İSTƏK VAR, İMKAN DA VAR, İRADƏ DƏ...
Cəmiyyət
Oxunub: 1414
07 Jul 2020 | 17:21
İSTƏK VAR, İMKAN DA VAR, İRADƏ DƏ...
Əkbər Qoşalı

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına müsahibə verib. Müsahibədə, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumən, respublikanın mövcud durumu ilə bağlı geniş danışan dövlət başçısı, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.

***
İlk növbədə onu deyə ki sağlıq ocaqlarının qısa zaman zərfində istifadəyə verilməsi, hətta darmacalda belə… gərəkən addımların atıldığını göstərir. Bu göstərici onu ifadə edir ki, zamanlı-zamansız – fərq etməz – dövlət öz fəaliyyətində sabitqədəmdir, dövlət siyasətinin mərkəzində Və¬təndaş dayanır! Və dövlət baba vətən¬daşın üzüntülərini, uğurlarını öz üzüntüsü, uğuru kimi ca-nında hiss edir; deməli, müvafiq addımlar üçün 
a)istək var, 
b)imkan var,
c)iradə var!
Bilirsiz, bu “3İ”, kiminə qulaq qafiyəsi, kiminə, poetika adına sıralama kimi gələ bilər; ancaq mən, bu üç kateqoriyanın heç də hər bir ölkədə ödənmədiyini vurğulamaq istərdim. Birində istək var, imkan yoxdur; imkan olanda bəlkə iradə yoxdur və s…
Cənab Prezident nələrə xüsusi diqqət yetirdi? – Bəribaşdan qeyd edim ki bu xüsusların əhalimizin sosial-psixoloji ovqatına öz müsbət təsirini göstərdiyindən əminəm. – Birincisi, bu məhz Prezident sözüdür! İkincisi, rəqəmlər, faktlar hər hansı bir mənzərəni, durumu izah etməkçün ən yaxşı “tu¬talğac”lardır; üçüncüsü, cənab İlham Əliyevin bir öncəki modul tipli xəstəxana açı¬lışında iştirak və çıxışından keçən dövr ərzində, vəd ediləndən də artıq işlərin görüldüyü, plan¬laşdırılıdğı ilə tanış olduq. – Beləliklə, dövlət başçısı bildirdi ki:
 - Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır; onlardan 36-sı son müddət ərzində inşa edilib;
- Yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur;
- Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq;
- Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur;
- “Yeni klinika”da çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur;
- “Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.
 
Bəli, bu, fərqləndirmələrdən də aydın şəkildə göründüyü kimi, respublikamızın əlaqədar orqanları koronavirusla mübarizədə, takti-texniki baxımdan da, sosial-psixoloji baxımdan da operativ və ciddi şəkildə məşğul irəliləyiş əldə edə bilib. Cənab Prezidentin dediyi kimi, bu, ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsinin, durumun nəzarətdə saxlanılmasının nəticəsidir. Əlbəttə,  biz hələlik aralıq nəticədən danışırıq – lakin bu, yekun nəticə üçün çox mühüm bir mərhələnin nəticəsidir. Dünya indi elə sürətli proseslərin içindədir, az qala, hər addım, hər aralıq nəticə özülüyündə həlledici xarakter daşıya bilər. – Əslində, burada təəccüblü bir şey də yoxdur – əgər köynəyin ilk düyməsi yanlış ilgəyə keçirilsəydi, bütün düymələr yanlış ilgəkdə “yuvalanardı”, sonuncu düymə isə heç bağlana biməzdi – onun bağlanması üçün… yanıbaşında ilgək qalmazdı, sadəcə…
     Bəli, indi ayrı-ayrı ölkələr yenidən və yeni qadağalara əl atır, sərt karantin tədbirlərinə qayıdır; bizim respublika da istisna təşkil etmir. Nəzərə alasaq ki, bugün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş – qabaqcıl ölkələrdir, o zaman, Azərbaycandakı gerçək durumun hasil olmasının heç də asan başa gəlmədiyi aydın olar. – Məhz ciddi elmi (tibbi, ictimai-siyasi, sosial-iqtisadi) əsaslar üzərində alınmış qərarlarla tənzimlənən və bundan az önəm daşımayan operativlik, “istək-imkan-iradə üçlüsü”nün tətbiqi diqqətə alınmalıdır. Prezident məhz bu məqama diqqət çəkərək, qərarlar qəbul olunarkən, dünyada və özümüzdə mövcud durumun dərindən təhlil olunduğunu, sahə mütəxəssisləri ilə məsləhətləşmələr aparıldığını dedi. – “Əsas məq¬səd insan-larımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır.  
…Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaqdır”...
 
***
      Dövlət başçısının yerli TV-lərə müsahibəsində xüsusi vurğu etdiyi məqamlardan biri də, məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu yöndə atılan addımların duruma uyğun şəkildə atılması ilə bağlı idi. – “Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır”. – Bu fikir bir daha təsdiq edir ki, bütün əlaqədar qurum və quruluşlar sahədə olsa da, (önəmli səlahiyyətlərə malik Operativ Qərargah fəaliyyət gös-tərsə də), yenə, məhz Preizdent özü hadisələri şəxsi nəzarətdə saxlayır, hesabatlar qəbul edir; başqa sözlə, qərarların qəbulunda məhz dövlətin zirvəsinin rəyi əsas alınır. Ona görə də, “bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib”. Çünki “Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb”. Və “mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”.
      
     Burada sadə bir məntiqi sual ortaya çıxır? – Bəs, bu qədər tədbirlər, “istək-imkan-iradə” üçlüsü də mövcudkən, virusa yoluxmaların artışı nəyin ifadəsidir?
    Məntiq. – İstər sadə olsun, istərsə mürəkkəb – nədir məntiq? – “Fikirlərdə və fəaliyyətdə(ki) bağlar haqqında elm”dir məntiq; mən¬tiq – dərketmənin qanunları, metodları, forma və şəkillərini öyrənir. Məntiq təsdiq-təkzib metodları haqqında elm kimi də qəbul edildiyindən, o, qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır; yəqin ona görə və də, bilgiləri təfəkkürlə alındığı üçün, məntiq, düzgün təfəkkür haqqında elm olaraq da qəbul edilə bilər. – Heç şübhəsiz, biz burada məntiqşünaslıqla məşğul olmuruq; yalnız, səlisli, qeyri-səlisli, formallı, riyazili… bütün məntiq instumentlərini irdələyəsi olsaq, bayaq da dediyimiz kimi, yenə o sadə məntiqlə qarşılaşmış olarıq. – Məntiqə dair qeydlərdən sonra, sadə məntiqli cavabları bölüşək:

-Virusun təbiəti, tibbi xarakteri hələ sonadək öyrənilməyib;
-Bütün sınaqlardan, prosedurlardan çıxmış vaksinin tapıldığı elan olunmayıb; 
-Virusun yayılması ayrıca götürülmüş bir ölkədən asılı deyil;
-Öncələr testlər hazırda olduğu qədər kütləvi deyildi;
-Yalnız xətələnənlər deyil, xəstəliyin ilk dövrlərində həkimə müraciət edərək müalicə alıb, saga-lanların sayı da çoxalıb və s.
    Bu sırada, sadə məntiqin dedirtdiyi bir ağrımız da var: o ağrının adı: MƏSULİY¬YƏTSİZ-LİKdir! – Maska taxmayan, məsafə saxlamayan, mədəni sanitar-gigiyenik qaydalara, dezin¬fek-siya tələb¬lərinə saymazyana yanaşan adamların hesabına, köhnə streotiplərlərlə yeni dövrün çağırışları ara¬sında tərəddüd edənlərin hesabına virusun yayılması tempi arzuolunan səviyyədə azaldıla bilmir.
      Təsadüfi deyil ki dövlət başçısının TV-lərə müsahibəsində bu mövzu aparıcı xətt təşkil edirdi. Prezidentin bu istiqamət üzrə fikirlərini ayıraq:
1)Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir;
2)Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır;
3)Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorun-masına hesablanıb;
4)Heç kim qanundan üstün deyil - biz xalqımızın sağlamlığını qorumalıyıq;
5)Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır;
6)Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.
 
     Bildiyiniz kimi, “feysbuk”da “profilini başqasının gözündən gör”mək imkanı var. – İstər vir-tual, istər gerçək həyatda qıraqdan necə görünürük? – Qlobal pandemiya ilə mübarizədə ölkəmizin yeri, rolu necədir, necə görünür? – bu suallar sövq-təbii hamımızçün maraqlıdır. Cənab Prezident bu dəfə də, beynəlxaq aləmdəki reaksiyalara diqqət çəkərkən, haqlı olaraq, qürurverici faktları xatırlatdı. – Bu planda, öncə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizin gördüyü işlərə yüksək qiy¬mət verildiyini deyən Prezident, onu da dedi ki, “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir. 
...Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəs-təliyin yayılmaması üçün əməli addımlar atır.
Pandemiyadan sonra da Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını uğurla da-vam etdirəcək.”
 Bəli, Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərən ölkədir!
-bugünədək 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib; “humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır”. – Ona görə də: “Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı”.

      Bir neçə sətir yuxarıda “qürurverici faktlar” kəlməsini işlətdik, bu, sözgəlişi deyildi. – Bu¬yu-run, Prezidentin sözləridir: 
- Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib, özü üçün nəyisə əldə etməyə çalışmayıb;
- Azərbaycan humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir;
- Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi;
- Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir.
 
    Dünyada yüksək imicə malik olmağın asan başa gəlmədiyi sirr deyil; sirr deyil ki, Azərbaycanın, azərbaycanlıların ünvanına hərzə-hədyan yağdıran mütəşəlkkil erməni diaspor və lobbi gücləri, onların toruna düşənlər uzun illərdir iş aparır. Və biz yalnız nominal, güncəl çalışmalarla deyil, həm də, bizə qarşı qurulmuş yalan-yapalaq torları yırtmaqla məşğul oluruq… Bütün bunlara rəğ¬mən, dünya miqyasında önəmli rol oynayan ölkəyə çevrilmək titanik səylərin, düşünülmüş si¬ya¬sətin nəticəsidir.
   Hazırda Türk Şurası və Qoşulmama Hərəkatına sədrlik Azərbaycan Prezidentindədir. Məhz “Hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir, bu fəaliyyət formal xarakter daşımamalıdır” deyən cənab İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşü keçirilib. – “Zirvə görüşləri uğurlu olmuş, qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır”. Və məlum olduğu kimi, dövlətimizin BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsü, 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında haqq etdiyi yüksək qiymət alıb. Amma işə baxın ki burda da qarşımıza Ermənistan “çıxır”. 
–Özü pandemiyadan ən çox zərər çəkən ölkələrdən olan,
- bu pandemiya ilə bacarmadıqlarını etiraf edən,
- onlara yardım etsinlər deyə, döymədikləri qapı qalmayan,
-“yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışan” Ermənistan. – Belə rəzil dövlət BMT Baş Assam¬ble¬yasının keçirilməsində maraqlı olmalı deyildimi? – Ən elementar məntiq də bunu demirmi? 
    Məsələyə əsil qiymət yenə cənab İlham Əliyevdən gəldi: “BMT Baş Assambleyasının Xüsusi sessiya¬sının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xal¬qına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşün-cənin məhsuludur.
…Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir”. – 
Mən də yazımı bu dəqiq təsbitnən bağlayıram...

Dövlətimiz zaval görməsin! 
Oxşar xəbərlər
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb