlər aparmısız?

- Bu mərkəzi yaradanda dövlət orqanları ilə məsləhətləşmələr apardıq. Şəxsən özüm Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevlə, Gənclər və İdman Naziri Azad Rəhimovla görüşdüm. Aramızda ümumi fəaliyyət istiqamətləri haqqında müzakirələr apardıq. Razılığa gəldik ki, gələcəkdə idman qurğularının uyğunlaşdırılmasında fəal iştirak edək. Artıq Azad müəllim tikilməkdə olan bir neçə obyektlə bağlı tapşırıqlarını verib. Bizim mütəxəssislərimiz də orada olub öz təkliflərini veriblər. Eyni zamanda Sahil Babayevlə danışmışıq. Onlar üçün də bu, prioritet istiqamətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin bu sahədə görülən işlərində fəal iştirak edəcəyik. Digər tərəfdən, Prezidentin İcra Aparatı ilə danışıqlar aparacağıq ki, digər rayon və şəhərlərdə də bizim mütəxəssislər işə cəlb olunsunlar və orada monitorinqlərin keçirilməsinə köməklik göstərsinlər. Bu, işin bir tərəfidir. Digər tərəfdən, biz də öz planlarımızı qurmuşuq. Tədricən müraciətlər daxil olduqca, ya da öz planlarımıza uyğun olaraq bu və ya digər obyektlərdə monitorinqlər aparacağıq. Öz tövsiyələrimizi verəcəyik ki, işəgötürənlər, biznesmenlər öz obyektlərini, zavodlarını, iş yerlərini əlillərin fəaliyyətinə uyğunlaşdırmaq üçün hansı işləri görməlidirlər.


- Yəni, tövsiyələr artıq hazırdır...

- Hər bir obyektin xüsusi tövsiyəsi olacaq. Orada olan mütəxəssislərimiz baxış keçirəcəklər və əlillərin həmin obyektlərdən asanlıqla istifadə edə bilmələri üçün tövsiyələrini verəcəklər.

- İdman, yaşayış və infrastruktur obyektlərində əlilliyi olan şəxslərə zərər yetirilməsinin qarşısının alınması üçün onlara müyəssərliyin və maneəsiz mühitin yaradılması sahəsindəki könüllü sertifikatlaşdırma şəklində qiymətləndirilməsinin təşkili istiqamətində hansı işlər görülür?

- Bağladığımız beynəlxalq müqaviləyə əsasən, bizim bir vəzifəmiz də var ki, həmin təşkilatın Azərbaycandakı səlahiyyətli nümayəndəsiyik. Yəni, gələcəkdə kim ölkədə bu işlə məşğul olmaq istəyirsə, biz həmin təşkilatlara tədris prosesini təşkil edərək onların mütəxəssislərini ekspert kimi hazırlaya bilərik. Bundan sonra isə onlara müvafiq sertifikatlar verərik. Digər tərəfdən, infrastruktur obyektləri, müəssisələrin, təşkilatların rəhbərləri müyəssərliklə bağlı uyğunlaşdırlmanı özləri müstəqil həyata keçirə bilərlər. Bilirsiniz ki, hər işin öz normativi var. Pandusun əyilmə faizi, uzunluğun nə qədər olması, liftlərin öz normativi var. Görmə qabiliyyəti zəif olan insanlar üçün plitələrin özünün istiqaməti, rəngi var. Eşitməyən insanlar üçün müəyyən normativlər var. Azərbaycanda fəaliyyət göstərən istənilən bir qurum özü də bunu edə bilər. Əgər dövlətin bu siyasətinə qoşulub kömək etmək istəyirsə, öz müəssisəsində istənilən dəyişiklik edə bilər. Amma bu, normativlərə uyğun olmalıdır. Ona görə də bizim mərkəz onların çağırışından sonra həmin dəyişikliklərə baxa bilər. Normativlərə uyğundursa, biz onlara uyğunluq sertifikatı veririk. Bu da ayrı istiqamətdir.


- Yollarda panduslar düzəldiblər. Bu zaman Bakı Nəqliyyat Agentliyi (BNA) sizin mərkəzlə məsləhətləşib?

- Bizim BNA ilə əməkdaşlıq müqaviləmiz var, daim məsləhətləşirik. Bu, bəlkə də Azərbaycanda ən fəal agentliklərdən biridir ki, bu sahədə fəaliyyət göstərir. BNA-nın baş direktoru Vüsal Kərimliyə və onun bütün kollektivinə təşəkkür edirik. Bəlkə də ən aktiv əməkdaşlıq etdiyimiz təşkilatlardan biridir. Onlar panduslarla bağlı işləri davam etdirirlər. Həmçinin bizimlə məsləhətləşərək Azərbaycana gətirilən ictimai nəqliyyat vasitələrinin əlillərə uyğun olması məsələsini həll edirlər.
Oxşar xəbərlər
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB