Mikayıl Müşfiq sovet rejiminə qarşı...
Cəmiyyət
Oxunub: 3127
05 Jun 2020 | 10:36
Mikayıl Müşfiq sovet rejiminə qarşı...
(Bu gün  böyük şairin doğum günüdür)
        
Bu gün Azərbaycanın görkəmli şairi M.Müşfiqin doğum günüdür.Tanınmış şair Cəfər Rəmzi mənə danışırdı ki, M.Müşfiqin sovet rejimi əleyhinə olan “Tozanaq” və  Üsyan” poemaları o dövrdə gənclər arasında çox məşhur idi. Ehtimal ki, böyük şairin həbs edilib güllələnməsinə də onun bu yazıları səbəb olmuşdu(baxmayaraq ki, istintaq materiallarında bu əsərlərin konkret adı    çəkilmir). Aşağıda oxuculara təqdim etdiyim faktlarda onun taleyi haqqında yetərincə məlumatlar vardır.

MİKAYIL  MÜŞFİQ  REJİM  ƏLEYHİNƏ  YAZIR

Tanınmış şair Mikayıl Müşfiqin də yaradıcılığında sovet istila rejimindən narazılıq motivləri güclüdür. Bu illərdə Müşfiqin  Azərbaycan Milli hərəkatına həsr edilmiş “Tozanaq” və Nuxa üsyanında (1930-cu ildə bolşeviklərə qarşı məşhur Şəki üsyanı – N. Y.) həlak olmuş qəhrəmanların xatirəsinə həsr olunan “Üsyan” poemaları xalq arasında geniş yayılmışdı.
1937-ci ilin iyun ayında həbs edilən M. Müşfiq “Müsavat” gənclər təşkilatı ilə əlaqədə, “Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə xalq arasında narazılıq yaratmaqda, millətçi fikirlərlə, əksinqilabi düşüncələri ilə ədəbiyyat sahəsində bu yöndə iş aparmaqda ittiham edilir. Buna görə də Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73 maddələri ilə təqsirli bilinir. SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il, 11:20 dəqiqədə başlanan məhkəməsi 11:40 dəqiqədə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatır. Hökm yanvar ayının 6-na keçən gecə həyata keçirilir.
M. Müşfiqə verilən ağır işgəncələrdən sonra o, əksinqilabi təşkilatın bütün qərarlarını yerinə yetirdiyini söyləmişdi. M. Müşfiqi sorğu-suala tutan, arayış tərtib edən Dövlət Təhlükəsizlik kapitanı Çinman olub.
1937-ci ilin noyabrında isə M. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə həbs edildi. Təhlükəsizlik leytenantı, erməni millətindən olan Q. B. Avanesov D.Axundzadəni sorğu-suala çəkir. Əzab-əziyyətlərə, işgəncələrə dözməyən D.Axundzadə psixi gərginliklər keçirir və onu 1 saylı Əsəb xəstəlikləri xəstəxanasına göndərirlər. 


GETDİ YURDUM YAD ƏLLƏRƏ

Mikayıl  Müşfiqin 1930-cu illərdə  Sovet rejimi əleyhinə yazdığı və heç yerdə çap olunmayan əsərindən bir hissə

Dərə dedi: balqanlardan yuvarlandım.
Qolum qırıq, nəyim artıq.
Bir hıçqırıq.
Bu hicran duyan anlar,
Göz yaşı çağlayanlar.
Ağla dərə, ağla dərə,
Getdi yurdum  yad əllərə.
Qeyd: Bu şeir yazıçı Əzizə Cəfərzadənin şəxsi arxivindəndir.Şeiri Ə.Cəfərzadənin baçısı qızı təqdim etmişdir.

BOLŞEVİKLƏRİN MİLLİ MƏDƏNİYYƏTƏ MƏNFİ MÜNASİBƏTLƏRİ:

OXUMA TAR, OXUMA TAR, SƏNİ SEVMİR PROLETAR!

Azərbaycanda qurulmuş Sovet rejimi yalnız siyasi həyatda deyil, milli mədəniyyətdə, ədəbiyyatda, musiqidə “sosializm realizmi” prinsiplərinə əməl olunmasını tələb edirdi. Ədəbiyyat, incəsənət, teatr dövlətin siyasətinin ifadəçisinə çevrilirdi. Sovetlər Birliyində yaradılan PYİA-nı (Proletar Yazıçılarının İnqilabi Assosiasiyası) bolşeviklərin liderlərindən olan Kamenev inqilabi avanqardçılığın qurbanları adlandırırdı. 1934-cü ildə isə İ. V. Stalin yazıçı M. Qorkinin irəli sürdüyü “Sosializm realizmi” prinsipini dəstəklədiyini bildirdi. Həmin prinsipə görə, “Sovet insanlarının xarakterinin təsviri bütün ədəbiyyat, dramaturgiya və incəsənət növlərində əksini tapmalı” və xoşbəxt gələcəyə inanan müsbət qəhrəman obrazı yaradılmalı idi. Əslində, bolşeviklər öz hakimiyyətlərini möhkəmləndirmək üçün mədəniyyət sahəsindən və incəsənət, ədəbiyyat adamlarından, onların əsərlərindən bəhrələnirdilər.
Bolşeviklər, xüsusən, gənc yaşlı ədəbiyyat və mədəniyyət adamlarını təsir altına salır, onları milli ruhda olan yazıçıların, şairlərin əleyhinə təbliğata yönəldirdilər. Onların fikrincə, hər yeni texniki maşından, hər yeni dəzgahdan yazmaq əsl şeir nümunəsidir. Çoxları üçün ədəbiyyat, mədəniyyət yalnız şüar xarakteri daşıyırdı. Yeni həyatı alqışlamaq, yeni həyatı müdafiə etmək işində sənət əsərinin, musiqinin başlıca rolunu dəmiri, texnikanı, pambığı, nefti tərifdə görürdülər. Yüksək istedadın məhsulu olan, xalqın çox ağrılarını özündə əks etdirən şeir, sənət nümunələrini qəbul etmirdilər. Xalqın keçmişindən, tarixindən tamamilə üz döndərirdilər.

1920-ci illərdə “yenilikçi” ruhda olan şairlərin belə misralarına çox rast gəlmək mümkün idi:

Varlıqdan yaz bizə, yoxluqdan yazma,
Xalqımıza dərin bir quyu qazma.
Ətrafına bir bax, yolunu azma
Ki, baharın sənin xəzanə bənzər!

Dövrün tənqidçiləri isə belə yazılarla mətbuatda çıxış edir, milli ruhlu şairləri ittiham edirdilər: “İndi bu bayquşlar uzaq guşəyə çəkilmişlər, onları elekrtik stansiyaları işıqlandırmır”.

Bolşevik şairlər isə yazırdılar:

Əgər mənim əlimdə olsaydı bir kəlbətin,
Keçmiş əsrin atının çıxarardım nalını.

Belə münasibət o dövrdə Azərbaycanın gözəl musiqi aləti olan tara da yönəlmişdi. Tarı bir musiqi aləti olaraq sıradan çıxarmağa və bununla da milli mədəniyyəti unutdurmağa çalışan bolşevik rejiminin ideoloqları gənc şairlərə tar əleyhinə belə fikirlər ifadə edən  şeirlər yazmağa da şərait yaradırdılar.Süleyman Rüstəm yazırdı:

Ötmə dedim, ötmə dedim
ötmə tar.
İstəməyir proletar
Səndə çalınsın “Qatar”.
Qaldıraraq əlindəki çəkici
dəmirə vuran bir işçi nə söyləyir?...”

Qeyd: sonralar bu şeir “oxuma tar,oxuma tar, səni sevmir proletar” formasında xalq arasında yayılmışdı.

Milli ruhlu Azərbaycan şairi Mikayıl Müşfiq isə tara olan bu hücumlara cavab olaraq məşhur bir şeir yazmışdı:

Oxu tar, oxu tar,
De, səni kim unudar.
Oxu tar bir qadar.

1928-1929-cu  illərdə  Azərbaycana  erməni Levon Mirzoyan rəhbərlik edən dövrdə  “mədəni inqilab” şüarı altında milli musiqi alətlərimiz olan tara-kamançaya qarşı da hücum kampaniyası oldu. Həmin dövrdə Mərkəzi Komitədə tarın xalqa yad olduğu söylənilirdi. 

Xalq Maarif Komissarı Mustafa Quliyev isə bu işin icraçısına çevrilir, tarın əleyhinə  fitva verir və bu sözləri söyləyirdi: “... İşlətdiyimiz tar da İran musiqi alətidir... Tar bir el aləti olaraq Azərbaycanda inkişaf edə bilərmi? Tar İrandan gəlmişdir”. 

Maraqlıdır ki, tara qarşı kəskin mübarizə aparılan 1938-ci ildə, repressiyalar başlayanda Mustafa Quliyevi də güllələdilər. 

1929-cu ilin yanvarın 11-də “Kommunist” qəzetində Ə. Bədəlbəylinin “Tarın üzərində mühakimə”  məqaləsi  çap edilir. Hətta qəzetdə élan da verilir ki, D.Bünyadzadə adına Dövlət Türk Teatrında “tarın müzakirəsi-məhkəməsi” olacaq.

Bu kampaniyaya ilk qoşulanlardan biri - Mikayıl Rəfili olub. O, tarın əleyhinə yazırdı:

Bizi yormuş kar qulaqları qıdıqlayan
Keçi səsi,
Sədəfli tarın mələməsi (Bax: M. Rəfili. “Pəncərə” kitabı. B., 1929).

Digər şair Məmməd Rahim isə yazırdı:
İçindəki inləyəni
Deyirlər Şərqə məxsusdur. 
Madam sıxır dinləyəni
Ağlatma, gəl onu susdur (Bax: M. Rahim. “Arzular” kitabı. B., 1930).

Süleyman Rüstəmin tarın əleyhinə yazdığı şeirdə bu misralar  var idi:
Kəs səsini, ötmə tar!
Ötmə dedim, ötmə tar!
Səni sevmir proletar,
Səndə çalınsın “Qatar”.

Həmin dövrdə çətinliklə də olsa, bəstəkarlardan A. Zeynallı, Ə. Bədəlbəyli tarı müdafiə edirdilər. Tanınmış bəstəkarlar Ü.Hacıbəyli (Hacıbəyov) və M.Maqomayev də tara yönəlmiş kampaniyanın qarşısını almağa çalışırdılar.

Belə bir vaxtda erməni tarçalanı S. Kasparov isə Azərbaycan tarzənlərini hətta yarışa çağırır, tarı “özəlləşdirməyə” çalışan Şərq Konservatoriyası və onun professoru S. Ohanezaşvili Ü. Hacıbəyliyə qarşı etikadan uzaq bir tərzdə hücum edirdi.

MİKAYIL  MÜŞFİQ

TAR

Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti –
Alovlu sənəti!

Gözləri qibləyə açılan hasarlı binalar
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.

Çarparaq çargahın  divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlk bahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar.
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçun segahın danışır
Pərişan-pərişan.

Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bəzən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!..
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xəlçələr,
Xəlçələr üstündə uzanmış – 
Dodağı qönçələr,
“- Hey, saqi, mədəd qıl soğudu şərabın,
İncitmə könlünü bu xanə-xərabın!” –
Söyləyən tox sözlü şairlər.
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
 Gözəllik sirrinə vaqiflər
Həp səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unudar?

Sən qulluq etmədin məscidə, axunda.
Çalışdın həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular.
Könlünü qırdılar,
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər.
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin,
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə,
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq.
Oxu, tar! Dəyişdi zamana,
Bax, indi radio səsini
Dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə aba, nə qəba, nə sarıq.

Oxu, tar! Alovlu izlərin
Əcəba, neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

Oxu, tar! Mən səndə 
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü 
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm,
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!

Oxu, tar!
Fabrikdə, zavodda.
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakının,
Pambıqlı Gəncənin,
İpəkli Şəkinin
Acısı, şərbəti,
Alovlu sənəti!


Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!.

( 1932-1933-cü illər).

Nəsiman Yaqublu
Tarix elmləri doktoru
Oxşar xəbərlər
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
GÜNLÜK
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 11:07
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
06 May 2024 | 11:45
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
06 May 2024 | 11:28
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
06 May 2024 | 11:15
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
06 May 2024 | 11:24
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 11:07
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
06 May 2024 | 11:45
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
06 May 2024 | 11:28
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
06 May 2024 | 11:15
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
06 May 2024 | 11:24
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO