“Azərbaycanın müasir dünyanın çağırışlarına uyğun yenidən qurulmasının qarşısını təxribatlarla ala bilməyəcəklər”
Oxunub: 1601
15 Jul 2020 | 13:17
“Azərbaycanın müasir dünyanın çağırışlarına uyğun yenidən qurulmasının qarşısını təxribatlarla ala bilməyəcəklər”

İndiki dövrün reallığı odur ki, dünya yeni mərhələyə qədəm qoymaqdadır. Bu gün dünyanın demək olar ki, bütün beyin mərkəzləri yeni dövrün yeni çağırışlarının nədən ibarət olacağını müəyyənləşdirməyə çalışırlar. Əlbəttə ki, yalnız yeni çağırışlara cavab verə bilən, dəyişikliklərə daha çevik uyğunlaşan dövlətlər post-pandemiya dövründə öz inkişaflarını davam etdirəcək, dünya siyasətinin müəyyən olunmasının iştirakçısına çevriləcəklər. Nə pandemiya, nə də xaricdəki və daxildəki anti-milli ünsürlərin təhdid və təzyiqləri ölkə rəhbərini öz yolundan – Azərbaycanı daha qüdrətli dövlətə çevirmək istəyindən geri döndərə bilməz. Dövlət başçısı ölkəmizi müasir dünyanın çağırışlarına uyğun yenidən qurur.
Bu fikirləri tanınmış jurnalist, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov Moderator.az-a açıqlamasında deyib.
O bildirib ki, çoxaları nə baş vediyini, bəşəriyyətin hansı yönə yol aldığını dərk etmir. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə daxildən və xaricdən qızışdırılan insanlar ölkədə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Özünü müxalifət adlandıran “Youtube qəhərəmanları” isə şəxsi ambisiyalarını milli maraqlardan üstün tutur, primitiv çıxışları, məsuliyyətsiz çağırışları ilə cəmiyyətimizi yalnış yönləndirməyə, ölkədə həyata keçirilən islahatlara mane olmağa çalışırlar. Hər kəsdən fərqli olaraq, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan İlham Əliyevi isə ölkəmizin insanlarının sağlamlığı, müstəqilliyimizin, bir millət kimi varlığımızın qorunub saxlanılması, dövlətimizin post-pandemiya dövrünün yeni çağırışlarına hazırlanması düşündürür.
Tural Səfərov deyib: “Ulu öndərin yolunu uğurla davam etdirən görkəmli dövlət xadimi İlham Əliyevin gecəli-gündüzli uğurlu fəaliyyətinin nəticəsidir ki, indiki çətin dövrü xalqımız ağrı-acısız, minimum itkilərlə keçir. Dünya iqtisadiyyatının sürətlə tənəzzülə uğradığı, neft gəlirlərinin kəskin aşağı düşdüyü bir vaxtda ölkəmizdə heç
bir sosial layihə ixtisar olunmayıb, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilib. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulub və o vəsaitin bir hissəsi artıq xərclənib. Pandemiyanın ölkə iqtisadiyyatına ciddi təsir etməsinə baxamayaraq, büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Dövlət başçısı bəyan edib ki, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırılıb. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardımdan bəhrələnib, öz rifah halını yaxşılaşdırıb”.
Tural Səfərov əminliklə bildirib ki, neft qiymətlərinin kəskin aşağı düşməsinə, ölkənin problemlərlə üzləşəcəyinə sevinən anti-milli adamların arzusu gözündə qalacaq: “Yeni tarixi mərlənin lideri İlham Əliyev bir neçə gün bundan öncə Azərbaycan televiziyalarına verdiyi müsahibədə xalqımızı bir daha əmin etdi ki, onun qüdrətli dövləti var və heç bir narahatçılığa əsas yoxdur. Ölkə rəhbərinin səsləndirdiyi bu fikirlər hər birimizdə haqlı iftixar və qürur hissi yaradıb: “... mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
“İlham Əliyev şəxsiyyəti Azərbaycanı qısa zaman ərzində yardım olunan ölkədən yardım göstərən dövlətə çevirib”,- deyən Tural Səfərov əlavə edib ki, pandemiya dövründə Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Məhz buna görə ölkəmizin
beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bu humanitar və maliyyə yardımları bir daha onu göstərir ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir, çətin dövrdə özünə qapanmır, ehtiyacı olanlara kömək əlini uzadır. Köməyə ehtiyacı olan dövlətlərə təmənnasız yardım göstərilməsi isə Azərbaycanın daha bir üstünlüyüdür. Dövlətimizin başçısı göstərdiyi yardımlara görə heç kimə minnət qoymur, əvəzində nəsə istəmir. Hətta bir neçə həmkarı Ona minnətdarlıq məktubu ünvanlaya qədər bu barədə heç kimə məlumat verilməmişdi.
O bildirib ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri, onun rəhbəri isə nəinki öz ölkəsinin, eləcə də bütün bəşəriyyətin təhlükəsizliyini düşünən görkəmli dövlət xadimidir: “Ölkə rəhbərimizin təşəbbüsü ilə keçirilən tədbirlər - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşü Azərbaycanın koronavirusla mübarizəyə qlobal səviyyədə verdiyi mühüm töhfələrdir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü BMT-nin 130-dan çox üzv dövləti dəstəkləyib. Dövlətimizin başçısının BMT-nin Baş katibi ilə telefon söhbəti zamanı xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirməsi həm ölkəmizin texniki imkanlarının genişliyindən, həm də qlobal təhlükəsizliyə töhfə verməkdə israrlı olduğumuzdan xəbər verir”.
Tural Səfərov deyib ki, Prezident bu müdrik addımları ilə dövlətimizin və xalqımızın imicini bütün dünyada göylərə qaldırıb. İndi bütün dünya ölkələri, beynəlxalq ictimaiyyət görür ki, Azərbaycan xalqı necə humanist və yardımsevər bir xalqıdır. Biz kimsəyə pislik etməyi, sadəcə olaraq, bacarmırıq. Dara düşənə təmənnasız kömək etmək bizim milli mentalitetimizdən qaynaqlanan keyfiyyətlərdən biridir. Qüdrətli Azərbaycanın güclü lideri bu gün dünyada həmrəyliyin gücləndirilməsinə öz dəyərli töhfələrini verir. Hər bir sözünə dünya liderləri tərəfindən ciddi əhəmiyyət verilən Prezident İlham Əliyevin televiziyalara sonuncu müsahibəsində səsləndirdiyi fikirlər, ümumbəşəri
təhlükəyə qarşı qlobal çağırışı indi bütün dünyada müzakirə olunan əsas məsələlərdən biridir.
Tural Səfərovun sözlərinə görə, ölkə rəhbərimizin bu çıxışını izləyən bir xarici jurnalist telefon söhbəti zamanı ona deyib ki, əli hər yerə çatmayan, sözünü deyə bilməyən ölkələrin rəhbərləri sizin Prezidentinizə nə qədər minnətdar olsa, yenə də azdır. O, öz ölkəsində tanınmış ictimai xadim olan həmin jurnalistin bəzi fikirlərini olduğu kimi oxucuların diqqətinə çatdırdı: “O mənə dedi ki, incimə, ancaq sizin əksəriyyətiniz ölkənizə necə qüdrətli bir liderin rəhbərlik etdiyinin fərqində deyil. İlham Əliyev zəngin, əksər beynəlxalq təşkilatlara, böyük dövlətlərə siyasi təsir imkanları olan bir ölkəyə rəhbərlik edir. Heç şübhə yoxdur ki, koronavirusun peyvəndi icad olunandan sonra onu əldə edən ilk ölkələrdən biri də məhz Azərbaycan olacaqdır. O zaman İlham Əliyevin nəyinə lazımdır ki, kasıb ölkələr, yoxsul vəziyyətdə yaşayan insanlar koronavirusun peyvəndini necə əldə edəcək? Bu, humanistliyin, insanpərvərliyin, mərhəmət duyğusunun, bəşəriyyətin gələcəyinə cavabdehlik hissinin pik nöqtəsidir. Yalnız böyük ürək sahibi olan insanlar, dahi şəxsiyyətlər belə düşünə bilər. O, bu addımları ilə mənsub olduğu xalqın və ölkənin imicini yüksəldir. İlham Əliyev yeni dünya düzəninin formalaşdırılmasında aktiv iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Yaxın gələcəkdə Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayacaqdır”.
Tural Səfərov Prezident İlham Əliyevin Azərbaycanın problemləri, ölkəmizə qarşı tətbiq olunan ikili standartlarla bağlı beynəlxalq təşkilatlara ünvanladığı açıq sualların haqlı mövqeyimizin ifadəsi, böyük cəsarət nümunəsi olduğunu vurğulayıb: “Gərək Azərbaycan kimi qüdrətli bir dövlətin rəhbəri, dünyada böyük nüfuz sahibi olasan ki, beynəlxalq təşkilatlara belə suallar ünvanlayasan. İqtisadi və hərbi güc yoxdursa, o zaman belə cəsarətli danışmaq mümkün deyildir. Bu kəskin sualların dünyanın hansı güc mərkələrinə yönləndirildiyini anlamaq o qədər də çətin deyil. Fakt odur ki, bu güc mərkəzləri yeni dünyanın
güclü lideri ilə hesablaşırlar. Azərbaycan xalqı əmindir ki, İlham Əliyev qısa zaman ərzində ölkəmizin ən ağrılı problemi olan Qarabağ problemini respublikamızın ərazi bütövlüyü çərçivəsində həll edəcəkdir”.
Tural Səfərov bildirib ki, Azərbaycanın düşmənləri ölkəmizin uğurlarını, hər gün artan beynəlxalq nüfuzunu görür və bunu həzm edə bilmirlər. Onlar bu faktla heç cür barışa bilmirlər ki, Azərbaycan real güc mərkəzinə çevrilməkdədir. Ermənistanla sərhəddə təxribatın törədilməsi, dünən gecə saatlarında meydanlara yığışan insanlar arasında təxribata cəhd olunması bundan qaynaqlanır. Hər vəchlə Azərbaycanın yolunu kəsməyə, Prezidentin başlatdığı islahatları dayandırmağa çalışırlar. Burda “5-ci kalon”nun nümayəndələri xüsusi rol oynayırlar.
Tural Səfərov bir vətəndaş kimi xalqımızı təxribatçılara uymamağa çağırıb: “Minlərlə adam küçəyə çıxmaqla heç nə əldə etmədi. Sərhəddə düşmənlə mübarizə aparan dövlətimizə daxildə sabitliyi qorumaq üçün əlavə problem yaratdılar. Yaxın günlərdə virusa yoluxanların sayının kəskin artacağı da başqa problemlər yaradacaqdır. Qarabağ şüarları ilə meydanlara çıxan insanların Milli Məclisin binasına daxil olub ziyan vurması isə heç nə ilə izah oluna bilməz. Bu, açıq təxribat, ölkəmizdə sabitliyin pozulmasına cəhddir. Əlbəttə, Şəhidlər Xiyabanının qarşısına toplaşanların əksəriyyəti ora dövlətimizi və ordumuzu dəstəkləmək üçün gəlmişdi. Ancaq təxribatçılar xalqın vətənpərvərlik ruhunun coşmasından öz çirkin məqsədləri üçün istifadəyə etməyə cəhd göstərdilər. Biz hamımız mövcud vəziyyəti nəzərə almalı, təmkinli olmalıyıq. Fikrimcə, Əli Kərimlinin dünən dövlətə dəstək mesajı da səmimi deyildi, bu hadisədən özünü sığortalamaq cəhdi idi”.
Tural Səfərov deyib ki, ölkədə sabitliyin pozulmasını, gərginlik yaradılmasını arzulayanların arzusu gözündə qalacaq. Xalq öz dövlətinin və Prezidentinin yanındadır. Xalqımız tam əmindir ki, İlham Əliyevsiz onun xoşbəxt gələcəyi ola bilməz.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama