Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” – Volskinin komitəsi yeni formatda
Oxunub: 1813
06 Aug 2020 | 17:49
Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” –  Volskinin komitəsi yeni formatda
Belə bir deyim var: “Cənnətə düşmək cəhənnəmə vasil olmaqdan daha asandır”. Bu həm də doğrunu deməyin, yaxşı olmağın, yalan danışıb pis olmaqdan daha asan olduğu anlamına gəlir. Çünki yalan danışmaq pislik etməkdir. Yalan danışan mütləq dediklərini əsaslandırmaq üçün yeni yalanlar uyduracaq. Bununla da yeni pisliklər edəcək. Düz danışıb yaxşı olmaq isə asan və sadədir. Çünki yeni yalanlar uydurmağa ehtiyac olmayacaq. Nə adamın canı, nə də cismi belə halda əziyyət çəkməyəcək.

Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı məsələnin həlli də yalan və saxtakarlıqlar ucbatından dalana dirənib. Burada bir həqiqət, doğru olan məsələ var – Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir. Həmin torpaqlar havadarları və himayədarlarının hərtərəfli yardım ilə Ermənistan tərəfdən işğal edilib. Dünya və özünü yaxşı, doğru, ədalətli sayanlar işğalçının Azərbaycan torpaqlarından çıxmasını istəməlidir.

Ancaq nə baş verir? Hər dəfə yeni bir plan və sənəd ortaya atılır. Deməli, yeni yalanlar uydurulur, saxtakarlıqlar baş verir. Nəticə etibarı ilə pis əməllər törədilir. Onların cəhənnəmlik əməllərinin acı nəticəsini isə adi insanlar çəkir.

Bu günlərdə pislik və yalandan doğan, həyata keçirilməsi mümkün olmayn daha bir iddia irəli sürüldü. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland iyulun 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatdan danışıb. O, “Amerikanın Səsi”nə müsahibədə deyib: “Kompromis yalnız Bakı və Yerevandakı liderlər “münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib çatıb” dediyi zaman əldə oluna bilər".

R.Hoqland toqquşmanın arxasındakı motivlərin heç kəsə bəlli olmadığını, ancaq insidentin təsadüfən başladığını düşünmədiyini qeyd edib: “Çünki hər hansı tərəf qəsdsiz bir şəkildə digər tərəfə atəş açdığında, onlar arasında rabitə yaradılır və onlar bir-biriləri ilə danışıb, dərhal bunun bir qəza olduğunu söyləyirlər. Amma bu dəfə bu baş vermədi”.

Keçmiş həmsədr fəaliyyətdə olduğu dövrdə həyata keçirə bilmədiyini, deyəsən, bundan sonra ermənilərə lobbiçilik etməklə reallaşdırmaq niyyətindədir. O, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni “ideya” irəli sürüb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi BMT məsələsinə çevrilməlidir: “Bunu həll etməyin yeganə yolu Dağlıq Qarabağın qeyri-müəyyən bir müddət ərzində BMT-nin protektoratı olmasıdır. Bir neçə il sonra isə bəlkə də, məsələ ilə bağlı emosiyalar sakitləşəndən sonra hər iki tərəfdən insanlar “biz Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında gələcəyin bu cür olmasını istəyirik” deyəcəklər. Bu, mənim həmsədr olandan sonra gəldiyim şəxsi qənaətimdir”.


R.Hoqland rəsmi Moskvanın bu münaqişədəki rolu ilə bağlı suala cavabında Rusiya prezidenti Vladimir Putinin zaman-zaman Sovet İttifaqının süqutunun 20-ci əsrin ən böyük fəlakəti və keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycan və Ermənistanın Rusiyanın xüsusi təsir dairəsində olduğunu söylədiyini xatırladıb. O bildirib ki, əgər Rusiyanın, həqiqətən də, bu problemi həll etmək istəyi olsa idi, Moskva daha aktiv tədbirlər görərdi.

Keçmiş həmsədr Minsk qrupunun fəaliyyətinin məhdud olduğunu və həmsədrlərin yalnız münaqişə tərəflərinin onlara icazə verdiyi tədbirləri görə bildiklərini deyib. O bildirib ki, Minsk qrupu regional güclərin tam dəstəyi olmadan Dağlıq Qarabağ problemini həll edə bilməyəcək.

3 il əvvəl də R.Hoqland münaqişənin həllinə dair “6 element”dən danışmışdı. Onda da keçmiş həmsədr işğalçının adını çəkməkdən və işğal faktını deməkdənsə, Dağlıq Qarabağın işğalına haqq qazandırmağa çalışmışdı. Məsələn: “Rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın;

- Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

- Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir və s.”. 

Göründüyü kimi, R.Hoqland indi və onda da torpaqların işğal edildiyini deməkdənsə, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxması üçün müxtəlif variantlar ortaya atır. 

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Ötən 27 ildə həmin sənədlərin bir cümləsinə belə əməl olunmayıb. Hoqland niyə həmin sənədləri yada salmır?  Deməli, nə Ermənistan, nə də həmsədr dövlətlər bu quruma hörmət etmirlər. Belə olan şəraitdə Dağlıq Qarabağın BMT-nin protektoratı olması gülünc və mənasız bir ideyadır. 


Belə çıxır ki beynəlxalq güclər saxtakarlıqları həyata keçirmək istəyəndə BMT yadlarına düşür. Başqa sözlərlə, bu qurumu saxta ideyalarının ortağı edirlər. Həmin güclərə lazım olmayanda bu beynəlxalq təşkilatın bütün sənədləri ikinci və bir çox hallarda sonuncu planda durur.

R.Hoqland, 7 il əvvəl olduğu kimi, yenə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını dəstəkləyir. Qarabağın işğaldan azad edilməsindən deyil, işğalçının daha sərbəst fəaliyyət göstərməsi üçün təkliflə çıxış edib. Hoqlandın “təklifi” 31 il əvvəl erməni-faşist ideologiyasının məşhur təbliğatçıları İqor Muradyan, Zori Balayan, Silva Kaputikyan və başqalarının Qarabağda komitənin yaradılması istəklərinə çox oxşayır.

1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verdi. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə bu qərarın imzalanması barədə verilən bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqil subyektə çevrildi. Volski DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı daxil idi.


R.Hoqland bir zamanlar Moskvanın tabeliyinə verilən komitəni başqa adla təqdim edir və onun yaradılmasını istəyir. Bu qədər mənasız ideyalar irəli sürüb, sonra onu müdafiə etmək üçün əlavə saxta əsaslar axtarıb tapmaqdansa, işğalçının Azərbaycan torpaqlarından çıxmasını aydın formada söyləmək lazımdır.

Artıq sirr deyil ki, Qarabağda komitə yaradanlar, indi onu BMT-nin himayəsinə verilməsini təklif edənlər torpaqların azad edilməsinə mane olurlar. Deməli, həmsədr dövlətlər bu məsələdə eyni mövqedə olduqları zaman Qarabağın dinc yolla azad olunması reallaşacaq.

ABŞ-ı dünyanın ədalətli dövləti sayırlar. Ancaq ölkəsini beynəlxalq formatda vasitəçi kimi təmsil etmiş diplomatın işğalçıya haqq qazandırması rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə necə yanaşmasından xəbər verir. R.Hoqland 2017-ci ilin yanvarından həmin ilin avqustunadək müvəqqəti həmsədr olub. Görünür, o, saxtakarlıq və yalan ideyalar irəli sürməklə özünü münaqişənin bilicisi kimi sırımaq, həmsədr olub, təqaüdə yollanmaq istəyir. Axı ABŞ münaqişəli bölgələrdə işləyən diplomatlarına yüksək maaş və pensiya verir. Ancaq Hoqland yalana ayaq açmağa yardım etdiyi üçün yüksək əməkhaqqı alsa belə, yaxşı və doğru insan olmayacaq.(Report)
Oxşar xəbərlər
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO